Pakistan Məkkə Alyansının müdafiə toplantısından sonra Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib. Pakistan ordusunun bazar günü verdiyi məlumata görə, bu addım Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə nümayəndələrinin İslamabadda keçirilən Məkkə Müdafiə Alyansı toplantısından bir gün sonra atılıb.
Open in TelegramOrmilitarism
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Average views per post by day
By publication day
Show as table
| Date | Avg views per post |
|---|---|
| Nov 28, 2026 | 962 |
| Nov 29, 2026 | 266 |
Most viewed this month
- Views1.15KForwards—Reactions27Comments—
- Views1.07KForwards—Reactions19Comments—
- Views1.04KForwards—Reactions13Comments—
- Views999Forwards—Reactions9Comments—
Latest posts
Peyk görüntüləri İsrailin Afula şəhəri yaxınlığında ikinci THAAD hava hücumundan müdafiə batareyasının yerləşdirildiyini göstərir. Afula kompleksi THAAD sistemi ilə yanaşı Arrow, David’s Sling və Iron Dome hava hücumundan müdafiə sistemlərinin də yerləşdiyi yeganə ərazi hesab olunur.
Open in TelegramSky Sentinel hərb tarixində bir ilk olaraq Ukraynada istifadə edilir. https://t.me/Ormilitarism/46668
Open in TelegramDnepropetrovsk şəhərində Dnepr çayı üzərindəki körpünün dayağında yerləşdirilmiş Ukraynanın Sky Sentinel avtomatlaşdırılmış döyüş modulu. Ukrayna Silahlı Qüvvələri bu sistemlərdən hədəfə yaxınlaşmış kamikadze dronlarına qarşı müdafiənin sonuncu eşelonu kimi istifadə edir.
Open in Telegramİslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Ozməi Fars körfəzindəki adalarda yerləşən SEPAH-ın hərbi-dəniz qüvvələrinə baş çəkib.
Open in TelegramFinancial Times-ın məlumatına görə, noyabrın 13-də Böyük Britaniyada yerləşən RAF Lakenheath aviabazası yaxınlığında ABŞ hərbçiləri təxminən altı pilotsuz uçuş aparatının qarşısını alıblar. Hadisədə İranın iştirakı ehtimal olunur. PUA-lardan heç biri ələ keçirilə bilmədiyi üçün onların silah və ya kəşfiyyat avadanlığı daşıyıb-daşımadığını müəyyən etmək mümkün olmayıb. Hadisə nəticəsində hərbi qulluqçulara, təyyarələrə və ya aviabazanın infrastrukturuna hər hansı ziyan dəyməyib.
Open in TelegramABŞ Ordusu ilk Dark Eagle hipersəs raket kompleksinin tam şəkildə döyüş hazırlığına gətirildiyini açıqlayıb. Rəsmi adı Long-Range Hypersonic Weapon (LRHW) olan Dark Eagle ABŞ-ın qurudan buraxılan ilk hipersəs silahıdır. Raketin döyüş başlığı saatda təxminən 6115 km/saat çox sürətlə hərəkət edə və 2776 km məsafədəki hədəfləri vura bilir.
Open in TelegramUkrayna kəşfiyyatının məlumatına görə, Moskvanın Cənubi Koreya ilə diplomatik əlaqələri inkişaf etdirmək istiqamətində atdığı addımlara cavab olaraq Pxenyan Rusiyaya raket və artilleriya sursatlarının tədarükünü müvəqqəti dayandırıb.
Open in TelegramDonetsk vilayətinin Slovyansk şəhərində Rusiya tərəfindən FAB-3000 aviasiya bombası ilə endirilən zərbə nəticəsində əmələ gələn yaranan nəhəng krater.
Open in Telegram