Account

Posts of Mirzə Əli Deyləm

newest first

#2042Photo
Views100−9%vs avg
Forwards—
Reactions7
Comments—
#2041Text
Views101−8%vs avg
Forwards—
Reactions5
Comments—
#2038Text

Gopunda beləsi Neo-Osmanlı ideologiyasına sadiq TRT ssenaristləri tarixi yenidən yazmağa davam edirlər. TRT ekranlarında yayımlanan «Mehmet – Fəthlər Sultanı» serialı bizi təəccübləndirməkdə davam edir. Ağqoyunlu sarayını Osmanlı ilə müharibə ərəfəsində ailə qalmaqalları içində təsvir edən ssenaristlər Uzun Həsəni romantik cani obrazına salır, tarixdə baş verməmiş hadisələri ekranlaşdırırlar. Belə ki, Osmanlı ilə müharibənin tərəfdarı olan Despina Xatun Uzun Həsən tərəfindən əvvəlcə boğulur, sonra isə yandırılır. Despina ilə Uzun Həsənin oğulları da bir-birinin qanına susayır. Məqsud Mirzə anasının faciəli ölümündən sonra doğma qardaşı Məsih Mirzəni boğaraq öldürür. Bütün bunlar serialın tarixi həqiqətlərdən nə qədər uzaq olduğunu göstərir. Bəs həqiqətdə necə olub? 1. Despina Xatun Uzun Həsən 1458-ci ildə Trabzon Komnenos imperiyası ilə siyasi əlaqələr qurmaq və Avropadan artilleriya dəstəyi əldə etmək məqsədilə Despina (Teodora) Komnen ilə evlənmişdi. Despina Xatunun Otluqbeli döyüşündə iştirak etdiyi, geri çəkilən Osmanlı qüvvələrinin məhv edilməsi üçün həyat yoldaşını təşviq etdiyi bildirilir (Babinger, Fatih Mehmed və onun dövrü, tərcümə edən Ralph Manheim, Princeton University Press, 1978, s. 314). Serialda isə müharibə hələ başlamamış Despina Xatun öldürülür. Halbuki onun ölümü barədə dəqiq məlumat yoxdur. Ölüm tarixi 1474–1478-ci illər arasında göstərilsə də, hansı şəraitdə və necə vəfat etdiyi məlum deyil. Ölüm şəkli barədə heç bir tarixi mənbədə məlumat yoxdur. 2. Məsih Mirzə Məsih Mirzənin ölümü də serialda göstərildiyi kimi baş verməyib. O, atasının ölümündən sonra başlayan hakimiyyət mübarizələri zamanı, 1491-ci ildən sonra lələsi Sufi Xəlil Bəktəşi tərəfindən döyüş meydanında öldürülüb. Belə davam edərsə, serialda Sultan Mehmet Napoleonu əsir alar, İsgəndəri asar, Sezarın üzərinə də hücuma keçər! Mirzə Əli Deyləm

Open in Telegram
Views123+13%vs avg
Forwards—
Reactions10
Comments—