Account

Mashalli

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Username
@mashalli
Category
Economics
Country
AzerbaijanAzerbaijan
Subscribers1,833
Avg views per post, 7d383+5.6% vs prev 7d
ERR20.89%last 7 days

Average views per post by day

By publication day

Show as table
DateAvg views per post
Nov 10, 2026355
Nov 11, 2026409
Nov 12, 2026436
Nov 16, 2026357
Nov 17, 2026346
Nov 18, 2026391
Nov 19, 2026357
Nov 20, 2026351
Nov 21, 2026373
Nov 23, 2026876
Nov 25, 2026205
Nov 26, 202689

Most viewed this month

  1. 01

    Bəs deyirdilər ki, brutto-müqavilə üzrə mexanizm genişləndiriləcək və tədricən bizim ictimai nəqliyyat tamamilə bu sistemə keçid edəcək. İndi nə olacaq? Bu müqavilənin xeyrini yalnız sahibkarlar görəcək? Hesablama Palatasının verdiyi məlumata görə, “İctimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclər” üzrə artımın 64,4 milyon manatlıq hissəsi qeyri-dövlət müəssisələrinə, yəni təxmin etmək olar ki, brutto müqavilə ilə işləyəcək özəl daşıyıcılara ayrılır. Bəs sərnişinlər necə olacaq? Bəs indi Bakubus ilə Bakı metropolitenin subsidiyası birləşdiriləcək? Nə və necə olacağına dair bizim heç bir məlumatımız yoxdur. Planlamaya gəldikdə: normalda büdcə maddələri üzrə bəndlərin ləğvi və ya dəyişdirilməsi bir gün ərzində qərarlaşdırılmır. Bu, maliyyə sistemin çərçivəsində ciddi islahatıdır. Bəs bir il əvvəl, fondu yaradanda bunu planlaşdırmırdılar? Fond yaradılan vaxt fondların ləğvi haqqında danışılmırdısa, bu, planlamanın olmaması deməkdir. Danışılırdısa, onda niyə yaradılırdı? Yalnız sürücülərin ödədiyi 7 qəpik dəyişməz qalır və bu da bizim qiymətlərimizə ciddi təsir göstərir. Gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən insanlara (başqa sözlə əhalinin əhəmiyyətli hissəsinə) dəstək tədbiri kimi elan olunan addım nəticədə sadəcə sahibkarlara “köməyə” çevrildi. Bazar iqtisadiyyatı belədir – hətta bəlkə ən pozitiv düşüncələr ilə etmək istədiyin addım (düzdür, burada bu da yox idi) yenə də varlıların daha da varlanmasına səbəb olur.

    Text
    Views900
    Forwards—
    Reactions16
    Comments—
  2. 02

    Planlama haqqında 2025-ci ilin sentyabrın 19-da “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradıldı. Müvafiq fondun əsas məqsədi Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar, elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar və Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar üzrə nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödənilməsi idi. Fondun gəlir mənbələri qismində 2026-ci il yanvarın 1-dən avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin hissəsi və 2027-ci il yanvarın 1-dən nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq təşkil etməli idi. Fond yaradılmasından çox keçməyərək, 2026-ci ilin dövlət büdcəsi paketi çərçivəsində Vergi Məcəlləsinə edilən dəyişikliklərdə yol vergisi üzrə dərəcələr artırıldı. Əgər bundan əvvəl ölkə ərazisində istehsal olunub, istehlak olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0.02 AZN idisə, 2026-ci ilin yanvarın 1-dən etibarən 0.07 AZN-ə kimi qalxdı. Bunun nəticəsi olaraq Aİ-92 benzini 1,10 manatdan 1,15 manata, dizel isə 1,00 manatdan 1,10 manata bahalaşdı. Nəticə etibarilə ölkədə istehsal olunan yanacağa görə yol vergisi üzrə daxilolmalar 2025-ci ildəki 88 milyon manatdan 2026-ci il üçün 334 milyon manata qədər artmalı idi. 2026-cı ilin 31 iyulunda Nazirlər Kabineti məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi qaydasını (və ya “brutto müqavilə”) təsdiqlədi. Bu qaydaların hətta pilot variantda tətbiqi üçün müəyyən müddət tələb olunurdu. Nəticə etibarilə bir aydan sonra, sentyabrın 2-də bu model ilk dəfə işə düşdü. İlk müddətdə beş marşrut (130, 205, 211,500 və 503) üzrə tətbiq olunurdu. Başqa sözlə sistem nəhayət ki, tətbiq olunmağa başlayır. Düzdür, başa düşdüyüm qədər bu sistem ayrı istiqamət üzrə tətbiq olunduğu halda bir qədər mənasız olur, çünki ya bütün sistem bu tipli müqavilə ilə işləməlidir və o zaman istehlakçı (yəni sərnişin) bunun effektini hiss edəcək, ya da heç bir effekti olmayacaq. Sadəcə müvafiq sahibkarlarların qazancı artacaq (həm tarifə uyğun olaraq pul yığırlar, həm də dövlətdən subsidiya alırlar). Hər bir halda artıq müvafiq sistem üçün infrastruktur hazırdır. Cəmi səkkiz gün sonra, sentyabrın 10-da “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” fərman imzalanır. Bu fərmanla bütün məqsədli büdcə fondları ləğv edildi. Təzəlikcə yaranıb, fəaliyyətə başlayan “İctimai nəqliyyat” Fondu da bu siyahıya daxil idi. Yəni bir il ərzində fond yaradılır, onun üçün vergi artırılır, qaydalar yazılır, model işə salınır və həmin anda fond bağlanır. Ödənişli zonalardan gəlirlərin fonda daxil olması 2027-ci ilin yanvarından nəzərdə tutulmuşdu. Görünür, bu vəsaitlər artıq olmayan bir fonda gedəcək. Bəs indi bu söhbətin sonu nə olacaq? Hesablama Palatası 2027-ci il büdcəsinə rəyində qeyd edir ki, fondun vəsaitinin “İctimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclər” adlı bloklanmış xərc maddəsinə keçdiyi “ehtimal edilir”. Yəni dövlət büdcəsinə rəy yazan qurum belə bunu bilmir (maraqlıdır, deputatlar bu istiqmətlər üzrə suallar verirlərmi?). Reallıqda rəqəmlər isə belədir: bu il fonda 155 milyon, metroya 40 milyon manat subsidiya nəzərdə tutulmuşdu. Gələn il fond yoxdur, metroya subsidiya da yoxdur, bloklanmış maddədə isə cəmi 163 milyon manat var.

    Text
    Views851
    Forwards—
    Reactions4
    Comments—
  3. 03
    Views445
    Forwards—
    Reactions18
    Comments—
  4. 04

    Qeyri-neft-qaz sektoru haqqında Görünən odur ki, növbəti ilin ən iri qeyri-neft-qaz layihəsi Royale Casino Sea Breeze olacaq. Təəssüflər olsun ki, iqtisadiyyatımızın inkişafı üçün başqa bir kreativlik yoxdur. Bir müddət bu layihəni bizdə ölkə gəlirlərini artırılması yolu kimi təqdim edirdilər. İndi söhbətlər azalıb, amma kazinonun açılışına yaxın (deyəsən gələn ilin aprel-may ayları) müvafiq söhbətlər yenə də artacaq. Düşündüm ki, bəs reallıq nədən ibarətdir? Düzünü desəm Sea Breeze işçilərinin plan və proqnozları ilə tanış deyiləm, yəni onlar belə bir iri məkanın tikintisini necə əsaslandırıblar, hansı nümunədən istifadə ediblər və s. Mən sadəcə mövcud fakta əsaslanaraq, təxmini hesablamalar apara bilərəm. İlk əvvəl kazinonun göstəricilərinə baxmaq lazımdır. Deməli rəsmi saytda elan olunan məlumata görə, kazinonun ümumi ərazisi 90 min kvadrat metr təşkil edəcək, orada 150 oyun masası, 1500 oyun avtomatı yerləşəcək. Bundan başqa totalizatorlar üçün otaqlar, VİP-otaqlar, konsert zalı və s. olacaq. Bizim üçün əsas göstərici oyun masası və oyun avtomatı sayıdır. Bu prinsipcə az deyil, düzdür dünyada və s. ən iri kazinolar sırasında deyil, amma onlara yaxındır və Avropada ən iri kazino ola bilər. Bu göstəricilərə əsaslanaraq, gəlin müqayisə edək. Hələ ki, Avropada ən iri kazino Kiprdə yerləşir. Bu kazino 2022-ci ildə istifadəyə verilib və o zaman özünü "Avropada ən iri inteqrasiya olunmuş kazino kompleksi" olaraq nümayiş etdirirdi. İnteqrasiya demişkən - Kiprdə bütün kazinolar mehmanxana ilə birlikdə fəaliyyət göstərməlidirlər. Adətən kazinolar mehmanxana nəzdində olurlar, amma burada əksinədir. Əsas yeri kazino tutur, mehmanxana ona xidməti genişləndirməyə imkan verən bir müəssisədir. Rəsmi məlumata görə, bu kazinonun 2022-2025-ci illərdə əməliyyat gəliri 634.2 milyon avro təşkil edib. Bunun 121.6 milyonluq hissəsini dövlətə vergi formasında ödəyib. Eyni zamanda qeyd olunur ki, kazino hələ də planlaşdırılan həcmlərə çıxa bilməyib. Onun tikintisi 600 milyon avroya başa gəlib və hələ də istədiyi gəlir və mənfəətə çıxa bilməyib. Bununla belə, Kiprdə kazino fəaliyyəti xüsusi bir ayrı fəaliyyət sahəsidir və xüsusi vergi və ödənişlə ilə tənzimlənir. İlk əvvəl burada xalis gəlirdən (xalis deyərkən, burada GGR nəzərdə tutulur. Yəni bütün mərcə qoyulan vəsaitlə uduşlar arasında qalan vəsait) vergi 15% təşkil edir. Bununla bərabər kazino ilk 4 ili ərzində illik 2.5 milyon avro lisenziya ödənişi etməlidir. Ondan sonraki dövrdə bu ödəniş 5 milyon avroya kimi artır. Ümumi olaraq nəticə ondan ibarətdir ki, illik 3 milyon qonağa xidmət edən kazino hələ də planlaşdırılan həcmlərə çıxa bilməyib. Nəzərə almaq lazımdır ki, bu Kiprdir. Buraya illik 3-4 milyon xarici turist gəlir. Ölkədə çoxlu sayda xaricilər davamlı olaraq yaşayır. Ölkənin yaşayış səviyyəsi də bizdən qat-qat üstündür. İndi keçək Azərbaycana. Bizdə bu qədər xarici turist yoxdur. Avropalı olaraq vizasız gedəcəyim Kipr ilə müqayisədə Azərbaycanı seçmək çox mənasız olardı. Buraya mən həm viza almalıyam, həm də Bakı nisbətdə heç də ucuz yer deyil (Sea Breeze isə mənasız bahadır). Eyni zamanda indi hətta Yunanıstanda da kompleks tikilir. Yəni Avropada alternativlər çoxdur. Avropadan kənar alternativlər az deyil. Bu alternativlər arasında Azərbaycanı seçmək qəribə olardı. Parallel olaraq dediyim kimi bahalıq (hətta Gürcüstanla müqayisədə), viza və s. məsələlər var. Hələ onu demirəm ki, illik 3 milyon turistə çatmaq indiki şəraitdə bizim üçün çox çətindir. Bu kazinonun yeganə bazarı Azərbaycandır, daha doğrusu, yerli əhalidir. Görünür məhz buna görə son zamanlar onlayn-kazinolar ilə ciddi mübarizə başlayıb. Müəyyən qədər mənasız bir mübarizədir. Mənfəətləri həddindən artıq yüksək olan onlayn-kazinolar daim yeni variantlar axtarışındadır və lazım gəlsə mövcud olan bütün məhdudiyyətləri aşmağı bacarırlar. Burada daha çox bazarı azaltmaq olardı, amma bunu da bizdə etmək istəyən yoxdur.

    Text
    Views426
    Forwards—
    Reactions—
    Comments—

Latest posts

#4234Text
Views88−77%vs avg
Forwards—
Reactions2
Comments—
#4233Text

Dünən Bakıda “Sabah” – “Barselona” oyunu keçirildi. Bu oyun azərbaycanlılar və Avropaya getmək imkanı olmayan qonşu ölkələrdən olan insanlar üçün belə böyük bir klubu canlı görmək baxımından böyük şans idi. Rəsmi məlumatlara görə, oyunu 66 321 tamaşaçı izləyib. Bu, stadionun rekordu olmadı: rekord göstərici doqquz il əvvəl “Roma” ilə oyunda qeydə alınıb – 67 200. Amma burada vacib bir məqamı qeyd etmək lazımdır. “Roma” ilə oyundan fərqli olaraq bu oyun ölkəyə qat-qat çox gəlir gətirdi. Stadionda olanlar təsdiqləyər ki, tribunalarda xeyli əcnəbi var idi. Oyundan bir gün əvvəl mən Antalyadan “Pegasus” reysi ilə Bakıya uçurdum və sərnişinlərin mütləq əksəriyyəti “Barselona”ya baxmağa gələn qazaxıstanlılar idi (yeri gəlmişkən, Astanadan Bakıya AZAL-ın birbaşa reysi var, amma Antalya vasitəsilə “Pegasus” ilə uçmaq daha sərfəli idi). Bizimlə eyni vaxtda hava limanına daha 3 reys endi və onların sərnişinlərinin də xeyli hissəsi “Barselona”ya baxmağa gələn rusiyalılar, qazaxıstanlılar, özbəkistanlılar və s. idi. “Roma”nın oyununa onlar gəlməmişdilər. Başqa sözlə, “Barselona”nın gəlişi həm turizm sahəsinə, həm ictimai iaşəyə və s. xeyli qazanmağa imkan verdi. Amma həmişəki kimi, böyük tədbir təşkil olunanda ciddi problemlər olmasa, biz də biz olmarıq. Adətən iTicket tətbiqində bileti hələ evdə açıram, amma bu dəfə necəsə yadımdan çıxdı və yalnız stadiona yaxınlaşanda açdım. Təəssüf ki, hamının qarşılaşdığı problemlə üzləşdim: internet işləyir, amma biletlər tətbiqdə görünmür. Şansım gətirdi ki, stadiona çatana qədər (bunun üçün 29 dəqiqə lazım oldu) biletlər göründü və rahat keçdik. Mən məsuliyyətli insan kimi oyunun başlamasına 1 saat 14 dəqiqə qalmış gəlmişdim. Əksəriyyət isə düz oyunun başlamasına gəlir. Onlar da iTicket-in serverlərinin işləməməsi ilə üzləşdilər. Nəticədə xeyli insan girişdə ilişib qaldı və ya öz yerini tapa bilmədi (stadionda birinci hissə ərzində bu barədə dəfələrlə elan edildi). Bu artıq ənənədir: hər dəfə böyük tədbir, böyük satış olanda iTicket-in serverləri çökür. Yeri gəlmişkən, əvvəllər biletləri emailə göndərirdilər, amma indi, görünür, xüsusilə “ağıllı” bir menecer öz KPI-larını artırmaq qərarına gəlib və hamını tətbiqə yönləndirir. Pul ayırıb serverlərin işini təmin etmək isə, əlbəttə, “mümkün” deyil. Nəyə lazımdır xərc çəkmək, onsuz da belə tədbirlər “ayda-ildə bir dəfə” olur. Nəticədə şirkət biabır olur. Bizdə rəqabətli bazar olsaydı, belə vəziyyət şirkət üçün ciddi zərbə olardı. İnhisar olanda isə fikirləşməyə ehtiyac yoxdur. Nə olsun ki, adi insanlar əllərində bilet olduğu halda stadiona girə bilmirlər. Bu, onların problemidir, əsas odur ki, biz öz 10%-imizi qazandıq. İnsanların əziyyət çəkməsi ölkənin turizm imicinə mənfi təsir göstərir? Əşi, ilk dəfə deyil. Yaxşı, tətbiqlə problem həll olundu (üstəlik bizim internet provayderləri bir yerdə 70 min nəfər üçün internet təmin edə bilmirlər. Tarifləri artırmağa gəldikdə isə dərhal hazırdırlar. Xidməti təmin etmək isə – ay, bizə çətindir). Oyundan həzz almaq olar. Oyun bitdi, getmək vaxtıdır və birdən... Stadiondan saat 23:50-də çıxdım, metroya saat 01:00-da çatdım. Normalda maksimum 15 dəqiqə (dolama yollarla getsən, 29 dəqiqə) çəkən yol məndən 1 saat 10 dəqiqə vaxt aldı. Çünki bizdə insan axınlarını idarə etməyi bacarmırlar. Bakı 65 mindən çox tamaşaçı tutan stadionu olan dünyada yeganə şəhər deyil (ChatGPT deyir ki, belə şəhərlər 100-dən çoxdur). Bir çox şəhərdə 60 mindən çox insanın gəldiyi oyunlar və ya konsertlər hər həftə keçirilir. Və onların heç birində belə problemlər yaranmır. Üstəlik, bir çoxunda metro stansiyaları az qala stadionun altında və ya stadiondan 5 dəqiqəlik məsafədə yerləşir. Bu oyun belə ilk tədbir olsaydı, təcrübəsizliyin üzərinə yıxmaq olardı. Amma axı bu, nə birinci, nə ikinci, hətta nə də üçüncü belə tədbirdir. Hər dəfə isə eyni problemlə üzləşirik. Elə həmin “Barselona”dan soruşmaq olardı ki, bəs onlar öz stadionlarının ətrafında axının öhdəsindən necə gəlirlər? Öyrənmək çətindir? Yoxsa yenə də – bu, bizə lazım deyil, əsas odur ki, stadiona daha çox polis toplayaq?

Open in Telegram
Views90−76%vs avg
Forwards—
Reactions3
Comments—
#4232Text
Views210−45%vs avg
Forwards—
Reactions17
Comments—
#4231Text

Nağd pul haqqında: hökumət nə istəyir? Son illər nağd ödənişlər ilə hökumətin mübarizə siyasətinə dair tez-tez eşidirik. Davamlı olaraq hökumət iqtisadi subyektləri “nağdsız ödənişlərə” keçid etməyə sövq edir. Ən geniş və effektiv üsullardan biri də “ƏDV-gerial” layihəsi oldu. Bu layihə çərçivəsində istehlakçıları nağdsız ödəniş tələb etməyi stimullaşdırırdılar. Aşağı-yuxarı müəyyən qədər uğur əldə etdilər. Düzdür burada həm də bankların “cashback” siyasəti, COVİD-19 pandemiyası və s. də böyük rol oynadı. Nəticə etibarilə bu addımlar ilə indi iqtisadiyyatda ödənişlərin əhəmiyyəli payı nağdsız olaraq həyata keçirilir. Hansısa rəqəm haqqında dəqiq nəsə demək çətindir. Bu addımlar müəyyən həddə qədər effektivdir. Ondan sonra heç bir artım vermir. Bir müddət əvvəl mən də bu barədə qısa olaraq yazmışdım. Nağdsız ödənişlərin həcmində artıq ciddi bir dəyişiklik baş vermir. Hətta daha da dəqiq desək, nağdsız ödənişlər müəyyən bir istiqamət üzrə inkişaf edib, dayandı. Həyatın digər sahələrini əhatə etməkdə çətinlik çəkir. Bəs bu vəziyyətdən necə çıxaq? Əgər maksimal həddə çatmışıqsa, o zaman biz artıq fərqli bir stimullar yaratmalıyıq. Hökumət də bunu təsdiqləyir və müvafiq istiqamətdə Vergi Məcəlləsinə əlavələr edir. Belə ki, gələn ildən sadələşdirilmiş və gəlir/mənfəət vergisi ödəyiciləri (ƏDV qeydiyyatında olan vergi ödəyiciləri istisna olmaqla) tərəfindən fiziki şəxs olan istehlakçılara rəsmi nəzarət-kassa aparatının çeki əsasında ƏDV gerial tətbiq edilən eyni fəaliyyət sahələri üzrə təqdim edilən mallar (işlər, xidmətlər) üçün yalnız nağdsız əməliyyatın dəyərinin 0.9%-nin fiziki şəxs olan istehlakçılara geri qaytarılması mexanizminin tətbiqi təklif olunur. Beləliklə, artıq kiçik market və ya ictimai iaşə obyektində alış-veriş zamanı rəsmi çeki tələb edib, ödədiyiniz vəsaitin bir hissəsini qaytara bilərsiniz. Bu da, əlbəttə ki, leqallaşmanı da artırmalıdır və rəsmi bəyan olunan dövriyyəyə də təsir edəcək. Bu hökumətin həyata keçirdiyi siyasətin bir tərəfidir. Bununla parallel olaraq başqa tərəfi də mövcuddur. Deməli 2017-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanda hüquqi şəxslər və fərdi sahibkarlar bank hesablarından nağdlaşdırılmasına 1% həcmində sadələşdirilmiş vergi tətbiq olunur. Hesablama Palatasının rəyindən biz öyrənirik ki, gələn il üçün bu vergi üzrə proqnoz 86.9 milyon manat təşkil edir. Bu, 2025-ci ilin icrası ilə müqayisədə 18.2% çoxdur və o deməkdir ki, sahibkarlar banklardan 8.7 milyard manat nağd pul çıxardacaqlar. Bu da qeyri-neft ÜDM-in 7.9%-i qədərdir. Bu il üçün proqnoz 7.7% idi. Yəni növbəti ildə həm nominal olaraq artım, həm də iqtisadiyyatda payı olaraq artım proqnozlaşdırılıb. Yəni hökumət bir tərəfdən nağdsız ödənişləri təşviq edir, digər tərəfdən isə büdcədə nağdlaşdırmanın artacağını planlaşdırır və bundan gəlir gözləyir. Yeri gəlmişkən, bu verginin tətbiqi ilə bağlı dinamika da maraqlıdır. Bu vergi növü üzrə 2018-ci ildə dövlət büdcəsinə 29 milyon manat daxil olmuşdu. 2025-ci ildə artıq müvafiq göstərici 73.5 milyon manat təşkil edib. Yəni 7 il ərzində bu maddə üzrə dövlət büdcəsinin gəlirləri 2.5 dəfə artıb. Gələn ilin göstəricisi isə 3 dəfəlik artım göstərir. Eyni dövrdə iqtisadiyyatımız nə 2.5 dəfə, nə də 3 dəfə artmayıb. Bu göstəriciləri müqayisə edərkən, Hesablama Palatası da maraqlı bir məqama toxunur. Bu vergi növü üzrə artım yalnız büdcə gəlirləri baxımından deyil, şəffaflıq baxımından da qiymətləndirilməlidir. Məsələ çox sadədir. Bu vergi 2017-ci ildə tətbiq olunarkən, elan olunmuşdu ki, onun əsas məqsədi iqtisadiyyatda nağd dövriyyəni azaltmaq və sahibkarları nağdsız ödənişlər etməyə stimullaşdırmaqdır. Amma görünən odur ki, bu vergi sadəcə leqal dövriyyəni artırdı, amma başqa heç nə etmədi. Hesablama Palatası qeyd edir ki, nağdlaşdırmanın “demotivasiyası” üçün daha səmərəli tədbirlərə ehtiyac var. Vaxtilə bu vergini tətbiq etmək üçün Dövlət Vergi Xidməti faktiki olaraq əsas vergitutma prinsiplərindən olan təkrar vergitutmanın istisna edilməsini pozmuşdu (eyni sahibkar faktiki olaraq sadələşdirilmiş vergini iki dəfə ödəyirdi). İndi də məlum olur ki, bu tədiyyə növü səmərəsizdir.

Open in Telegram
Views200−47%vs avg
Forwards—
Reactions5
Comments—
#4230Text

Bəs deyirdilər ki, brutto-müqavilə üzrə mexanizm genişləndiriləcək və tədricən bizim ictimai nəqliyyat tamamilə bu sistemə keçid edəcək. İndi nə olacaq? Bu müqavilənin xeyrini yalnız sahibkarlar görəcək? Hesablama Palatasının verdiyi məlumata görə, “İctimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclər” üzrə artımın 64,4 milyon manatlıq hissəsi qeyri-dövlət müəssisələrinə, yəni təxmin etmək olar ki, brutto müqavilə ilə işləyəcək özəl daşıyıcılara ayrılır. Bəs sərnişinlər necə olacaq? Bəs indi Bakubus ilə Bakı metropolitenin subsidiyası birləşdiriləcək? Nə və necə olacağına dair bizim heç bir məlumatımız yoxdur. Planlamaya gəldikdə: normalda büdcə maddələri üzrə bəndlərin ləğvi və ya dəyişdirilməsi bir gün ərzində qərarlaşdırılmır. Bu, maliyyə sistemin çərçivəsində ciddi islahatıdır. Bəs bir il əvvəl, fondu yaradanda bunu planlaşdırmırdılar? Fond yaradılan vaxt fondların ləğvi haqqında danışılmırdısa, bu, planlamanın olmaması deməkdir. Danışılırdısa, onda niyə yaradılırdı? Yalnız sürücülərin ödədiyi 7 qəpik dəyişməz qalır və bu da bizim qiymətlərimizə ciddi təsir göstərir. Gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən insanlara (başqa sözlə əhalinin əhəmiyyətli hissəsinə) dəstək tədbiri kimi elan olunan addım nəticədə sadəcə sahibkarlara “köməyə” çevrildi. Bazar iqtisadiyyatı belədir – hətta bəlkə ən pozitiv düşüncələr ilə etmək istədiyin addım (düzdür, burada bu da yox idi) yenə də varlıların daha da varlanmasına səbəb olur.

Open in Telegram
Views900+137%vs avg
Forwards—
Reactions16
Comments—
#4229Text

Planlama haqqında 2025-ci ilin sentyabrın 19-da “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradıldı. Müvafiq fondun əsas məqsədi Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar, elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar və Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar üzrə nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödənilməsi idi. Fondun gəlir mənbələri qismində 2026-ci il yanvarın 1-dən avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin hissəsi və 2027-ci il yanvarın 1-dən nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq təşkil etməli idi. Fond yaradılmasından çox keçməyərək, 2026-ci ilin dövlət büdcəsi paketi çərçivəsində Vergi Məcəlləsinə edilən dəyişikliklərdə yol vergisi üzrə dərəcələr artırıldı. Əgər bundan əvvəl ölkə ərazisində istehsal olunub, istehlak olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0.02 AZN idisə, 2026-ci ilin yanvarın 1-dən etibarən 0.07 AZN-ə kimi qalxdı. Bunun nəticəsi olaraq Aİ-92 benzini 1,10 manatdan 1,15 manata, dizel isə 1,00 manatdan 1,10 manata bahalaşdı. Nəticə etibarilə ölkədə istehsal olunan yanacağa görə yol vergisi üzrə daxilolmalar 2025-ci ildəki 88 milyon manatdan 2026-ci il üçün 334 milyon manata qədər artmalı idi. 2026-cı ilin 31 iyulunda Nazirlər Kabineti məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi qaydasını (və ya “brutto müqavilə”) təsdiqlədi. Bu qaydaların hətta pilot variantda tətbiqi üçün müəyyən müddət tələb olunurdu. Nəticə etibarilə bir aydan sonra, sentyabrın 2-də bu model ilk dəfə işə düşdü. İlk müddətdə beş marşrut (130, 205, 211,500 və 503) üzrə tətbiq olunurdu. Başqa sözlə sistem nəhayət ki, tətbiq olunmağa başlayır. Düzdür, başa düşdüyüm qədər bu sistem ayrı istiqamət üzrə tətbiq olunduğu halda bir qədər mənasız olur, çünki ya bütün sistem bu tipli müqavilə ilə işləməlidir və o zaman istehlakçı (yəni sərnişin) bunun effektini hiss edəcək, ya da heç bir effekti olmayacaq. Sadəcə müvafiq sahibkarlarların qazancı artacaq (həm tarifə uyğun olaraq pul yığırlar, həm də dövlətdən subsidiya alırlar). Hər bir halda artıq müvafiq sistem üçün infrastruktur hazırdır. Cəmi səkkiz gün sonra, sentyabrın 10-da “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” fərman imzalanır. Bu fərmanla bütün məqsədli büdcə fondları ləğv edildi. Təzəlikcə yaranıb, fəaliyyətə başlayan “İctimai nəqliyyat” Fondu da bu siyahıya daxil idi. Yəni bir il ərzində fond yaradılır, onun üçün vergi artırılır, qaydalar yazılır, model işə salınır və həmin anda fond bağlanır. Ödənişli zonalardan gəlirlərin fonda daxil olması 2027-ci ilin yanvarından nəzərdə tutulmuşdu. Görünür, bu vəsaitlər artıq olmayan bir fonda gedəcək. Bəs indi bu söhbətin sonu nə olacaq? Hesablama Palatası 2027-ci il büdcəsinə rəyində qeyd edir ki, fondun vəsaitinin “İctimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclər” adlı bloklanmış xərc maddəsinə keçdiyi “ehtimal edilir”. Yəni dövlət büdcəsinə rəy yazan qurum belə bunu bilmir (maraqlıdır, deputatlar bu istiqmətlər üzrə suallar verirlərmi?). Reallıqda rəqəmlər isə belədir: bu il fonda 155 milyon, metroya 40 milyon manat subsidiya nəzərdə tutulmuşdu. Gələn il fond yoxdur, metroya subsidiya da yoxdur, bloklanmış maddədə isə cəmi 163 milyon manat var.

Open in Telegram
Views851+124%vs avg
Forwards—
Reactions4
Comments—
#4228Text
Views373−2%vs avg
Forwards—
Reactions10
Comments—
#4227Text
Views351−8%vs avg
Forwards—
Reactions13
Comments—
#4225Text
Views372−2%vs avg
Forwards—
Reactions11
Comments—

All posts

Connections