Middle East Eye portalında yer alan məqalə Misir prezidenti Əbdülfəttah əs-Sisinin 2030-cu ildə prezidentlik vəzifəsini tərk edəcəyini açıqlamasının nəticələrini təhlil edir. Bu açıqlamanın diqqətçəkən tərəfi yalnız onun hakimiyyətdən getmək niyyəti deyil, özündən sonrakı siyasi rəhbərliyin necə formalaşacağı ilə bağlı irəli sürdüyü təklifdir. Sisi 40–50 yaş arası doktorluq dərəcəsinə malik şəxslər üçün Hərbi Akademiyada 30 aylıq xüsusi hazırlıq proqramının yaradılmasını təklif edib. Proqramın məqsədi gələcək prezidentlərin, nazirlərin və qubernatorların hazırlanması kimi təqdim olunur. Bununla belə, müəllif Hesham Gaafar hesab edir ki, bu təşəbbüs hakimiyyətin həqiqətən mülki şəxslərə ötürülməsindən daha çox, ordunun gələcək siyasi rəhbərlik üzərində nəzarətini qorumağa xidmət edə bilər. Məqalədə qeyd olunur ki, Misir ordusu uzun müddətdir ölkənin yalnız təhlükəsizlik məsələlərində deyil, siyasi və iqtisadi həyatında da mühüm mövqeyə malikdir. Sisinin yeni təklifi isə ordunun bu rolunu daha da institusionallaşdırmaq potensialına sahibdir. Belə ki, gələcək siyasi rəhbərlərin hərbi akademiyada hazırlanması onların hakimiyyətə gəlməzdən əvvəl ordunun müəyyən etdiyi meyarlardan keçməsini tələb edə bilər. Bu, formal olaraq namizədlərə seçim imkanı versə də, faktiki olaraq siyasi liderlərin müəyyənləşdirilməsində ordunun təsirini artıracaq. Müəllif həmçinin Misir Konstitusiyasının 200-cü maddəsinə diqqət çəkir. Həmin maddə silahlı qüvvələrə konstitusiyanın, demokratiyanın və dövlətin mülki xarakterinin qorunması vəzifəsini verir. Sisi bu müddəaya istinad edərək gələcəkdə ölkəyə xəyanətkar və ya təhlükə yaradan şəxslərin rəhbərlik etməsinə imkan verilməyəcəyini bildirib. Müəllifin fikrincə, bu yanaşma orduya gələcək siyasi rəhbərlik üzərində faktiki veto hüququ qazandıra bilər. Məqalədə bu təşəbbüsün arxasında 2025-ci il parlament seçkiləri zamanı dövlət strukturları arasında müşahidə olunan rəqabətin də dayandığı vurğulanır. Həmin dövrdə Daxili İşlər Nazirliyinin təhlükəsizlik strukturları ilə Ümumi Kəşfiyyat və Hərbi Kəşfiyyat qurumlarının dəstəklədiyi siyasi qüvvələr arasında fikir ayrılıqları yaranmışdı. Bu hadisələr Sisinin özündən sonra hakimiyyət uğrunda mümkün rəqabətin qarşısını almağa çalışdığını göstərir. Digər tərəfdən, Misirin iqtisadi çətinlikləri, Beynəlxalq Valyuta Fondu ilə proqramın davam etməsi və Körfəz ölkələrindən maliyyə asılılığı da hakimiyyətin sabit şəkildə ötürülməsini daha vacib edir. Nəticə etibarilə, müəllif hesab edir ki, Sisinin 2030-cu ildə vəzifədən getməsi Misirdə hərbi təsirin azalacağı demək deyil. Əksinə, təklif olunan mexanizm ordunun siyasi sistemdəki mövqeyini gələcəkdə də qoruyub saxlaya bilər. Bu baxımdan əsas məsələ Sisinin hakimiyyətdən gedib-getməyəcəyindən daha çox, ondan sonra Misir xalqının ölkə rəhbərliyini sərbəst şəkildə seçmək imkanına sahib olub-olmayacağıdır. Məqalənin tam versiyası: https://www.middleeasteye.net/opinion/sisis-2030-exit-plan-would-keep-egypt-armys-hands
Open in TelegramTopchubashov Center 📜
Bakıda yerləşən Topçubaşov Mərkəzi komandası hər gün dünya mediasının ən aktual analitik baxışlarını sizinlə bölüşür.
Average views per post by day
By publication day
Show as table
| Date | Avg views per post |
|---|---|
| Nov 2, 2026 | 317 |
| Nov 9, 2026 | 239 |
| Nov 11, 2026 | 260 |
| Nov 16, 2026 | 180 |
Most viewed this month
- 01Views317Forwards—Reactions5Comments—
- 02Views273Forwards—Reactions3Comments—
- 03Views246Forwards—Reactions4Comments—
- 04Views239Forwards—Reactions—Comments—
Latest posts
🇺🇸 Siyasi analtik Cennifer Hendrikson tərəfindən 4 noyabr 2026-cı ildə dərc edilmiş "Yeni Demokrat Konpresinin Trump-ın xarici siyasətini məhdudlaşdıra biləcəyi üç yol" məqaləsində aralıq seçkilərindən sonra Demokratların ABŞ Konqresində çoxluq əldə etməsininin Donald Trump adminstrasiyasının xarici siyasətinə mümkün təsirləri təhlil olunur. Konqres prezidentin qərarlarına nəzarət etmək və onların məhdudlaşdırmaq üçün konstitusion səlahiyyətlətrinə malik olsa da, bu səlahiyyətlərin real nəticə əldə etmək imkanı çətindir. Əsas diqqətin də məhz bura yönəlməsi təsadüfi deyil ABŞ siyasi sistemində prezident xarici siyasətin həyata keçirilməsində geniş səlahiyyətlərə malik olsa da, Konqres qanunvericilik büdcə və nəzarət mexanizmləri vasitəsilə bu qəraralara təsir göstərə bilir. Müəllif 2018-ci il aralıq seçkilırini nümunə kimi göstərir.Həmin vaxt Demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ keçirmiş, Senatda isə Respublikaçılar üstünlüyünü saxlamışdı. Demokratlardan Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi Yəmən müharibəsinə ABŞ dəstəyi, Suriyadan qəfil çıxış qərarı və Cənubi Koreya ilə hərbi təlimlərin dayandırılması kimi məsələləri gündəmə gəitrmələri gözlənilirdi. Bu məsələlərlə bağlı təşəbbüslər həyata keçirilsə də, onların bir qismi uğursuz oldu. Bu təcrübə onu göstərir ki, Konqresdə çoxluğa sahib olmaq prezidentin qərarlarını dəyişmək üçün yetərli faktor deyil. Bunun üçün Senatda da dəstək və ikipartiyalı əməkdaşlıq lazımdır. Məqalədə diqqəti çəkən əsas məqam Demokratların ilk istiqamət olaraq İrana qarşı yeridəcəyi hərbi siyasətdir. Demokratlar mümkün hərbi əməliyyatların qarşısını almaq və ya məhdudlaşdırmaq çün Konqresin büdcə səlahiyyətlərindən istifadə edə bilərlər. Xüsusilə Milli Müdafiə Səlahiyyətləri Aktı və federal büdcə ilə bağlı müzakirələr bu baxımda əhəmiyyət daşıyır. Demokratlar bu qanun qəbulunu ləngitməklə Iranla bağlı hərbi səlahiyyətlərə və xərclərə məhdudiyyət qoyan müddəaların daxil edilməsinə çalışa bilərlər. İkinci istiaqamət ABŞ-ın İsrail siyasəti və Konqresin müvafiq komtilərindəki dəyişikliklərlə bağlıdır. Demokrat Partiyasının daxilində İsrailə münasibətdə fərqli mövqelər mövcuddur. Xüsusilə bu məsələ partiyanın mərkəzçi və proqressiv qanadlarında müəyyən fikir ayrılıqları yaradır. Buna görə də xarici əlaqələr və müdafiə komitələrinə təyin ediləcək yeni rəhbərlərin mövqeyi ABŞ-ın gələcək siyasətinə təsir göstərə bilər. Üçüncü və müəllifə görə ən mühim istiqamət Trump adminstrasiyasınn fəaliyyətinin araşdırılması və Konqres bəzarətinin gücləndirilməsidir. Demokratlar adminstrasiyanın İranla bağlı qərarlarını, müdafiə müqavilələrini və dövlət vəsaitlərinin araşdırmaq üçün dinləmələr, rəsmi çağırışlar və digər nəzarət mexanizmlərinən istifadə ediə bilərlər. Lakin müəllif vurğulayır ki, bu araşdırmalar yalnız siyasi təzyiq yaratmaqla kifayətlənməməli, real qanunvericilik və maliyyə məhdudiyyətlərinə çevrilməlidir. Məqalədə ABŞ-nin Çinlə rəqabəti ve digər beynəlxalq subyektlərlə münasibətləri ön plana çəkilir. Demokratlar və Respublikaçılar arasında fikir ayrılıqları olsa belə, son illərdə ABŞ-nin Çinlə müqayisədə iqtrisadi, texnoloji vıə hərbi mövqeyinin gücləndirilməsi, eləcə də, Avropa və Asiyadakı mütəffiqlərə təhlükəsizlik təminatlarının verilməsi ortaq maraqların hələ də mövcudluğunu göstərir. Nəticə etibarilə, Demokrataların Konqresdə çoxluq əldə etməsi Trumpın xarici siyasət xəttini əsaslı şəkildə dəyişdirməyəcək. Əsas məsələ Konqresin institusional səlahiyyətlərini effektiv şəkildə istifadə etmək, ikipartiyalı dəstək qazanmaq və siyasi təzyiqi konkret hüquqi qərarlara çevirmək olacaq. Məqalənin tam versiyası: https://carnegieendowment.org/emissary/2026/11/democratic-congress-midterms-foreign-policy-trump
Open in TelegramCarnegie Mərkəzinin səhifəsində Aron Devid Millerin (Aaron David Miller) müəllifliyi ilə İsraildəki seçkilərin nəticələrini təhlil edən məqalə dərc olunub. Məqalə seçkilərin Netanyahunun mövqelərini zəiflətsə də, onun siyasi səhnədən kənarlaşdıra bilmədiyini qeyd edir. O, parlamentdəki çoxluğu itirməsinə baxmayaraq, ən böyük partiyanın və blokun rəhbəri kimi müvəqqəti baş nazir vəzifəsini qoruyur və yeni hökumətin formalaşdırılması üçün ilk fürsəti əldə edə bilər. Müəllif seçkilərin diqqətçəkən məqamlarından biri kimi ərəb seçicilərin fəallığının artmasını vurğulayır. Təxminən 7,3 milyon seçicinin 80 faizə yaxını səsvermədə iştirak edib və ərəb partiyaları ümumilikdə 19 mandat qazanaraq əvvəlki seçkilərlə müqayisədə daha güclü nəticə göstəriblər. Bu nəticə ərəb partiyalarını hökumətin formalaşdırılması prosesində mühüm siyasi qüvvəyə çevirir. Xüsusilə Mansur Abbasın rəhbərlik etdiyi Ra'am Partiyasının mövqeyinə diqqət çəkilir. Bu partiya 2021-ci ildə Naftali Bennett və Yair Lapidin rəhbərlik etdiyi hökumətə qoşularaq İsrail tarixində ərəb partiyasının koalisiyada iştirakına dair mühüm presedent yaratmışdı. Lakin hazırkı vəziyyətdə Gadi Eisenkotun ərəb partiyalarını hökumət koalisiyasına daxil edib-etməyəcəyi, yoxsa onların parlamentdən kənar dəstəyinə arxalanacağı hələ məlum deyil. Bu məsələ müxalifətin hökumət qurmaq imkanlarına birbaşa təsir göstərə bilər. Məqalədə seçkilərdən sonra hökumətin formalaşdırılması ilə bağlı bir neçə mümkün ssenari nəzərdən keçirilir. Prezident İsaak Hersoq ölkədəki siyasi və ictimai parçalanmanı azaltmaq məqsədilə Likud və Yashar kimi iki əsas partiyanın iştirakı ilə milli birlik hökumətinin yaradılmasını dəstəkləyir. Lakin bu variantın reallaşması çətin görünür. Çünki Netanyahu hazırkı koalisiya tərəfdaşlarından, o cümlədən ifrat sağçı siyasətçilər İtamar Ben-Qvir və Bezalel Smotriçdən imtina etməyə hazır olmadığını göstərib. Digər tərəfdən, müxalifət qüvvələri Netanyahunun rəhbərlik etdiyi hökumətdə iştirak etməyəcəklərini bildiriblər. Digər mümkün ssenari isə Eisenkotun ərəb partiyalarının parlamentdən kənar dəstəyi ilə azlıq hökuməti yaratmasıdır. Bununla belə, bu variant da müxalifət daxilindəki fikir ayrılıqları və bəzi ərəb partiyalarının siyasi mövqelərinin Eisenkotun prinsipləri ilə uyğun gəlməməsi səbəbindən çətinliklərlə üzləşə bilər. Müəllif İsraildəki daxili siyasi qeyri-sabitliyin ölkənin xarici siyasətinə də təsir etdiyini vurğulayır. Onun fikrincə, İsraildə hökumətlərin qısaömürlü olması və siyasi koalisiyaların tez-tez dağılması xarici siyasətdə ardıcıllığın qorunmasını çətinləşdirir. Netanyahu isə hakimiyyətdə qalmaq üçün təhlükəsizlik məsələlərindən siyasi vasitə kimi istifadə edə və xüsusilə İranla bağlı mümkün hərbi qarşıdurmanı gündəmdə saxlaya bilər. Müəllifə görə, Netanyahu yeni hökumətin formalaşmasına mane olmaqla müvəqqəti baş nazir kimi vəzifəsini davam etdirməyə və 2027-ci ilin yazında keçirilə biləcək növbəti seçkilərə hazırlaşmağa çalışa bilər. Nəticə etibarilə, seçkilər İsrail cəmiyyətində Netanyahunun siyasi kursuna qarşı narazılığın artdığını göstərsə də, ölkənin gələcək istiqaməti hələ də qeyri-müəyyən olaraq qalır. Əsas məsələ yalnız yeni hökumətin kim tərəfindən qurulacağı deyil, həm də İsrailin davamlı qarşıdurma və təhlükəsizlik siyasətindən uzaqlaşaraq daha fərqli siyasi istiqamət seçib-seçə bilməyəcəyidir. Məqalənin tam versiyası burada: https://carnegieendowment.org/middle-east/diwan/2026/10/israel-has-just-held-national-elections?utm_source=carnegieemail&utm_medium=email&utm_campaign=autoemail&mkt_tok=ODEzLVhZVS00MjIAAAGlJsVWYOlpGodO7DlTqKRhyrkgqWK2UBKbR7AUgZibx59P_k9kLf5bYB3jQKDLZTv73F740WOAF9BLciqDO4mXfAZgH0mFr-QXfnEQ8YKL5HGI
Open in TelegramNational Interest saytında yerləşdirilən məqalədə ABŞ-ın Səudiyyə Ərəbistanına Yəməndə husilərə qarşı hərbi əməliyyatlarda dəstək verməsi məsələsi və bu yanaşmanın mümkün nəticələri təhlil olunur. Müəllifin əsas arqumenti ondan ibarətdir ki, Vaşinqton Səudiyyə Ərəbistanının təhlükəsizliyini təmin etmək üçün Yəmənə yeni hava zərbələri endirmək əvəzinə, diplomatik vasitələrdən istifadə etməlidir, çünki uzun müddətdir davam edən hərbi əməliyyatlar husilərin mövqelərini zəiflətməkdə məhdud nəticə verib və münaqişənin daha da genişlənməsi riskini artırıb. Məqalədə bildirilir ki, İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanının hava limanlarına, neft obyektlərinə və hərbi infrastrukturlarına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirirlər. Xüsusilə 10 oktyabr 2026-cı ildə Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində 13 nəfərin öldüyü, 300-dən çox insanın yaralandığı qeyd olunur. Bu hadisədən sonra Səudiyyə Ərəbistanı təhlükəsizlik narahatlıqları səbəbindən investisiya konfransını ləğv edib. Vəliəhd şahzadə Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampdan, o cümlədən Yəmən üzərində birgə hava əməliyyatlarının həyata keçirilməsi yolu ilə dəstək istəyib. Lakin müəllif hesab edir ki, belə bir müdaxilə problemin həlli olmayacaq. Bunun əsas səbəblərindən biri hava zərbələrinin husilərin hərbi və siyasi nəzarətini aradan qaldırmaq üçün kifayət etməməsidir. Müəllif ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin əvvəlki hava əməliyyatlarının məhdud nəticələrini nümunə göstərir. Xüsusilə 2025-ci ildə ABŞ tərəfindən həyata keçirilən 52 günlük Operation Rough Rider əməliyyatı husilərin Qırmızı dənizdə gəmiçiliyə mane olmasının qarşısını ala bilməyib. Hava hücumları silah anbarlarını və kommunikasiya sistemlərini məhv edə bilsə də, quru əməliyyatları və siyasi strategiya olmadan husilərin ərazi üzərində nəzarətini dəyişdirmək çətindir. Bundan əlavə, mülki əhali arasında itkilər xarici müdaxiləyə qarşı narazılığı artıraraq husilərin mövqelərini gücləndirə bilər. Müəllifin təklif etdiyi əsas alternativ ABŞ-ın Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı münasibətləri yaxşılaşdırmağa çalışmasıdır. Bu iki ölkə əvvəllər Yəməndə husilərə qarşı eyni koalisiyada iştirak etsələr də, ölkənin gələcəyi və hərbi strategiya ilə bağlı fərqli mövqelərə malikdirlər. Səudiyyə Ərəbistanı və BƏƏ arasında yaranan fikir ayrılıqları Yəmən hökuməti daxilində də parçalanmanı dərinləşdirib. Nəticədə husilərə qarşı mübarizə aparan qüvvələr vahid strategiya formalaşdıra və effektiv şəkildə koordinasiya oluna bilmirlər. Müəllif hesab edir ki, ABŞ diplomatik təsirindən istifadə edərək iki müttəfiqi ortaq mövqeyə gətirə bilər. BƏƏ-nin hərbi təcrübəsi və Yəməndəki yerli qüvvələrlə əlaqələri də husilərə qarşı mübarizədə əhəmiyyətli rol oynaya bilər. Digər tərəfdən, Səudiyyə Ərəbistanı və BƏƏ-nin ortaq hərbi strategiya ilə yanaşı, müharibədən sonrakı Yəmənin siyasi gələcəyi barədə də razılığa gəlməsi vacibdir. Müəllif vurğulayır ki, münaqişənin davamlı həlli yalnız husilərin hərbi yolla zəiflədilməsindən asılı deyil. Siyasi razılaşmanın əldə olunması üçün husilərin də gələcək danışıqlara daxil edilməsi zəruridir. Nəticə etibarilə, müəllif ABŞ-ın Yəmən siyasətində hərbi müdaxilədən diplomatik vasitələrə keçməsini təklif edir. Onun fikrincə, yeni hava əməliyyatları husilərin cavab hücumlarına, ABŞ-ın regional münaqişəyə daha dərindən cəlb olunmasına və İranla qarşıdurmanın yenidən genişlənməsinə səbəb ola bilər. Buna görə də Vaşinqtonun əsas vəzifəsi Səudiyyə Ərəbistanı və BƏƏ arasında əməkdaşlığı bərpa etmək, husilərə qarşı mübarizə aparan Yəmən qüvvələrini koordinasiya etmək və gələcək siyasi razılaşma üçün şərait yaratmaq olmalıdır. Məqalənin tam versiyası burada: https://nationalinterest.org/blog/middle-east-watch/why-the-us-cant-help-saudi-arabia-by-bombing-yemen-to-stability
Open in Telegram🇷🇺 Aqzam Niyazhodjayevun 30 oktyabr 2026-cı il tarixli “Rusiyanın Türk Dövlətləri Təşkilatına mümkün qoşulması: Türk dünyasının geosiyasi müstəqilliyinə təhdid” adlı məqaləsində müəllif Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına “TDT+” formatında və ya müşahidəçi statusu ilə qoşulması təkıifini geosiyasi baxımdan təhlil edir. Müəllif hesab edir ki, bu təşəbbüs zahirən yalnız regional əməkdaşlığın genişləndirilməsi kimi təqdim edilsə də,əslində Rusiyanın Türk dünyasında strateji və siyasi təsir gücünü artırmaq cəhdi ola bilər. Müəllif Rusiyanın bu mümkün addımını 2004-cü ildə Mərkəzi Asiya Əməkdaşlıq Təşkilatına (CACO) qoşulması ilə müqayisə edir.Həmin dövrdə Rusiya təşkilata qoşulduqdan sonra CACO Rusiyanın dominantlıq etdiyi Avrasiya İqtisadi Birliyinə birləşdirilmiş və müstəqil regional institut kimi fəaliyyətini itirmişdi. Müəllif bu tarixi stuasiyanı əsas gətirərək Moskvanın TDT daxilində də eyni strategiya həyata keçirə biləcəyini vurğulayır. Məqalədə Rusiyanın TDT-yə mümkün qoşulmasının bir neçə geosiyasi nəticəsi qeyd olunur. İlkin olaraq, bu addım Türkiyənin Türk dünyasındakı liderlik mövqeyini zəiflədə və təşkilat daxilində güc balansını dəyişə bilər. Eyni zamanda, digər üzv dövlətlərinin müstəqil qərarvermə imkanlarını zəiflədə və suveren regional platformanın böyük dövlətlər arasında rəqabətin növbəti meydanına çevrilə bilər. Müəllif Azərbaycan-Türkiyə münasibətlərindəki mümkün gərginliklərə də diqqət çəkir. İlham Əliyevin Ankara sammitində iştirak etməməsi və xarici işıər nazirini göndərməsi təşkilat daxilində fikir ayrılıqlarının göstəricisi kimi təqdim edilir. Bununla yanaşı, Azərbaycan Rusiya ilə münasibətlərinin gərginləşməsi və Ankara ilə Bakı arasında mümkün siyasi fikir ayrılıqları Moskvanın regional maraqları baxımından əlverişli şərait yarada bilər. Müəllif hesab edir ki, Türk Dövlətləri arasındskı siyasi parçalanma Rusiyanın TDT-yə təsiretmə imkanlarını artıra bilər. Məqalədə Rusiyanın müşahidəçi statusu ilə təşkilata daxil olmasının gələcəkdə daha geniş siyasi və institusional təsirlərə yol aça biləcəyi vurğulanır. Bu proses zamanla təhlükəsizlik koordinasiyası, normativ uyğunlaşma və təşkilatın qərarlarına müdaxilə imkanlarının genişlənməsi ilə nəticələnə bilər. Nəticə etibarilə, müəllif Ankara, Bakı və Daşkəndin TDT-nin müstəqilliyini qorumaq üçün vahid mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayır. Onun fikrincə, Türk dövlətləri 2004-cü il təcrübəsindən nəticə çıxarmalı, regional əməkdaşlığın suverenliyini və iqtisadi müstəqilliyini qoruyaraq Rusiyanın təşkilat daxilində təsir imkanlarını artıracaq təşəbbüslərə qarşı çıxmalıdırlar. Məqalənin tam versiyası: https://www.linkedin.com/pulse/trojan-horse-ankara-russia-future-ots-agzam-niyazhodjaev-2mncf?utm_source=share&utm_medium=member_android&utm_campaign=share_via
Open in Telegram🇺🇸🇷🇺 Devid J.Kramer, Con Herbst və Uilyam Taylorun 18 oktyabr 2026-cı il tarixli “Putinin tərəfini tutmaq böyük səhvdir” adlı məqaləsində ABŞ və Avropanın Rusiyaya güzəştə getmək əvəzinə, Ukraynanı hərbi, iqtisadi və diplomatik baxımdan qətiyyətlə dəstəkləməli olduğu vurğulanır. Müəlliflər Donald Trumpın Rusiyaya qarşı bəzi sanksiyaları yumşaltmaq qərarını tənqid edir və hesab edirlər ki, bu cür güzəştlər Putinin mövqeyini gücləndirərək müharibənin davam etməsinə şərait yaradır. Onlar Vladimir Putinin və Volodimir Zelenskinin siyasətini müqayisə edərək Rusiyanı müharibəni başladan, Ukraynanı isə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edən tərəf kimi təqdim edirlər. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hücumu münaqişənin əsas mərhələləri kimi göstərilir. Həmçinin Rusiyanın mülki əhaliyə, xəstəxanalara, yaşayış binalarına və enerji infrastrukturuna hücumları kəskin tənqid olunur. Müəlliflər Ukraynanın diplomatik həllə hazır olduğunu, lakin Rusiyanın hərbi əməliyyatları davam etdirdiyini bildirirlər. Məqalədə Rusiya ilə Qərb arasındakı geosiyasi rəqabət də mühüm yer tutur. Müəlliflərin fikrincə, Rusiya NATO və Avropa İttifaqı kimi beynəlxalq institutları zəiflətməyə çalışır, Ukrayna isə bu qurumlarla yaxınlaşaraq Avro-Atlantik icmasının tamhüquqlu üzvü olmaq istəyir. Rusiyanın Çin, İran və Şimali Koreya ilə əməkdaşlığı Qərbin təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir. Müəlliflər Rusiyada korrupsiyanın geniş yayılmasını, hüququn aliliyinin zəiflədilməsini və vətəndaş cəmiyyətinin sıxışdırılmasını da tənqid edirlər. Ukraynada da korrupsiya probleminin mövcudluğunu qəbul etməklə yanaşı, ölkənin bu problemlərlə mübarizə aparmağa çalışdığını vurğulayırlar. Onların yanaşmasına görə, Ukrayna Rusiyanın Avropaya yaratdığı təhlükənin qarşısında mühüm müdafiə səddi rolunu oynayır və onun dəstəklənməsi Avropanın təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Müəlliflər ABŞ və Avropa üçün bir sıra konkret siyasi addımlar təklif edirlər. İlk növbədə, Ukraynaya hərbi yardım artırılmalı, ölkənin özünü müdafiə etmək və işğal olunmuş ərazilərini geri qaytarmaq imkanları gücləndirilməlidir. İkincisi, Rusiyaya qarşı sanksiyalar sərtləşdirilməli və bu məhdudiyyətlərdən yayınma yolları məhdudlaşdırılmalıdır. Üçüncüsü, Rusiyanın enerji ixracından əldə etdiyi gəlirlər azaldılmalı, onun enerji resurslarını alan Çin və Hindistan kimi ölkələrə təzyiq göstərilməlidir. Məqalədə Vladimir Putinin Ukraynaya qarşı törədildiyi iddia olunan müharibə cinayətləri ilə əlaqədar Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbsinə order verilməsi məsələsi də qeyd olunur. Müəlliflər Putinin beynəlxalq səviyyədə təcrid edilməsini və müharibəni dayandırmaq üçün təzyiqin Ukraynaya deyil, Rusiyaya yönəldilməsini vacib hesab edirlər. Nəticə etibarilə, Kramer, Herbst və Taylor Rusiyaya güzəştə getmək siyasətini səmərəsiz hesab edərək Qərbi Ukraynaya daha qətiyyətli dəstək göstərməyə çağırırlar. Onların fikrincə, hərbi yardımın artırılması, iqtisadi sanksiyaların gücləndirilməsi və Rusiyanın beynəlxalq səviyyədə təcrid olunması Putinin müharibəni davam etdirmək imkanlarını zəiflədə bilər. Müəlliflər vurğulayırlar ki, Ukraynanın müdafiəsi yalnız onun müstəqilliyinin qorunması deyil, həm də Avropanın sabitliyi, Qərbin təhlükəsizliyi və beynəlxalq hüququn prinsiplərinin müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Məqalənin tam versiyası: https://www.theatlantic.com/ideas/2026/10/trump-putin/689067/
Open in TelegramMüəllifin fikrincə, məsələyə təktərəfli yanaşma və normallaşmanın digər məsələlərdən asılı saxlanılması regional əməkdaşlığın və məsələlərin həll olunması yolunda atılan addımların inkişafını ləngidir. Məqalənin tam versiyası: https://www.turkiyetoday.com/opinion/time-for-turkiye-to-slay-the-ouroboros-in-the-caucasus-3230367?s=1
Open in Telegram🇹🇷🇦🇿🇦🇲 Benyamin Poqosyanın 16 oktyabr 2026-cı il tarixli “Türkiyənin Qafqazda Ouroboros’a son qoymaq vaxtıdır” məqaləsində Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi və bu prosesdə tərəflərin mövqeləri və mövcud siyasi maneələr təhlil olunur. Müəllifin əsas fikri ondan ibarətdir ki, Ermənistanın bir sıra güzəştlərinə və diplomatik təşəbbüslərinə baxmayaraq, regionda davamlı sülhün əldə olunması üçün lazımi sayılan bir sıra tələblər müəyyən siyasi və hüquqi məsələlərdən asılıdır. Azərbaycanın 2023-cü ilin sentyabrında Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirməsindən sonra Ermənistan hökumətinin Qarabağ məsələsinə münasibəti dəyişib. Baş Nazir Nikol Paşinyan Dağlıq Qarabağın keçmiş institutlarına göstərilən maliyyə və siyasi yardımın dayandırılması, onların İrəvandakı nümayəndəliyinin bağlanması istiqamətində addımlar atdı. Eyni zamanda, ermənilərin Azərbaycana, azərbaycanlıların isə Ermənistana qayıtmasını sülhə mane ola biləcək bir təhlükə kimi qiymətləndirir. Bundan əlavə, Ermənistan hökuməti sülh sazişi imzalandıqdan sonra iki ölkə arasındakı sərhəd boyunca üçüncü tərəflərə məxsus olan qüvvələrin yerləşdirilməməsinə razılıq verib. İrəvan, həmçinin, öz suverenliyini qorumaq şərtilə Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin etməyə hazır olduğunu bildirib. Bu əvvəl 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanat çərçivəsində, daha sonra isə 2025-ci ilin avqustunda qəbul edilmiş Vaşinqton Bəyannaməsi çərçivəsində ifadə olunub. Məqalədə bildirilir ki, Azərbaycanın 2025-cü ilin sonlarından etibarən Ermənistanla benzin satışına başlaması, bundan əlavə, Rusiya və digər dövlətlərdən Ermənistana göndərilən malların Gürcüstan vasitəsilə dəmir yolu ilə Azərbaycan ərazisindən tranzitə icazə verməsi kimi atdığı mühüm addımlar təqdirəlayiqdir. Eyni zamanda, Bakı sülh sazişinin ratifikasiyasını Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə əlaqələndirir. Azərbaycan hesab edir ki, Ermənistan müstəqillik Bəyannaməsi Konstitusiyasında ərazi iddialarını ehtiva edən istinadlar var. Lakin Ermənistan Konstitusiya Məhkəməsi 2024-cü ildə bu istinadların konstitusiyada əksini tapmış müddəalarla məhdudlaşdığını bildirib. Müəllif hesab edir ki, bu məsələ sülh prossesində əsas maneələrdən birinə çevrilib. Məqalədə Azərbaycanın Ermənistana konstitusiyasına dəyişiklik etməsi ilə bağlı olan tələbi ilə ‘Qərbi Azərbaycan konsepsiyasını’ dəstəkləməsi arasında ziddiyyət olduğu vurğulanır. Müəllifin fikrincə, Ermənistan Azərbaycan Konstitusiyasında dəyişiklik tələb etmədiyi, Qarabağ ermənilərinin geri qayıtma məsələsini gündəmə gətirmədiyi və erməni qaçqınlarının məsələsini qaldırmadığı halda, Azərbaycanın Ermənistan üzərinə əlavə tələblər irəli sürmə prosesi çətinləşir. Digər bir mühüm məsələ Naxçıvan marşrutudur. Baxmayaraq ki, Ermənistan marşrut üzərindəki iddialarını davam etdirir, Azərbaycan hələ də ‘Zəngəzur Dəhlizi’ anlayışı müdafiə edir. Sərhəd yoxlamaları və tranzit qaydaları ilə bağlı fikir ayrılıqları iki ölkənin mövqeləri arasındakı əsas anlaşılmazlıqlardandır. Türkiyənin Ermənistanla normallaşan münasibəti Ermənistan-Azərbaycan sülh prosesindəki irəliləyişlə əlaqələndirilir. 2022-ci ildə Ermənistan və Türkiyə ilkin mərhələdə üçüncü ölkə vətəndaşlarının sərhəddən keçidinə icazə veriləcəyi təqdirdə, quru sərhədinin mərhələli şəkildə açılması barədə razılığa gəlmişdilər. Lakin 4 il keçməsinə rəğmən bu razılaşma hələ də reallaşmayıb. Ankara Azərbaycanla münasibətləri nəzərə alaraq Ermənistanla ehtiyatlı siyasət yürüdür. Müəllif hesab edir ki, bu yanaşma Türkiyənin Cənubi Qafqazda təsirini artırmaq və regionun logistika və enerji təsir vasitələrindən istifadə imkanlarına maneə ola bilər. Nəticə etibarilə, Məqaləyə əsasən Cənubi Qafqazda davamlı sülhün əldə olunması tərəflər arasında qarşılıqlı etimadın və əlaqələrin gücləndirilməsi, konstitusiya ilə bağlı fikir ayrılıqlarının həlli, eləcə də, marşrut və tranzit məsələləri üzərində suverenlik məsələsinin aydınlaşdırılması və Ermənistan-Türkiyə quru sərhədin açılması kimi bəzi mühüm faktorlardan asılıdır.
Open in Telegram🇹🇷🇵🇰🇸🇦 Con Kalabreze tərəfindən "The Conversation" platformasında dərc olunan məqalədə Səudiyyə Ərəbistanının yeni müdafiə sazişi və bu əməkdaşlığın Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətinə mümkün təsirləri təhlil olunur. Müəllif əsas diqqəti Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında müdafiə sahəsində əməkdaşlığın genişlənməsinə, eləcə də Qırmızı dənizdə yaranan təhlükələrin bu tərəfdaşlıq üçün yaratdığı sınaqlara yönəldir. Məqalənin əsas ideyalarından biri regionda təhlükəsizlik anlayışının artıq yalnız dövlətlərin öz sərhədlərini qoruması ilə məhdudlaşmamasıdır. Qırmızı dəniz və Bab əl-Məndəb boğazı beynəlxalq ticarət və enerji daşımaları baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə husilərin dəniz nəqliyyatına qarşı hücumları bu marşrutların təhlükəsizliyini ciddi problemə çevirib. Səudiyyə Ərəbistanı üçün bu vəziyyət həm iqtisadi maraqlarına, həm də regional mövqeyinə təsir göstərə bilər. Buna görə də Türkiyə və Pakistanla müdafiə əməkdaşlığının gücləndirilməsi ölkənin təhlükəsizlik imkanlarını genişləndirmək cəhdi kimi qiymətləndirilə bilər. Məqalədən belə nəticəyə gəlmək olar ki, yeni sazişin əhəmiyyəti yalnız hərbi əməkdaşlıqla bağlı deyil. Bu təşəbbüs həm də region ölkələrinin öz təhlükəsizlik məsələlərində daha müstəqil mövqe tutmaq istəyini göstərir. Bununla belə üç ölkənin maraqları hər məsələdə üst-üstə düşmür. Onların regional siyasətə yanaşmaları və təhlükələrə münasibətləri fərqlənə bilər. Buna görə də siyasi razılaşmanın real hərbi koordinasiyaya çevrilməsi asan olmayacaq. Bu əməkdaşlığın gələcəyini qiymətləndirərkən sazişin imzalanmasından daha çox, onun böhran vəziyyətində necə işləyəcəyinə diqqət yetirmək lazımdır. Dövlətlər arasında müdafiə razılaşması əldə etmək bir məsələdir, real təhlükə yarandıqda birgə hərəkət etmək isə tamam başqa məsələdir. Həmçinin belə bir təşəbbüsün ABŞ-ın regiondakı rolunu qısa müddətdə əvəz edəcəyini düşünmürəm. Daha çox, tərəflərin təhlükəsizlik sahəsində alternativ tərəfdaşlıqlar qurmaq və xarici dəstəkdən asılılıqlarını müəyyən qədər azaltmaq cəhdi kimi görünür. Nəticə etibarilə, Məkkə müdafiə sazişi regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli addımdır. Lakin onun həqiqi gücü verilən vədlərlə deyil, tərəflərin gələcəkdə göstərəcəyi konkret fəaliyyətlə müəyyən olunacaq. Məqalənin tam versiyası burada: https://theconversation.com/the-mecca-alliance-meets-the-red-sea-saudi-arabias-new-defense-pact-faces-its-first-major-test-292975
Open in Telegram🇮🇷🇺🇸 Aleks Vatankanın məqaləsində husilərin İran və ABŞ arasındakı qarşıdurmada artan rolu və bu hərəkatın Tehranın danışıqlardakı mövqeyinə necə təsir etdiyi araşdırılır. Müəllifin diqqət çəkdiyi əsas məqamlardan biri ABŞ-ın əvvəllər terror təşkilatı kimi tanıdığı husilərlə birbaşa danışıqlara başlamasıdır. ABŞ-ın vitse-prezidenti JD Vance də bu danışıqları təsdiqləyib. Vatankaya görə, Vaşinqtonun bu addımı mütləq geri çəkilmək anlamına gəlmir. Əksinə, ABŞ münaqişənin bütün regiona yayılmasının qarşısını almağa və müxtəlif cəbhələrdə yaranan gərginliyi ayrı-ayrılıqda idarə etməyə çalışa bilər. Məqalədə İranla husilər arasındakı münasibətlər də izah olunur. İran uzun müddətdir husilərə silah, texnologiya və hərbi təlimlə yanaşı siyasi dəstək göstərir. Bununla belə, müəllif husiləri yalnız İranın göstərişlərini yerinə yetirən qüvvə kimi təqdim etmir. Onların Yəmən daxilində öz maraqları da mövcuddur. Husilərin Səudiyyə Ərəbistanına qarşı təzyiqi artırması və Qırmızı dənizdəki gəmiçilik marşrutlarını təhdid etməsi İranın ABŞ-a qarşı mövqeyini gücləndirə bilər. Xüsusilə Hörmüz və Bab əl-Məndəb boğazlarında təhlükəsizliyin pozulması enerji daşımalarına və beynəlxalq ticarətə ciddi təsir göstərə bilər. Müəllif İran rəhbərliyi daxilində hərbi üstünlüyün necə istifadə olunması ilə bağlı fikir ayrılıqlarına da toxunur. Bir qrup bu üstünlüyü danışıqlarda siyasi qazanca çevirməyin tərəfdarıdır. Digərləri isə ABŞ-la danışıqların Vaşinqtona yenidən hücuma hazırlaşmaq üçün vaxt qazandıra biləcəyini düşünür. Vatanka İran-İraq müharibəsi zamanı Faw yarımadasının ələ keçirilməsini nümunə gətirərək hərbi uğurun ardınca həddindən artıq irəli getməyin təhlükələrini göstərir. Məqalənin əsas fikri ondan ibarətdir ki, hərbi təzyiq yaratmaqla həmin təzyiqdən siyasi nəticə əldə etmək eyni şey deyil. İran husilərin imkanlarından istifadə edərək ABŞ üçün əlavə çətinliklər yarada bilər, lakin münaqişənin daha çox cəbhəyə yayılması vəziyyətə nəzarəti çətinləşdirə bilər. Buna görə də əsas məsələ İranın mövcud üstünlüyünü davamlı siyasi nəticəyə çevirə bilib-bilməyəcəyidir. Məqalənin tam versiyası burada: https://en.majalla.com/node/333216/politics/houthis-iran%E2%80%99s-bargaining-chip-washington
Open in TelegramConnections
Similar channels
Жингяловхач@zhingalovhachPolitics1.17K
𝐓𝐢𝐭𝐚𝐧𝐥𝐚𝐫ı𝐧 𝐌𝐮̈𝐡𝐚𝐫𝐢𝐛ə𝐬𝐢@war_of_thetitansPolitics1.16K
𝐃𝐨𝐠𝐫𝐮𝐍𝐞𝐰𝐬 𝐀𝐳@dogru_newsazPolitics1.22K
MBH Media@m_b_h_elm_ve_tedris_shobesiPolitics1.23K
Qara Qutu@qara_qutu_azerbaycanPolitics1.11K
Орхан Мамедов@orxan_mamedov_rusPolitics1.11K
Азербайджан и международная аналитика@rovshanmejinfoPolitics1.28K
2030 Proqramı@program_2030Politics1.31K