Кабинет

Посты канала MBH Media

сначала новые

#6749Фото
Просмотры1 175−31%к среднему
Пересылки5
Реакции1
Комментарии0
#6748Фото

❗️Fuad Əsgərovun yaxınları: Aclıq aksiyasına başlayan məhbus dəfələrlə amansız işgəncəyə məruz qalıb 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Fuad Əsgərovun yaxınları onun aclıq aksiyasını dayandırmaqdan imtina etdikdən sonra huşunu itirənədək döyüldüyünü bildirirlər. Onların sözlərinə görə, Əsgərov oktyabrın 19-da hicablı şagirdlərin baş örtüyünə görə dərsə buraxılmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb. Yaxınlarının bildirdiyinə görə, ertəsi gün müəssisə rəisi Şakir Qəniyev Əsgərovu qəbul edərək ondan aksiyanı dayandırmağı tələb edib. Əsgərovun bundan imtina etdikdən sonra huşunu itirənədək döyüldüyü, ardınca isə Qəniyevin göstərişi ilə Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürüldüyü bildirilir. Yaxınları deyirlər ki, Əsgərov Müalicə Mərkəzində təkadamlıq kamerada saxlanılıb, ailəsi və oradakı digər məhbuslarla əlaqə saxlamasına icazə verilməyib. Onlar bu məhdudiyyəti döyülmə izlərinin görünməməsi ilə əlaqələndirirlər. Verilən məlumata görə, Əsgərov noyabrın 13-də səhhətində yaranan ciddi problemlərə görə aclıq aksiyasını dayandırıb və 11 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb. Yaxınları bildirirlər ki, müəssisəyə qayıdan kimi o, rəisin otağına aparılıb. Orada yaranan mübahisədən sonra isə Əsgərovun birbaşa karserə salındığı deyilir. Yaxınlarının iddiasına görə, Əsgərov bu dəfə də rəisin göstərişi ilə döyülüb. Onun qollarını qandallayaraq karserdə çarpayıya bağlı vəziyyətdə qoyduqları bildirilir. ➡️MBH media

Открыть в Telegram
Просмотры1 308−23%к среднему
Пересылки3
Реакции3
Комментарии0
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч0
7 ч803
35 ч1 308
  1. Через 6 часов803
  2. Всего сейчас1 308
#6746Фото
Просмотры81−95%к среднему
Пересылки1
Реакции6
Комментарии0
#6745Фотоизменён
Просмотры1 768+4%к среднему
Пересылки4
Реакции9
Комментарии1
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч0
58 ч1 732
72 ч1 768
  1. Всего сейчас1 768
#6744Фотоизменён
Просмотры1 903+12%к среднему
Пересылки8
Реакции4
Комментарии0
Динамика просмотровСкрыть динамику

Рост просмотров

Часов после публикации

Показать таблицей
Часов после публикацииПросмотры
0 ч0
62 ч1 871
77 ч1 903
  1. Всего сейчас1 903
#6743Фотоизменён
Просмотры1 731+1%к среднему
Пересылки6
Реакции14
Комментарии1
#6742Фотоизменён
Просмотры1 847+8%к среднему
Пересылки6
Реакции14
Комментарии0
#6741Фотоизменён

❗️Rəsmilər hicabla bağlı məhdudiyyətin yalnız dövlət məktəblərinə aid olduğunu iddia etsələr də… Vahid məktəbli geyimi qaydalarının tətbiqindən sonra hicablı şagirdlər həftələrdir məktəbə buraxılmaqda çətinliklə üzləşirlər. Bu məhdudiyyətin minlərlə şagirdi təhsildən məhrum etdiyi bildirilir. Vaxtilə hakimiyyət qız uşaqlarını məktəbə göndərməməkdə valideynləri günahlandırırdı. Bu gün isə məktəbə getmək istəyən qızlar elə həmin hakimiyyətin tətbiq etdiyi məhdudiyyətlə üzləşirlər. Qanunun aliliyi prinsipinə istinad edərək şagirdlərdən yeni qaydalara uyğunlaşmaq tələb olunur. Acınacaqlısı budur ki, qanun ancaq xalqa çatanda aliləşir. Əsas sual budur: şagird təhsil almaq hüququ ilə dini inanc azadlığı arasında seçim etməyə məcbur qalanda ona hansı alternativ təklif olunur? Fransada dövlət məktəblərində dini mənsubiyyəti açıq şəkildə göstərən geyim və nişanlara məhdudiyyət tətbiq edilir. Özəl məktəblərdə isə geyim qaydaları müəssisəyə görə fərqlənə bilir. Bu fərq ailələrə övladlarının dini inancına uyğun məktəb seçmək imkanı yaradır. Azərbaycanda elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirmişdi ki, vahid məktəbli geyimi qaydaları dövlət ümumi təhsil müəssisələrinə şamil olunur. Bu açıqlamadan sonra özəl məktəb və liseylər hicablı şagirdlər üçün alternativ kimi görünürdü. Lakin yayılan məlumatlara görə, bəzi ailələr hələ qəbul mərhələsində maneələrlə üzləşiblər. Həmçinin «Simurq», «Hədəf», «Atatürk» və «Dəyanət» liseylərində hicablı şagirdlərə məktəbə başıaçıq gəlmək üçün 20 gün möhlət verildiyi iddia olunur. Əgər özəl məktəblərdə də hicablı şagirdin dərsə buraxılması üçün hicabını çıxarması tələb olunursa, ailənin ölkə daxilində hansı seçimi qalır? Bəzi ailələr çıxış yolunu övladlarının təhsilini xaricdə davam etdirməsində görə bilər. Bəs buna imkanı çatmayan şagirdlər təhsillərini harada davam etdirəcəklər? #Tələbələrə_haqsızlığa_son #Hicaba_azadlıq #İffətli_qadınlara_azadlıq #azyaşlıların_həbsinə_son #Ruhanilərə_azadlıq #Xalqa_zülmə_son ➡️MBH Media

Открыть в Telegram
Просмотры2 356+38%к среднему
Пересылки10
Реакции15
Комментарии0
#6740Фотоизменён

❗️Zalım rejimin sonu bəzən onun ən güclü göründüyü vaxt başlayır Küçələr sakitdir, rəsmi hesabatlarda hər şey qaydasındadır, etiraz səsləri isə getdikcə azalır. Hakimiyyət bu sükutu razılıq kimi oxuyur. Halbuki qorxu insanın səsini kəsə bilər, onun hökmünü dəyişə bilməz. Siyasi fəlsəfədə legitimlik cəmiyyətin hakimiyyətin idarə etmək haqqını qəbul etməsidir. Zülm bu haqqı insanların gözündə aşındırdıqca rejim itaəti qorumaq üçün zor gücünə daha çox arxalanır. Burada daxili ziddiyyət yaranır. Hakimiyyət özünü qorumaq üçün tənqidi susdurur, amma bununla da səhvlərini vaxtında görmək və düzəltmək imkanını itirir. Sonra rəhbərliyə ölkənin gerçək vəziyyətindən daha çox onun eşitmək istədiyi xəbərlər çatır. Bu ziddiyyət rejimin nə vaxt süqut edəcəyini göstərmir amma bunun baş verəcəyini qətiyyətlə bildiririk. Qorxu və məcburiyyət bir hakimiyyəti uzun müddət ayaqda saxlaya bilər. Lakin böhran anında qurumların həqiqəti gizlətməyə alışması və cəmiyyətin hakimiyyətə etimadını itirməsi ən sadə qərarın icrasını belə çətinləşdirir. Sonun başlanğıcı elə bu nöqtədir. Hakimiyyət əmr verməyə davam edir, amma həmin əmrlərin yerinə yetirilməsi üçün hər dəfə daha çox güc sərf etməli olur. Ona görə də bildiririk ki, balans siyasətini tamamilə itirmiş, böyük güclərin oyun alətinə çevrilmiş və xalqın dəstəyindən məhrum olmuş zalım Əliyev rejiminin süqutu artıq başlayıb. Bizim qənaətimizcə, bu prosesi sürətləndirən iki amil var. Rejimin xaricdə manevr imkanları daralır, ölkə daxilində isə hakimiyyət getdikcə daha çox zor gücünə arxalanır. Bu, “SON”un başlanğıcıdır və süqut prosesi sürətlənir. HİCABA AZADLIQ! - Hacı Tale Bağırzadə ➡️MBH Media

Открыть в Telegram
Просмотры3 438+102%к среднему
Пересылки39
Реакции128
Комментарии2
#6739Фото

❗️Jurnalistikadan zurnalistikaya düşən mediamız: fiziki zorakılıq həyəcan təbili çalır Azərbaycanın müstəqillik tarixində qələmi ilə azadlıq salnaməsini yazan jurnalistikamızın mübarizəsinin ölkənin müstəqilliyinin əldə olunmasında oynadığı əvəzsiz rolu danılmazdır. Azadlıq hərəkatı ilə başlayan bu mübarizənin davamında qələm sahiblərinin döyüş meydanlarında şəhid olması da tariximizin əbədiyaşar səhifələrindəndir. Heç də təəccüblü deyil ki, uzun illər jurnalistikanı özünə böyük şərəf bilən və bu peşəni seçməyə çalışan tələbələr məhz belə ölməz şəxsiyyətlərin mübarizəsindən ilham alırdılar. Bir zamanlar ANS-in formalaşdırdığı jurnalistika məktəbi, hadisələrin qərəzsiz və vicdanlı təqdimatı xalqın mediaya olan inamını daha da möhkəmləndirdi. Azərbaycan mediası böyüdü, genişləndi və xalqın ayrılmaz bir parçasına, onun danışan dilinə, görən gözünə çevrildi. Təəssüf ki, zaman keçdikcə medianın hakimiyyətin təsir dairəsinə salınması, təzyiq və məcburiyyət vasitəsilə idarə olunması jurnalistikada qeyri-demokratik və ədalət prinsiplərinə zidd davranışların yayılmasına zəmin yaratdı. Nəticədə, bu gün ölkə mediası öz tarixinin ən acınacaqlı dövrlərindən birini yaşayır. Azərbaycanın televiziya məkanı və media qurumları, istisnalar olmaqla, hakimiyyətin diktəsi altında yalnız verilən sifarişləri icra etməklə məşğuldur. Bir zamanlar xalqın sözü olan media, jurnalistika bu gün arzuolunmaz vəziyyətə düşərək təhdid və təzyiq vasitəsinə çevrilib. Jurnalistikadan zurnalistikaya çevrilən bu müqəddəs peşəyə ləkə gətirən televiziya, sayt və bloq nümayəndələrindən ibarət dəstə artıq çoxdan cəmiyyətin etimadını itirib, nifrət hədəfinə çevrilib. Azsaylı müstəqil media qurumlarının fəaliyyəti üçün cəhənnəmə çevrilən ölkədə vəziyyət elə bir həddə çatıb ki, bu qurumlar ya fəaliyyətlərini məcburən ölkə hüdudlarından kənara daşımalı, ya da tamamilə bağlamalı olurlar. Bu gün həbsxanalarda ağır cəza və işgəncə şəraitinə məhkum edilən jurnalistlər də cəmiyyətdəki eybəcərlikləri ifşa etdikləri üçün həbsə atılırlar. Eyni zamanda, varlığını troll səviyyəsinə endirmiş media qurumlarının və jurnalistlərin eybəcərliklərini üzə çıxarmaları da onların susdurulması üçün səbəbə çevrilir. Bunun müqayisəsi gün kimi aydındır: bir zamanlar cəmiyyət «İç xəbər»in gəlişini səbirsizliklə gözləyirdi, bu gün isə jurnalisti hədəfə alaraq ona fiziki zorakılıq göstərir. Bu mənzərə jurnalistika ilə xalq arasında yaranmış dərin böhranın və zurnalistikanın törətdiyi fəsadların yalnız ilk təzahürlərindən biridir. Heç bir halda zorakılığa haqq qazandırmaq olmaz. Xüsusilə də söhbət öz peşə fəaliyyətini həyata keçirən jurnalistlərə qarşı fiziki zorakılıqdan gedirsə, bu, daha ciddi narahatlıq doğurmalıdır. Lakin eyni zamanda, baş verənlər bizi jurnalistikanın cəmiyyətin nifrət hədəfinə çevrilməsinin səbəbləri üzərində də düşünməyə vadar etməlidir. Bu, həm də media adına fəaliyyət göstərənlərin öz məsuliyyətlərinə nəzər salması üçün ciddi bir siqnaldır. ➡️MBH Media

Открыть в Telegram
Просмотры2 605+53%к среднему
Пересылки7
Реакции3
Комментарии0
#6738Фотоизменён

❗️Tale Bağırzadənin oğlanlarının növbəti məhkəməsi keçirilib Tale Bağırzadənin övladları MəhəmmədHəsən və MəhəmmədHüseyn Bağırzadələrə qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsində başlanan iclas öz işini davam etdirib. Noyabrın 5-də hakim Vüqar Məhərrəmovun sədrliyi ilə keçirilən məhkəmədə bu dəfə də şahid ifadəsi alınıb. Məktəbli İsa Hüseynzadə şahid qismində çıxış edərək hadisəni məhkəməyə danışıb. Lakin ifadəsi ilə çıxışı arasında fərqli fikirlər məhkəmədə müzakirə mövzusu olub. O, ifadəsində MəhəmmədHüseynin zərərçəkənə zərbə endirməsi də bu ziddiyyətli izahlardan biri olub. Hakim ona zərbənin kimin endirməsini dəqiqləşdirməyi bir daha təkid edib. Zərərçəkənin öz ifadəsində də ona zərbənin MəhəmmədHəsən tərəfindən endirilməsi söylənilsə də, şahid bütün bunları əksinə söyləyib. Sistemə müvafiq olaraq, bu dəfə də ziddiyyəti dövlət ittihamçısı “aradan qaldırıb”. Şahid ifadəsi ilə paralel, bu məhkəmə iclasına protokoldan kənar müəllimlərin dəvəti də diqqət çəkib. Vəkil hakimdən onların məhkəməyə dəvətinin səbəbini soruşanda hakim bunu müəllimlərin şagird dilini daha yaxşı bildiyini və onları daha yaxşı anlaması ilə əsaslandırıb. Belə olan halda vəkilin “Bəs niyə hələ uşaqların ifadəsi alınmadan deyil, az qala məhkəmə sona yetdiyi bir ərəfədə onlar dəvət olunub?” sualını hakim təbəssümlə ötürüb. Bununla da məhkəmə bu dəfəki işini yekunlaşdırıb. Növbəti iclas 24 noyabr saat 12:30-a təyin edilib. Xatırladaq ki, aprelin 7-də Bakının Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbin idman meydançasında insident baş verib. Yuxarı sinif şagirdlərindən birinin nalayiq ifadələr işlətməsi mübahisəyə səbəb olub. MəhəmmədHüseynin onları bundan çəkindirməsi gərginliyi daha da artırıb. Qarşı tərəfin təhqiramiz ifadələri MəhəmmədHüseynə yönəltməsindən sonra mübahisə əlbəyaxa davaya çevrilib. Mübahisə zamanı qardaşının iki şagird tərəfindən zorakılığa məruz qaldığını görən böyük qardaş MəhəmmədHəsən davaya müdaxilə edib. Hadisə nəticəsində qarşı tərəfdən bir nəfərin burnu sınıb. Məhkəmə də məhz bu şikayət əsasında keçirilir. ➡️MBH Media

Открыть в Telegram
Просмотры2 558+50%к среднему
Пересылки11
Реакции12
Комментарии0
#6737Фотоизменён

❗️İnanclı xanımların növbəti məhkəmə prosesinə yenə şahidlər gəlməyib Noyabrın 4-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsində altı inanclı xanımın işi üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda şahidlərin məcburi qaydada məhkəmədə iştirakının təmin ediləcəyi gözlənilsə də, onlardan yalnız bir nəfəri prosesə qatılıb. Məhkəmənin süni olaraq uzadılmasına etiraz edən qadınlar məlum addımları onlara qarşı psixoloji təzyiq olaraq qiymətləndiriblər. Məhkəmədə şahid qismində iştirak edən şəxs isə hadisədən uzun müddət keçməsini əsas gətirərək məsələni xatırlamadığını bildirib və suallardan yayınmağa çalışıb. O, ilkin ifadəsini məqbul bilərək heç bir əlavə etmədən salonu tərk edib və məhkəmə bununla da yekunlaşıb. Növbəti məhkəmə prosesi noyabrın 30-u saat 15:00-a təxirə salınıb. Xanımların məhkəmə prosesinin açıq keçirilməsinə baxmayaraq, hər dəfə bir maneə ilə ailələrin salona gəlişi qadağan olunur. Bu dəfə də ailələrin məhkəmə başlamazdan əvvəl gəldikləri salona yaxınlaşan konvoy əməkdaşları onlara bildiriblər ki, məhbuslar salona daxil olana qədər otağı boşaldıb həyətdə gözləsinlər. Qəribəsi də budur ki, sonradan ailələr dəfələrlə qapıya yaxınlaşsalar da, onları məhkəmə keçirilən əraziyə buraxmayıblar. Məhbuslardan birinin yaşlı anası bu barədə məhkəmə işçisinə şikayət edib. Ona bildirilib ki, məhkəmə açıqdır və onların salona gəlmələrinə heç bir maneə yoxdur. Amma məhkəmə başlamazdan öncə onlara yaxınlaşan ərazi polis işçiləri “yuxarıların” tapşırığını bildirərək ailələri məhkəmə salonuna buraxmamaq göstərişi veriblər. Məlum hadisə bu dəfə də məhkəmənin gedişində yaşanıb. Yalnız məhkəmənin son dəqiqələrində bəzi valideynlər salona buraxılıb ki, bu da bir neçə dəqiqə ilə yekunlaşıb. ➡️MBH Media

Открыть в Telegram
Просмотры2 707+59%к среднему
Пересылки6
Реакции—
Комментарии0
#6736Фотоизменён

❗️Körpələrin göz yaşlarında zəfər Təhsil müəssisələrində hicaba qadağa təəssüratı müxtəlif düşüncələrlə gündəmə gəldi: bunun siyasi layihə olması, Qərbin bu ölkəni görmək istədiyi İslam və örtüksüzlük, dünyəvilik adı altında anti-İslam təmizləməsi və sair və ilaxır. Fikirlərin nə olmasından asılı olmayaraq, bütün bu düşüncələri körpə, azyaşlı hicablı qız uşaqları öz göz yaşları ilə dağıdaraq hadisənin zəfər bayrağını dalğalandırdılar. Azyaşlıların başlarının zorla bağladılması, müəyyən yaşa çatana qədər belə bir məhdudiyyətin ailə məcburiyyəti olması kimi fikirlər bu hadisədən də öncə səslənirdi. Şübhəsiz, hicab qadağası ilə bu tip fikirlər daha çox ixrac edilməklə rejimin bu addımına haqlılıq donu geydirmək cəhdi daha da intensivləşdi. Bütün diqqətlər məsələnin özünə dikilərkən, dünyanın səssizcə seyr etdiyi və danışıqlarını belə anlamadığı bu azyaşlı körpələrin göz yaşları ilə öz hicablarını müdafiə etməsi bütün bu iddiaları alt-üst etdi. Onlar fəryad edirdilər. Bu, kənardan müşahidə edən hər bir kəsin görəcəyi tükürpədici reallıq idi. Məktəb psixoloqlarının söhbətlər apardığı bu azyaşlıların hicab sevgisi onların ruhu ilə həmahənglik yaradaraq öz nümayişində hər kəsə dəyər dərsi keçirdi. Sadəcə dərs yox, sevgi, ehtiram və ağrılı göz yaşlarını tərənnüm etdirməklə. Bunlar süni, əvvəldən düşünülmüş sətirlərin təzahürü deyildi. Bunlar daxildən hicabı özünün ayrılmaz parçası olaraq görən və hədəfə alındığı üçün acizanə ağlayaraq “Görərsiz, sizi Allaha şikayət edəcəm…” söyləyən məsum mələyin göz yaşlarında özünü qoruyan bir mücadilə idi. Bu sətirlər məktəb qapılarından küçələrə, şəhərlərə, ölkələrə çağırış edərək hicablı uşaqların mübarizə simvolunda qələbə sədası olaraq nəinki dolaşdı, hətta azad düşüncələri də dilə gətirərək bu uca mübarizəyə dəstək çağırışına çevrildi. Siz qalib oldunuz, körpə mələklər! Siz hicabı ruhunuzun həmrəngi olaraq dünya insanına həqiqətini göstərərək onun ölümsüzləşən qələbə bayrağını bir daha şərəflə dalğalandırdınız. Tarix sizin böyük mücadilənizlə fəxr edir və edəcək də. Buna əmin olun. ➡️MBH Media

Открыть в Telegram
Просмотры2 530+48%к среднему
Пересылки9
Реакции6
Комментарии0
#6729Фотоизменён

❗️Təhsil müəssisələrində hicab qadağası; rəsmilərin susduğu, dünyanın isə etiraz etdiyi həqiqət Fundamental hüquq – təhsil almaq hüququnun məktəbli geyimi, dünyəviliyə zidd adı altında məhdudlaşdırılması dünyanın çox məşhur “dünyəvilik” hüquqlarının fəal müdafiəçisi olan təşkilatlar tərəfindən də bəyənilmədi. Hicabı dünyəviliyə zidd aksesuar olaraq təqdim etməklə beynəlxalq aləmdə bu addıma haqlılıq donu geyindirməyə çalışan rejimə insan hüquq təşkilatları YOX dedi. Artıq həftələrdir təhsil müəssisələrindən məcburi uzaqlaşdırılan minlərlə hicablı qız uşaqlarının haqlı etirazı ölkə daxilində dinindən, irqindən, siyasi baxışından asılı olmayaraq, hər kəsin diqqətində olan günün ən aktual məsələləri sırasında qalmaqda davam edir. Hakimiyyətdən maddi asılı olan təbəqə istisna olmaqla, bütünlükdə qərarın pislənilməsi hələ də rəsmilərin məsələyə aydınlıq gətirməməsinin əsas səbəbi olaraq qalmaqdadır. Bununla paralel, Bosniya, Brüssel, London, Berlin, Ankara, Beyrut, İstanbul, İran, Gürcüstan, Kanada, Rusiya, Belçika və sair ölkələrdə Azərbaycandakı hicablı qızlara dəstək olaraq aksiyalar keçirilməsi məsələnin beynəlxalq müstəvidə də hicabın dünyəviliyin ziddi deyil, baş örtüyünü təhsilə qadağa predmeti olaraq Azərbaycan hakimiyyətinin təqdimatı ciddi tənqid hədəfinə alındı. Hətta Beynəlxalq İnsan Hüquqları Təşkilatı “Human Rights Watch”, “Amnesty International” belə Azərbaycan hakimiyyətindən orta məktəblərdə hicabla bağlı qadağanı aradan qaldırmağa çağıraraq, hicabı məhdudlaşdırmaq üçün dünyəvilik çətiri altında gizlənməyi rədd etdi. Onlar belə, insan üçün xüsusi əhəmiyyət daşıyan təhsil hüququnu qadağalayan bu qərarın təhsilə maneə olaraq qoyulmasını yolverilməz hesab etdi. Dünyəvilik deyincə, gündəlik həyat tərzinə bağlı məktəblinin baş örtüyünün dünyəvi təhsil sistemində hər hansı bir dəyişiklik yarada bilməyəcəyi çox bəsit və aydın ifadə olunaraq, bu günün təhsil məhdudiyyətinə məruz qalan hicablıların dünyəvilik deyil, hüquqsuzluğun qurbanı olaraq cəzalanması bu işin yeganə həqiqətidir. ➡️MBH Media

Открыть в Telegram
Просмотры2 440+43%к среднему
Пересылки6
Реакции9
Комментарии0
#6727Фотоизменён
Просмотры2 359+38%к среднему
Пересылки8
Реакции15
Комментарии0