
Herbi_Azerbaijan
🚨Hərb dünyasına və hərbiyə aid olan bütün hadisə və xəbərləri bizdən öyrənin! 📨 Reklam və əməkdaşlıq üçün əlaqə : @safarliz 🔗 Kanalın linki: t.me/herbi_azerbaijan
Average views per post by day
By publication day
Show as table
| Date | Avg views per post |
|---|---|
| Nov 18, 2026 | 177 |
| Nov 19, 2026 | 164 |
| Nov 20, 2026 | 214 |
| Nov 23, 2026 | 149 |
| Nov 24, 2026 | 108 |
Most viewed this month
- 01Views235Forwards—Reactions2Comments—
- 02Views193Forwards—Reactions1Comments—
- 03Views178Forwards—Reactions1Comments—
- 04Views177Forwards—Reactions4Comments—
Latest posts
🥀 DSX-nin hərbi qulluqçusu vəfat edib Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, əsgər Kərimov Rəhman Rauf oğlu uzun sürən ağır xəstəlikdən sonra müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada vəfat edib. DSX rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
Open in Telegram🚨 İŞİD-in Xorasan qanadına qoşulan iki azərbaycanlı saxlanılaraq ölkəyə gətirilib Azərbaycan vətəndaşları Yunus Abdurahmanov və Abdulla Həsənbəyov xaricdə terrorçu təşkilatın fəaliyyətində iştirakla bağlı saxlanılaraq Azərbaycana gətiriliblər. 🔴 İstintaqla müəyyən edilib ki, Yunus Abdurahmanov 2025-ci il noyabrın 15-də xarici ölkəyə gedərək İŞİD-in Xorasan qanadına qoşulub. O, gizli düşərgədə odlu silah və döyüş sursatları ilə təmin edilib, terror-təxribat aktları üçün hərbi təlimlərdə iştirak edib. Digər şəxs Abdulla Həsənbəyov isə xarici dövlətin hökumət qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək niyyəti ilə həmin ölkəyə gedib. O, Azərbaycan tərəfinin təqdim etdiyi məlumat əsasında yerli təhlükəsizlik orqanları ilə birgə keçirilən tədbirlər zamanı saxlanılıb. ⚖️ Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Open in Telegram❗Xəzərin sərvətinə qəsd edən şəxs: 4 məhkumluq, 9 sərhəd pozuntusu Xəzər dənizində qanunsuz balıq ovu və sərhəd rejiminin pozulması ilə bağlı dəfələrlə saxlanılan Siyəzən rayon sakini Pərviz Xankişiyevin 4 dəfə cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir. Rəsmi məlumatlara görə, 1983-cü il təvəllüdlü P.Xankişiyev müxtəlif illərdə qəsdən sağlamlığa az ağır zərər vurma, qanunsuz balıq ovu, məhkəmə qərarını icra etməmə və dövlət sərhədini qanunsuz keçmə maddələri ilə məhkum edilib. Ona müxtəlif vaxtlarda azadlıqdan məhrumetmə, islah işləri və cərimə cəzaları verilib. Bundan əlavə, o, Xəzərin Azərbaycan sektorunda bir dəfə sərhəd pozucusu, 8 dəfə isə sərhəd rejimi pozucusu kimi saxlanılıb. Qanunsuz balıq ovu Xəzərin ekosisteminə və su bioresurslarına ciddi zərər vurur. Xüsusilə nərəkimilərin sayının azalması fonunda brakonyerlik dənizin təbii sərvətlərinin qorunmasını daha da aktuallaşdırır. Qeyd edək ki, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən qanuni istifadə hər bir vətəndaşın borcudur. (c) Orduaz
Open in Telegram🇦🇿 “Bum” sərhəd komendantlığı istifadəyə verildi Dövlət Sərhəd Xidmətinin (DSX) “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Bum” sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib. Tədbirdə iştirak edən DSX rəisi, general-polkovnik Elçin Quliyev sərhəd infrastrukturunun müasirləşdirilməsi və hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Mərasimdən sonra Elçin Quliyev inzibati binada yaradılan şəraitlə tanış olub və şəxsi heyətlə birgə nahar edib.
Open in Telegram🇦🇲🇦🇿 Simonyan Azərbaycana gəlir Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın dekabr ayında Azərbaycana səfəri gözlənilir. Bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistana səfər edib. Növbəti səfərin isə Ermənistan nümayəndəsinin Azərbaycana gəlişi ilə reallaşacağı bildirilir. Simonyan qeyd edib ki, Bakıya səfər çərçivəsində texniki məsələlər və iki ölkə arasında əməkdaşlıq imkanları müzakirə olunacaq.
Open in Telegram🇦🇿 Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Vətən müharibəsi şəhidi kiçik gizir İbrahimli Nail Nəriman oğlunun və 2022-ci il sentyabr döyüşləri şəhidi kiçik gizir Babazadə Elşən Sahib oğlunun ailəsini ziyarət edib.
Open in TelegramConnections
Similar channels
Vətən🇦🇿@azerbaycan62News and media1.45K
Caspian Bureau@caspian_bureauNews and media1.73K
Fardin Isazade@fisazadeNews and media1.74K
🇦🇿 ALOV 🔥@alov_azeNews and media1.3K
Turan Ekspress@turan_ekspressiNews and media1.88K
Globalinfo.az@globalinfo_azNews and media2.07K
Azerforum@azerforumNews and media2.07K
Fövqəladə Hallar Nazirliyi@azerbaycanfhnNews and media2.15K