22 noyabr Fərid Mehralızadənin doğum günündə bir sıra beynəlxalq təşkilatlar da onun azadlığı üçün çağırış edib.
Open in Telegram
Çəpəki
İqtisadçı Fərid Mehralızadənin telegram kanalı. İqtisadi siyasət və statistikalar, orijinal xəbərlər, inkişaf məsələləri, Bakı şəhəri və daha nələr-nələr. Əlaqə - @faridmehrali
Average views per post by day
By publication day
Show as table
| Date | Avg views per post |
|---|---|
| Nov 19, 2026 | 640 |
| Nov 23, 2026 | 172 |
Most viewed this month
- 01Views640Forwards—Reactions18Comments—
- 02Views174Forwards—Reactions5Comments—
- 03Views171Forwards—Reactions4Comments—
Latest posts
Robert Aderholt: "Bu gün AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə 32 yaşını Azərbaycanda saxta ittihamlarla haqsız yerə həbsdə qarşılayır. ABŞ Konqresinin Azərbaycan üzrə qrupunun həmsədri kimi bildirirəm ki, Fəridin iki il əvvəl tutulması açıq-aşkar siyasi motivli idi və ABŞ–Azərbaycan münasibətlərinin daha məhsuldar inkişafına zərbə vurur. O, azadlığa buraxılmalıdır"
Open in Telegram22 noyabr Fərid Mehralızadənin doğum günüdür. O, həbsxanada 3-cü doğum gününü keçirəcək. Təbriklərinizi və dəstək mesajlarınızı Fəridə çatdıra bilərsiniz. Bunun üçün freefarid.info sayta daxil olaraq, ən aşağıda Send Letter hissəsindən məktubunuzu göndərin.
Open in TelegramForwarded from AbzasMedia
“Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə Milli Mətbuat Günü münasibətilə həbsxanadan mesaj göndərib. “Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən jurnalist mətbuat azadlığı ilə ölkənin iqtisadi inkişafı və rifahı arasındakı əlaqəyə diqqət çəkib. “2026-cı il Dünya Mətbuat Azadlığı Reytinqinə görə Azərbaycan 180 ölkə arasında 171-ci yerdədir. Mətbuat azadlığı reytinqində son 10-luqda olan bir ölkənin nə insan inkişafı, nə də iqtisadi rifah baxımından ilk 10-luqda olması mümkündür. Çünki mətbuat azadlığı təkcə ifadə azadlığı deyil, həm də hesabatlılığın, şəffaflığın, yəni, sağlam iqtisadi mühitin təməlidir. Təməl zəiflədilir, dağıdılırsa, inkişaf və rifaha çatmaq da çətinləşir”. https://shorturl.at/MKygp
Open in TelegramFəridin həbsindən bəri iki il ərzində nələr baş verib? Aşağıda qeyd olunanlardan əlavə əlavə olaraq, ABŞ senatında Beynəlxalq Mətbuat Azadlığı günü ilə bağlı qətnamədə, AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin 27 may iclasında, Freedom House, CPJ, RSF, Amnesty İnternational kimi insan haqları təşkilatlarının çağırış və hesabatlarında Fəridin azadlığa buraxılması ilə bağlı tələblər dövri olaraq səsləndirilir.
Open in TelegramHəbsinin ikinci il dönümündə Fərid Mehralızadə həbsxanadan iqtisadi düşüncələrini paylaşıb, həm də həbsinin səbəb olduğu şəxsi çətinlikləri bölüşüb. Yazının mətninə keçid: https://storage.googleapis.com/snaplink/P1wE9.html
Open in TelegramXarici jurnalistlər Fərid Mehralızadəyə müraciət ediblər: Fərid, jurnalist kimi öz işini gördüyün üçün həbs olunub bizdən ayrılmağının üzərindən artıq iki il keçir. Sadəcə həqiqətləri söylədiyinə görə sevdiklərindən ayrı salındın. Sənin möhkəm iradən hamımıza ilham verir. Bilməyini istəyirik ki, səni düşünmədiyimiz bir gün belə yoxdur. Səni evinə qaytarmaq üçün Praqada, Vaşinqtonda və dünyanın müxtəlif yerlərində hər gün çalışırıq. Çox keçmədən həyat yoldaşın, qızın və bizimlə birlikdə azadlığını qeyd edəcəyin gün gələcək.
Open in TelegramMayın 30-da iqtisadçı və jurnalist Fərid Mehralızadənin haqsız həbsinin ikinci ili tamam olur. Bu münasibətlə Azadlıq Radiosunun Praqa redaksiyasının əməkdaşları Fəridə dəstək və onun azadlığa buraxılması tələbi ilə fotoaksiyaya qoşulublar. Əməkdaşlar Fəridin fotosu ilə çəkdirdikləri şəkilləri paylaşaraq hər kəsi 30 mayda #FreeFarid həştəqi ilə həmrəylik nümayiş etdirməyə və aksiyaya qoşulmağa çağırıblar. https://x.com/rferlpress/status/2059998158378123503?s=46
Open in TelegramABŞ-ın xarici siyasət üzrə aparıcı beyin mərkəzlərindən olan Atlantik Şurasının ekspertləri 10 mayda dərc olunan məqalələrində qeyd ediblər ki, Azərbaycanla münasibətləri inkişaf etdirmək üçün "böyük saziş"ə ehtiyac var. Onlar Trump administrasiyasına tövsiyə ediblər ki, növbəti altı ay ərzində imkan var ki, həmin sazişə çatmaq üçün Belarus modeli əsasında Azərbaycana qarşı sanksiyaların tam götürülməsi qarşılığında Əliyev hökuməti ilə ölkədə ədalətsiz həbs olunmuş şəxslərin azadlığa buraxması üçün danışıqlar aparılsın. Ekspertlər Azadlıq Radiosunun təhlilçisi Fərid Mehralızadənin işini də qeyd ediblər. Mətnin originalı: https://www.atlanticcouncil.org/dispatches/now-is-the-time-for-a-us-grand-deal-with-azerbaijan/
Open in TelegramQətnamənin mətninə keçid: https://www.congress.gov/congressional-record/volume-172/issue-76/senate-section/article/S2177-2
Open in TelegramConnections
Similar channels
Vətən🇦🇿@azerbaycan62News and media1.46K
Herbi_Azerbaijan@herbi_azerbaijanNews and media1.52K
Ali Hajizade@hajizadealiNews and media1.62K
🇦🇿 ALOV 🔥@alov_azeNews and media1.3K
AbzasMedia@abzasmediaNews and media1.71K
Caspian Bureau@caspian_bureauNews and media1.73K
Fardin Isazade@fisazadeNews and media1.74K
Turan Ekspress@turan_ekspressiNews and media1.88K