Allah bizi həqiqi Hüseynçilərdən qərar versin... Hacı Tale Bağırzadə Abunə olun🇦🇿 t.me/Tale_Bagirzade
Open in TelegramPosts of Hacı Tale Bağırzadə
Zalım rejimin sonu bəzən onun ən güclü göründüyü vaxt başlayır Küçələr sakitdir, rəsmi hesabatlarda hər şey qaydasındadır, etiraz səsləri isə getdikcə azalır. Hakimiyyət bu sükutu razılıq kimi oxuyur. Halbuki qorxu insanın səsini kəsə bilər, onun hökmünü dəyişə bilməz. Siyasi fəlsəfədə legitimlik cəmiyyətin hakimiyyətin idarə etmək haqqını qəbul etməsidir. Zülm bu haqqı insanların gözündə aşındırdıqca rejim itaəti qorumaq üçün zor gücünə daha çox arxalanır. Burada daxili ziddiyyət yaranır. Hakimiyyət özünü qorumaq üçün tənqidi susdurur, amma bununla da səhvlərini vaxtında görmək və düzəltmək imkanını itirir. Sonra rəhbərliyə ölkənin gerçək vəziyyətindən daha çox onun eşitmək istədiyi xəbərlər çatır. Bu ziddiyyət rejimin nə vaxt süqut edəcəyini göstərmir amma bunun baş verəcəyini qətiyyətlə bildiririk. Qorxu və məcburiyyət bir hakimiyyəti uzun müddət ayaqda saxlaya bilər. Lakin böhran anında qurumların həqiqəti gizlətməyə alışması və cəmiyyətin hakimiyyətə etimadını itirməsi ən sadə qərarın icrasını belə çətinləşdirir. Sonun başlanğıcı elə bu nöqtədir. Hakimiyyət əmr verməyə davam edir, amma həmin əmrlərin yerinə yetirilməsi üçün hər dəfə daha çox güc sərf etməli olur. Ona görə də bildiririk ki, balans siyasətini tamamilə itirmiş, böyük güclərin oyun alətinə çevrilmiş və xalqın dəstəyindən məhrum olmuş zalım Əliyev rejiminin süqutu artıq başlayıb. Bizim qənaətimizcə, bu prosesi sürətləndirən iki amil var. Rejimin xaricdə manevr imkanları daralır, ölkə daxilində isə hakimiyyət getdikcə daha çox zor gücünə arxalanır. Bu, “SON”un başlanğıcıdır və süqut prosesi sürətlənir. HİCABA AZADLIQ! Hacı Tale Bağırzadə Abunə olun🇦🇿 t.me/Tale_Bagirzade
Open in TelegramHacının Xanım Zəhranın şəhadəti ilə bağlı çıxışı və İmam Zaman ağaya münacatı Abunə olun🇦🇿 t.me/Tale_Bagirzade
Open in TelegramTale Bağırzadə: “Əliyev rejimi dünyanın ən islamofob rejimlərindən biridir” İlk öncə telefon danışıqlarıma tam qadağa qoydular. Günlər sonra isə bu danışıqlar üçün bəzi şərtlər irəli sürdülər. Namussuzcasına və şərəfsizcəsinə dedilər ki, anam və həyat yoldaşımla bütün telefon danışıqlarım zamanı telefonçu söhbətlərimi dinləyəcək. Əgər danışıqlarımda məişət mövzularından kənar hər hansı bir fikrə yol versəm, dərhal telefon əlaqələrim məhdudlaşdırılacaq. Onlar kağız üzərində əsas kimi bunu göstərirlər ki, guya mən başqa cəzaçəkmə müəssisələrində olan inanclıları aclıq aksiyasına başlamağa çağırmaq niyyətində olmuşam. Lakin telefon qadağasının əsas səbəbini mənə şifahi olaraq bildirdilər. Dedilər ki, mənim həbsxanadan İlham Əliyevə sonuncu ünvanladığım anlaşma mətninin yayılması, eyni zamanda tərəfimizdən hicablı şagirdlərin və hörmətli müəllimlərin hüquqlarının qorunmasına yönəlmiş səs yazılarımızın yayımlanması bu məhdudiyyətin əsas səbəbidir. Göründüyü kimi, Azərbaycan hakimiyyəti bizim bir dəqiqəlik də olsa, haqq səsimizə tab gətirə bilmir. Şəksiz, Əliyev rejimi dünyanın ən islamofob rejimlərindən biridir və bu zülmkar rejimə qarşı Allahın yardımı ilə son nəfəsimizə qədər mübarizəmizi davam etdirəcəyik. Uca Allah Azərbaycan xalqını, əziz məktəblilərimizi, ana və bacılarımızı Əliyev rejiminin şərindən qorusun. Amin! Tale Bağırzadə 12 saylı cəzaçəkmə müəssisəsi Abunə olun🇦🇿 t.me/Tale_Bagirzade
Open in TelegramHacı Tale Bağırzadə: “Müqavimətinizi sona qədər davam etdirin” Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadə təhsil müəssisələrində hicabla bağlı qadağaya etiraz edən məktəblilərə müraciət ünvanlayıb. İlahiyyatçı müraciətində yazıb: “Mehriban və Bağışlayan Allahın adı ilə. Azərbaycanın cəsur məktəblilərinə çağırış edirəm! Haqqınızı tələb etməkdə əsla yorulmayın və məyus olmayın. Müqavimətinizi sona qədər davam etdirin. Əmin olun ki, sonda siz mütləq qalib gələcəksiniz. Çünki Allah sizlərlədir. O, kömək edənlərin ən gözəlidir. Allah hamınızı qorusun. Nə yaxşı ki, varsınız və meydanlardasınız. Sizlərdən hər birinizlə şəxsən qürur duyuruq. Azərbaycanımızın gələcəyi sözsüz ki, sizin əlinizdədir. Əziz məktəblilər, dualarımız sizinlədir. Uca Allah hamınızı müvəffəq etsin. Amin. Tale Bağırzadə 12 saylı cəzaçəkmə müəssisəsi Abunə olun🇦🇿 t.me/Tale_Bagirzade
Open in Telegram🚫Əgər şəhid Mübariz sağ olsaydı... Hacı Tale Bağırzadə #Tələbələrə_haqsızlığa_son #Hicaba_azadlıq #İffətli_qadınlara_azadlıq #azyaşlıların_həbsinə_son #Ruhanilərə_azadlıq Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
Open in TelegramAllahın salamı olsun siz əzizlərə. Hacının adından paylaşılan bu xəbər yalan xəbərdir. Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
Open in Telegram🚩Hicab qadağası həll edilməlidir! Hacı Tale Bağırzadə #Tələbələrə_haqsızlığa_son #Hicaba_azadlıq #İffətli_qadınlara_azadlıq #azyaşlıların_həbsinə_son #Ruhanilərə_azadlıq Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
Open in Telegram🚩Biz əgər Fironların qarşısında dura bilmiriksə... Hacı Tale Bağırzadə Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
Open in Telegram🚩Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək Hacı Tale Bağırzadə Abunə olun🇦🇿 t.me/Tale_Bagirzade
Open in Telegram🚩Tale Bağırzadə Əvəz Zeynallının vəfatı ilə bağlı başsağlığı ünvanladı Azərbaycan xalqı Əvəz Zeynallının simasında daha bir dəyərli, ədalət uğrunda mübarizə aparan vətən oğlunu itirdi. O, cəmiyyəti yaxşı tanıyan, baş verən hadisələri rasional şəkildə təhlil edən azsaylı şəxslərdən biri idi. Dəfələrlə həbs olunması və müxtəlif vaxtlarda təzyiqlərlə üzləşməsi də məhz onun baş verən prosesləri dəqiq analiz etməsi ilə bağlı idi. Biz Əvəz Zeynallının xatirəsini əziz tutur, Allahdan ona rəhmət, ailəsinə isə səbir və dözüm diləyirik. Allah rəhmət eləsin. Abunə olun🇦🇿 t.me/Tale_Bagirzade
Open in Telegram🚩Dirilər içərisində ölüdürlər... Hacı Tale Bağırzadə Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
Open in Telegram🚫Tale Bağırzadə Abgül Süleymanovun həbsini pislədi Növbəti dəfə hicabın qadağan edilməsinə cəhd göstərən bu sistem müqavimət ruhu ilə qarşılaşmalı oldu. Xalq öz dini və milli kimliyinin rəmzi olan hicabın müdafiəsini öz iradəsi ilə nümayiş etdirdi. Şübhəsiz ki, bu müqavimət ayıq və mübariz ruhlu, dəyərli Hacı Abgül Süleymanovun simasında daha bariz şəkildə özünü göstərirdi. Onun yerində və dəqiq reaksiyası bunun əyani sübutudur. Heç də təsadüfi deyil ki, bu mövqe hakimiyyəti narahat etdiyindən adekvat addım atılaraq ilahiyyatçı həbs edildi. Biz hakimiyyətin hicabla bağlı planlarını ifşa edən Hacı Abgül Süleymanovun həbsini qətiyyətlə pisləyir və onun dərhal azad edilməsini tələb edirik. Abunə olun🇦🇿 t.me/Tale_Bagirzade
Open in TelegramHacı Tale Bağırzadə İlham Əliyevə anlaşma təklif etdi Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
Open in Telegram🚫Tale Bağırzadə İlham Əliyevə anlaşma təklif etdi İlahiyyatçı Tale Bağırzadə həbsxanadan İlham Əliyevə anlaşma təklifi ünvanlayıb. Media vasitəsilə yayılan mətndə deyilir: “Rəhman və Rəhim Allahın adı ilə. Cənab Əliyev! Hər kəsdən daha çox sizə məlumdur ki, illərdir zülmlə işləyən hakimiyyətinizə qarşı haqlı olaraq ciddi tənqidlər səsləndirir, qeyri-sağlam idarəçiliyinizlə əsla barışmırıq. Əlbəttə, bunun ağır bədəllərini ödəməkdən də tam razıyıq və heç bir şikayətimiz də yoxdur. Lakin son zamanlar Azərbaycanımızda baş verən bəzi xoşagəlməz hadisələri nəzərə aldıqda, düşündük ki, uzun illərdən sonra sizinlə bir məsələ üzərində anlaşa və razılığa gələ bilərik. Sözsüz ki, bu razılaşma dəyərli və qeyrətli xalqımızı da sevindirib, şad edəcəkdir. Odur ki, cənab Əliyev, mənim sizə təklif edəcəyim anlaşma mətni bundan ibarətdir: 1. Mənim 20 il həbs cəzamı dəyişdirib ömürlük həbslə əvəz edirsiniz. 2. Birbaşa sizin sifarişiniz əsasında məhkəmə qarşısına çıxarılan iki azyaşlı övladıma məhkəmənin əli ilə ən ağır və ən sərt cəzanı kəsirsiniz. Onu da deyim ki, hələ onlardan başqa iki azyaşlı övladım da var. İstəsəniz, onları da anlaşma mətninə əlavə edə bilərik. Və sizi tam arxayın edirəm ki, bizə qarşı yönələcək ən sərt və ən ağır cəzalardan heç bir şikayətimiz olmayacaqdır. Bunun müqabilində isə sizdən istəyimiz və tələbimiz bundan ibarətdir ki, heç bir cinayət törətmədən, sırf ciddi araşdırmaları və aktiv fəaliyyətlərinə görə qəzəbinizə tuş gələrək şərləyib həbs etdirdiyiniz cəsur jurnalist və hicablı xanımları həbsxanadan azad edəsiniz. Cənab Əliyev! Əgər bizim bu təklifimizlə razılaşıb Azərbaycanın dəyərli məhbus xanımlarını həbsxanalardan azad etsəniz, şəxsən özüm sizə ayrıca təşəkkür məktubu da yazacağam. Əks təqdirdə isə sizi və hakimiyyətinizi Uca Allahın tədbirinə və Azərbaycan xalqının qeyrətinə tapşırıram. Vəssalam. Tale Bağırzadə 12 saylı cəzaçəkmə müəssisəsi 23.09.2026 Abunə olun🇦🇿 t.me/Tale_Bagirzade
Open in Telegram🚩Hacı Tale Bağırzadənin Şəhid Rəhbərə son vida mesajı Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
Open in TelegramBizim üçün zülmün qarşısında dayanmaq, zülmlə mübarizə aparmaq böyük fəxrdir. Biz bu məktəbi Hüseyn ibn Əlidən öyrənmişik. Nə qədər ki, məlun İsrail dövlətinin səfirliyi Azərbaycandadır, biz yenə də mübarizəmizi aparacağıq. O vaxta qədər ki, bu dövlətin səfirliyi Azərbaycandan rədd olub getsin. Hacı Tale Bağırzadə Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
Open in TelegramLiderimizin növbəti doğum günündə Allahdan ona bərəkətli ömür diləyirik İnsanı ucaldan, bəzən isə ölümsüzləşdirən amil onun hədəfinin nə qədər böyük, doğru və dəyərli olmasıdır. Bununla yanaşı, bu həqiqəti bütün varlığı ilə görmək, dərk etmək və onun uğrunda yorulmadan mübarizə aparmaq tarixin dahilərini və qəhrəmanlarını insanlığa tanıdan əsas xüsusiyyətlərdəndir. Məhz bu iki amil – ali və haqq bir hədəf seçmək, eləcə də həmin hədəf uğrunda yorulmadan mübarizə aparmaq – adlarını tarixə yazdıran şəxsiyyətlərin ortaq cəhətidir. Yaşadığımız Məhərrəm günləri bu həqiqətin ən parlaq nümunəsidir. İmam Hüseyn (ə) böyük hədəfi, misilsiz fədakarlığı və yorulmaz mübarizəsi ilə əbədiyyətə qovuşaraq insanlıq məktəbini inşa etdi. Bu məktəbi özünə yol seçən, Aşura məktəbindən mənəvi güc alaraq mübarizə meydanında əzmlə fəaliyyət göstərən dəyərli insanlar sırasında özünəməxsus yeri olan hörmətli ruhani Hacı Tale Bağırzadənin bu gün doğum günüdür. O, 43-cü yaşını, həbsxana divarları arasında keçirdiyi 16-cı doğum gününü qeyd edir. Hacı Tale Bağırzadəyə özünün də tez-tez etdiyi dualardakı kimi, Allahın razı olduğu bütün gözəllikləri və fəzilətləri arzulayır, ona İlahi razılıqla dolu aram bir qəlb, möhkəm iradə və bərəkətli ömür diləyirik. Müsəlman Birliyi Hərəkatı Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
Open in TelegramAzadlıqda olsaydım, yəqin ki, bu günün Kərbəla meydanı olan inanclı xanımların məhkəmə salonlarında onların yanında yer alardım” – Hacı Tale Bağırzadə İlahiyyatçı Hacı Tale Bağırzadə ötən il Ərbəin günü (İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü) saxlanılan altı inanclı xanımın məhkəmə proseslərinin başlanması ilə bağlı paylaşım edib. O, məhkəmələrin məhz Məhərrəm ayının ilk günlərinə təsadüf etməsini hakimiyyətin İslama qarşı kin və nifrətinin növbəti təzahürü kimi qiymətləndirib. Hacı Tale Bağırzadə bildirib: “Bu sistemin İslama qarşı apardığı mübarizə ilk deyil. Məhərrəm ayında o, bir daha haqq və batil cəbhələrini, Yezid və Hüseyn (ə) təfəkkürünü qarşı-qarşıya qoydu. Kərbəlanın əməli mübarizə meydanını xatırladan bu günlərdə hakimiyyət, məhkəmə salonlarında günahsız xanımları cəzalandırmağa çalışmaqla öz həqiqi mahiyyətini növbəti dəfə nümayiş etdirmiş oldu. Mənə görə, bu günün Kərbəlası inanclı xanımların məhkəmə salonlarında apardıqları mübarizədir. Əgər mən azadlıqda olsaydım, heç bir şübhə etmədən onlarla eyni sırada dayanmağı, haqqın yanında və zülmün qarşısında olmağı seçərdim.” Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
Open in Telegram🚩MAHİ MƏHƏRRƏM BAŞLADI İlahi eşqə sədaqətin təcəssümü olan ümumbəşəri dəyər – Məhərrəm ayının başlanğıcındayıq. Kərbəla səhrasında doğularaq insanlıq səmasını nurlandıran bu azadlıq hərəkatı təkcə matəm, hüzn və acının deyil, eyni zamanda həqiqətin, ədalətin və müqəddəs mübarizənin məktəbi kimi zamanın fövqündə dayanır. Heç də təsadüfi deyil ki, Məhərrəm ayının və Aşura gününün yaxınlaşması ilə bu ali dəyərlərə qarşı olan qüvvələrin narahatlığı daha aydın görünür. Eyni zamanda, həqiqi aşiqlərin eşq karvanında Hüseyni duruş və Hüseyni məram Kərbəlanın ölməz ruhunu yaşatmaqda davam edir. Hər bir Hüseyn (ə) aşiqinə bu müqəddəs yolda hidayət çırağının nuru, nicat gəmisinin səadəti nəsib olsun. Uca Allahdan diləyimiz budur ki, Məhərrəm ayının mənəvi feyz və bərəkəti içində bizləri daim haqq yoluna bağlı, İmam Hüseynin (ə) məktəbinə sadiq qərar versin. Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
Open in Telegram