Посты канала Faydali Faktlar
📺 Tarixi rekord: Yeni "Hörümçək-adam"ın treyleri 4 günə 1 milyard baxış topladı. Kino tarixində ilk dəfə olaraq bir filmin tanıtım çarxı rəqəmsal platformalarda milyardlıq baryeri keçib. "Hörümçək-adam: Yeni gün" (Spider-Man: Brand New Day) filminin treyleri cəmi dörd gün ərzində 1,1 milyard baxış sayına çataraq mütləq dünya rekordu müəyyənləşdirib.
Открыть в Telegram❕🌌NASA-nın Marsda qeydə aldığı sirli “piramida” görüntüləri internetdə sürətlə yayılıb və orada vaxtilə sivilizasiyanın mövcud olub-olmaması ilə bağlı yeni müzakirələrə səbəb olub Alimlər bu quruluşu forma və ölçülərinə görə Misir piramidaları ilə müqayisə edirlər. Eyni zamanda digər mütəxəssislər bunun təbii formasiya ola biləcəyini bildirirlər. “Piramidanın” aşkarlandığı bölgə dik qayalar, sürüşmələr və laylı süxurlarla məşhurdur ki, bunlar səthin qeyri-adi həndəsi formalar almasına səbəb ola bilər.
Открыть в Telegram“Yeraltı” serialına yeni aktyor daxil olacaq. Türkiyə mətbuatı xəbər verir ki, aktyor Necati Şaşmazın ekran işində rol alacağı iddia edilib. Onun hansı obrazı canlandıracağı deyilməyib. Qeyd edək ki, baş rolları Devrim Özkan, Uraz Kaygılaroğlu və Deniz Can Aktaş paylaşır. N.Şaşmaz “Kurtlar vadisi” serialında “Polad Alemdar” obrazı ilə məşhurlaşıb. Sözügedən ekran işinin aktyorları Muhammed Cangören və Sefa Zengin də bir müddət əvvəl “Yeraltı”nın heyətinə qatılıb.
Открыть в Telegram"Keçmiş ABŞ prezidenti Barak Obama yadplanetliləri təsdiqlədi” Başlığı altında sosial şəbəkələrdə kim ağlına nə gəlsə yazır. Bəs həqiqətdə o müsahibəsində nə deyib? Keçmiş ABŞ prezidenti Barack Obama podkast müsahibəsində jurnalistlərdən birinin "Yadplanetlilər realdır?" sualına "Yadplanetlilər mövcud ola bilər , kainatda başqa həyatın olması mümkündür, amma prezidentliyim dövründə Yerə gəldiklərinə dair heç bir sübut görməmişəm" deyib. Lakin sosial şəbəkələrdə bu fikir “Obama UFO-ları təsdiqlədi” başlığı ilə yayılaraq sensasiya və dezinformasiyaya çevrildi. Həyat mümkün ola bilər, lakin indiyə qədər rəsmi və sübutlu təmas faktı yoxdur.
Открыть в Telegram🌑 Həvəskar astronom Ayın 708 giqabaytlıq kompozit şəklini çəkib. Çoxsaylı kadrlardan ibarət bu inanılmaz görüntü, Ayı görünməmiş detallarla göstərir. Bu böyük məlumat həcmi bizə Ayın səthində normal müşahidələr üçün görünməyən ən kiçik xüsusiyyətləri belə görməyə imkan verir.
Открыть в Telegram🌋 İtaliyanın Etna vulkanında lava çayı — möhtəşəm olduğu qədər də təhlükəli mənzərə Etnanın yamaclarından axan parlaq qırmızı lava gecə səmasını işıqlandırıb. Təbiətin bu möhtəşəm mənzərəsi eyni zamanda yaxın ərazilər üçün ciddi təhlükə yaradır. Xilasedicilər vəziyyəti nəzarətdə saxlasa da, vulkanın aktivliyi hələ də yüksəkdir.
Открыть в Telegram🎄 Dünyanın ən böyük Yeni il şamı Almaniyada ucaldılıb. Məlumata görə, ölkədə qurulan nəhəng ağacın hündürlüyü 45 metr, çəkisi isə 40 ton təşkil edir. Konstruksiya 140 min LED lampası ilə işıqlandırılıb.
Открыть в TelegramVenerada cəsədin taleyi: Günəş sisteminin ən ekstremal “Krematoriyası” Günəş sistemində elə bir yer var ki, orada cəsəd nə donur, nə də çürüyür — sadəcə yox olur. Bu yer Veneranın səthidir. Planetin 475°C-lik temperaturu, 92 atmosferlik dəhşətli təzyiqi və turşulu atmosferi canlı toxumaları tanıyıb məhvetməkdə ustadır. Veneraya düşən bir cəsəd mikrobların yaşaya bilməməsi səbəbindən əsla çürüməz. Əvəzində o, sanki nəhəng bir sobaya atılmış kimi dəqiqələr ərzində qızar, toxumalar bişib dağılmağa başlayar. Daha sonra orqanik maddələr oksigensiz mühitdə karbonlaşar və qara kömür qalıqlarına çevrilər. Amma bu da son deyil, atmosferdəki karbon qazı və sulfat birləşmələri sümükləri kimyəvi reaksiyalarla yavaş-yavaş “yeməyə” başlayır. Zaman keçdikcə ən sərt hissələr belə toza dönür. Nəhayət, bir neçə il ərzində Veneraya düşən bir cəsəddən yalnız zərif mineral tozu qalıb səth küləkləri arasında sovrular. @faydalifaktlar
Открыть в TelegramKeçmişdə tualetlər doğrudan da “şkaf” kimi idi! Bugün “WC” kimi bildiyimiz “Water Closet” ifadəsi əslində “su şkafı” mənasını verir. 19-cu əsrdə Avropada, xüsusilə də varlı ailələrin evlərində tualetlər taxta şkafların içində gizlədilirdi — həm məxfilik, həm də xoşagəlməz qoxuları gizlətmək üçün. Yəni “tualetə su şkafı deyilməsinin” səbəbi sadəcə söz oyunu deyilmiş, tam real bir fakt imiş!
Открыть в Telegram📰 Məşhur The Economist jurnalı ənənəvi olaraq gələn ilə həsr etdiyi üz qabığını təqdim edib.
Открыть в Telegram❗Diqqət FAKE ❗ Xəbər saytlarında sürətli şəkildə paylaşırlar ki, NASA ulduzlararasından gələn 3I/ATLAS kometinin şəklini çəkib. Və bu şəkli də əlavə edirlər. Təbii ki yalandır. Hamısı bir-birindən götürüb paylaşır. Əslində soruşsan onun nə olduğunu belə anlamır.) Nəzərinizə çatdırım ki, hal hazırda sözü gedən komet bizdən 320 milyon km məsafədən keçir.
Открыть в TelegramTeleskop necə ixtira olundu? Sadə bir eynək şüşəsindən başlayan böyük kəşflər XVI əsrin sonlarında Avropada optika elmi yeni inkişaf edirdi. O dövrdə eynək ustaları sadəcə oxumaq üçün şüşələr hazırlayırdılar. Lakin bir gün, 1608-ci ildə, Hollandiyanın Middelburq şəhərində yaşayan usta Hans Lippershey iki fərqli linzanı borunun içərisinə yerləşdirib sınaqdan keçirir. Nəticə onu heyrətləndirdi: uzaqdakı kilsə qülləsi birdən-birə əl uzadacaq qədər yaxın göründü! Lippershey bu aləti “uzaq görən boru” (kijker) adlandırdı və dərhal Niderland hökumətinə müraciət edərək patent istədi. O, bu cihazın dəniz donanması üçün çox faydalı ola biləcəyini düşünürdü. Hökumət teleskopun hərbi əhəmiyyətini başa düşsə də, ixtira artıq bir neçə usta tərəfindən təqlid edilməyə başlamışdı və patent rədd edildi. Buna baxmayaraq, Lippersheyin bu sadə sınağı tarixdə dönüş nöqtəsi oldu. Onun düzəltdiyi boru, əslində, insanın baxışını Yer səthindən ulduzlara qədər uzadan ilk vasitəyə çevrildi. O dövr üçün bu, sehrə bərabər idi. İnsanlar artıq gözlə görünməyən məsafələri yaxınlaşdırır, sanki kainatın qapılarını aralayırdılar. 1609-cu ildə İtaliyanın Piza şəhərində yaşayan alim Qalileo Qaliley Hollandiyadan gələn bu qəribə “uzaq görən boru” haqqında eşidir. O, optika elmini yaxşı bildiyi üçün dərhal bu ideyanı təkmilləşdirməyə qərar verir. Qalileo müxtəlif linzaları sınaqdan keçirərək gecələr səmanı izləyirdi. Artıq onun teleskopu sadə bir boru deyildi, 30 dəfə yaxınlaşdırma gücünə malik idi. Sonra o, teleskopu ilk dəfə Aya yönəldur və gördükləri qarşısında donub qalır. Ayın səthi hamar deyildi, orada dağlar, dərin kraterlər və kölgələr vardı. Bu, qədim dövrlərin inanclarını alt-üst edirdi, çünki o vaxtadək Ayın mükəmməl kürə olduğu düşünülürdü. Bir neçə gün sonra Qalileo teleskopu Yupiterə yönəldir və orada 4 parlaq ulduzun planetin ətrafında hərəkət etdiyini görür. Bu, Yupiterin peykləri idi — İo, Avropa, Qanimed və Kallisto. Qalileo başa düşdü ki, bu peyklər Yerin ətrafında deyil, başqa bir planetin ətrafında fırlanır. Bu kəşf Kopernikin heliosentrik nəzəriyyəsini, yəni Günəş mərkəzli kainat modelini təsdiqləyirdi. Qalileo həmçinin Veneranın fazalarını müşahidə etdi, Süd Yolunun minlərlə ulduzdan ibarət olduğunu aşkar etdi. Onun hər müşahidəsi bir inancı yıxır, bir yenisini yaradırdı. Lakin bu elmi inqilab Qalileoya baha başa gəlir, kilsə onu küfrdə günahlandırdı. O, yazılarını yandırmağa və ömrünün son illərini ev dustaqlığında keçirməyə məcbur edilir.
Открыть в TelegramZəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq ● Noyabrın 12-dən etibarən isə muzey bilet sistemi ilə fəaliyyət göstərəcək və bazar ertəsi istisna olmaqla digər günlər saat 11:00-dan 18:00-dək açıq olacaq. ● Azərbaycan vətəndaşları üçün biletlərin qiyməti: məktəb yaşlı uşaqlar - ödənişsiz, tələbələr üçün - 1 AZN, böyüklər üçün - 5 AZN; ● Xarici ölkə vətəndaşları üçün: uşaqlar – 6 AZN, böyüklər – 15 AZN. ● Şəhid ailələri, müharibə iştirakçıları, hərbi qulluqçular və I, II qrup əlilliyi olan vətəndaşların muzeyə ziyarəti isə ödənişsiz qaydada olacaq.
Открыть в Telegram