🇦🇿Son vaxtlar Universitetlərə qəbul prosesində dəyişikliklər olacağına dair məlumatlar yayılır. ● Məlumatlarda bildirilir ki, ölkədə hazırkı qəbul sistemi çox çətindir, qəbuldan sonra universiteti bitirmək isə çox asandır. ● Elm və təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl verdiyi müsahibədə bildirmişdi ki, əslində universitetlərə qəbul asan, oxuyub bitirmək çətin olmalıdır. Çünki bir ixtisas sahibi olmaq dünyanın heç yerində rahat proses deyil.
Open in Telegram
Təhsil Xəbərləri
Operativ Xəbər kanalı Təhsil ilə bağlı rəsmi məlumatlar Online və əyani şəkildə bütün növ təhsil xidmətləri göstərilir. Əlaqə üçün: 0504132082
Average views per post by day
By publication day
Show as table
| Date | Avg views per post |
|---|---|
| Nov 21, 2026 | 2,650 |
| Nov 22, 2026 | 2,200 |
| Nov 23, 2026 | 1,852 |
| Nov 24, 2026 | 1,505 |
| Nov 25, 2026 | 1,540 |
| Nov 26, 2026 | 1,150 |
| Nov 27, 2026 | 1,102 |
| Nov 28, 2026 | 721 |
Most viewed this month
- Views2.65KForwards—Reactions4Comments—
- Views2.23KForwards—Reactions2Comments—
- Views2.17KForwards—Reactions2Comments—
- Views1.95KForwards—Reactions7Comments—
Latest posts
⚡️Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib. ● Nikahın pozulması halında ali məktəbdə təhsil alan uşağa aliment ödənişlərinin 18 deyil, 23 yaşa qədər uzadılması təklif edilib. 📍Milli Məclisin deputatı Məlahət İbrahimqızı Milli Məclisin bugünkü plenar iclasında çıxış edib. ●"Lakin nikahın pozulması halında aliment yalnız 18 yaşa qədər ödənilir. Belə olan halda ali məktəbə qəbul olan gənclərin təhsil xərcləri ilə əlaqədar dəstəyə ehtiyacı olur. Ona görə də, alimentin verilməsi müddətinin artırılmas məqsədəuyğun olardı." ✅ t.me/tehsil_xeber
Open in Telegram⚡Məleykə Abbaszadə tələbələrin "C" korpusu ilə bağlı şikayətlərinə münasibət bildirib, işçi qrupu yaradılıb. ● Rektor tələbələrin müraciətindən sonra məsələ ilə bağlı işçi qrupu yaradıb. ● İşçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun müvafiq tədbirlər görüləcək. ● Tələbələr magistral yolun, yaxınlıqdakı qəssabxananın və avtomobil yuma məntəqəsinin səsinin dərslərə mane olduğunu bildiriblər. ✅ t.me/tehsil_xeber
Open in Telegram⚡️Tibb Universitetinin yeni binası tikiləcək ● Azərbaycan Tibb Universitetinin 100 illik yubileyi çərçivəsində yeni binanın tikintisi nəzərdə tutulur. ● Həmçinin tələbə yataqxanalarının və üzgüçülük hovuzunun əsaslı təmiri, parkın yenilənməsi və liftlərin dəyişdirilməsi planlaşdırılır. ● Universitetdə müasir turniket, təhlükəsizlik və videomüşahidə sistemlərinin qurulması da nəzərdə tutulub. ✅ t.me/tehsil_xeber
Open in Telegram⚡️⚡️BDU tələbələri rektora şikayət etdilər: “Dərs zamanı diqqətimizi cəmləyə bilmirik” ▪️ Bakı Dövlət Universitetinin C korpusunda təhsil alan tələbələr magistral yolun, yaxınlıqdakı qəssabxananın və avtomobil yuma məntəqəsinin səs-küyündən narazıdırlar. ▪️ Tələbələr bildirirlər ki, 3-4 aydır davam edən problem dərs prosesinə mane olur və tədrisin keyfiyyətinə mənfi təsir göstərir. ▪️ Onlar rektor Məleykə Abbaszadəyə müraciət edərək problemin həllini istəyiblər.(Azərbaycan Tələbələri) ✅ t.me/tehsil_xeber
Open in Telegram⚡️Müharibə veteranları məktəblərdə dərs deyəcəklər ● Müvafiq təhsil tələblərinə cavab verən müharibə veteranları ümumi, peşə və orta ixtisas təhsili müəssisələrində çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə təyin oluna biləcəklər. ● Bu, Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də əksini tapıb. ● Əsasnaməyə görə, pedaqoji təhsili olmayan çağırışaqədərki hazırlıq rəhbərləri üçün Elm və Təhsil Nazirliyi tərəfindən pedaqogika, psixologiya və təlim strategiyaları üzrə kurslar təşkil ediləcək. ● Hərbi xidmət illəri isə onların pedaqoji stajına daxil ediləcək. ✅ t.me/tehsil_xeber
Open in Telegram⚡️ Bakı Biznes Universitetində pul qalmaqalı: "200 manata görə dərsdən qovurlar" ● Tələbələr iddia edirlər ki, illik təhsil haqqının 200-300 manatlıq qalıq hissəsini ödəmədikləri üçün dərslərə buraxılmırlar. ● Onların sözlərinə görə, əvvəlcədən ödənişləri imtahan sessiyasına qədər hissə-hissə etmək imkanı vəd olunub. ● Tələbələr bildirirlər ki, dərslərə buraxılmamaları davamiyyət limitini aşmalarına və fənlərdən kəsilmələrinə səbəb ola bilər. ● Universitet rəhbərliyindən məsələyə aydınlıq gətirilməsi və hissəli ödəniş imkanının saxlanılması tələb olunur. ✅ t.me/tehsil_xeber
Open in TelegramBu gün saat 18:00-dan 01:00-dək Mastercard kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0,01 AZN) istifadə edə biləcəklər. ● Kampaniya Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu metro və avtobusları əhatə edir. ● Müəyyən edilmiş saatlar ərzində güzəştli gedişlərin sayına məhdudiyyət tətbiq edilmir. ✅ t.me/tehsil_xeber
Open in Telegram⚡️Dövlət qulluğuna qəbul imtahanlarında suallar dəyişə bilər – DİM ● Dövlət qulluğuna qəbulda səriştə modelinin tətbiqi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. ● Yeni model üzrə imtahan qaydalarının hazırlanması üçün Nazirlər Kabinetinə 5 ay vaxt verilib. ● Azərbaycan dili, informatika və qanunvericilik suallarının imtahan proqramından çıxarılıb-çıxarılmayacağı hələ məlum deyil. ✅ t.me/tehsil_xeber
Open in Telegram