📮 Mənə bir statistika 📊 göndərib rəy yazaraq paylaşmağımı xahiş etdilər. Deməli, porno film 🎬sənayesində çalışan aktyor və aktrisaların ölüm səbəbləri ilə bağlı araşdırmalar 📈 təqdim edilir. Xüsusilə 2024-cü ildə yayımlanmış bir araşdırmada 📉 1 665 ölüm ⚰ hadisəsi üzrə məlumatlar təhlil edilmişdir. 1⃣ Porno ulduzları arasında ən çox qeydə alınan 7 ölüm kateqoriyasından danışılır; Həmin araşdırmada 📊 ölüm səbəbləri aşağıdakı şəkildə göstərildiyi kimi təsnif edilib👇 Siyahının 1-ci yerində "tibbi ağırlaşmalar" 🏴☠ qeyd edilib. Maraqlısı budur ki, statistikada 2-ci yerdə səbəbi bilinməyən ölümlərdir. ⁉️ Statistikada 3-cü yerdə olan ölüm səbəbini "intihar hadisələri" tutur. 🚫 4-cü yerdə "Qiçs və onun ağırlaşmaları",🦠 5-ci yerdə "dərman və narkotik dozasının aşılması", 💉 6-cı yerdə "kiminsə tərəfindən qətlə məruz qalmaq", 🔪🪓 7-ci yerdə isə "avtoqəza hadisələri"dir. 🚙 Diqqət yetirildikdə bu əxlaqsız kəslərin ölüm səbəblərinin demək olar ki, hamısı ağrılı-acılı, şiddətli 🔞 əzab verən ölüm 🆘səbəbləridir. Bunun hələ bu dünyada ikən başlayan ilahi bir cəza 🔥 olması demək olar ki, dindarlar tərəfindən yekdil şəkildə qəbul edilir. 2⃣ Bəs görəsən, bu "insan sənayesi"nin 🎥 əxlaqsız nümayəndələrinin orta ölüm yaşı neçədir? 👉 İnternetdə porno aktyorlarının orta ölüm yaşının təxminən 36–38 yaş olduğu barədə rəqəmlər yayılıb. 2021-ci ildə aparılmış başqa bir araşdırmada isə vəfat etmiş 150 porno aktyoru üzrə orta ölüm yaşı 38 göstərilib. Daha dəhşətli olan fakt isə daha geniş yayılmış 📲 xəbərlərdə bəzən 20, bəzən 25, bəzən 30 yaşında ölən bir çox əxlaqsız şəxslərin, yəni əksəriyyətinin faciəvi və çox dəhşətli, ağrılı-acılı 😱 bir şəkildə ölməsini, el arasında, xüsusən də dindarlar arasında "pis sonluq" olaraq bilinən ifadəyə uyğun bir şəkildə ölməsini göstərən faktlar insanı dəhşətə gətirir. 😳 Bir çoxlarının hətta 30 yaşı keçmədən ölməsi faktları yayqındır. Burası aydındır ki, bu əxlaqsız şəxslərin arasında uzunömürlülər demək olar ki, yox dərəcəsindədir. ✅ Erkən ölüm halları isə çox yayqındır. Yuxarıdakı kateqoriyalardan əlavə, onların ölüm səbəbləri arasında hündürdən yıxılıb ölən, cinsi orqanından xərçəngə yoluxan, qıcolma ilə ölən, astmadan boğulan, sidik sisteminin ağır zədələnməsi ilə ağrılar içində ölənlər və s. var. Normal, təbii ölüm halları isə həddən artıq azdır. Olsa da, bu az sayın əksəriyyəti "erkən ölüm" ⚰ kateqoriyasına daxil olur. 🔸İslam alimlərindən Əbdülhəqq əl-İşbilinin (rahiməhullah) dediyi kimi: "Pis sonluq (suul-xatimə) zahiri düz, batini təmiz olan kəsin başına gəlməz; o, yalnız daxilində fəsad olan, böyük günahlarda israr edən və haramlara cürətlə girən kəslərin başına gəlir ki, ölüm onları qəflətən yaxalayır". "Pis sonluq" deyildikdə, İslam aləmində əsasən "ağrılı və ya çətin şəraitdə olan ölüm" deyil, "günah üzərində, fasiqlik üzərində olan ölüm" qəsd edilir. Ümumiyyətlə, mömin kimsə çirkin, biabırçı əməl üzərində bir ölümlə can vermir. Möminin ağrılı ölümü onun üçün bəzən şəhadət olduğu halda, inkarçı və günahkarların ağrılı ölümü onların əzabının başlanğıcı ola bilir. Bir vəfat edən şəxs haqqında insanların yaxşı və ya pis fikirdə olmasının əhəmiyyəti haqqında da çox mühüm bir Peyğəmbər ﷺ kəlamı da vardır. İnsanların pis biri kimi tanıdığı şəxslərin pis, yaxşı biri kimi tanıdığı şəxslərin isə yaxşı aqibətə çatacağını İslam Peyğəmbəri ﷺ xəbər vermişdir. ✍️ Yazdı: Sahib Əsədov
Открыть в TelegramSƏLƏFİN ƏXLAQI
Admin: Mədinə İslam universitetinin tələbəsi: Sahib Əsədov
Средние просмотры поста по дням
По дню публикации
Показать таблицей
| Дата | Просмотров на пост |
|---|---|
| 28 окт. 2026 г. | 378 |
| 29 окт. 2026 г. | 374 |
| 30 окт. 2026 г. | 463 |
| 31 окт. 2026 г. | 524 |
| 3 нояб. 2026 г. | 498 |
| 4 нояб. 2026 г. | 417 |
| 7 нояб. 2026 г. | 498 |
| 9 нояб. 2026 г. | 470 |
| 14 нояб. 2026 г. | 398 |
| 16 нояб. 2026 г. | 390 |
| 22 нояб. 2026 г. | 232 |
| 25 нояб. 2026 г. | 130 |
Самые просматриваемые за месяц
- 01Просмотры586Пересылки—Реакции—Комментарии—
- 02Просмотры524Пересылки—Реакции—Комментарии—
- 03Просмотры508Пересылки—Реакции—Комментарии—
- 04Просмотры507Пересылки—Реакции—Комментарии—
Новые посты
Bəlkə bəzi şiələrin islahına, daha mötədil olmasına töhfə olar. Paylaşımdan məqsəd ölkəmizdəki köhnə şiələrin elm əhlinin indiki İrandan təsirlənən bəziləri kimi daha aqressiv olmadıqlarını göstərməkdir. O dövrdə Azərbaycanda belə mötədil şiə din xadimləri az olmayıb! t.me/selefinexlaqi
Открыть в Telegram✅ Bu üç vaxtda icazə barədə diqqətli olmağa çalış! ﴿ثَلَاثُ عَوْرَاتٍ لَكُمْ﴾ "Bunlar sizin üç məhrəm vaxtınızdır".(ən-Nur, 24:58) 🔹Uca Allah bu ayədə ev daxilində belə, şəxsi məxfiliyin və ədəb qaydalarının qorunmasını əmr edir. Ayədə evdə yaşayan uşaqların və xidmətçilərin icazə almadan daxil olmamalı olduqları üç vaxt xüsusi vurğulanır: 🟩 Sübh namazından əvvəl: İnsanların yuxudan oyandığı və ya yuxuda olduğu, istirahət və geyim baxımından məhrəm vəziyyətdə ola biləcəkləri vaxt. 🟨 Günorta istirahəti zamanı: Paltarların çıxarıldığı və insanın yatmaq üçün dincəldiyi vaxt. 🟦 İşa namazından sonra: İnsanların gecə istirahətinə çəkildikləri və yatmağa hazırlaşdıqları vaxt. 🟫 Bu üç vaxtda icazə alınmasının səbəbi insanların istirahətdə, yuxuda və ailəvi məhrəmlik halında ola bilmələridir. 👉 İbn Kəsir (rahiməhullah) bildirir ki, bu vaxtlarda insanın həyat yoldaşı ilə birlikdə olması və ya başqalarının görməsini istəmədiyi hallarda olması mümkündür. Buna görə uşaqlar və xidmətçilər icazəsiz daxil olmamalıdırlar. Beləliklə, İslam yalnız yad insanların deyil, eyni evdə yaşayan ailə üzvlərinin də şəxsi məxfiliyini qoruyur. Ayə bizə öyrədir ki, ev daxilində də icazə istəmək, həya və məhrəmliyə hörmət etmək İslam ədəb-ərkanının mühüm hissəsidir. 📌 (Mənbələr: İbn Kəsir, Təfsir əl-Quran əl-Əzim; əl-Bəğəvi, Məalimut-Tənzil; ət-Təbəri, Camiul-bəyan). ✍️ Hazırladı: Sahib Əsədov t.me/selefinexlaqi
Открыть в Telegram⁉️Xaricdə olan bəzi müsəlman məşhurlar barədə suala cavab ⁉️ 🟡 Sual: Bəzən xarici ölkələrdə öz sahəsində uğurlu və məşhur müsəlmanlar olur, lakin bu müsəlmanlar məşhurluq qazanmaqla yanaşı İslama zidd günah əməlləri və ya müsəlmanlara zərər verəcək səhv fikirləri də aşkar edirlər. Xarici ölkələrdə olan elə məşhur müsəlmanlar haqqında mövqeyimiz necə olmalıdır? 🟢 Cavab: Müsəlman məşhurların bəzi günahlar və ya fisq (fasiqlik) içində olması halında onlarla münasibət, pisliyi rədd etmək, iman qardaşlığını qorumaq və kor-koranə tabeçilikdən çəkinmək arasında tarazlıq quran şəriət qaydalarına uyğun olmalıdır. Onları sevgi hissi ilə müdafiə etmək ədalət və şəriət tərəzisinə əsaslanmalıdır. Bu məsələdə doğru yanaşmanı aşağıdakı bəndlərlə xülasə etmək olar: 1⃣ Şəriət Qaydaları və Vəzifələr (Edilməsi vacib olanlar) 🔹 İman qardaşlığının əsasını qorumaq: Günah işlədən (və ya onu dindən çıxarmayan bəzi günahlar səbəbindən fasiq olan) müsəlman yenə də müsəlman olaraq qalır və İslam qardaşlığı hüququna sahibdir. Sırf günahına görə onu təkfir etmək (dindən çıxarmaq) olmaz; onun daxilindəki İslam və imana görə sevilir, etdiyi günah və fisqə görə isə bu əməlinə nifrət edilir. 🔹 Ədalət və insaf: Onların sahib ola biləcəyi xeyirli tərəfləri və ya İslama və müsəlmanlara xidmət edən müsbət mövqelərini etiraf etmək lazımdır. İslam bizə insaflı olmağı öyrədir; Uca Allah buyurur: «Bir qövmə olan nifrətiniz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun, bu, təqvaya daha yaxındır». (əl-Maidə. 8). 🔹 Onların hidayəti üçün dua etmək: Onları qorumağın ən doğru və faydalı yolu arxalarından dua etməkdir; vəziyyətlərinin düzəlməsi, tövbə etmələri və doğru yolda olmaları üçün dua edilməlidir. Çünki onların hidayətə gəlməsi izləyicilərinə də böyük müsbət təsir göstərir. 2⃣ Çəkinilməsi Lazım Olan Məqamlar (Qadağan olunanlar) 🔸 **Batili və günahı müdafiə etməmək:*' "Sevgi" hissinin onların səhvlərinə bəraət qazandırmasına, etdikləri günahları yüngül görməyə və ya günahı açıq şəkildə işlətmələrinə əsassız bəhanələr axtarmağa yol açmamasına ciddi diqqət yetirilməlidir. Müdafiə günah və ya pisliyə görə deyil, müsəlman şəxsin namusunu və izzətini qorumaq üçün ola bilər. 🔸 Onları mütləq mənada nümunə götürməkdən çəkinmək: Günahı açıq şəkildə işlədən məşhurların davranış və ya düşüncədə simvol olaraq nümunə götürülməsi doğru deyil. Nümunə götürmək və ucaltmaq yalnız elm, fəzilət və təqva sahiblərinə aid olmalıdır. 🔸 Pisliyin yayılmasına səbəb olmamaq: Onların bəzi xüsusiyyətlərini və ya mövqelərini bəyənmək, şəriətə zidd olan videolarını və ya şəkillərini paylaşmağa əsas vermir. Çünki bu, müsəlmanlar arasında günahın və çirkinliklərin yayılmasına kömək edir. 🔄 Xülasə: Ortaq və doğru yol onların müsəlmanlığını və xeyirli tərəflərini sevməyi, günah və fisqlərinə isə nifrət edib qarşı çıxmağı tələb edir. Bu zaman onları müdafiə etmək istəyinin bizi şəriət hökmlərini yumşaltmağa və ya günaha razı olmağa sürükləməsindən tamamilə çəkinmək lazımdır. ✍️ Yazdı: Sahib Əsədov t.me/selefinexlaqi
Открыть в TelegramСвязи
Похожие каналы
Azərbaycan Araşdırma Mərkəzi@azerbaycan_arasdirma_merkeziРелигия1,78 тыс.
ŞƏHİD İMAM SEYYİD ƏLİ XAMENEİ@imam_xameneiРелигия1,75 тыс.
İslam və Təbabət@islamvetebabetlemualiceРелигия1,65 тыс.
Mərsiyə - Surud@mersiye_surudРелигия1,92 тыс.
İslami Təqvim@islamiteqvimРелигия1,59 тыс.
Şeyx Musa Əsədzadə@musa_esedzadeРелигия2,02 тыс.
Xurafatsız.islam@xurafatsiz_islamРелигия1,53 тыс.
Zindan_Məğlubiyyət_deyil@talebagirzadeРелигия2,15 тыс.