🇮🇷 İranın Ali Rəhbəri Müctəba Xameneinin baş müşaviri Məhəmməd Moxber: 🔴“Saxta marşrutlar” heç vaxt “real dəhlizləri” əvəz edə bilməyəcək. İstər İranın cənubunda, istərsə də şimalında olsun. İstər Hörmüz boğazının cənub marşrutu, istərsə də "TRIPP" layihəsi olsun.🔴 🔴İranın regiondakı geosiyasi maraqları bizim üçün qırmızı xətdir və onların yan keçilməsinə imkan verməyəcəyik.🔴 🔴Hörmüz boğazından dərs alın.🔴 🌐 t.me/conflictmedia
Open in TelegramPosts of Conflict
🇺🇸🇮🇷 ABŞ Prezidenti Donald Tramp: 🔴İran limanlarına tətbiq etdiyimiz dəniz blokadasını yarmaq cəhdi ilə göndərilən istənilən gəmini batıracağıq.🔴 🌐 t.me/conflictmedia
Open in Telegram🇦🇿🇺🇸 Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə Donald Trampa təşəkkür edib. 🔴Əziz Prezident Donald Tramp, "Trump Route for International Peace and Prosperity" layihəsinin işə salınması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi təşəkkürümü bildirmək istəyirəm.🔴 🌐 t.me/conflictmedia
Open in Telegram🇦🇿🇦🇲 XİN rəhbəri Ceyhun Bayramov: 🔴Ermənistanın yeni konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddialarının yer almamasını müsbət qiymətləndiririk.🔴 🌐 t.me/conflictmedia
Open in Telegram🇦🇲 Ermənistan Baş naziri Paşinyan: 🔴Düşünürəm ki, yeni Konstitusiyanın qəbulundan sonra institusional və dönməz sülhün təmin olunacağına zəmanət olaraq bütün siyasi kapitalımı ortaya qoya bilərəm.🔴 🌐 t.me/conflictmedia
Open in Telegram🇮🇷🇺🇸 İran Fars körfəzi üzərində HHM qüvvələrinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcı təyyarəsini zərərsizləşdirməyə cəhd etdiyi görüntüləri yayımlayıb. 🔴Raket "F-16"-nın yaxınlığında partlayıb. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir "F-16" təyyarəsi dünən ümumi fövqəladə vəziyyət siqnalı verib və BƏƏ-nin Əbu-Dabi şəhərindəki "Əl-Dəfra" aviabazasına eniş edib. 🌐 t.me/conflictmedia
Open in Telegram🇵🇱🇷🇺🇺🇦 Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış təsdiqləyib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı raket və dron hücumu zamanı Rusiyanın "Kh-101" qanadlı raketi Polşa ərazisinə düşüb. 🔴Raket Novy Lipoviek kəndi yaxınlığında sahəyə düşüb. Yer Ukrayna sərhədindən təxminən 50-60 kilometr aralıdır. Kosinyak-Kamış hücumu Ukraynaya başlanmış tam miqyaslı müharibədən bəri ən böyük hücumlardan biri adlandırıb. 🔴Daha iki hadisə yeri yoxlanılır. Rudnik nad Sanem kəndinə ikinci raket, Molodycz kəndinə isə çox güman ki, reaktiv dron düşüb. Ordunun məlumatına görə, 11 obyekt Polşa hava məkanına daxil olmaq təhlükəsi yaradıb, onlardan üçü hava sərhədini pozub. Nazir hadisəni Rusiyanın növbəti təxribatı adlandırıb və Moskvanın gərginliyi azaltmadığını vurğulayıb. Bu ilin iyulunda da "Kh-101" raketi Şərqi Polşaya düşüb və partlayıb. 🌐 t.me/conflictmedia
Open in Telegram🇦🇲 Noyabrın 23-də Ermənistanın yeni Konstitusiya layihəsi dərc olunacaq və Baş nazir Nikol Paşinyan xalqa müraciət edəcək. 🔴Nikol Paşinyan parlamentdəki çıxışında müxalifəti yeni Konstitusiya üzrə ümumxalq səsverməsinin keçirilməsini dəstəkləməyə çağırıb. Baş nazir bəyan edib ki, əgər xalq referendumda yeni layihəni rədd edərsə, o, dərhal istefa verəcək, layihə qəbul olunacağı təqdirdə isə növbəti seçkilərdə baş nazir postuna namizədliyini irəli sürməyəcək. Yeni sənəd Paşinyanın irəli sürdüyü və ölkəni yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində qəbul edən “Real Ermənistan” konsepsiyasına əsaslanır. 🔴Layihədə əsas müzakirə mövzusu mövcud Konstitusiyanın preambulasında yer alan və Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. 🔴Azərbaycan üçün 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanmış yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasındakı ərazi iddialarının ləğvi əsas şərtdir. 🌐 t.me/conflictmedia
Open in Telegram🇹🇷🇵🇰 Türkiyənin “Oruç Reis” gəmisi Pakistanın ərazi sularında neft və təbii qaz axtarışına başlayacaq. 🌐 t.me/conflictmedia
Open in Telegram🇮🇱🇺🇸🇮🇷 İsrail ABŞ-yə İranın kimyəvi hücum planlaşdıra biləcəyinə dair kəşfiyyat məlumatı ötürüb. 🔴ABŞ rəsmiləri kimyəvi silah iddialarını ehtiyatla dəyərləndirərək 2003-cü il İraq müdaxiləsi öncəsi kütləvi qırğın silahları ilə bağlı yanlış kəşfiyyat qiymətləndirmələri ilə müqayisə edir və bunu Netanyahu hökumətinin Vaşinqtonu genişmiqyaslı hərbi əməliyyatlara qaytarmaq cəhdi kimi görürlər, digərləri isə təhdidlərin ciddi qəbul edilməli olduğunu bildirirlər; Tehran isə kimyəvi silah hazırlamaq və ya tətbiq etmək ittihamlarını qətiyyətlə rədd edir. 🌐 t.me/conflictmedia
Open in Telegram🇺🇸🇮🇷 Ağ Evdə İran müharibəsi böhranı dərinləşir: Donald Tramp vitse-prezident Cey Di Vensdən narazıdır, növbəti seçkilərdə əsas favorit kimi isə Dövlət Katibi Marko Rubio önə çıxır. 🔴"The New York Times" qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp ilə vitse-prezident Cey Di Vens arasındakı fikir ayrılıqları Konqresə keçirilən aralıq seçkilərindən sonra kəskinləşib. Vens seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinin və Senatdakı nəzarətin itirilməsinin əsas səbəbi kimi məhz İrana qarşı davam edən hərbi əməliyyatları və bunun yaratdığı iqtisadi bahalaşmanı göstərib. Tramp ilk günlərdə bu tənqidlərə təmkinlə yanaşsa da, son iki həftə ərzində köməkçiləri ilə söhbətlərində vitse-prezidentin hücum qərarını açıq şəkildə müdafiə etməməsindən ciddi narazılıq bildirib. 🔴Vens Fox News telekanalına müsahibəsində prezidentlə aralarında heç bir fikir ayrılığının olmadığını və qərarların icrasında tam həmrəylik göstərdiklərini desə də, Ağ Ev daxilindəki siyasi tarazlıq artıq dəyişməyə başlayıb. İranla müharibəni ABŞ-nin milli təhlükəsizliyi üçün qaçılmaz addım kimi ardıcıl müdafiə edən Dövlət katibi Marko Rubio Trampın rəğbətini qazanıb. 🔴Mənbələr bildirir ki, Tramp artıq qapalı müzakirələrdə 2028-ci il prezident seçkiləri üçün Rubionu güclü namizəd kimi önə çəkir. 🌐 t.me/conflictmedia
Open in Telegram🇺🇸🇻🇪🛢 ABŞ Müdafiə naziri Pit Heqset: 🔴Venesuela ilə əldə etdiyimiz neft sazişi sayəsində Hörmüz boğazı artıq Qərb yarımkürəsi üçün həlledici amil deyil.🔴 🔴ABŞ-Venesuela neft sazişi təxminən 65 milyard barrel ehtiyatı olan yataqları əhatə edir. Venesuela dünya neftinin cəmi təxminən 1%-ni hasil edir və yeni həcmlərin bazara çıxması üçün illər lazım ola bilər. ABŞ Enerji İnformasiya İdarəsinin hesablamalarına görə, Hörmüzdən keçən neft gündəlik 21,6 milyon barreldən 2-ci rübdə 4,9 milyon barrelə düşüb. 🔴Saziş uzunmüddətli alternativ yarada bilər, lakin Hörmüzün əhəmiyyətini yaxın perspektivdə aradan qaldırdığı hələlik təsdiqlənməyib. 🌐 t.me/conflictmedia
Open in Telegram🇺🇦🇷🇺 Ukrayna ordusu Krım körpüsünə daha bir hücum cəhdi həyata keçirib. 🌐 t.me/conflictmedia
Open in Telegram🇸🇩 Sudan Ordusu çevrilişçi Çevik Dəstək Qüvvələrinə məxsus dronu "Bayraktar AKINCI"-dan buraxılan hava-hava raketi ilə məhv edib. 🌐 t.me/conflictmedia
Open in Telegram🇦🇿🇹🇷 XİN rəhbəri Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı baş tutub. 🚫Söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib. 🌐 t.me/conflictmedia
Open in Telegram🇺🇸🇪🇺 Eurocontrol, FAA-nın tələbi ilə Avropadan ABŞ-a bütün uçuşları dayandırıb. 🌐 t.me/conflictmedia
Open in Telegram🇺🇸 ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib. 🔴ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkənin bütün hava limanlarında təyyarələrin havaya qalxmasının müvəqqəti dayandırılması barədə qərar qəbul edib. 🌐 t.me/conflictmedia
Open in Telegram🇦🇿🇬🇧 Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. 🌐 t.me/conflictmedia
Open in Telegram🇦🇿🇺🇦 Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. 🔴Görüşdə Azərbaycan-Ukrayna iqtisadi-ticari əlaqələrinin inkişafı, özəl sektorlar arasında əməkdaşlıq və qarşılıqlı səfərlər müzakirə olunub. 🔴Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma, xüsusilə elektrik avadanlıqlarının təchizatına görə təşəkkür edib. Tərəflər, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa-quruculuq təcrübəsinin Ukrayna üçün əhəmiyyətini qeyd ediblər. 🌐 t.me/conflictmedia
Open in Telegram