📮 Mənə bir statistika 📊 göndərib rəy yazaraq paylaşmağımı xahiş etdilər. Deməli, porno film 🎬sənayesində çalışan aktyor və aktrisaların ölüm səbəbləri ilə bağlı araşdırmalar 📈 təqdim edilir. Xüsusilə 2024-cü ildə yayımlanmış bir araşdırmada 📉 1 665 ölüm ⚰ hadisəsi üzrə məlumatlar təhlil edilmişdir. 1⃣ Porno ulduzları arasında ən çox qeydə alınan 7 ölüm kateqoriyasından danışılır; Həmin araşdırmada 📊 ölüm səbəbləri aşağıdakı şəkildə göstərildiyi kimi təsnif edilib👇 Siyahının 1-ci yerində "tibbi ağırlaşmalar" 🏴☠ qeyd edilib. Maraqlısı budur ki, statistikada 2-ci yerdə səbəbi bilinməyən ölümlərdir. ⁉️ Statistikada 3-cü yerdə olan ölüm səbəbini "intihar hadisələri" tutur. 🚫 4-cü yerdə "Qiçs və onun ağırlaşmaları",🦠 5-ci yerdə "dərman və narkotik dozasının aşılması", 💉 6-cı yerdə "kiminsə tərəfindən qətlə məruz qalmaq", 🔪🪓 7-ci yerdə isə "avtoqəza hadisələri"dir. 🚙 Diqqət yetirildikdə bu əxlaqsız kəslərin ölüm səbəblərinin demək olar ki, hamısı ağrılı-acılı, şiddətli 🔞 əzab verən ölüm 🆘səbəbləridir. Bunun hələ bu dünyada ikən başlayan ilahi bir cəza 🔥 olması demək olar ki, dindarlar tərəfindən yekdil şəkildə qəbul edilir. 2⃣ Bəs görəsən, bu "insan sənayesi"nin 🎥 əxlaqsız nümayəndələrinin orta ölüm yaşı neçədir? 👉 İnternetdə porno aktyorlarının orta ölüm yaşının təxminən 36–38 yaş olduğu barədə rəqəmlər yayılıb. 2021-ci ildə aparılmış başqa bir araşdırmada isə vəfat etmiş 150 porno aktyoru üzrə orta ölüm yaşı 38 göstərilib. Daha dəhşətli olan fakt isə daha geniş yayılmış 📲 xəbərlərdə bəzən 20, bəzən 25, bəzən 30 yaşında ölən bir çox əxlaqsız şəxslərin, yəni əksəriyyətinin faciəvi və çox dəhşətli, ağrılı-acılı 😱 bir şəkildə ölməsini, el arasında, xüsusən də dindarlar arasında "pis sonluq" olaraq bilinən ifadəyə uyğun bir şəkildə ölməsini göstərən faktlar insanı dəhşətə gətirir. 😳 Bir çoxlarının hətta 30 yaşı keçmədən ölməsi faktları yayqındır. Burası aydındır ki, bu əxlaqsız şəxslərin arasında uzunömürlülər demək olar ki, yox dərəcəsindədir. ✅ Erkən ölüm halları isə çox yayqındır. Yuxarıdakı kateqoriyalardan əlavə, onların ölüm səbəbləri arasında hündürdən yıxılıb ölən, cinsi orqanından xərçəngə yoluxan, qıcolma ilə ölən, astmadan boğulan, sidik sisteminin ağır zədələnməsi ilə ağrılar içində ölənlər və s. var. Normal, təbii ölüm halları isə həddən artıq azdır. Olsa da, bu az sayın əksəriyyəti "erkən ölüm" ⚰ kateqoriyasına daxil olur. 🔸İslam alimlərindən Əbdülhəqq əl-İşbilinin (rahiməhullah) dediyi kimi: "Pis sonluq (suul-xatimə) zahiri düz, batini təmiz olan kəsin başına gəlməz; o, yalnız daxilində fəsad olan, böyük günahlarda israr edən və haramlara cürətlə girən kəslərin başına gəlir ki, ölüm onları qəflətən yaxalayır". "Pis sonluq" deyildikdə, İslam aləmində əsasən "ağrılı və ya çətin şəraitdə olan ölüm" deyil, "günah üzərində, fasiqlik üzərində olan ölüm" qəsd edilir. Ümumiyyətlə, mömin kimsə çirkin, biabırçı əməl üzərində bir ölümlə can vermir. Möminin ağrılı ölümü onun üçün bəzən şəhadət olduğu halda, inkarçı və günahkarların ağrılı ölümü onların əzabının başlanğıcı ola bilir. Bir vəfat edən şəxs haqqında insanların yaxşı və ya pis fikirdə olmasının əhəmiyyəti haqqında da çox mühüm bir Peyğəmbər ﷺ kəlamı da vardır. İnsanların pis biri kimi tanıdığı şəxslərin pis, yaxşı biri kimi tanıdığı şəxslərin isə yaxşı aqibətə çatacağını İslam Peyğəmbəri ﷺ xəbər vermişdir. ✍️ Yazdı: Sahib Əsədov
Открыть в TelegramПосты канала SƏLƏFİN ƏXLAQI
Bəlkə bəzi şiələrin islahına, daha mötədil olmasına töhfə olar. Paylaşımdan məqsəd ölkəmizdəki köhnə şiələrin elm əhlinin indiki İrandan təsirlənən bəziləri kimi daha aqressiv olmadıqlarını göstərməkdir. O dövrdə Azərbaycanda belə mötədil şiə din xadimləri az olmayıb! t.me/selefinexlaqi
Открыть в Telegram✅ Bu üç vaxtda icazə barədə diqqətli olmağa çalış! ﴿ثَلَاثُ عَوْرَاتٍ لَكُمْ﴾ "Bunlar sizin üç məhrəm vaxtınızdır".(ən-Nur, 24:58) 🔹Uca Allah bu ayədə ev daxilində belə, şəxsi məxfiliyin və ədəb qaydalarının qorunmasını əmr edir. Ayədə evdə yaşayan uşaqların və xidmətçilərin icazə almadan daxil olmamalı olduqları üç vaxt xüsusi vurğulanır: 🟩 Sübh namazından əvvəl: İnsanların yuxudan oyandığı və ya yuxuda olduğu, istirahət və geyim baxımından məhrəm vəziyyətdə ola biləcəkləri vaxt. 🟨 Günorta istirahəti zamanı: Paltarların çıxarıldığı və insanın yatmaq üçün dincəldiyi vaxt. 🟦 İşa namazından sonra: İnsanların gecə istirahətinə çəkildikləri və yatmağa hazırlaşdıqları vaxt. 🟫 Bu üç vaxtda icazə alınmasının səbəbi insanların istirahətdə, yuxuda və ailəvi məhrəmlik halında ola bilmələridir. 👉 İbn Kəsir (rahiməhullah) bildirir ki, bu vaxtlarda insanın həyat yoldaşı ilə birlikdə olması və ya başqalarının görməsini istəmədiyi hallarda olması mümkündür. Buna görə uşaqlar və xidmətçilər icazəsiz daxil olmamalıdırlar. Beləliklə, İslam yalnız yad insanların deyil, eyni evdə yaşayan ailə üzvlərinin də şəxsi məxfiliyini qoruyur. Ayə bizə öyrədir ki, ev daxilində də icazə istəmək, həya və məhrəmliyə hörmət etmək İslam ədəb-ərkanının mühüm hissəsidir. 📌 (Mənbələr: İbn Kəsir, Təfsir əl-Quran əl-Əzim; əl-Bəğəvi, Məalimut-Tənzil; ət-Təbəri, Camiul-bəyan). ✍️ Hazırladı: Sahib Əsədov t.me/selefinexlaqi
Открыть в Telegram⁉️Xaricdə olan bəzi müsəlman məşhurlar barədə suala cavab ⁉️ 🟡 Sual: Bəzən xarici ölkələrdə öz sahəsində uğurlu və məşhur müsəlmanlar olur, lakin bu müsəlmanlar məşhurluq qazanmaqla yanaşı İslama zidd günah əməlləri və ya müsəlmanlara zərər verəcək səhv fikirləri də aşkar edirlər. Xarici ölkələrdə olan elə məşhur müsəlmanlar haqqında mövqeyimiz necə olmalıdır? 🟢 Cavab: Müsəlman məşhurların bəzi günahlar və ya fisq (fasiqlik) içində olması halında onlarla münasibət, pisliyi rədd etmək, iman qardaşlığını qorumaq və kor-koranə tabeçilikdən çəkinmək arasında tarazlıq quran şəriət qaydalarına uyğun olmalıdır. Onları sevgi hissi ilə müdafiə etmək ədalət və şəriət tərəzisinə əsaslanmalıdır. Bu məsələdə doğru yanaşmanı aşağıdakı bəndlərlə xülasə etmək olar: 1⃣ Şəriət Qaydaları və Vəzifələr (Edilməsi vacib olanlar) 🔹 İman qardaşlığının əsasını qorumaq: Günah işlədən (və ya onu dindən çıxarmayan bəzi günahlar səbəbindən fasiq olan) müsəlman yenə də müsəlman olaraq qalır və İslam qardaşlığı hüququna sahibdir. Sırf günahına görə onu təkfir etmək (dindən çıxarmaq) olmaz; onun daxilindəki İslam və imana görə sevilir, etdiyi günah və fisqə görə isə bu əməlinə nifrət edilir. 🔹 Ədalət və insaf: Onların sahib ola biləcəyi xeyirli tərəfləri və ya İslama və müsəlmanlara xidmət edən müsbət mövqelərini etiraf etmək lazımdır. İslam bizə insaflı olmağı öyrədir; Uca Allah buyurur: «Bir qövmə olan nifrətiniz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun, bu, təqvaya daha yaxındır». (əl-Maidə. 8). 🔹 Onların hidayəti üçün dua etmək: Onları qorumağın ən doğru və faydalı yolu arxalarından dua etməkdir; vəziyyətlərinin düzəlməsi, tövbə etmələri və doğru yolda olmaları üçün dua edilməlidir. Çünki onların hidayətə gəlməsi izləyicilərinə də böyük müsbət təsir göstərir. 2⃣ Çəkinilməsi Lazım Olan Məqamlar (Qadağan olunanlar) 🔸 **Batili və günahı müdafiə etməmək:*' "Sevgi" hissinin onların səhvlərinə bəraət qazandırmasına, etdikləri günahları yüngül görməyə və ya günahı açıq şəkildə işlətmələrinə əsassız bəhanələr axtarmağa yol açmamasına ciddi diqqət yetirilməlidir. Müdafiə günah və ya pisliyə görə deyil, müsəlman şəxsin namusunu və izzətini qorumaq üçün ola bilər. 🔸 Onları mütləq mənada nümunə götürməkdən çəkinmək: Günahı açıq şəkildə işlədən məşhurların davranış və ya düşüncədə simvol olaraq nümunə götürülməsi doğru deyil. Nümunə götürmək və ucaltmaq yalnız elm, fəzilət və təqva sahiblərinə aid olmalıdır. 🔸 Pisliyin yayılmasına səbəb olmamaq: Onların bəzi xüsusiyyətlərini və ya mövqelərini bəyənmək, şəriətə zidd olan videolarını və ya şəkillərini paylaşmağa əsas vermir. Çünki bu, müsəlmanlar arasında günahın və çirkinliklərin yayılmasına kömək edir. 🔄 Xülasə: Ortaq və doğru yol onların müsəlmanlığını və xeyirli tərəflərini sevməyi, günah və fisqlərinə isə nifrət edib qarşı çıxmağı tələb edir. Bu zaman onları müdafiə etmək istəyinin bizi şəriət hökmlərini yumşaltmağa və ya günaha razı olmağa sürükləməsindən tamamilə çəkinmək lazımdır. ✍️ Yazdı: Sahib Əsədov t.me/selefinexlaqi
Открыть в TelegramNə üçün uşaqlar qorxunu sevirlər ⁉️ 😱 Bəzən hansısa bir yerdə uşaqlar arasında qorxulu mövzulardan söhbətlərin açılmasına yüksək maraq olduğunu müşahidə edə bilərsiniz ‼️ Xüsusən də onların öz aralarında bir-birinə həvəslə qorxulu hekayələr danışmalarının şahidi ola bilərsiniz. Qoca qatil🪓, gənc qatil 🔪, qeyri-adi məxluqların hücumu 👽, rayonlarda uşaq oğurlayan manyak👺, qaranlıqda gizlənən canlılar 👻 və s. hər biri ya öz eşitdiyi, ya da başına gələn kimi təqdim etdiyi, yaxud da internetdə baxdığı bir qorxu hekayəsini ☠️ maraqla və təlaşla danışmaq istəyir‼️ ❓Öz-özümüzə bu haqda fikirləşə bilərik, görəsən, nə üçün övladlarımız qorxunu sevir 🤔❓ ➖ Görəsən, onları bu mövzuya mələklər, cinlər, şeytanlar aləminə olan maraqmı sövq edir❓ ➖ Yoxsa, onlar öz kişiliklərini göstərib uşaq dünyasından uzaq olmalarını göstərmək üçünmü bunu edirlər ❓ ➖ Yoxsa, bu onların yaşadıqları dini boşluqdanmı irəli gəlir ❓(Yəni, valideynləri onları dindən uzaq tutduğu, dini öyrətmədiyi üçünmü onlar buna əl atırlar?) ➖ Yoxsa, bu sosial şəbəkələrin təsiridirmi ❓ Bu suallar barədə düşünmək lazımdır! Özümüzü aldatmayaq. Bu mövzu çox mühümdür. Ölkəmizdə Halloven 🎃 (cadılar) bayramına olan marağı sadəcə sosial şəbəkələrlə əlaqələndirmək qeyri-ciddi yanaşma olardı. Yaxud da uşaqların "qorxu evi"nə 💀 olan marağını sadəcə adi maraq kimi dəyərləndirmək olmaz. 💐 Ey tərbiyəçilər, ey valideynlər! Övladlarınızı sevgi ilə əhatə edin! 🌹 Onları qayğıdan məhrum etməyin! 🌺 Onların suallarına qaneedici cavablar verin‼️Onları öyrədin ki, dinimiz bizə həyatda olan hər mühüm məsələ haqqında cavab verib! Bu zaman onların qəlbində 🩷 nə şirk dolu bayramlara, nə də qorxu oyunlarına rəğbət yaranmaz! ‼️ Sonra isə bilin ki, dinimizdə cinlər aləmi 🌒, onların varlığı və həqiqi mahiyyəti haqqında 📚 Quran və Sünnədə ətraflı bilgi verilmişdir! 📖 Bu öz yerində.... Lakin, yuxarıda verilən sualın əsas cavabı odur ki, uşaqlara bu dünyada 🌍 yaşamağın həqiqi mahiyyətini öyrətmədiyimiz zaman bu dünyada nə üçün yaşadığını anlamayan bir kütlə yetişəcəkdir! Həmin kütlənin fitrətinin pozulması isə çox asan olur! Həmin kütlə qorxu oyunları oynayıb intihar etmək həddinə çatmağa da meyilli olur! Allah qorusun ‼️🤲 Necə ki, son günlərdə bir azyaşlı uşağın məyusedici ölüm xəbərini də aldıq! 😔 🤲 Sonda uca Allahdan istəyirəm ki, həm bizi, ailəmizi, sevdiklərimizi, həm də zürriyyətimizi, həm də xalqımızı ümumən onlara zərər verəcək pis vərdiş və yollardan qorusun 🤲‼️ 📝 Yazdı: Sahib Əsədov t.me/selefinexlaqi
Открыть в Telegram⁉️Çox adam ərəbcə bu sözün söyüş mənasının da olduğunu düşünür. Görəsən, həqiqətən də elədirmi ⁉️ Ərəb dilində işlədilən "dəbbir halək" (دبّر حالك) sözü heç bir halda söyüş və ya təhqir mənasına gəlmir. Bu, kökü fəsahətli ərəb dilinə dayanan ammi (danışıq dili) bir ifadədir və mənası: «Başının çarəsinə bax, özün bir yol tap və ya öz işini təkbaşına həll et» deməkdir. Ərəb ölkələri arasında mənası fərqlənirmi? Əksər ərəb ləhcələrində (Şam/Livan, Misir, Körfəz və s.) bu ifadənin əsas mənası eynidir: "Çıxış yolu və ya həll tapmaq üçün özünə güvənmək". Lakin kontekstdən asılı olaraq tonasiyası və sosial mənası dəyişə bilər: • Müsbət / Praktik məna: Bəzən motivasiyaedici və ya real bir tonla deyilir; məsələn, bir kəsə xərcləri idarə etmək və ya gözlənilməz bir vəziyyəti məharətlə sahmana salmaq tapşırıldıqda istifadə olunur. • Mənfi / Köməksiz buraxma mənası (danışıq dilində ən çox yayılanı): Yardım etməmək niyyəti ilə, bir növ incik tonla deyilir. Yəni: «Öz bildiyin kimi et, məndən kömək gözləmə» və ya «Özünə təkbaşına bir çarə tap, çünki mən sənə kömək etməyəcəm». • Tələffüzdəki kiçik fərqlər: Bəzi ölkələrdə «Dəbbər halək» deyildiyi halda, Şam ölkələrində və Misirdə bəzən buna bənzər «Dəbbər rasak» (Başını çarəsinə bax) və ya «Əşuf lək dəbra» (Sənə bir çarə tapım) kimi formalar da işlədilir. Lakin hamısı eyni məqsədə — çıxış yolu tapmağa və fərdi şəkildə hərəkət etməyə yönəlib. ✍ Hazırladı: Sahib Əsədov t.me/selefinexlaqi
Открыть в TelegramHüzeyfə ibn Yəmən Peyğəmbər ﷺ-in belə dediyini xəbər verdi: "İslam, paltarın naxışının silinib itməsi kimi silinib ortadan qalxacaq; nəticədə orucun nə olduğunu, namazın nə olduğunu, ibadətin və sədəqənin nə olduğunu bilən qalmayacaq. Allah Təalanın Kitabı bir gecədə alınıb götürüləcək və yer üzündə ondan bir ayə belə qalmayacaq. İnsanlardan yaşlı qocalar və qarılar kimi müəyyən zümrələr qalacaq və deyəcəklər: "Biz atalarımızı bu kəlmə üzərində tapdıq: "Lə iləhə illəllah" (Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur), biz də onu deyirik". Bunun üzərinə Silə (həmin sözləri eşidən ravi) ona dedi: "Onlar orucun, namazın, ibadətin və sədəqənin nə olduğunu bilmədikləri halda, 'Lə iləhə illəllah' onlara nə fayda verəcək?" Hüzeyfə ondan üz çevirdi. Silə bunu üç dəfə təkrar etdi, Hüzeyfə hər dəfəsində ondan üz çevirdi. Sonuncu – üçüncü dəfədə ona tərəf dönərək dedi: "Ey Silə, o (kəlmə) onları oddan xilas edər" və bu sözü üç dəfə təkrar etdi. 📌 (Mənbələr: Səhih İbn Macə, 3289; Sünən İbn Macə, 4049; əl-Hakim, 8460; əl-Beyhəqi "Şüəb əl-İman"da, 1870) t.me/selefinexlaqi
Открыть в Telegram