Pakistan Məkkə Alyansının müdafiə toplantısından sonra Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib. Pakistan ordusunun bazar günü verdiyi məlumata görə, bu addım Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə nümayəndələrinin İslamabadda keçirilən Məkkə Müdafiə Alyansı toplantısından bir gün sonra atılıb.
Open in TelegramPosts of Ormilitarism
Peyk görüntüləri İsrailin Afula şəhəri yaxınlığında ikinci THAAD hava hücumundan müdafiə batareyasının yerləşdirildiyini göstərir. Afula kompleksi THAAD sistemi ilə yanaşı Arrow, David’s Sling və Iron Dome hava hücumundan müdafiə sistemlərinin də yerləşdiyi yeganə ərazi hesab olunur.
Open in TelegramSky Sentinel hərb tarixində bir ilk olaraq Ukraynada istifadə edilir. https://t.me/Ormilitarism/46668
Open in TelegramDnepropetrovsk şəhərində Dnepr çayı üzərindəki körpünün dayağında yerləşdirilmiş Ukraynanın Sky Sentinel avtomatlaşdırılmış döyüş modulu. Ukrayna Silahlı Qüvvələri bu sistemlərdən hədəfə yaxınlaşmış kamikadze dronlarına qarşı müdafiənin sonuncu eşelonu kimi istifadə edir.
Open in Telegramİslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Ozməi Fars körfəzindəki adalarda yerləşən SEPAH-ın hərbi-dəniz qüvvələrinə baş çəkib.
Open in TelegramFinancial Times-ın məlumatına görə, noyabrın 13-də Böyük Britaniyada yerləşən RAF Lakenheath aviabazası yaxınlığında ABŞ hərbçiləri təxminən altı pilotsuz uçuş aparatının qarşısını alıblar. Hadisədə İranın iştirakı ehtimal olunur. PUA-lardan heç biri ələ keçirilə bilmədiyi üçün onların silah və ya kəşfiyyat avadanlığı daşıyıb-daşımadığını müəyyən etmək mümkün olmayıb. Hadisə nəticəsində hərbi qulluqçulara, təyyarələrə və ya aviabazanın infrastrukturuna hər hansı ziyan dəyməyib.
Open in TelegramABŞ Ordusu ilk Dark Eagle hipersəs raket kompleksinin tam şəkildə döyüş hazırlığına gətirildiyini açıqlayıb. Rəsmi adı Long-Range Hypersonic Weapon (LRHW) olan Dark Eagle ABŞ-ın qurudan buraxılan ilk hipersəs silahıdır. Raketin döyüş başlığı saatda təxminən 6115 km/saat çox sürətlə hərəkət edə və 2776 km məsafədəki hədəfləri vura bilir.
Open in TelegramUkrayna kəşfiyyatının məlumatına görə, Moskvanın Cənubi Koreya ilə diplomatik əlaqələri inkişaf etdirmək istiqamətində atdığı addımlara cavab olaraq Pxenyan Rusiyaya raket və artilleriya sursatlarının tədarükünü müvəqqəti dayandırıb.
Open in TelegramDonetsk vilayətinin Slovyansk şəhərində Rusiya tərəfindən FAB-3000 aviasiya bombası ilə endirilən zərbə nəticəsində əmələ gələn yaranan nəhəng krater.
Open in TelegramFinlandiya İsveçin BAE Systems Hägglunds şirkətindən 160 ədəd CV90 piyada döyüş maşını alacaq. Satınalma İsveç, Norveç, Litva və Niderlandla birgə həyata keçirilən layihə çərçivəsində baş tutacaq. Layihənin ümumi maliyyələşmə həcmi 2,835 milyard avro təşkil edir.
Open in TelegramTürkiyənin Milli Kəşfiyyat Təşkilatı (MIT) Ankara və İstanbulda strateji əhəmiyyətli obyektlərin ətrafındakı Wi-Fi şəbəkələrini xarici kəşfiyyat orqanı üçün xəritələndirən iki nəfərlik kiber-casusluq şəbəkəsini ifşa edib. Hər iki şübhəli şəxs həbs olunub.
Open in TelegramUkrayna hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə İtaliyanın ilk nəsil Eurofighter Typhoon qırıcılarından 10–20 ədəd əldə etməyə çalışır. İtaliya hazırda silahlanmasında Tranche 1 versiyasına aid 26 qırıcı saxlayır və onları 24 yeni Eurofighter ilə əvəz etməyi planlaşdırır.
Open in TelegramŞimali Koreya lideri Kim Çen In taktiki nüvə silahlarının daha geniş miqyasda yerləşdirilməsinə çağırıb və ölkənin nüvə materialları istehsalı imkanlarının sistemli şəkildə genişləndirildiyini bildirib. Kim Çen In Şimali Koreyanın nüvə statusunun “mütləq toxunulmaz” olduğunu bəyan edib və bu statusu inkar etmək cəhdinin “açıq müharibə elanı” hesab olunacağı barədə xəbərdarlıq edib.
Open in TelegramFinlandiya və Norveç Baltik dənizində Rusiya ilə hərbi qarşıdurmanın qarşısını almaq üçün gizli diplomatik təmaslar aparıblar. Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe oktyabrın 27-də Putinlə birbaşa danışmazdan əvvəl rusiyalı oliqarxı vasitəçi kimi istifadə ediblər. Onlar Putini NATO-nun dəniz blokadası tətbiq etmək niyyətində olmadığına inandırıblar. Moskva bundan əvvəl NATO-ya xəbərdarlıq etmişdi ki, Baltik dənizindəki maraqlarını qorumaq üçün qabaqlayıcı nüvə zərbələri endirməyə hazırdır. Rusiya dəniz yolu ilə ixrac etdiyi neftin 60 faizindən çoxunu Baltik dənizi vasitəsilə daşıyır. Qərb ölkələrinin Rusiyanın kölgə donanmasına məxsus tankerləri ələ keçirmək cəhdləri fonunda bölgədə gərginlik artıb.
Open in Telegram