💸 Azərbaycanda beynəlxalq idman tədbirlərində baş hakimlərə hər iş günü üçün 100 manat, hakimlər briqadasının üzvlərinə və yarışın baş katibinə isə 50 manat xidmət haqqı veriləcək. Respublika səviyyəli yarışlarda isə baş hakim gündə 50 manat, digər hakimlər və baş katib isə 25 manat alacaq. Bu ödənişlər digər maddi təminatlardan asılı olmayaraq, yalnız işlədikləri günlər üçün nəzərdə tutulub. Əgər tədbir hakimin yaşadığı şəhər və ya rayonda keçirilirsə, ona ezamiyyə qaydalarına uyğun yemək xərci də ödənəcək. 🔗 @carchinews
Open in Telegram
Carçı
✅ Ölkə və dünya gündəmindən son xəbərlərin Carçısı. 📮Reklam və Əməkdaşlıq üçün @bakunews2025📥 Baş redaktor – İlhamə Xanlarqızı +994 55 404 42 25
Average views per post by day
By publication day
Show as table
| Date | Avg views per post |
|---|---|
| Nov 25, 2026 | 1,816 |
| Nov 26, 2026 | 1,053 |
Most viewed this month
- 01Views2.16KForwards—Reactions7Comments—
- 02Views2.1KForwards—Reactions—Comments—
- 03Views2.08KForwards—Reactions6Comments—
- 04Views2.02KForwards—Reactions6Comments—
Latest posts
🏥 Subordinasiya qaydalarına riayət etdi, işini itirdi – Quba səhiyyəsində nələr baş verir? Azərbaycan səhiyyəsi daha bir təcrübəli həkimini itirdi. Quba MRX-nın Acil şöbəsinin müdiri Aynurə Əzizbəyova birbaşa olaraq səhiyyə naziri Anar Bayramlının tapşırığı əsasında rəhbərlik tərəfindən uzun sürən basqılardan və təzyiqlərdən sonra vəzifədən azad edildi. O, 2 gün öncə öz ərizəsi ilə tutduğu vəzifədən ayrıldı. Son dönəmlər Azərbaycan səhiyyəsinin ənənəsinə və üslubiyyətinə çevrilən bu mənzərə artıq Quba xəstəxanasında da adi hal alıb. 2010-cu ildən Quba MRX-da çalışan Aynurə Əzizbəyova 2022-ci ildən bəri tibb müəssisəsinin acil şöbəsinin müdiri vəzifəsində xidmət edib. COVID-19 ilə mübarizədə ön sıralarda yer alan aparıcı həkimlərdən biri olan Aynurə Əzizbəyova rəhbərlik etdiyi acil şöbəsinin fəaliyyətində də xüsusi bir səhman yaratmışdı. 🔗 @carchinews
Open in Telegram🔥 Lənkəranın Şıxəkəran kəndində 1958-ci il təvəllüdlü Rəsmiyə Əliyevaya məxsus fərdi yaşayış evində yanğın olub. Ümumi sahəsi 120 kvadratmetr olan ev və içindəki əşyalar tamamilə yanıb. FHN əməkdaşları alovun yaxınlıqdakı tikililərə yayılmasının qarşısını alıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb. 🔗 @carchinews
Open in Telegram🏛 "Silahdan istifadə edə bilmirdim, dedilər ki, qorxudan bacaracaqsan" - Fikrət Sadıxovla MÜSAHİBƏ Məhz diplomatiyanın əsasları ilə bağlı sabiq diplomat Fikrət Sadıxov geniş və ətraflı müsahibə verib. O, sovet dövründə azərbaycanlı diplomatların qarşılaşdığı çətinliklərdən, müstəqil Azərbaycanın diplomatiyasının formalaşmasından, Türkiyə və Rusiya ilə münasibətlərdən, eləcə də beynəlxalq siyasətin pərdəarxası məqamlarından danışıb. Müsahibədə, həmçinin onun diplomatik fəaliyyəti zamanı Yəməndə yaşadığı təhlükəli hadisələr, Ermənistanla sülh prosesi, Paşinyandan sonrakı mümkün siyasi ssenarilər və yaxın 10 ildə Cənubi Qafqazı gözləyən geosiyasi dəyişikliklər barədə fikirləri yer alıb. Bəs müstəqillik əldə etdikdən sonra Azərbaycan diplomatiyasına keçid sizin üçün nə dərəcədə fərqli oldu? Siz dediniz ki, müstəqillik əldə etdikdən sonra bizə ilk dəfə Türkiyə qapı açdı, diplomatik yolda bizə kömək etdi. 🔗 @carchinews
Open in Telegram🏛 Bakı Şəhər İcra Hakimiyyəti XƏBƏRDARLIQ ETDİ Bakının Səbail rayonunda yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qaydada araşdırma aparılıb. BŞİH-dən verilən xəbərə görə, araşdırma zamanı sosial şəbəkələrdə yayılan məlumatlar öz təsdiqini tapıb və tarixi memarlıq abidəsinə müdaxilə faktı müəyyən edilib. Məlumata görə, yoxlamanın nəticələrinə əsasən, qanunsuz dəyişikliklə bağlı obyektin tarixi giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması və binanın ilkin memarlıq görkəminin bərpa edilməsi təmin edilib. Eyni zamanda, sahibkara tarixi və mədəni irs nümunələrinə özbaşına müdaxilənin yolverilməzliyi izah olunub və gələcəkdə bu kimi halların təkrarlanmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib. 🔗 @carchinews
Open in Telegram🏛 Azərbaycanlı nümayəndələr Ermənistana getdilər "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə noyabrın 26–27-də Ermənistanda geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək. Müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan- Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini əhatə edəcək. Həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq. 🔗 @carchinews
Open in TelegramViews growthHide views growth
Views growth
Hours after publication
Show as table
| Hours after publication | Views |
|---|---|
| 0 h | 0 |
| 1 h | 441 |
| 3 h | 1,190 |
- After 1 hour441
- Total to date1,190
Views growthHide views growth
Views growth
Hours after publication
Show as table
| Hours after publication | Views |
|---|---|
| 0 h | 0 |
| 1 h | 537 |
| 4 h | 1,170 |
- After 1 hour537
- Total to date1,170
💥 Qazax rayonunun Yuxarı Salahlı kəndində qaz sobasının partlaması baş verib. Hadisə nəticəsində 1961-ci il təvəllüdlü M. Kəlayev və onun 1939-cu il təvəllüdlü anası D. Kəlayeva yanıq xəsarətləri alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. 🔗 @carchinews
Open in TelegramViews growthHide views growth
Views growth
Hours after publication
Show as table
| Hours after publication | Views |
|---|---|
| 0 h | 0 |
| 3 h | 1,040 |
| 5 h | 1,450 |
- After 6 hours1,450
- Total to date1,450
⚽ AFC Çempionlar Liqasının 2-ci turunda keçirilən “Əl-Cəzirə” – “Gol Gohar” qarşılaşmasında suriyalı baş hakim fasilə zamanı alkoqollu olması iddiası ilə oyundan uzaqlaşdırılıb. 🔗 @carchinews
Open in TelegramViews growthHide views growth
Views growth
Hours after publication
Show as table
| Hours after publication | Views |
|---|---|
| 0 h | 0 |
| 5 h | 1,360 |
| 7 h | 1,660 |
- After 6 hours1,660
- Total to date1,660
⚽ "Barselona"nın baş məşqçisi Hans Flik bildirib ki, ilk hissədən sonra heyətdə dəyişikliklər edib və oyunun gedişinə tam nəzarət etdiklərinə görə razı qalıb. O qeyd edib ki, buraxılan qol səhv nəticəsində baş verib və bu epizoddan narazı qalıb. Flik ikinci hissədə oyunun daha gərgin keçdiyini və komandasının vacib 3 xalı qazandığını vurğulayıb. O, Bakının gözəlliyindən və burada müşahidə etdiyi inkişafdakı dəyişikliklərdən məmnun olduğunu deyib. Flik "Sabah"ın baş məşqçisinin oyun fəlsəfəsini anladıqlarını, komandanın qəhrəmanlıqla mübarizə apardığını və hər kəsə maraqlı oyun göstərdiyini bildirib. Sonda "Sabah" klubuna uğurlar arzulayıb. 🔗 @carchinews
Open in TelegramConnections
Similar channels
Qafqazinfo@qafqazinfoNews and media30.3K
Baku TV@bakutvxeberNews and media25.8K
AZERBAIJANI ARMED FORCES 24/7@military_azNews and media23.6K
Девичья Башня@maidentowerNews and media33.5K
Minval Politika@minval_azNews and media23.1K
AZXEBER.COM@azxeber1News and media21.9K
Day.Az@dayazNews and media21.7K
APA@apa_azNews and media21.5K