
Faydali Faktlar
Dəqiq, vicdanlı, qərəzsiz xəbərlər
Latest posts
📺 Tarixi rekord: Yeni "Hörümçək-adam"ın treyleri 4 günə 1 milyard baxış topladı. Kino tarixində ilk dəfə olaraq bir filmin tanıtım çarxı rəqəmsal platformalarda milyardlıq baryeri keçib. "Hörümçək-adam: Yeni gün" (Spider-Man: Brand New Day) filminin treyleri cəmi dörd gün ərzində 1,1 milyard baxış sayına çataraq mütləq dünya rekordu müəyyənləşdirib.
Open in Telegram❕🌌NASA-nın Marsda qeydə aldığı sirli “piramida” görüntüləri internetdə sürətlə yayılıb və orada vaxtilə sivilizasiyanın mövcud olub-olmaması ilə bağlı yeni müzakirələrə səbəb olub Alimlər bu quruluşu forma və ölçülərinə görə Misir piramidaları ilə müqayisə edirlər. Eyni zamanda digər mütəxəssislər bunun təbii formasiya ola biləcəyini bildirirlər. “Piramidanın” aşkarlandığı bölgə dik qayalar, sürüşmələr və laylı süxurlarla məşhurdur ki, bunlar səthin qeyri-adi həndəsi formalar almasına səbəb ola bilər.
Open in Telegram“Yeraltı” serialına yeni aktyor daxil olacaq. Türkiyə mətbuatı xəbər verir ki, aktyor Necati Şaşmazın ekran işində rol alacağı iddia edilib. Onun hansı obrazı canlandıracağı deyilməyib. Qeyd edək ki, baş rolları Devrim Özkan, Uraz Kaygılaroğlu və Deniz Can Aktaş paylaşır. N.Şaşmaz “Kurtlar vadisi” serialında “Polad Alemdar” obrazı ilə məşhurlaşıb. Sözügedən ekran işinin aktyorları Muhammed Cangören və Sefa Zengin də bir müddət əvvəl “Yeraltı”nın heyətinə qatılıb.
Open in Telegram"Keçmiş ABŞ prezidenti Barak Obama yadplanetliləri təsdiqlədi” Başlığı altında sosial şəbəkələrdə kim ağlına nə gəlsə yazır. Bəs həqiqətdə o müsahibəsində nə deyib? Keçmiş ABŞ prezidenti Barack Obama podkast müsahibəsində jurnalistlərdən birinin "Yadplanetlilər realdır?" sualına "Yadplanetlilər mövcud ola bilər , kainatda başqa həyatın olması mümkündür, amma prezidentliyim dövründə Yerə gəldiklərinə dair heç bir sübut görməmişəm" deyib. Lakin sosial şəbəkələrdə bu fikir “Obama UFO-ları təsdiqlədi” başlığı ilə yayılaraq sensasiya və dezinformasiyaya çevrildi. Həyat mümkün ola bilər, lakin indiyə qədər rəsmi və sübutlu təmas faktı yoxdur.
Open in Telegram🌑 Həvəskar astronom Ayın 708 giqabaytlıq kompozit şəklini çəkib. Çoxsaylı kadrlardan ibarət bu inanılmaz görüntü, Ayı görünməmiş detallarla göstərir. Bu böyük məlumat həcmi bizə Ayın səthində normal müşahidələr üçün görünməyən ən kiçik xüsusiyyətləri belə görməyə imkan verir.
Open in Telegram🌋 İtaliyanın Etna vulkanında lava çayı — möhtəşəm olduğu qədər də təhlükəli mənzərə Etnanın yamaclarından axan parlaq qırmızı lava gecə səmasını işıqlandırıb. Təbiətin bu möhtəşəm mənzərəsi eyni zamanda yaxın ərazilər üçün ciddi təhlükə yaradır. Xilasedicilər vəziyyəti nəzarətdə saxlasa da, vulkanın aktivliyi hələ də yüksəkdir.
Open in TelegramConnections
Similar channels
BPT Azərbaycan@bptazeNews and media2.52K
Report RU@reportazruNews and media2.58K
Ar-Rad (Gündəm Azərbaycan)@gundem_azerbaycanNews and media2.42K
SətiraltıTV@satiraltiNews and media2.33K
Caspian Live ll 24/7.@livecaspianNews and media2.79K
Bizi Deyirlər@bizi_deyirlerNews and media2.22K
Fövqəladə Hallar Nazirliyi@azerbaycanfhnNews and media2.15K
Yalançının dədəsinə lənət@yalancinin_dedesine_lenetNews and media2.97K