❗️MBH Bəhreyndə şiə inanclı şəxslərə qarşı həbsləri qınayıb Bəhreyndə rejim uzun müddətdir şiə inancına qarşı repressiv siyasət yürüdərək bu inancın daşıyıcılarını hədəfə alır. ABŞ-nin İrana qarşı təcavüzkar hücumundan sonra isə bu təzyiqlər daha da intensivləşərək geniş vüsət alıb. Son bir neçə ay ərzində onlarla Cəfəri məzhəbinə mənsub şəxsin və nüfuzlu ruhanilərin həbs edilməsi bunun əyani sübutudur. Ciddi hüquq pozuntuları ilə müşayiət olunan həbslər zamanı işgəncələrə məruz qalan inanclılar hazırda sifarişli ittihamlarla məhkəmə qarşısına çıxarılır. Ağır ittihamlara və xalqın etirazlarına baxmayaraq, Bəhreyn hakimiyyəti dini dəyərləri dəmir barmaqlıqlar arxasına salmaqda israrlı görünür. Diktator rejimlərə xas olan bu davranış öz xalqına divan tutan bir sistemin növbəti iyrənc addımlarını nümayiş etdirir. Müsəlman Birliyi Hərəkatı olaraq dini dəyərlərə, ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil edən şiə inanclı şəxslərə, ruhanilərə və din xadimlərinə qarşı yönəlmiş məkrli addımları pisləyir və qətiyyətlə məhkum edirik. Eyni zamanda, başlanmış bu qondarma məhkəmə proseslərinin dayandırılmasını və günahsız şəxslərin dərhal azadlığa buraxılmasını Bəhreyn rejimindən tələb edirik. ➡️MBH Media
Открыть в Telegram
MBH Media
Müsəlman Birliyi Hərəkatının rəsmi teleqram kanalı
Подписчики, 30 дней
15 нояб. – 16 нояб.+1 (+0,1%)
Показать таблицей
| Дата | Подписчики |
|---|---|
| 15 нояб. 2026 г. | 1 212 |
| 16 нояб. 2026 г. | 1 213 |
Средние просмотры поста по дням
По дню публикации
Показать таблицей
| Дата | Просмотров на пост |
|---|---|
| 29 окт. 2026 г. | 2 359 |
| 31 окт. 2026 г. | 2 440 |
| 3 нояб. 2026 г. | 688 |
| 4 нояб. 2026 г. | 2 467 |
| 5 нояб. 2026 г. | 2 558 |
| 6 нояб. 2026 г. | 2 605 |
| 7 нояб. 2026 г. | 3 438 |
| 8 нояб. 2026 г. | 2 356 |
| 10 нояб. 2026 г. | 1 789 |
| 12 нояб. 2026 г. | 1 836 |
| 13 нояб. 2026 г. | 91 |
| 14 нояб. 2026 г. | 1 308 |
| 15 нояб. 2026 г. | 1 175 |
Самые просматриваемые за месяц
- 01Просмотры3,44 тыс.Пересылки39Реакции128Комментарии2
- 02Просмотры2,71 тыс.Пересылки6Реакции—Комментарии0
- 03Просмотры2,61 тыс.Пересылки7Реакции3Комментарии0
- 04Просмотры2,56 тыс.Пересылки11Реакции12Комментарии0
- 05Просмотры2,53 тыс.Пересылки9Реакции6Комментарии0
Новые посты
❗️Fuad Əsgərovun yaxınları: Aclıq aksiyasına başlayan məhbus dəfələrlə amansız işgəncəyə məruz qalıb 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Fuad Əsgərovun yaxınları onun aclıq aksiyasını dayandırmaqdan imtina etdikdən sonra huşunu itirənədək döyüldüyünü bildirirlər. Onların sözlərinə görə, Əsgərov oktyabrın 19-da hicablı şagirdlərin baş örtüyünə görə dərsə buraxılmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb. Yaxınlarının bildirdiyinə görə, ertəsi gün müəssisə rəisi Şakir Qəniyev Əsgərovu qəbul edərək ondan aksiyanı dayandırmağı tələb edib. Əsgərovun bundan imtina etdikdən sonra huşunu itirənədək döyüldüyü, ardınca isə Qəniyevin göstərişi ilə Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürüldüyü bildirilir. Yaxınları deyirlər ki, Əsgərov Müalicə Mərkəzində təkadamlıq kamerada saxlanılıb, ailəsi və oradakı digər məhbuslarla əlaqə saxlamasına icazə verilməyib. Onlar bu məhdudiyyəti döyülmə izlərinin görünməməsi ilə əlaqələndirirlər. Verilən məlumata görə, Əsgərov noyabrın 13-də səhhətində yaranan ciddi problemlərə görə aclıq aksiyasını dayandırıb və 11 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb. Yaxınları bildirirlər ki, müəssisəyə qayıdan kimi o, rəisin otağına aparılıb. Orada yaranan mübahisədən sonra isə Əsgərovun birbaşa karserə salındığı deyilir. Yaxınlarının iddiasına görə, Əsgərov bu dəfə də rəisin göstərişi ilə döyülüb. Onun qollarını qandallayaraq karserdə çarpayıya bağlı vəziyyətdə qoyduqları bildirilir. ➡️MBH media
Открыть в TelegramДинамика просмотровСкрыть динамику
Рост просмотров
Часов после публикации
Показать таблицей
| Часов после публикации | Просмотры |
|---|---|
| 0 ч | 0 |
| 7 ч | 803 |
| 35 ч | 1 308 |
- Через 6 часов803
- Всего сейчас1 308
Переслано из 𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝
https://youtube.com/shorts/bgqiGYfchU8?is=VHog_1S06V6fM7uD
Открыть в TelegramПереслано из MBH Avropa Nümayəndəliyi
❗️Kürdəxanı türməsi, yoxsa insan ləyaqətinin satışa çıxarıldığı məkan? Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Samir Babayev Bakı İstintaq Təcridxanasından göndərdiyi məktubda saxlanma şəraitindən yazır və karserdə dustaqlara işgəncə verildiyini bildirir. Dustaqları yerdə yatırdırlar. 8 nəfərlik yerə 14 nəfər verirlər, 4 nəfərlik yerə 8 nəfər, 2 nəfərlik yerə 3–4 nəfər. Otaqları pulla satırlar. Bir yataq üçün 300–500 alırlar. Karserlərdə dustaqlara işgəncə verirlər. Üstü açıq karserdə yerdə oturdub əlləri arxadan oturacağın ayağına qandallayırlar. Bir gün saxlayırlar. Karserdə tarakan, siçan üstümüzdə gəzir. Yeməkləri pis gündədir. Yemək olmur. Dustaqlar ilə rəftarda insan ləyaqətini alçaldan sözlərdən istifadə edirlər. ➡️MBH Avropa Nümayəndəliyi
Открыть в Telegram❗️Dövlət ittihamçısı Samir Babayevin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib Noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində siyasi məhbus Samir Babayevin növbəti məhkəmə iclası keçirilib. İclasda çıxış edən dövlət ittihamçısı məhkəmə prosesində dinlənilən şahidlərin ifadələrinə istinad edərək ittihamı əsaslandırmağa çalışıb. Çıxışının sonunda o, Samir Babayevin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Samir Babayev dövlət ittihamçısının tələbini «kinli nifrət» adlandırıb. O bildirib ki, ömrünü ibadətlə keçirən bir insana narkotik satışı ittihamının irəli sürülməsini hakimiyyətin İslama və inanclılara qarşı münasibətinin təzahürü hesab edir. Babayev zamanın kimin saxtakar, kimin zalım olduğunu göstərəcəyinə və ədalətin öz yerini tapacağına inandığını deyib. O əlavə edib ki, qorxmalı olduqları gün məhz o gündür. Növbəti məhkəmə iclası noyabrın 18-də saat 10:00-a təyin edilib. Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Samir Əbdülxaliq oğlu Babayev 2026-cı il martın 6-da saxlanılıb. Yayılan səs yazısında Babayev saxlanıldıqdan sonra müxtəlif polis idarələrində işgəncəyə məruz qaldığını bildirib. ➡️MBH media
Открыть в TelegramДинамика просмотровСкрыть динамику
Рост просмотров
Часов после публикации
Показать таблицей
| Часов после публикации | Просмотры |
|---|---|
| 0 ч | 0 |
| 58 ч | 1 732 |
| 72 ч | 1 768 |
- Всего сейчас1 768
❗️12 noyabr — Ana Qanun və ana həsrətli hicablılar Bu gün Azərbaycanda Konstitusiya Günüdür. Ölkənin Ana Qanunu vətəndaşların hüquq və azadlıqlarını təsbit edir, digər qanunların qəbulunda əsas götürülən prinsipləri müəyyənləşdirir. Konstitusiyaya zamanla referendum yolu ilə dəyişikliklər edilib. Onun 1-ci maddəsinə görə, Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Konstitusiyanın 42-ci maddəsi hər kəsin təhsil hüququnu, 48-ci maddəsi isə vicdan azadlığını təsbit edir. Təəssüf ki, məktəbli geyimi qaydalarının tətbiqi zamanı bu hüquqlar arxa plana keçir. Dini inancına görə hicab taxan qızlar məktəbə buraxılmadıqda, geyim qaydası onların təhsil almasına maneəyə çevrilir. Bu qızlar da yaşıdları kimi dərsə getmək, sinif yoldaşları ilə bir sırada oturmaq istəyirlər. Onları hicabları ilə təhsilləri arasında seçim qarşısında qoymaq Konstitusiyanın qoruduğu iki hüququ üz-üzə gətirir. Ana Qanun onların da hüquqlarını qoruyur. Amma məktəb qapısından geri qaytarılan hicablı qızlar bu müdafiəyə ən çox ehtiyac duyduqları anda özlərini anasından ayrı düşmüş uşaq kimi hiss edirlər. Bu gün Ana Qanunun qəbulunu qeyd edirik. Məktəb qapısında isə reallıq başqa söz deyir. ➡️MBH Media
Открыть в TelegramДинамика просмотровСкрыть динамику
Рост просмотров
Часов после публикации
Показать таблицей
| Часов после публикации | Просмотры |
|---|---|
| 0 ч | 0 |
| 62 ч | 1 871 |
| 77 ч | 1 903 |
- Всего сейчас1 903
❗️Allahın salamı haqq yolunun yolçularına olsun! Cəmiyyətdə baş verən hadisələr İslama bağlı insanlar kimi bizi də narahat edir. Məni, xüsusilə hicablı uşaqların məktəblərə buraxılmaması və hicablı xanımların bu qadağaya etiraz etdiklərinə görə həbs olunması narahat edir. Düşünürəm ki, bu hadisələr hər bir vicdanlı insanı narahat etməlidir. Bütün bunlara biganə qalanlara isə bu mövzuda daha söz deməyə lüzum görmürəm. Allah güc və qüdrət sahibidir. Şübhəmiz yoxdur ki, Allahın hökmünə qarşı çıxanlar tezliklə layiq olduqları cəzanı alacaqlar. Acınacaqlısı budur ki, bəziləri bu zülmü görüb susur və zalımın onları ötəri dünya nemətləri ilə aldatmasının necə ağır nəticələrə gətirib çıxaracağını dərk etmirlər. Kaş onlar ilahi əzabın ağırlığından və bizdən əvvəlkilərin necə cəzalandırıldığından bəhs edən Quran ayələrinə diqqət yetirəydilər. Qurani-Kərimin Hud surəsinin 113-cü ayəsində buyurulur: “Zalımlara meyil etməyin, yoxsa sizə də od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Əks təqdirdə, (əzabdan xilas olmağınız üçün) sizə yardım edilməz.” Musayev Məhəmməd-Əli ➡️MBH Media
Открыть в Telegram❗️Salam olsun müsəlmanlara və qeyrətli Azərbaycan xalqına! Allah bizi Qurandan və Əhli-Beytdən (ə) ayrı salmasın. Hər bir məhbus üçün ən dəyərli an zindan qapısından çıxıb azadlığa qovuşduğu andır. O anı yaşamaq üçün məhbus azadlığa çıxanadək hər gün Allaha dua edir. Müqavimət əhlinin duası isə fərqlidir. Onlar İslamın din qurucularından olan Həzrət Zəhranın (s.ə.) əmanətini, hicabı azad görəndə özlərini də azad hiss edirlər. Nə qədər ki, bu məsələlər öz həllini tapmayıb, ölkəmizin milli-mənəvi dəyərləri təzyiq altındadır və hicab hədəfə alınır, onlar azadlıq sevincini yaşaya bilməyəcəklər. Allahı Öz böyüklüyünə and veririk ki, Həzrət Zəhranın (s.ə.) hicabına əl uzadan xainləri və hicablı ana-bacılarımızı zindana salan zalımları tezliklə Öz bildiyi kimi cəzalandırsın, inşallah. Tərlan Sayadov ➡️MBH Media
Открыть в Telegram❗️Rəsmilər hicabla bağlı məhdudiyyətin yalnız dövlət məktəblərinə aid olduğunu iddia etsələr də… Vahid məktəbli geyimi qaydalarının tətbiqindən sonra hicablı şagirdlər həftələrdir məktəbə buraxılmaqda çətinliklə üzləşirlər. Bu məhdudiyyətin minlərlə şagirdi təhsildən məhrum etdiyi bildirilir. Vaxtilə hakimiyyət qız uşaqlarını məktəbə göndərməməkdə valideynləri günahlandırırdı. Bu gün isə məktəbə getmək istəyən qızlar elə həmin hakimiyyətin tətbiq etdiyi məhdudiyyətlə üzləşirlər. Qanunun aliliyi prinsipinə istinad edərək şagirdlərdən yeni qaydalara uyğunlaşmaq tələb olunur. Acınacaqlısı budur ki, qanun ancaq xalqa çatanda aliləşir. Əsas sual budur: şagird təhsil almaq hüququ ilə dini inanc azadlığı arasında seçim etməyə məcbur qalanda ona hansı alternativ təklif olunur? Fransada dövlət məktəblərində dini mənsubiyyəti açıq şəkildə göstərən geyim və nişanlara məhdudiyyət tətbiq edilir. Özəl məktəblərdə isə geyim qaydaları müəssisəyə görə fərqlənə bilir. Bu fərq ailələrə övladlarının dini inancına uyğun məktəb seçmək imkanı yaradır. Azərbaycanda elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirmişdi ki, vahid məktəbli geyimi qaydaları dövlət ümumi təhsil müəssisələrinə şamil olunur. Bu açıqlamadan sonra özəl məktəb və liseylər hicablı şagirdlər üçün alternativ kimi görünürdü. Lakin yayılan məlumatlara görə, bəzi ailələr hələ qəbul mərhələsində maneələrlə üzləşiblər. Həmçinin «Simurq», «Hədəf», «Atatürk» və «Dəyanət» liseylərində hicablı şagirdlərə məktəbə başıaçıq gəlmək üçün 20 gün möhlət verildiyi iddia olunur. Əgər özəl məktəblərdə də hicablı şagirdin dərsə buraxılması üçün hicabını çıxarması tələb olunursa, ailənin ölkə daxilində hansı seçimi qalır? Bəzi ailələr çıxış yolunu övladlarının təhsilini xaricdə davam etdirməsində görə bilər. Bəs buna imkanı çatmayan şagirdlər təhsillərini harada davam etdirəcəklər? #Tələbələrə_haqsızlığa_son #Hicaba_azadlıq #İffətli_qadınlara_azadlıq #azyaşlıların_həbsinə_son #Ruhanilərə_azadlıq #Xalqa_zülmə_son ➡️MBH Media
Открыть в Telegram❗️Zalım rejimin sonu bəzən onun ən güclü göründüyü vaxt başlayır Küçələr sakitdir, rəsmi hesabatlarda hər şey qaydasındadır, etiraz səsləri isə getdikcə azalır. Hakimiyyət bu sükutu razılıq kimi oxuyur. Halbuki qorxu insanın səsini kəsə bilər, onun hökmünü dəyişə bilməz. Siyasi fəlsəfədə legitimlik cəmiyyətin hakimiyyətin idarə etmək haqqını qəbul etməsidir. Zülm bu haqqı insanların gözündə aşındırdıqca rejim itaəti qorumaq üçün zor gücünə daha çox arxalanır. Burada daxili ziddiyyət yaranır. Hakimiyyət özünü qorumaq üçün tənqidi susdurur, amma bununla da səhvlərini vaxtında görmək və düzəltmək imkanını itirir. Sonra rəhbərliyə ölkənin gerçək vəziyyətindən daha çox onun eşitmək istədiyi xəbərlər çatır. Bu ziddiyyət rejimin nə vaxt süqut edəcəyini göstərmir amma bunun baş verəcəyini qətiyyətlə bildiririk. Qorxu və məcburiyyət bir hakimiyyəti uzun müddət ayaqda saxlaya bilər. Lakin böhran anında qurumların həqiqəti gizlətməyə alışması və cəmiyyətin hakimiyyətə etimadını itirməsi ən sadə qərarın icrasını belə çətinləşdirir. Sonun başlanğıcı elə bu nöqtədir. Hakimiyyət əmr verməyə davam edir, amma həmin əmrlərin yerinə yetirilməsi üçün hər dəfə daha çox güc sərf etməli olur. Ona görə də bildiririk ki, balans siyasətini tamamilə itirmiş, böyük güclərin oyun alətinə çevrilmiş və xalqın dəstəyindən məhrum olmuş zalım Əliyev rejiminin süqutu artıq başlayıb. Bizim qənaətimizcə, bu prosesi sürətləndirən iki amil var. Rejimin xaricdə manevr imkanları daralır, ölkə daxilində isə hakimiyyət getdikcə daha çox zor gücünə arxalanır. Bu, “SON”un başlanğıcıdır və süqut prosesi sürətlənir. HİCABA AZADLIQ! - Hacı Tale Bağırzadə ➡️MBH Media
Открыть в TelegramСвязи
Похожие каналы
𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔@shiatoonaaПолитика5 тыс.
𝐃𝐨𝐠𝐫𝐮𝐍𝐞𝐰𝐬 𝐀𝐳@dogru_newsazПолитика1,23 тыс.
Орхан Мамедов@orxan_mamedov_rusПолитика1,1 тыс.
Kisəçi-hambal soyu@kiseci_hambal_soyuПолитика1,95 тыс.
Азербайджан в России@azembassyruПолитика2,1 тыс.
INTERESTING NEWS@maraqliinfoПолитика2,82 тыс.
Бакинский бульвар 🎙️@bulvarbakuПолитика3,45 тыс.
Курбан Мирзаханов@shiawarriorПолитика4,43 тыс.
Кто упоминает
𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔@shiatoonaa13 упоминаний, 15 репостовПоследний пост
𝐃𝐨𝐠𝐫𝐮𝐍𝐞𝐰𝐬 𝐀𝐳@dogru_newsaz1 упоминание, 1 репостПоследний пост
Orxan Məmmədov (Səfəvi-1)@qaf_simurq1 упоминаниеПоследний пост
𝐀𝐙𝐏𝐔𝐋𝐒𝐄@azepulse1 упоминаниеПоследний пост
Кого упоминает
- 𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝@tehlil_tenqid_tv3 репоста