🏛 Azərbaycanlı nümayəndələr Ermənistana getdilər "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə noyabrın 26–27-də Ermənistanda geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək. Müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan- Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini əhatə edəcək. Həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq. 🔗 @carchinews
Open in TelegramPosts of Carçı
💥 Qazax rayonunun Yuxarı Salahlı kəndində qaz sobasının partlaması baş verib. Hadisə nəticəsində 1961-ci il təvəllüdlü M. Kəlayev və onun 1939-cu il təvəllüdlü anası D. Kəlayeva yanıq xəsarətləri alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. 🔗 @carchinews
Open in Telegram⚽ AFC Çempionlar Liqasının 2-ci turunda keçirilən “Əl-Cəzirə” – “Gol Gohar” qarşılaşmasında suriyalı baş hakim fasilə zamanı alkoqollu olması iddiası ilə oyundan uzaqlaşdırılıb. 🔗 @carchinews
Open in Telegram⚽ "Barselona"nın baş məşqçisi Hans Flik bildirib ki, ilk hissədən sonra heyətdə dəyişikliklər edib və oyunun gedişinə tam nəzarət etdiklərinə görə razı qalıb. O qeyd edib ki, buraxılan qol səhv nəticəsində baş verib və bu epizoddan narazı qalıb. Flik ikinci hissədə oyunun daha gərgin keçdiyini və komandasının vacib 3 xalı qazandığını vurğulayıb. O, Bakının gözəlliyindən və burada müşahidə etdiyi inkişafdakı dəyişikliklərdən məmnun olduğunu deyib. Flik "Sabah"ın baş məşqçisinin oyun fəlsəfəsini anladıqlarını, komandanın qəhrəmanlıqla mübarizə apardığını və hər kəsə maraqlı oyun göstərdiyini bildirib. Sonda "Sabah" klubuna uğurlar arzulayıb. 🔗 @carchinews
Open in Telegram🏨 Moskvada çoxfunksiyalı beşulduzlu “Rossiya” hotel kompleksi istifadəyə verilib. Moskva meriyasının yaydığı məlumata görə, kompleksin ümumi sahəsi 64 min kvadratmetrdir. Burada 151 hotel otağı, 6,5 min kvadratmetrlik spa zonası və müasir tibbi avadanlıqlarla təchiz olunmuş klinika fəaliyyət göstərəcək. Tikintini həyata keçirən “Kiyevskaya ploşad” şirkətinin həmtəsisçisi Qod Nisanov qeyd edib ki, layihə zamanı 1930-cu illərdə itirilmiş tarixi fasadlar yenidən bərpa olunub. 🔗 @carchinews
Open in Telegram⚡ "Sabah" və "Barselona" arasında keçirilən oyundan sonra Bakı Olimpiya Stadionunun ətrafında böyük izdiham yaranıb. Azarkeşlər stadiondan kütləvi şəkildə çıxarkən ərazidə sıxlıq müşahidə olunub. İctimai nəqliyyata minmək istəyən sərnişinlər uzun müddət gözləməli olublar. 🔗 @carchinews
Open in Telegram⚽ UEFA Çempionlar Liqasının Liqa mərhələsində iki türkiyəli məşqçi — Arda Turan və Emre Belözoğlu — bir-birinə rəqib olub. Bu məşqçilər vaxtilə Türkiyə millisində komanda yoldaşı olublar. Hazırda onların 18 il əvvəl "PlayStation" oynadıqları videolar sosial şəbəkələrdə yenidən yayılıb. Arda Turanın çalışdırdığı "Şaxtyor" Londonda Emre Belözoğlunun rəhbərlik etdiyi "Fənərbağça"nı qəbul edir. 🔗 @carchinews
Open in Telegram⚽ Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Litvanın xarici işlər naziri Kestutis Budris “Sabah” və “Barselona” komandalarının qarşılaşmasını tribunadan izləyiblər. Görüşdə “Barselona” 1:4 hesabı ilə qalib gəlib. 🔗 @carchinews
Open in Telegram🌋 Bakının Qaradağ rayonunda yerləşən Çeyildağ ərazisində palçıq vulkanında püskürmə baş verib. Hadisə bu gün saat 15:00 radələrində qeydə alınıb. Şahidlər bildiriblər ki, püskürmə zamanı ətrafa əsasən tüstü və palçıq yayılıb. 🔗 @carchinews
Open in Telegram🏛 Qarabağa köçənlərə ŞAD XƏBƏR: ABŞ-nin dəstəyi gündəmdə Amerika Birləşmiş Ştatlarının investorları işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarını öyrənməkdə maraq göstərirlər. ABŞ Ticarət Palatasının nümayəndəsi Cennifer Miel bildirib ki, amerikalı şirkətlər kənd təsərrüfatı, müasir texnologiyalar, süni intellekt və məlumatların təhlili sahələrində Azərbaycanın aqrar sektorunun inkişafına töhfə verə bilərlər. Eyni zamanda ABŞ investorlarının gələn il sözügedən bölgələrə səfərinin planlaşdırıldığı qeyd olunur. Bu maraq regionun iqtisadi dirçəlişi, məşğulluq və Böyük Qayıdış prosesinin sürətlənməsi baxımından mühüm imkanlar açır. Xüsusilə aqrar sahəyə yeni texnologiyaların və analitik həllərin gətirilməsi yerli istehsalın genişlənməsinə və iqtisadi potensialın reallaşmasına təkan verə bilər. 🔗 @carchinews
Open in Telegram🚨 Xəzər rayonunda gecə evlərdən oğurluq edən şəxs saxlanılıb Paytaxtın Xəzər rayonunda fərdi yaşayış evindən 2 min manat dəyərində elektrik naqilləri və mis boru oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə əməli tərədən 25 yaşlı E. Eynili saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, E. Eynili axşam saatlarında məhəllələri gəzərək işığı yanmayan evləri seçirmiş. Evdə heç kimin olmadığını güman etdikdə içəri girir, sata biləcəyi əşyaları götürürmüş. Onun həmin evdən götürdüyü elektrik naqillərini və digər əşyaları sonradan satdığı məlum olub. Saxlanılan şəxsin eyni üsulla rayondakı digər evlərdən də oğurluq etdiyi müəyyənləşdirilib. Faktlarla bağlı araşdırma davam etdirilir. 🔗 @carchinews
Open in Telegram🚦 Səbail rayonunda, Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində avtobuslara məxsus yeni işıqfor quraşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, artıq avtobus sürücüləri hərəkətlərini bu işıqforun göstəricilərinə əsasən tənzimləyirlər. Yeniliyin əsas məqsədi xüsusi zolaqlarda avtobusların maneəsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. 🔗 @carchinews
Open in Telegram🏛 BDU-da imtahan qaydaları yenidən nəzərdən keçirilə bilər - AÇIQLAMA “Məleykə xanım Abbaszadənin bu vəzifəyə təyinatının Bakı Dövlət Universitetində imtahan qaydalarına köklü dəyişikliklər gətirəcəyini düşünürəm. Çünki indiyədək ali təhsil müəssisələri arasında imtahan prosedurları ilə bağlı ən çox müzakirə olunan və problemlərin müşahidə edildiyi universitetlərdən biri məhz Bakı Dövlət Universiteti olub”. Bu barədə elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi danışdı. 🔗 @carchinews
Open in Telegram💵 ƏƏSMN-nin kollegiya iclasında nazir Anar Əliyev bildirib ki, 2027-ci ildə Azərbaycanda 1,1 milyon nəfərin pensiyası artırılacaq. Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə gələn il altıncı sosial islahat paketi həyata keçiriləcək. Nazir əlavə edib ki, pensiyaların artırılması 2027-ci ilin əvvəlindən indeksləşdirmə yolu ilə baş tutacaq. 🔗 @carchinews
Open in Telegram🏛 Yeni icra başçısı onlara vəzifə verdi - Adlar Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub. İcra başçısı Natiq Əliyev bununla bağlı müvafiq əmrlər imzalayıb. Əmrlə, Emil Quliyev İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoruna aparıcı məsləhətçi təyin olunub. Həmin vəzifəni daha əvvəl icra edən Gülmirə Rzanın vəzifəsi isə endirilib və o, Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunda məsləhətçi təyin olunub. G. Rzanın vəzifəsində əvəz etdiyi Eldəniz Mirzəyev isə öznövbəsində Lökbatan qəsəbə nümayəndəliyində məsləhətçi vəzifəsinə gətirilib. Qobustan qəsəbə nümayəndəsi Tarverdi Qurbanov isə Lökbatan qəsəbə nümayəndəsi təyin olunub. Qobustan qəsəbə nümayəndəsi vəzifəsinə isə Anar İbrahimova tapşırılıb. Vüsal Mustafayev Puta qəsəbə nümayəndəsi vəzifəsinə gətirilib. 🔗 @carchinews
Open in Telegram🏛 Gündəmdən düşməyən rəhbər şəxs klubun tərəfdaşını necə aldadır? «Səbail» öz tərəfdaşı tərəfindən məhkəməyə verilə bilər. Söhbət «Macara Travel»dən gedir. Problem ondadır ki, klubun prezidenti Mirzə Bayrampur onlar qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır. Belə ki, sözügedən turizm şirkət «Səbail»in avqust ayında Türkiyənin Bolu bölgəsində 15 günlük təlim-məşq toplanışı keçməsinə şərait yaradıb. Səfərə çıxan komandanı təyyarə biletləri ilə təmin edib. Di gəl ki, Bayrampur aradan keçən 3 ay ərzində qarşı tərəfin pulunu verməyib. Ona bununla bağlı bir neçə dəfə müraciət olunsa da, prezident «bu gün-sabah» deyərək, məsələni uzadıb. Bu addımın da haqlı səbəbi var - klubun başında əyləşənlər qabaqlarına çıxanları aldadır. Səbəbkar? Əlbəttə ki, Mirzə Bayrampur. Şikayətçilərin bir qismi AFFA-nın qapısını döyüb, problem barədə məlumatlandırıb. 🔗 @carchinews
Open in Telegram🚨SON DƏQİQƏ: İspaniya futbolunda böyük qalmaqal🔥🔥 Barcelona Florentino Peresi məhkəməyə verir👈🏻👈🏻
Open in Telegram