Кабинет
İslam və Təbabət

İslam və Təbabət

~Bizə verdiyi neymətlərə görə Allaha həmd olsun~ Quran Dinle 🎧 https://www.youtube.com/channel/UCeT6dt9c2NB9ZZGmnq3v31A Telegram Quran dinlə 🎧 https://t.me/QuranDinleyin

Юзернейм
@islamvetebabetlemualice
Категория
Религия
Страна
АзербайджанАзербайджан
Подписчики1 653
Просмотров на пост, 7 дн.90за 7 дней
ERR5,44 %за 7 дней

Средние просмотры поста по дням

По дню публикации

Показать таблицей
ДатаПросмотров на пост
5 нояб. 2026 г.362
26 нояб. 2026 г.90

Новые посты

#2418Текст
Просмотры90−60%к среднему
Пересылки—
Реакции9
Комментарии—
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч0
2 ч53
6 ч90
  1. Через 6 часов90
  2. Всего сейчас90
#2414Текст

Uşaqlarda öskürək zamanı nə etməli. Əvvəlcə onu nəzərinizə çatdırım ki, öskürək orqanizmi qorumaq üçündür, öskürəklə bəlğəm və iltihab bədəndən təmizlənir. Uşaqlarda öskürək böyüklərdən fərqlidir. Beləki yeni anadan olmuş uşaqlar təxminən 6-7 aylığına qədər öskürəndə bəlğəmi tüpürə bilmirlər ona görə də uşaqlara bəlğəm gətiricilər verilməməli ya da çox az dozada verilməlidir ki, uşaqlara ziyanlıq verməsin. Yaxşı olar ki, belə uşaqlar daha mikrob öldürücü dərman bitkiləri və immunitet gücləndirici məhsullardan istifadə etsinlər. Uşaqlar xəstələndikdə daha doğrusu pnevmoniya (sətəlcəm) olduqda çalışın uşağın sinə və kürəyini yarıbayarı qarışdırılmış zeytun və kamfora yağı  ilə masaj edəsiniz tək kamfora yağından istifadə etdikdə uşağın dərisini yandırar. Massaj məqsədi ilə keçi piyindən də istifadə edə bilərsiniz. Keçi piyi təxminən qoz böyüklükdə əridilir, barmaqlar yağa batırılaraq uşağın sinə və kürək nahiyyələri masaj olunur. Keçi piyi həm tərlədici, həm də tempratur salıcıdır. 6 aylığa qədər uşaqlara biyan kökü dəmlənməsi çox effekli təsir edir beləki yarım çay qaşığı biyan kökü 1 stəkan suda 5 dəq qaynadılır sonra bu 1 stəkan dəmləmə bütün gün boyu uşağın içdiyi bütün çaylara və sulara qarışdırılır, çalışın uşaq gün ərzində 1 stəkanı içə bilsin. Biyan köklərinin tərkibində hormonlara bənzər maddələr də vardır bunlar uşağın həm iştahını və həm də immunitetini yaxşılaşdırır, biyan kökü həmdə şirindir. Biyan kökü dəmlənməsini 10 gün verə bilərsiniz. Əgər öskürək artıq 2 həftə keçmirsə onda belə edin, 100 qram bal götürün 10-15 qram vərəmum (propolis) balı isidin vərəmumu kiçik-kiçik qırıb balda əridin, balın tərkibi çox parçalanmaması üçün balı çox qızdırmağa ehtiyyac yoxdur biraz isinən kimi vərəmum əriyir. Bu qarışımdan 1 yaşdan yuxarı uşaqlar üçün gündə 3 dəfə yeməkdən əvvəl çay qaşığının ucunda verə bilərsiniz, 5 yaşdan yuxarı uşaqlara gündə 3 dəfə yarım çay qaşığı verə bilərsiniz bunu 2 həftə etmək olar. Uşaqlara rahat içilə bilən və tam təbii bitkilərdən hazırlanmış bronxonat siropu da çox faydalıdır. Xatırladım ki, bronxonat siropunun tərkibi əsasən uşaq öskürəklərinin qarşısını almaq üçün mən hazırlamışam və öz uşaqlarıma da həmişə vermişəm. Uşaqlarda dayanmadan boğucu öskürəklər olduqda 1 stəkan isidilmiş südə 1 çay qaşığı bal qarışdırıb verin belə etsəniz öskürəyin intervalları uzanacaqdır. Həm uşaqlar həm də böyüklər üçün faydalı olan bir tərkibi də yadınıza salım deməli 2 qram qara turpu soyun, qənd dilimlərinin yarısı qədər kubik formasında doğrayın yarım stəkan bal ilə bir birinə qarışdırın 12-14 saat ağzı bağlı bankada otaq tempraturunda saxlayın. 14 saatdan sonra banka açıldıqda maye kimi olacaqdır bu mayedən uşaqlara gündə 3 dəfə 1 çay qaşığı böyüklərə isə gündə 3 dəfə 1 xörək qaşığı verin bu həm öskürək həm də göy öskürək üçün faydalıdır, bunu 1 həftə edə bilərsiniz. Həkim fitoterapevt Fizuli Hüseynov 📲 t.me/islamvetebabetlemualice

Открыть в Telegram
Просмотры1 380+511%к среднему
Пересылки—
Реакции14
Комментарии—
#2412Превью ссылки

Qara zirədən istifadə etməyənlər !!!!⬇️⬇️bu məqaləni mütləq oxusunlar Qara zirənin faydaları Qara zirənin tərkibində prostat vəz xərçəngi, uşaqlıq, bağırsaq, mədəaltı vəz xərçəngi kimi xəstəliklərə faydalı olan timoquinon adlı maddə tapılmışdır. Qara zirədən daimi istifadə edənlərdə qan təzyiqi normadan yüksəlmir, onun qəbulu hipertoniyalı xəstələrdə təzyiqi normallaşdırır, qanda yüksək xolesterini aşağı salır, həmçinin epilepsiya tutmaları 3 dəfəyə qədər azalır. Qara zirənin həm daxilə, həm də xaricə istifadəsi zamanı, məsələn, yağını gündə 3 dəfə içdikdə və saç diblərini masaj etdikdə həm saçlar gurlaşır, ağarmış saçlar yavaş-yavaş qaralmağa başlayır, saç dibində qaşınma və kəpəklənmə aradan qalxır. Miqren zamanı qara zirə yağı alına, qulaq diblərinə və burun içinə vurulub masaj edilir və eyni zamanda daxilə qəbul edilir. Qara zirə çox güclü antioksidant olduğundan yeməkdən əvvəl 1 çay qaşığı yağının içilməsi arıqladıcı təsir göstərir. Haymorit, frontit zamanı qara zirə yağına pambıq batırılır və burun dəliyinə qoyulur, eyni zamanda 1 xörək qaşığı yağ, 1 stəkan suda qaynadılır, başa dəsmal örtülüb buxara verilir. Qara zirə necə istifadə olunmalıdır? Yaxşı olar ki, 200 qram qara zirə üyüdülüb 1 kq bal ilə qarışdırılsın, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilsin. Bu üsul qara zirədən istifadə etmənin ən faydalı üsuludur. Daha bir üsul: gündə 3 dəfə, hər dəfə 1 çay qaşığıüyüdülmüş toxum ağıza qoyulur və üstündən su içilir. Qara zirə yağı gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı içilir. Bu da çox faydalı üsuldur, həm də bədəni qurdlardan təmizləyir. Amma yağa qara zirənin tam tərkibi keçmir. Başqa bir üsul: qara zirə üyüdülür, 1 çay qaşığı üyüdülmüş toxum 1 stəkan qaynar suya qarışdırılır və 1 çay qaşığı bal əlavə olunub gündə 3 dəfə yeməkdən əvvəl içilir. Başqa bir üsul: 1 çay qaşığı qara zirə 1 stəkan suda 20 dəqiqə dəmlənir və yeməkdən əvvəl içilir. Qara zirədən hamiləlik zamanı istifadə etmək olmaz.❌❌ Yazdı🖊️ Fizuli Hüseynov İslam və Təbabət https://t.me/joinchat/AAAAAEYWQpeGZE-JWad0NA

Открыть в Telegram
Просмотры1 390+515%к среднему
Пересылки—
Реакции15
Комментарии—
#2410Превью ссылки

NAR QABIĞI 🔸️Nar qabıqları ürək üçün çox faydalıdır - ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir. Ürək xəstəlikləri zamanı 1 orta ölçüdə olan nar qabıqlarının üzərinə 1 stəkan qaynar su əlavə edin, 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində çay kimi için. Dəmləməyə bal və zəncəfil əlavə etmək olar. 🔸️Nar qabıqları ishal zamanı çox yaxşı kömək edir - bağırsaqları "yığır", iltihabı azaldır. Ishal, kolit, disbakterioz, bağırsaq vərəmi, mədə bə 12 barmaq bağırsaq yaralarının müalicədində tətbiq olunur. 🔸️ Qurdqovucudur. Nar qabıqlarını çay kimi dəmləyin1 narın qabıqlarını və arakəsmələrini kiçik termosa qoyun, üzərinə 1 stəkan qaynar su tökün, 1 saat ərzində dəmləyin və sonra gündə 3-4 dəfə stəkanın 1/3-1/4 hissəsi olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul edin. Südəmər körpələrə çay qaşığı ilə gündə 3 dəfə, 1 yaşdan yuxarı uşaqlara xr qaş ilə içirilir. 🔸️Nar qabıqlarının dəmləməsi güclü büzücü təsirə malikdir və bu səbəbdən damaq problemləri zamanı çox yaxşı kömək edir - damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır. Dəmləmə ilə ağzınızı gün ərzində bir neçə dəfə qarqara edin. Dişdə iltihab zamanı (flüs), dişin çəkilməsindən sonra nar qabıqlarının dəmləməsinə 1 çay qaşığı duz əlavə edin və qarqara edin və ya dəmləməni ağzınıza alın və bir neçə dəqiqə ərzində xəstə və ya çəkilmiş diş olan tərəfdə saxlayın. Diş çəkiləndən sonra qanaxma bəzən kifayət qədər güclü olur. Nar qabıqlarının dəmləməsi qanaxmanın dayandırmağında kömək edir. 🔸️Nar qabıqlarının dəmləməsi qastrit və mədə xorası zamanı da müalicəvi təsi edir - iltihabı azaldır, xora və eroziyaların sağalmasını tezləşdirir. Dəri yaralarına isə qabıqları üyüdərək toz şəklində tətbiq edin. JessAmin fitoclub http://t.me/islamvetebabetlemualice

Открыть в Telegram
Просмотры1 290+471%к среднему
Пересылки—
Реакции10
Комментарии—

Все посты

Связи