
Mirzə Əli Deyləm
Səfəvilər • Azərbaycan tarixi Miflər, faktlar və tarixi mənbələr
Average views per post by day
By publication day
Show as table
| Date | Avg views per post |
|---|---|
| Nov 6, 2026 | 148 |
| Nov 10, 2026 | 128 |
| Nov 11, 2026 | 119 |
| Nov 18, 2026 | 96 |
| Nov 20, 2026 | 100 |
| Nov 24, 2026 | 58 |
Most viewed this month
- 01Views148Forwards—Reactions10Comments—
- 02Views146Forwards—Reactions6Comments—
- 03Views128Forwards—Reactions8Comments—
- 04Views123Forwards—Reactions10Comments—
Latest posts
Azərbaycanda elə bir qrup var ki, şiəliyin tarixinin Səfəvi qiyamından etibarən başladığını iddia edir. Lakin Ağqoyunlu Sultan Yaqub və Əlvənd Mirzə dövrünə aid sikkələr bunun əksini göstərir. Belə ki, həmin sikkələrin üzərində «Əliyyən Vəliyullah» ifadəsi yer alır. Bu numizmatik tapıntılar Ağqoyunlu sultanlarının mütləq şəkildə şiə olduğunu deyil, şiəliyin izlərinin Səfəvi dövründən xeyli əvvələ gedib çıxdığını, bu məzhəbin siyasi diskurslar səbəbindən deyil, xalqımızın əsrlərə söykənən tarixinin mühüm bir hissəsi olduğunu göstərir. Mirzə Əli Deyləm
Open in TelegramElə gopla ki... Tarixi reallıqlardan xəbərsiz olan TRT ssenaristləri yenə öz ampluasındadır. TRT ekranlarında yayımlanan «Mehmet: Fetihler Sultanı» serialında Tokat basqını ekranlaşdırılıb. Belə ki, Şahzadə Maqsud Mirzə bu basqına başçılıq edir, şəhər əhalisini vəhşicəsinə qırıb-çatır. Bəs, həqiqətən, Tokat basqınına Maqsud Mirzə başçılıq etmişd Xeyr! Tokat basqınına Ömər bəy adlı Ağqoyunlu əmiri rəhbərlik etmişdi. Serial bu məqamda da tarixi həqiqətləri təhrif edərək izləyicilərə yanlış məlumat təqdim edi Lakin araşdırmamız zamanı başqa bir maraqlı tarixi faktla da qarşılaşdıq. Belə ki, Ağqoyunlu və Osmanlı qoşunları arasında baş verən döyüşlərin birində Maqsud Mirzə qardaşı Zeynal Mirzə ilə birlikdə əsir düşür. Mahmud Paşa şahzadələrin öldürülməsini təklif etsə də, Sultan bu təklifə razılıq vermir. Əksinə, hüzuruna gətirilən şahzadələri böyük ehtiramla qarşılayır. Hətta bu ehtiram o həddə çatır ki, Sultan Maqsud Mirzəyə: «Sən Bəyazidin qardaşısan», – deyə müraciət edir. Daha sonra isə Sultanın əmri ilə hər iki şahzadə azadlığa buraxılır? (MUÂLİ'NİN HÜNKÂRNÂME'Sİ (Sultan II Məhəmməd dövründə yazılmış əsər), s, 153) Mirzə Əli Deyləm
Open in TelegramGopunda beləsi Neo-Osmanlı ideologiyasına sadiq TRT ssenaristləri tarixi yenidən yazmağa davam edirlər. TRT ekranlarında yayımlanan «Mehmet – Fəthlər Sultanı» serialı bizi təəccübləndirməkdə davam edir. Ağqoyunlu sarayını Osmanlı ilə müharibə ərəfəsində ailə qalmaqalları içində təsvir edən ssenaristlər Uzun Həsəni romantik cani obrazına salır, tarixdə baş verməmiş hadisələri ekranlaşdırırlar. Belə ki, Osmanlı ilə müharibənin tərəfdarı olan Despina Xatun Uzun Həsən tərəfindən əvvəlcə boğulur, sonra isə yandırılır. Despina ilə Uzun Həsənin oğulları da bir-birinin qanına susayır. Məqsud Mirzə anasının faciəli ölümündən sonra doğma qardaşı Məsih Mirzəni boğaraq öldürür. Bütün bunlar serialın tarixi həqiqətlərdən nə qədər uzaq olduğunu göstərir. Bəs həqiqətdə necə olub? 1. Despina Xatun Uzun Həsən 1458-ci ildə Trabzon Komnenos imperiyası ilə siyasi əlaqələr qurmaq və Avropadan artilleriya dəstəyi əldə etmək məqsədilə Despina (Teodora) Komnen ilə evlənmişdi. Despina Xatunun Otluqbeli döyüşündə iştirak etdiyi, geri çəkilən Osmanlı qüvvələrinin məhv edilməsi üçün həyat yoldaşını təşviq etdiyi bildirilir (Babinger, Fatih Mehmed və onun dövrü, tərcümə edən Ralph Manheim, Princeton University Press, 1978, s. 314). Serialda isə müharibə hələ başlamamış Despina Xatun öldürülür. Halbuki onun ölümü barədə dəqiq məlumat yoxdur. Ölüm tarixi 1474–1478-ci illər arasında göstərilsə də, hansı şəraitdə və necə vəfat etdiyi məlum deyil. Ölüm şəkli barədə heç bir tarixi mənbədə məlumat yoxdur. 2. Məsih Mirzə Məsih Mirzənin ölümü də serialda göstərildiyi kimi baş verməyib. O, atasının ölümündən sonra başlayan hakimiyyət mübarizələri zamanı, 1491-ci ildən sonra lələsi Sufi Xəlil Bəktəşi tərəfindən döyüş meydanında öldürülüb. Belə davam edərsə, serialda Sultan Mehmet Napoleonu əsir alar, İsgəndəri asar, Sezarın üzərinə də hücuma keçər! Mirzə Əli Deyləm
Open in TelegramConnections
Similar channels
Türkün səsi 1/7@turkunsesiEdutainment1.22K
Tarixin Bu Günü@tarixinbugunuEdutainment2.69K
Azərbaycan Tarixi@azerbaycan_tarixi_telegramEdutainment3.15K
Azerbaijan DNA@azerbaijandnaEdutainment3.19K
| Milliatchi Turk |@milliatchi_turkEdutainment5.91K
Albert Eynişeydi@alberteyniseydiEdutainment9.11K
Подвиг.РФ | история и герои России@podvigrfEdutainment1.01K
🇺🇸 The Age of Disclosure & UAP UFO@theageofdisclosureEdutainment1K