Posts of Azərbaycan Tarixi
Bakı xanlığının bayrağı Bu bayrağın dördkünc qumaşı dörd parça açıq moruğu və bir parça açıq xaradan əl ilə tikilmişdir. Bayrağın üzərində nəbati naxışlar, ornamentlər, güllər, ayparalar var. Üzərində ərəbcə “Ya Məhəmməd (s), möminləri müjdələ”, “Allahın köməyi və qələbə yaxındır”, “Allah kömək edəndir və Allah qoruyandır” sözləri yazılıb. Qeyd edək ki, 1806-cı il oktyabrın 3-də general Bulqakovun komandanlıq etdiyi rus qoşunları Bakıya hücum etmiş və xanlığın bayrağı ilə qalanın açarlarını qənimət götürmüşdür. Beləliklə, Bakı Rusiya İmperiyası tərəfindən işğal edilmişdi. Hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və Bayraqlar fondunda qorunan Bakı xanlığının bayrağı 1924-cü ildə Qafqaz Hərbi Tarix Muzeyindən alınmışdır.
Open in TelegramTarixçi Əbubəkr Sofuoğlu Ənvər Paşanın yəhudi olduğunu göstərən sənədlərin mövcud olduğunu iddia edib. https://t.me/azerbaycan_tarixi_telegram
Open in TelegramViews growthHide views growth
Views growth
Hours after publication
Show as table
| Hours after publication | Views |
|---|---|
| 0 h | 0 |
| 61 h | 157 |
| 68 h | 158 |
- Total to date158
Azərbaycanda elə bir qrup var ki, şiəliyin tarixinin Səfəvi qiyamından etibarən başladığını iddia edir. Lakin Ağqoyunlu Sultan Yaqub və Əlvənd Mirzə dövrünə aid sikkələr bunun əksini göstərir. Belə ki, həmin sikkələrin üzərində «Əliyyən Vəliyullah» ifadəsi yer alır. Bu numizmatik tapıntılar Ağqoyunlu sultanlarının mütləq şəkildə şiə olduğunu deyil, şiəliyin izlərinin Səfəvi dövründən xeyli əvvələ gedib çıxdığını, bu məzhəbin siyasi diskurslar səbəbindən deyil, xalqımızın əsrlərə söykənən tarixinin mühüm bir hissəsi olduğunu göstərir. Mirzə Əli Deyləm
Open in Telegram"Vaqif" film-tamaşasında Qacarın taxtındakı və başı üzərindəki "Əli" yazıları. Eyni naxış Şirvanşahlar sarayındakı Divanxana qapısının üzərində də var. © Natiq Rəhimov
Open in TelegramElə gopla ki... Tarixi reallıqlardan xəbərsiz olan TRT ssenaristləri yenə öz ampluasındadır. TRT ekranlarında yayımlanan «Mehmet: Fetihler Sultanı» serialında Tokat basqını ekranlaşdırılıb. Belə ki, Şahzadə Maqsud Mirzə bu basqına başçılıq edir, şəhər əhalisini vəhşicəsinə qırıb-çatır. Bəs, həqiqətən, Tokat basqınına Maqsud Mirzə başçılıq etmişd Xeyr! Tokat basqınına Ömər bəy adlı Ağqoyunlu əmiri rəhbərlik etmişdi. Serial bu məqamda da tarixi həqiqətləri təhrif edərək izləyicilərə yanlış məlumat təqdim edi Lakin araşdırmamız zamanı başqa bir maraqlı tarixi faktla da qarşılaşdıq. Belə ki, Ağqoyunlu və Osmanlı qoşunları arasında baş verən döyüşlərin birində Maqsud Mirzə qardaşı Zeynal Mirzə ilə birlikdə əsir düşür. Mahmud Paşa şahzadələrin öldürülməsini təklif etsə də, Sultan bu təklifə razılıq vermir. Əksinə, hüzuruna gətirilən şahzadələri böyük ehtiramla qarşılayır. Hətta bu ehtiram o həddə çatır ki, Sultan Maqsud Mirzəyə: «Sən Bəyazidin qardaşısan», – deyə müraciət edir. Daha sonra isə Sultanın əmri ilə hər iki şahzadə azadlığa buraxılır? (MUÂLİ'NİN HÜNKÂRNÂME'Sİ (Sultan II Məhəmməd dövründə yazılmış əsər), s, 153) Mirzə Əli Deyləm
Open in TelegramMeksika Prezidentinin Müzəffərəddin Şah Qacara yazdığı məktubun surəti; Schah-in-schah de persia Azərbaycan Tarixi
Open in Telegramİran Şahının Bakı səfəri. Qarşılayanlar ingilislərdir. Budur müstəmləkə... Azərbaycan Çar Rusiyasından müstəqil olmamışdı. Bir imperiyanın tərkibindən çıxıb, başqa bir imperiyanın (B.Britaniya) tərkibinə girmişdi...
Open in TelegramAzərbaycanda bəzi blogerlər illərdir İrana qarşı qəsdən “faktlar” uydurduqlarını etiraf edirlər
Open in TelegramŞah Təhmasibin qızının İmam Rzaya məhəbbəti Şah Təhmasibin qızı Məhinbanu bir gün yuxusunda görür ki, İmam Rza (ə) onu hərəminə dəvət edir və o, müqəddəs hərəmə öz qızıl və cəvahiratını vəqf edir. Məhinbanu yuxudan oyandıqdan sonra atası Şah Təhmasibdən icazə alaraq qiymətli əşyaları ilə birlikdə Məşhəd şəhərinə yola düşür. Ziyarətini başa vurduqdan sonra rəsmi vəqfnamə tərtib etdirir. Vəqfnamədə belə yazılır: "Mən Mehinbanu, Şah Təhmasib Səfəvinin qızı, bütün cəvahiratımı İmam Rza (ə)-ın hərəminə təqdim edirəm. Ümid edirəm ki, görüş anında mənə şəfaət etsinlər. Bu az mal mənim dünyadan sahib olduğum bütün var-dövlətimdir" Həmin cəvahiratlar hazırda digər tarixi vəqflərlə birlikdə İmam Rza Hərəmində qorunub saxlanılır. Azərbaycan Araşdırma Mərkəzi
Open in TelegramAzərbaycanın tarixi bayraqları-3 İrəvan Sərdarı Hüseyn Xanın bayrağı 1 oktyabr 1827-ci ildə İrəvan qalası rus qoşunları tərəfindən işğal edildiyi zaman İrəvan xanlığının 4 bayrağı rus qoşunlarının əlinə keçmişdi. Sonralar bu bayraqlar Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyində saxlanılırdı. Qafqaz Hərb Tarixi muzeyinin bələdçi kitabındakı məlumat həmin bayraqların bu muzeyin fondlarında saxlanılmasından xəbər verirdi. 1924-cü ildə bu bayraqlardan yalnız ikisi Azərbaycan SSR Dövlət Muzeyinə (Azərbaycan Tarix Muzeyinə) verilmişdir. Bunlardan biri İrəvan xanlığının sərdarı Hüseyn xana məxsus idi, digərləri isə ordu hissəsi bayraqlarıdır. İrəvan sərdarı Hüseyn Xana məxsus bayrağın qumaş hissəsinin ölçüləri 145 x 261 x 217 sm-dir. Tünd qırmızı mahud parçadan hazırlanmışdır. Bayrağın yuxarı enli hissəsində İmam Əli və Peyğəmbərə işarə olunan Şiri-Xurşid təsvirləri tikilmişdir. Mavi parçadan olan günəşin şüaları açıq qəhvəyi ipək saplarla bayrağın qumaşına tikilmişdir. Şir və günəşin təsvirindən yuxarıda, ona paralel olaraq, bir birinin yanında, açıq qəhvəyi mahud parçadan iki altıguşəli kartuş quranmışdır. Şirin quyruğu yanındakı kartuşda ərəb dilində "Mən şəriətə uyğun hərəkət edirəm", digərində isə "Kömək Allahdandır, yaxın qələbə" sözləri təkəlduz tikməsi ilə qara ipək saplarla tikilmişdir. Bayrağa müxtəlif rəngli (qəhvəyi, açıq qəhvəyi və qızılı) ipək saplardan saçaq salınmışdır. Həmin bayraq 1825–1826-cı illərdə hazırlanmışdır. https://t.me/miraga_dadas
Open in TelegramGopunda beləsi Neo-Osmanlı ideologiyasına sadiq TRT ssenaristləri tarixi yenidən yazmağa davam edirlər. TRT ekranlarında yayımlanan «Mehmet – Fəthlər Sultanı» serialı bizi təəccübləndirməkdə davam edir. Ağqoyunlu sarayını Osmanlı ilə müharibə ərəfəsində ailə qalmaqalları içində təsvir edən ssenaristlər Uzun Həsəni romantik cani obrazına salır, tarixdə baş verməmiş hadisələri ekranlaşdırırlar. Belə ki, Osmanlı ilə müharibənin tərəfdarı olan Despina Xatun Uzun Həsən tərəfindən əvvəlcə boğulur, sonra isə yandırılır. Despina ilə Uzun Həsənin oğulları da bir-birinin qanına susayır. Məqsud Mirzə anasının faciəli ölümündən sonra doğma qardaşı Məsih Mirzəni boğaraq öldürür. Bütün bunlar serialın tarixi həqiqətlərdən nə qədər uzaq olduğunu göstərir. Bəs həqiqətdə necə olub? 1. Despina Xatun Uzun Həsən 1458-ci ildə Trabzon Komnenos imperiyası ilə siyasi əlaqələr qurmaq və Avropadan artilleriya dəstəyi əldə etmək məqsədilə Despina (Teodora) Komnen ilə evlənmişdi. Despina Xatunun Otluqbeli döyüşündə iştirak etdiyi, geri çəkilən Osmanlı qüvvələrinin məhv edilməsi üçün həyat yoldaşını təşviq etdiyi bildirilir (Babinger, Fatih Mehmed və onun dövrü, tərcümə edən Ralph Manheim, Princeton University Press, 1978, s. 314). Serialda isə müharibə hələ başlamamış Despina Xatun öldürülür. Halbuki onun ölümü barədə dəqiq məlumat yoxdur. Ölüm tarixi 1474–1478-ci illər arasında göstərilsə də, hansı şəraitdə və necə vəfat etdiyi məlum deyil. Ölüm şəkli barədə heç bir tarixi mənbədə məlumat yoxdur. 2. Məsih Mirzə Məsih Mirzənin ölümü də serialda göstərildiyi kimi baş verməyib. O, atasının ölümündən sonra başlayan hakimiyyət mübarizələri zamanı, 1491-ci ildən sonra lələsi Sufi Xəlil Bəktəşi tərəfindən döyüş meydanında öldürülüb. Belə davam edərsə, serialda Sultan Mehmet Napoleonu əsir alar, İsgəndəri asar, Sezarın üzərinə də hücuma keçər! Mirzə Əli Deyləm
Open in Telegram