Əxlaqı ayaqların arasında yox, beyninizdə axtarın! - Mahir Xəttab yazır Əxlaq insanın geyindiyi paltarın uzunluğu ilə ölçülmür. Bir insanın necə geyinməsi onun necə insan olduğunu müəyyən etmir. Ən qapalı geyinən insanın daxilində nələr yaşandığını bilmədiyimiz kimi, açıq geyinən insanın da xarakteri, vicdanı, mərhəməti haqqında geyiminə baxaraq hökm verə bilmərik. Dünyanın müxtəlif yerlərində yaşayan bəzi qəbilələrdə qadınlar iqlim, adət-ənənə və həyat şəraitinə görə bədənlərinin intim nahiyələrini yarpaqla örtərək yaşayırlar. Onların həyat tərzi budur, yaşadıqları dünya budur. İndi sən durub həmin qadınlara əxlaqsız deyə bilərsən? Onları özünün əxlaq ölçüsü ilə mühakimə edə bilərsən? Əlbəttə, yox! Çünki sən onların həyatını, şəraitini, mədəniyyətini bilmirsən. Sən sadəcə öz dünyandan baxıb hökm verirsən. Əxlaqı ayaqların arasında axtarmağın yanlış olduğunu artıq başa düşün. Əxlaq düşüncədə olur, mənəviyyatda olur. Yəni, yuxarıda - beyin adlanan orqanda… - Mahir Xəttab #Avrasiya @Turan_ekspressi
Open in TelegramViews growthHide views growth
Views growth
Hours after publication
Show as table
| Hours after publication | Views |
|---|---|
| 0 h | 0 |
| 1 h | 16 |
| 3 h | 31 |
- After 1 hour16
- Total to date31
















