Account

Posts of Faydali Faktlar

newest first

#1994Video
Views14,500+328%vs avg
Forwards—
Reactions—
Comments—
#1993Photo
Views913−73%vs avg
Forwards—
Reactions—
Comments—
#1992Photo
Views1,980−42%vs avg
Forwards—
Reactions—
Comments—
#1991Photo
Views1,670−51%vs avg
Forwards—
Reactions—
Comments—
#1988Video
Views1,710−49%vs avg
Forwards—
Reactions—
Comments—
#1984Photo
Views4,480+32%vs avg
Forwards—
Reactions—
Comments—
#1983Photo
Views1,470−57%vs avg
Forwards—
Reactions—
Comments—
#1980Photo
Views1,410−58%vs avg
Forwards—
Reactions—
Comments—
#1979Photo

Teleskop necə ixtira olundu? Sadə bir eynək şüşəsindən başlayan böyük kəşflər XVI əsrin sonlarında Avropada optika elmi yeni inkişaf edirdi. O dövrdə eynək ustaları sadəcə oxumaq üçün şüşələr hazırlayırdılar. Lakin bir gün, 1608-ci ildə, Hollandiyanın Middelburq şəhərində yaşayan usta Hans Lippershey iki fərqli linzanı borunun içərisinə yerləşdirib sınaqdan keçirir. Nəticə onu heyrətləndirdi: uzaqdakı kilsə qülləsi birdən-birə əl uzadacaq qədər yaxın göründü! Lippershey bu aləti “uzaq görən boru” (kijker) adlandırdı və dərhal Niderland hökumətinə müraciət edərək patent istədi. O, bu cihazın dəniz donanması üçün çox faydalı ola biləcəyini düşünürdü. Hökumət teleskopun hərbi əhəmiyyətini başa düşsə də, ixtira artıq bir neçə usta tərəfindən təqlid edilməyə başlamışdı və patent rədd edildi. Buna baxmayaraq, Lippersheyin bu sadə sınağı tarixdə dönüş nöqtəsi oldu. Onun düzəltdiyi boru, əslində, insanın baxışını Yer səthindən ulduzlara qədər uzadan ilk vasitəyə çevrildi. O dövr üçün bu, sehrə bərabər idi. İnsanlar artıq gözlə görünməyən məsafələri yaxınlaşdırır, sanki kainatın qapılarını aralayırdılar. 1609-cu ildə İtaliyanın Piza şəhərində yaşayan alim Qalileo Qaliley Hollandiyadan gələn bu qəribə “uzaq görən boru” haqqında eşidir. O, optika elmini yaxşı bildiyi üçün dərhal bu ideyanı təkmilləşdirməyə qərar verir. Qalileo müxtəlif linzaları sınaqdan keçirərək gecələr səmanı izləyirdi. Artıq onun teleskopu sadə bir boru deyildi, 30 dəfə yaxınlaşdırma gücünə malik idi. Sonra o, teleskopu ilk dəfə Aya yönəldur və gördükləri qarşısında donub qalır. Ayın səthi hamar deyildi, orada dağlar, dərin kraterlər və kölgələr vardı. Bu, qədim dövrlərin inanclarını alt-üst edirdi, çünki o vaxtadək Ayın mükəmməl kürə olduğu düşünülürdü. Bir neçə gün sonra Qalileo teleskopu Yupiterə yönəldir və orada 4 parlaq ulduzun planetin ətrafında hərəkət etdiyini görür. Bu, Yupiterin peykləri idi — İo, Avropa, Qanimed və Kallisto. Qalileo başa düşdü ki, bu peyklər Yerin ətrafında deyil, başqa bir planetin ətrafında fırlanır. Bu kəşf Kopernikin heliosentrik nəzəriyyəsini, yəni Günəş mərkəzli kainat modelini təsdiqləyirdi. Qalileo həmçinin Veneranın fazalarını müşahidə etdi, Süd Yolunun minlərlə ulduzdan ibarət olduğunu aşkar etdi. Onun hər müşahidəsi bir inancı yıxır, bir yenisini yaradırdı. Lakin bu elmi inqilab Qalileoya baha başa gəlir, kilsə onu küfrdə günahlandırdı. O, yazılarını yandırmağa və ömrünün son illərini ev dustaqlığında keçirməyə məcbur edilir.

Open in Telegram
Views942−72%vs avg
Forwards—
Reactions—
Comments—
#1978Text
Views1,340−60%vs avg
Forwards—
Reactions—
Comments—