AI-чатbetaКабинет

🇦🇿 OperativTVcom

📌Ölkəmizdə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ məlumatları sizlərə təqdim edirik.

Юзернейм
@qafqazplus24
Категория
Новости и СМИ
Страна
АзербайджанАзербайджан
Подписчики5 453−1 за 1 день
Просмотров на пост, 7 дн.100за 7 дней
ERR1,84 %за 7 дней

Подписчики, 30 дней

23 нояб. – 24 нояб.−1 (0%)

Показать таблицей
ДатаПодписчики
23 нояб. 2026 г.5 454
24 нояб. 2026 г.5 453

Средние просмотры поста по дням

По дню публикации

Показать таблицей
ДатаПросмотров на пост
22 нояб. 2026 г.151
23 нояб. 2026 г.137
24 нояб. 2026 г.53

Самые просматриваемые за месяц

  1. 01

    AXCP sədri Əli Kərimli 6 aylıq qadağadan sonra ailəsi ilə telefonla danışıb Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli 6 aylıq qadağadan sonra ailəsi ilə telefonla danışıb. Bu barədə partiya nümayəndələri sosial şəbəkələrdə məlumat yayıblar. Partiya Əli Kərimlinin yaxınları ilə görüşmək hüququnun da bərpa olunmasını, həmçinin onun barəsindəki cinayət işinə xitam verilməsini tələb edib. Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi bu ilin yayında AXCP sədrinə istintaq təcridxanasında təzyiq göstərildiyini, saxlanma şəraitinin məqsədli şəkildə ağırlaşdırıldığını bildirmişdi. Komitənin açıqlamasına görə, Əli Kərimli ailəsi ilə telefonla danışmaq və görüşmək hüququndan məhrum edilib. Həmçinin onun idmana aparılmadığı, gəzinti vaxtının yarıbayarı azaldıldığı qeyd olunub. Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci - hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddə üzrə 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur. Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim ötən il noyabrın sonunda həbs ediliblər. Onların əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi çərçivəsində saxlanıldığı bildirilsə də, sonradan işlər ayrılıb. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunub. Onun məhkəməsinin başa çatdığı və yaşı, eləcə də səhhətindəki problemlər nəzərə alınaraq 14 il şərti cəza aldığı açıqlanıb. AXCP Əli Kərimliyə və Məmməd İbrahimə qarşı ittihamları siyasi motivli və əsassız sayır.

    Фото
    Просмотры204
    Пересылки—
    Реакции—
    Комментарии—
  2. 02

    Kim sənə haqq verib ki, Borçalıda yaşayan minlərlə azərbaycanlının ləyaqətini mühakimə edəsən? Gürcüstan Əhli-beyt (ə) Cəmiyyəti Mübariz Əhmədoğlunun onların ünvanına söylədikləri aşağılayıcı fikirlərin yer aldığı çıxışına mövqey bildirib. “Mübariz Əhmədoğlunun çıxışında ən böyük problem siyasi mövqeyin deyil, irəli sürdüyü ittihamların faktlara deyil, emosiyalara və təhqirlərə söykənməsidir! Borçalıda yaşayan azərbaycanlıları, xüsusilə də qadınları hədəfə almaq, onların ləyaqətinə toxunmaq nə siyasi mövqedir, nə də vətənpərvərlik. Mübariz Əhmədoğlunun özü hesabatlar yazdığını və bu məsələlərlə məşğul olduğunu deyir. Elə isə hesabatın dili ilə danış: faktı göstər, mənbəni təqdim et, iddianı sübut et. Sübut edə bilmədiyin məsələləri bütöv bir xalqın ünvanına ittiham kimi yönəltmə. Gürcüstandakı müsəlmanların kim olduğunu və necə yaşadığını bilmədən onlar haqqında danışmaq əvəzinə, əvvəlcə öz fikirlərinə və ifadələrinə hörmət etməyi öyrən. Kim Mübarizə haqq verib ki, Borçalıda yaşayan minlərlə azərbaycanlının kişiliyini, qeyrətini, ləyaqətini mühakimə edə, qadınlarını təhqir edə? Öz fikrini ifadə etmək başqa şeydir, bütöv bir toplumun adından danışmaq və insanlara yuxarıdan aşağı baxmaq tamam başqa. Mübarizin nə Borçalı camaatının adından danışmağa, nə də onların şərəf və ləyaqətinə toxunmağa haqqı var. Birinci Qarabağ müharibəsində bu camaatın neçə igid oğlu Azərbaycanın müdafiəsinə qalxdı, neçəsi şəhidlik zirvəsinə ucaldı. İkinci Qarabağ müharibəsində də Borçalı əsilli soydaşlarımız iştirak etdi, canlarından keçənlər oldu. Bəs sən bu insanların ailələrinə, şəhid analarına, övladlarına nə cavab verəcəksən? Onların fədakarlığını hansı haqqla görməzdən gəlirsən? Borçalı camaatı Azərbaycanın ağır günündə öz sözünü maddi imkanları, qanı və canı ilə deyib. Sən isə bu gün oturduğun yerdən həmin camaatın qeyrətini və ləyaqətini mühakimə etməyə cürət edirsən.”

    Текст
    Просмотры203
    Пересылки—
    Реакции—
    Комментарии—
  3. 03

    Eisenkot Netanyahunun Likud Partiyasını İsraildə koalisiya danışıqlarına dəvət edir Oktyabr ayında keçirilən İsrail seçkilərində heç bir siyasi blok parlamentdə çoxluq qazana bilməyib. Hökuməti formalaşdırmaq vəzifəsi daşıyan Eisenkot, müvəqqəti Baş nazir Netanyahunun Likud partiyası ilə yeni koalisiya üçün danışıqlara başlayacaq. Gadi Eisenkot İsraildə yeni hökumət formalaşdırmaq səylərini davam etdirərkən, müvəqqəti Baş nazir Benyamin Netanyahunun sağçı Likud partiyasını "marafon" koalisiya danışıqlarına dəvət edib. Eisenkotun partiyası şənbə günü danışıqların bazar günü başlayacağını açıqlayıb. Mərkəzçi Yaşar partiyası danışıqların "mümkün qədər geniş əsaslı hökumət formalaşdırmaq üçün səmimi və həqiqi səy" olduğunu bildirib. Partiyanın bəyanatında əlavə edilib ki, "Yaşarın danışıqlar qrupu heç bir variantı istisna etməyəcək, cəsarətli addımlar atacaq və hökumətin qurulmasına gətirib çıxaracaq bir irəliləyiş edəcək". Eisenkotun yeni hökumət formalaşdırmaq üçün dekabrın əvvəlinə qədər vaxtı var. Oktyabr ayında İsraildə keçirilən parlament seçkilərində nə Eisenkotun, nə də Netanyahunun bloku 120 yerlik Knessetdə çoxluq qazana bilməyib. Netanyahunun siyasi düşərgəsi 53 yer, Yaşarın rəhbərlik etdiyi müxalifət bloku isə 48 yer qazanıb. İsraildə hökumət formalaşdırmaq vəzifəsi daşıyan namizədin bunu etmək üçün 28 günü var. Lazım gələrsə, Prezident bu müddəti maksimum 14 gün uzada bilər. Likud şənbə günü Netanyahunun da müdafiə etdiyi milli birlik hökumətinin formalaşdırılması ilə bağlı mövqeyini açıqlayıb. Partiya Netanyahuya və hökumətə qarşı "bütün şəxsi hücumlara və təxribatlara" son qoyulmasını, eləcə də siyasi "boykotlara" son qoyulmasını tələb edib. Likud həmçinin "İsrailin yəhudi xalqının milli dövləti kimi mövcudluğunu dəstəkləyən bütün partiyaları" əhatə edən birlik hökumətini nəzərdə tutan birgə bəyannamənin verilməsini istəyib. Partiyanın təklifinə ərəb partiyalarının hökumətdən kənarlaşdırılması da daxildir. Ərəb partiyaları oktyabr seçkilərində rekord uğur qazanaraq cəmi 19 yer qazandılar. Cümə günü Eisenkot sosial mediada Likudla danışıqlarla bağlı bildirib: "Biz səmimi və həqiqi səylər göstəririk, amma təəssüf ki, ritorika ilə hərəkətlər, Likudun bəyanatları ilə onların səmimi əməkdaşlıq etmək istəyi arasında böyük bir boşluq var". Eisenkot mümkün qədər geniş koalisiya yaratmaq üçün qarşısındakı hər bir variantda irəliləyiş əldə etməyə çalışacağını, lakin "prosesi uzatmaq niyyətində olmadığını" bildirib. “Onlar başa düşməlidirlər ki, vaxtı çatanda mən təsdiq üçün Knessetə yeni və güclü bir hökumət təqdim edəcəyəm və ona rəhbərlik edəcəyəm”, - deyə o bildirib.

    Фото
    Просмотры198
    Пересылки—
    Реакции—
    Комментарии—
  4. 04

    “Oxfam” hesabatı: İsrailin hücumları Qəzzanı “zəhərli səhraya” çevirib “Oxfam” beynəlxalq yardım təşkilatı və Münaqişə və Ətraf Mühit Müşahidəsi (CEOBS) təşkilatının birgə hesabatına görə, İsrailin Qəzzaya hücumları bütün zolaqda torpağı, suyu və havanı çirkləndirib. Peyk təsvirləri, məsafədən müşahidə və elmi təhlillərə əsaslanan hesabatda Qəzzadakı çirklənmə “geniş yayılmış, ağır və ciddi nəticələri olan” kimi qiymətləndirilir. Hesabatda deyilir ki, ağır metallar, partlayıcı qalıqları, dağılmış binalardan çıxan asbest və axıdılan kanalizasiya fələstinliləri onilliklər boyu təhlükə altında saxlayacaq. Təmizlənməmiş çirkab suları dənizə tökülür və torpağa hopur, kanalizasiya sistemlərinin dağıdılması isə insanları bu çirklənmədən qorunmaq imkanından məhrum edir. “Oxfam International”ın icraçı direktoru Amitabh Behar bildirib ki, Qəzzada insanlar zəhərli maddələrə hava, qida, su və çirklənmiş torpaqla birbaşa təmas yolu ilə məruz qalırlar. “Bu risklər təmizləmə və bərpa işlərinə üstünlük verilməsə, nəsillər boyu qalacaq”, - o deyib. Behar ən böyük təhlükə altında olanların uşaqlar və hamilə qadınlar olduğunu vurğulayıb. Behar İsrailin hərəkətlərini “soyqırımın” bir hissəsi və “ekoloji müharibə cinayətləri” adlandırıb. BMT-nin müstəqil beynəlxalq araşdırma komissiyası 2025-ci ildə İsrailin Qəzzada soyqırım törətdiyi qənaətinə gəlmişdi; İsrailin Cenevrədəki nümayəndəliyi isə komissiyanın nəticələrini “böhtan” adlandıraraq rədd edib. “The Guardian” qəzetinin yazdığına görə, İsrailin hücumları nəticəsində Qəzzada 74 mindən çox fələstinli ölüb, ən azı 175 min nəfər yaralanıb, minlərlə insan isə hələ də dağıntılar altında itkin sayılır. Qəzza 2007-ci ildən İsrailin blokadası altındadır, əhalinin böyük hissəsi müharibə illərində dəfələrlə köçkün düşüb.

    Фото
    Просмотры192
    Пересылки—
    Реакции—
    Комментарии—

Новые посты

#17991Текст

Azərbaycanın tanınmış Əhlibeyt şairi Seyid Nürəddin vəfat etdi Əhli-beyt şairi, qəzəlxan və İmam Rzanın (ə) xidmətçisi Seyyid Hacı Nurəddin Dərafərin vəfat edib. Onun dünyasını dəyişməsi dini və ədəbi ictimaiyyət arasında kədərlə qarşılanıb. Dərafərin yaradıcılığının əsas istiqamətini Əhli-beyt (ə) irsinin və dini dəyərlərin təbliği təşkil edib. O, xüsusilə İmam Əli (ə), İmam Hüseyn (ə) və Kərbəla hadisəsinə həsr etdiyi şeir və mərsiyələrlə tanınıb. Şairin qəzəl və dini poeziya nümunələri müxtəlif nəşrlərdə dərc olunub. 2011-ci ildə Şəhriyarın xatirəsinə həsr etdiyi «Heydərbabaya» şeiri «Azərbaycan şərqşünaslığı» jurnalında yayımlanıb. Dərafərin dini fəaliyyəti ilə yanaşı, Əhli-beyt (ə) ənənələrinin Azərbaycan dilində yaşadılmasına töhfə verib. 2010-cu ildə Suraxanı rayonundakı Fatimeyi-Zəhra (s.ə.) məscidi ilə bağlı hadisələr zamanı saxlanılan şəxslər arasında onun da adı olub. O, sonrakı açıqlamasında polis idarəsində mərsiyəxanlıq fəaliyyətini dayandırmaq barədə tövsiyə aldığını bildirmişdi. 2011-ci ildə məktəblərdə hicabla bağlı məhdudiyyətlərə etiraz edən imzatoplama kampaniyasını da dəstəkləyib. Seyyid Nurəddin Dərafərinin yaradıcılığı dini poeziya və mərsiyə ənənəsi ilə bağlı irs kimi xatırlanacaq. Ağciyər xəstəliyindən əziyyyət çəkirmiş şair noyabrın 24-ü dünyasını dəyişib və o, Bakının Bülbülə qəsəbəsindəki məzarlıqda çox sayda insanın iştirakı ilə dəfn edilib. Allah rəhmət etsin!

Открыть в Telegram
Просмотры42−58%к среднему
Пересылки—
Реакции—
Комментарии—
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч13
1 ч42
  1. Через 1 час42
  2. Всего сейчас42
#17990Фото
Просмотры35−65%к среднему
Пересылки—
Реакции—
Комментарии—
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч13
1 ч35
  1. Через 1 час35
  2. Всего сейчас35
#17989Текст

Leyla Yunus yeni QHT qanun layihəsini müstəqil təşkilatlara “sonuncu güllə” adlandırır Niderlandda yaşayan hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Milli Məclisdə müzakirə olunan QHT dəyişikliklərinin Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinin sonunu təsdiqlədiyini deyir: “Yeni qanun layihəsi müstəqil QHT-lərin son qalıqlarına vurulan sonuncu güllədir”. Leyla Yunus bu fikirləri Azadlıq Radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, hakimiyyət yalnız ona tam sadiq təşkilatları saxlamaq qərarına gəlib və bu qurumlar sovet dövründə hakim partiyanın xəttini dəstəkləyən ictimai təşkilatların rolunu oynayacaq. “Əvvəllər hakimiyyət heç olmasa qanunun rolunu imitasiya edir, QHT-ləri məhkəmə qərarı ilə bağlayırdı. İndi demokratiya oyununun bu son görüntüsünü də kənara atıblar”, - o deyib. Noyabrın 18-də parlamentdə müzakirəyə çıxarılan layihəyə görə, icra hakimiyyəti orqanı şəffaflıq, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı tələblərin pozulduğu hallarda QHT-nin fəaliyyətini məhkəmə qərarı olmadan bir ilədək dayandıra biləcək. Mövcud təşkilatlar qanun qüvvəyə mindikdən sonra 30 gün ərzində nizamnamələrini yeniləyib təkrar qeydiyyata müraciət etməli olacaq; müraciət etməyənlərin və qeydiyyatdan imtina alanların fəaliyyəti dayandırılacaq. Fond yaratmaq üçün minimum nizamnamə kapitalının 10 min manatdan 100 min manata qaldırılması da təklif olunur. Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” noyabrın 23-də yaydığı bəyanatda bu dəyişikliklərin hökumətə müstəqil qurumları dayandırmaq və ləğv etmək üçün daha geniş imkan verdiyini, layihədəki meyarların “sui-istifadəyə yol açan qeyri-müəyyən meyarlar” olduğunu yazıb. Təşkilat Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlıya noyabrın 19-da verilən 7 il 6 aylıq həbs cəzasını da “vətəndaş cəmiyyətinə növbəti zərbə” adlandırıb, ona qarşı irəli sürülən çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarının siyasi motivli göründüyünü bildirib. “Human Rights Watch” Azərbaycan hakimiyyətini layihəni geri götürməyə, Süleymanlını və qanuni fəaliyyətlərinə görə həbs edilən digər fəalları azad etməyə, ölkənin beynəlxalq tərəfdaşlarını isə Bakıdan birləşmək azadlığına dair öhdəliklərə əməl etməyi tələb etməyə çağırıb. Hakimiyyət bu bəyanata hələlik münasibət bildirməyib. Rəsmilər indiyədək oxşar tənqidləri rədd edərək ölkədə birləşmək azadlığının təmin olunduğunu və heç kəsin siyasi səbəblərə görə təqib edilmədiyini deyiblər. Leyla Yunus isə hesab edir ki, beynəlxalq tənqid kifayət deyil: onun fikrincə, Bakıya təzyiq artırılmalı, investisiya və qrantlar dayandırılmalı, sanksiyalar tətbiq olunmalıdır.

Открыть в Telegram
Просмотры41−59%к среднему
Пересылки—
Реакции—
Комментарии—
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч0
1 ч25
2 ч41
  1. Через 1 час25
  2. Всего сейчас41
#17988Фото
Просмотры34−66%к среднему
Пересылки—
Реакции—
Комментарии—
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч0
1 ч20
2 ч34
  1. Через 1 час20
  2. Всего сейчас34
#17987Текст

Qazın qiyməti kəskin bahalaşdı: Soyuq hava və təchizat riskləri bazarı silkələyir Avropada təbii qazın qiyməti kəskin soyuq hava proqnozları və təchizatla bağlı yaranan risklər fonunda sürətlə artıb. Əsas qaz fyuçerslərinin qiyməti 8,6 faiz yüksələrək bir meqavat-saat üçün 96,075 avroya çatıb. Bloomberg agentliyinin məlumatına görə, bu, son bir gündən artıq müddətdə ticarət sessiyası ərzində qeydə alınan ən ciddi qiymət artımıdır. Bahalaşmaya Şimali Avropada havanın kəskin soyuması ilə bağlı proqnozlar, eləcə də ABŞ-ın İranla müharibəsi fonunda enerji təchizatında yaranan fasilələr və qeyri-müəyyənliklər təsir göstərib. Proqnozlara əsasən, bu həftə Şimal-Qərbi Avropada havanın temperaturu son 30 ilin orta göstəricisindən 3–5 dərəcə aşağı olacaq. Dekabrın əvvəlində isə temperatur fərqinin 5–8 dərəcəyə çatacağı gözlənilir. Soyuq hava dalğasının yaxın vaxtlarda Asiyaya da yayılması ehtimalı var. Bu isə dünya bazarında mayeləşdirilmiş təbii qaz (LNG) uğrunda rəqabəti daha da gücləndirə bilər. Çünki Avropa və Asiya ölkələrinin eyni vaxtda daha çox qaz almağa çalışması tədarükə olan tələbatı artıracaq. Bununla yanaşı, küləyin sürətinin azalması Almaniya, Danimarka və Niderlandda bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalının aşağı düşəcəyi ilə bağlı gözləntiləri gücləndirib. Bu amil də Avropanın enerji bazarında qiymət təzyiqini artırır. Qaz bazarındakı bahalaşma artıq elektrik enerjisinin qiymətlərinə də təsir edib. Almaniyada dekabr ayı üzrə elektrik enerjisi fyuçersləri 6,7 faiz, yanvar ayı üzrə müqavilələrin qiyməti isə 6 faiz artıb. Beləliklə, Avropada soyuq hava proqnozları, enerji təchizatı ilə bağlı risklər və külək enerjisi istehsalının azalacağı gözləntiləri qaz və elektrik enerjisi bazarlarında bahalaşmanı sürətləndirir.

Открыть в Telegram
Просмотры43−57%к среднему
Пересылки—
Реакции—
Комментарии—
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч5
2 ч43
  1. Через 1 час43
  2. Всего сейчас43
#17986Фото
Просмотры33−67%к среднему
Пересылки—
Реакции—
Комментарии—
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч5
2 ч33
  1. Через 1 час33
  2. Всего сейчас33
#17985Текст
Просмотры35−65%к среднему
Пересылки—
Реакции—
Комментарии—
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч12
2 ч35
  1. Всего сейчас35
#17984Фото
Просмотры31−69%к среднему
Пересылки—
Реакции—
Комментарии—
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч10
2 ч31
  1. Всего сейчас31
#17983Текст
Просмотры30−70%к среднему
Пересылки—
Реакции—
Комментарии—
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч22
1 ч30
  1. Через 1 час30
  2. Всего сейчас30
#17982Фото
Просмотры29−71%к среднему
Пересылки—
Реакции—
Комментарии—
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч20
1 ч29
  1. Через 1 час29
  2. Всего сейчас29

Все посты

Связи