Кабинет

Посты канала Azərbaycan Tarixi

сначала новые

#3589Видео
Просмотры65−72%к среднему
Пересылки—
Реакции5
Комментарии—
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч9
4 ч65
  1. Через 6 часов65
  2. Всего сейчас65
#3587Фото
Просмотры120−49%к среднему
Пересылки—
Реакции13
Комментарии—
#3586Фото
Просмотры158−32%к среднему
Пересылки—
Реакции19
Комментарии—
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч0
61 ч157
68 ч158
  1. Всего сейчас158
#3581Фото
Просмотры201−14%к среднему
Пересылки—
Реакции22
Комментарии—
#3573Текст
Просмотры262+12%к среднему
Пересылки—
Реакции11
Комментарии—
#3567Видео
Просмотры301+29%к среднему
Пересылки—
Реакции18
Комментарии—
#3566Фото

Azərbaycanın tarixi bayraqları-3 İrəvan Sərdarı Hüseyn Xanın bayrağı 1 oktyabr 1827-ci ildə İrəvan qalası rus qoşunları tərəfindən işğal edildiyi zaman İrəvan xanlığının 4 bayrağı rus qoşunlarının əlinə keçmişdi. Sonralar bu bayraqlar Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyində saxlanılırdı. Qafqaz Hərb Tarixi muzeyinin bələdçi kitabındakı məlumat həmin bayraqların bu muzeyin fondlarında saxlanılmasından xəbər verirdi. 1924-cü ildə bu bayraqlardan yalnız ikisi Azərbaycan SSR Dövlət Muzeyinə (Azərbaycan Tarix Muzeyinə) verilmişdir. Bunlardan biri İrəvan xanlığının sərdarı Hüseyn xana məxsus idi, digərləri isə ordu hissəsi bayraqlarıdır. İrəvan sərdarı Hüseyn Xana məxsus bayrağın qumaş hissəsinin ölçüləri 145 x 261 x 217 sm-dir. Tünd qırmızı mahud parçadan hazırlanmışdır. Bayrağın yuxarı enli hissəsində İmam Əli və Peyğəmbərə işarə olunan Şiri-Xurşid təsvirləri tikilmişdir. Mavi parçadan olan günəşin şüaları açıq qəhvəyi ipək saplarla bayrağın qumaşına tikilmişdir. Şir və günəşin təsvirindən yuxarıda, ona paralel olaraq, bir birinin yanında, açıq qəhvəyi mahud parçadan iki altıguşəli kartuş quranmışdır. Şirin quyruğu yanındakı kartuşda ərəb dilində "Mən şəriətə uyğun hərəkət edirəm", digərində isə "Kömək Allahdandır, yaxın qələbə" sözləri təkəlduz tikməsi ilə qara ipək saplarla tikilmişdir. Bayrağa müxtəlif rəngli (qəhvəyi, açıq qəhvəyi və qızılı) ipək saplardan saçaq salınmışdır. Həmin bayraq 1825–1826-cı illərdə hazırlanmışdır. https://t.me/miraga_dadas

Открыть в Telegram
Просмотры291+25%к среднему
Пересылки—
Реакции16
Комментарии—
#3564Текст

Gopunda beləsi Neo-Osmanlı ideologiyasına sadiq TRT ssenaristləri tarixi yenidən yazmağa davam edirlər. TRT ekranlarında yayımlanan «Mehmet – Fəthlər Sultanı» serialı bizi təəccübləndirməkdə davam edir. Ağqoyunlu sarayını Osmanlı ilə müharibə ərəfəsində ailə qalmaqalları içində təsvir edən ssenaristlər Uzun Həsəni romantik cani obrazına salır, tarixdə baş verməmiş hadisələri ekranlaşdırırlar. Belə ki, Osmanlı ilə müharibənin tərəfdarı olan Despina Xatun Uzun Həsən tərəfindən əvvəlcə boğulur, sonra isə yandırılır. Despina ilə Uzun Həsənin oğulları da bir-birinin qanına susayır. Məqsud Mirzə anasının faciəli ölümündən sonra doğma qardaşı Məsih Mirzəni boğaraq öldürür. Bütün bunlar serialın tarixi həqiqətlərdən nə qədər uzaq olduğunu göstərir. Bəs həqiqətdə necə olub? 1. Despina Xatun Uzun Həsən 1458-ci ildə Trabzon Komnenos imperiyası ilə siyasi əlaqələr qurmaq və Avropadan artilleriya dəstəyi əldə etmək məqsədilə Despina (Teodora) Komnen ilə evlənmişdi. Despina Xatunun Otluqbeli döyüşündə iştirak etdiyi, geri çəkilən Osmanlı qüvvələrinin məhv edilməsi üçün həyat yoldaşını təşviq etdiyi bildirilir (Babinger, Fatih Mehmed və onun dövrü, tərcümə edən Ralph Manheim, Princeton University Press, 1978, s. 314). Serialda isə müharibə hələ başlamamış Despina Xatun öldürülür. Halbuki onun ölümü barədə dəqiq məlumat yoxdur. Ölüm tarixi 1474–1478-ci illər arasında göstərilsə də, hansı şəraitdə və necə vəfat etdiyi məlum deyil. Ölüm şəkli barədə heç bir tarixi mənbədə məlumat yoxdur. 2. Məsih Mirzə Məsih Mirzənin ölümü də serialda göstərildiyi kimi baş verməyib. O, atasının ölümündən sonra başlayan hakimiyyət mübarizələri zamanı, 1491-ci ildən sonra lələsi Sufi Xəlil Bəktəşi tərəfindən döyüş meydanında öldürülüb. Belə davam edərsə, serialda Sultan Mehmet Napoleonu əsir alar, İsgəndəri asar, Sezarın üzərinə də hücuma keçər! Mirzə Əli Deyləm

Открыть в Telegram
Просмотры355+52%к среднему
Пересылки—
Реакции19
Комментарии—