🇮🇷 İranın Ali Rəhbəri Müctəba Xameneinin baş müşaviri Məhəmməd Moxber: 🔴“Saxta marşrutlar” heç vaxt “real dəhlizləri” əvəz edə bilməyəcək. İstər İranın cənubunda, istərsə də şimalında olsun. İstər Hörmüz boğazının cənub marşrutu, istərsə də "TRIPP" layihəsi olsun.🔴 🔴İranın regiondakı geosiyasi maraqları bizim üçün qırmızı xətdir və onların yan keçilməsinə imkan verməyəcəyik.🔴 🔴Hörmüz boğazından dərs alın.🔴 🌐 t.me/conflictmedia
Open in TelegramConflict
🌎🪖 Münaqişə Ocaqlarından və Siyasi Arenadan Xəbərlər
Average views per post by day
By publication day
Show as table
| Date | Avg views per post |
|---|---|
| Nov 12, 2026 | 1,120 |
| Nov 13, 2026 | 1,265 |
| Nov 17, 2026 | 743 |
| Nov 18, 2026 | 683 |
| Nov 19, 2026 | 620 |
| Nov 20, 2026 | 647 |
| Nov 21, 2026 | 652 |
| Nov 23, 2026 | 620 |
Most viewed this month
🇺🇸🇪🇺 Eurocontrol, FAA-nın tələbi ilə Avropadan ABŞ-a bütün uçuşları dayandırıb. 🌐 t.me/conflictmedia
Views1.28KForwards—Reactions8Comments—- Views1.25KForwards—Reactions8Comments—
- Views1.14KForwards—Reactions13Comments—
- Views1.1KForwards—Reactions18Comments—
Latest posts
🇺🇸🇮🇷 ABŞ Prezidenti Donald Tramp: 🔴İran limanlarına tətbiq etdiyimiz dəniz blokadasını yarmaq cəhdi ilə göndərilən istənilən gəmini batıracağıq.🔴 🌐 t.me/conflictmedia
Open in Telegram🇦🇿🇺🇸 Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə Donald Trampa təşəkkür edib. 🔴Əziz Prezident Donald Tramp, "Trump Route for International Peace and Prosperity" layihəsinin işə salınması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi təşəkkürümü bildirmək istəyirəm.🔴 🌐 t.me/conflictmedia
Open in Telegram🇦🇿🇦🇲 XİN rəhbəri Ceyhun Bayramov: 🔴Ermənistanın yeni konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddialarının yer almamasını müsbət qiymətləndiririk.🔴 🌐 t.me/conflictmedia
Open in Telegram🇦🇲 Ermənistan Baş naziri Paşinyan: 🔴Düşünürəm ki, yeni Konstitusiyanın qəbulundan sonra institusional və dönməz sülhün təmin olunacağına zəmanət olaraq bütün siyasi kapitalımı ortaya qoya bilərəm.🔴 🌐 t.me/conflictmedia
Open in Telegram🇮🇷🇺🇸 İran Fars körfəzi üzərində HHM qüvvələrinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcı təyyarəsini zərərsizləşdirməyə cəhd etdiyi görüntüləri yayımlayıb. 🔴Raket "F-16"-nın yaxınlığında partlayıb. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir "F-16" təyyarəsi dünən ümumi fövqəladə vəziyyət siqnalı verib və BƏƏ-nin Əbu-Dabi şəhərindəki "Əl-Dəfra" aviabazasına eniş edib. 🌐 t.me/conflictmedia
Open in Telegram🇵🇱🇷🇺🇺🇦 Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış təsdiqləyib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı raket və dron hücumu zamanı Rusiyanın "Kh-101" qanadlı raketi Polşa ərazisinə düşüb. 🔴Raket Novy Lipoviek kəndi yaxınlığında sahəyə düşüb. Yer Ukrayna sərhədindən təxminən 50-60 kilometr aralıdır. Kosinyak-Kamış hücumu Ukraynaya başlanmış tam miqyaslı müharibədən bəri ən böyük hücumlardan biri adlandırıb. 🔴Daha iki hadisə yeri yoxlanılır. Rudnik nad Sanem kəndinə ikinci raket, Molodycz kəndinə isə çox güman ki, reaktiv dron düşüb. Ordunun məlumatına görə, 11 obyekt Polşa hava məkanına daxil olmaq təhlükəsi yaradıb, onlardan üçü hava sərhədini pozub. Nazir hadisəni Rusiyanın növbəti təxribatı adlandırıb və Moskvanın gərginliyi azaltmadığını vurğulayıb. Bu ilin iyulunda da "Kh-101" raketi Şərqi Polşaya düşüb və partlayıb. 🌐 t.me/conflictmedia
Open in Telegram🇦🇲 Noyabrın 23-də Ermənistanın yeni Konstitusiya layihəsi dərc olunacaq və Baş nazir Nikol Paşinyan xalqa müraciət edəcək. 🔴Nikol Paşinyan parlamentdəki çıxışında müxalifəti yeni Konstitusiya üzrə ümumxalq səsverməsinin keçirilməsini dəstəkləməyə çağırıb. Baş nazir bəyan edib ki, əgər xalq referendumda yeni layihəni rədd edərsə, o, dərhal istefa verəcək, layihə qəbul olunacağı təqdirdə isə növbəti seçkilərdə baş nazir postuna namizədliyini irəli sürməyəcək. Yeni sənəd Paşinyanın irəli sürdüyü və ölkəni yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində qəbul edən “Real Ermənistan” konsepsiyasına əsaslanır. 🔴Layihədə əsas müzakirə mövzusu mövcud Konstitusiyanın preambulasında yer alan və Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. 🔴Azərbaycan üçün 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanmış yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasındakı ərazi iddialarının ləğvi əsas şərtdir. 🌐 t.me/conflictmedia
Open in Telegram🇹🇷🇵🇰 Türkiyənin “Oruç Reis” gəmisi Pakistanın ərazi sularında neft və təbii qaz axtarışına başlayacaq. 🌐 t.me/conflictmedia
Open in Telegram🇮🇱🇺🇸🇮🇷 İsrail ABŞ-yə İranın kimyəvi hücum planlaşdıra biləcəyinə dair kəşfiyyat məlumatı ötürüb. 🔴ABŞ rəsmiləri kimyəvi silah iddialarını ehtiyatla dəyərləndirərək 2003-cü il İraq müdaxiləsi öncəsi kütləvi qırğın silahları ilə bağlı yanlış kəşfiyyat qiymətləndirmələri ilə müqayisə edir və bunu Netanyahu hökumətinin Vaşinqtonu genişmiqyaslı hərbi əməliyyatlara qaytarmaq cəhdi kimi görürlər, digərləri isə təhdidlərin ciddi qəbul edilməli olduğunu bildirirlər; Tehran isə kimyəvi silah hazırlamaq və ya tətbiq etmək ittihamlarını qətiyyətlə rədd edir. 🌐 t.me/conflictmedia
Open in Telegram