AI ChatbetaAccount

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

Elmi-Mədəni və ictimai-siyasi xəbərlər, təhlil və tənqid

Username
@tehlil_tenqid_tv
Category
News and media
Country
AzerbaijanAzerbaijan
Subscribers9,690−6 in 1 day
Avg views per post, 7d881last 7 days
ERR9.09%last 7 days

Subscribers, 30 days

Nov 23 – Nov 24−6 (−0.1%)

Show as table
DateSubscribers
Nov 23, 20269,696
Nov 24, 20269,690

Average views per post by day

By publication day

Show as table
DateAvg views per post
Nov 22, 20261,110
Nov 23, 2026837
Nov 24, 2026444

Most viewed this month

  1. 01

    🆘‼️🇦🇿Təcridxanada insident: Cavid Güləliyev qadın məhbusları təcavüzlə hədələdi Bəri başdan bu məqalədə yer alan vulqar ifadələrə görə üzr istəyirəm. Lakin Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyevin dediklərini və elədiklərini olduğu kimi bilməlisiniz ki, məhbusların yaşadığı dəhşəti anlayasınız. Hadisələr 20 noyabrda başladı. Axşam saatlarında Tibb-Sanitar Hissəsindəki kameraların nəfəslikləri eyni anda bağlandı. Göstəriş gəlmişdi ki, son "hicaba azadlıq" aksiyalarından həbs edilən qadınlardan ikisi – Nübar Həsənova və Nərgizxanım Məmmədova Lənkəranın Pentensiar Kompleksinə, digər bir nəfər isə təcridxananın qadınlar korpusuna köçürülsün. Kameralarını tərk etmək istəməyən qadın məhbusları zorla, sürüyə-sürüyə apardılar. Həmin axşam digər həbsdə olan qadınlar təklikdə oturaq etiraz aksiyası keçirdilər. Onlar inanclı qadınların aparılmasına qarşı çıxıb, onlarla əlaqə saxlamaq istədiklərini dedilər. Onlara söz verildi ki, sabah, yəni noyabrın 21-də həmin qadınlarla əlaqə saxlamağa icazə veriləcək. Amma vədlərinə əməl etmədilər. Ertəsi gün "Sançast"ın hazırkı rejim rəisi və baş nəzarətçisi gəlmədi. Əvəzində rəisin növbətçi köməkçiləri, axtarış şöbəsinin əməkdaşları və istintaq otağının nəzarətçisi göründü. Ardınca rəis müavini Cavid Güləliyev Tibb-Sanitar Hissəsinə gəldi. İnanclı qadınlar tələblərini ona da yüksək səslə deyir, kameranın qapısının döyəcləyirdilər. Güləliyev onların kamerasına yaxınlaşıb qapını hirslə təpikləməyə başladı. Əynindəki pencəyi soyunub, nəzarətçiyə inanclı qadınların qapısını açmağı tapşırdı. Dediklərini necə var, elə də yazıram: – "Aç qapını, indi girib ** bunların hamısını". Mən həmin vaxt təsadüfən dəhlizdə idim. Cavidin qadınlara zərər verəcəyindən qorxduğum üçün qarşısına keçib onu dayandırmağa çalışdım. Amma nə mənim, nə də "Meydan TV" işi üzrə həbs olunan qadın jurnalistlərin etiraz səsi bu canavarı dayandırmağa kifayət etdi. Jurnalistlərin saxlanıldığı kameraların nəfəslikləri bağlandı, yenicə ağır əməliyyatdan çıxmış Aynur Elgünəşin səhhəti pisləşdi. "Sən öl tapdalayaram səni. Mənə qadın kişi fərq eləmir", – Güləliyev mənə dedi. Doğrudan da iki dəfə üzərimə yeridi. Ümumiyyətlə, insanlıqdan çıxmışdı. Sərxoş olmadığı da istisna deyil, çünki nəfəsi spirt qoxuyurdu. Sonra deyəsən məni döyməyə "məcbur qalmamaq" üçün növbətçi zabitə oradan çıxarılmağımı tapşırdı. Zabit qolumdan tutub məni TSH-nin binasından çıxaranda, Cavid Güləliyevin qadınları söydüyünü hələ də eşidirdim. Əvvəlcə cərimə kamerasına aparılacağım deyilsə də, sadəcə təcridxananın həyətində saxlanıldım. Davamlı təkidlərimə baxmayaraq təcridxananın rəisi Elnur İsmayılovla görüşə bilmədim. Onun müəssisədə olmadığı deyildi. Amma Güləliyev bir ara İsmayılovu da yad elədi: – "Mən sizin üçün nə Elnur İsmayılovam, nə Ceyhun Hacıyev (rəis müavini) ki, nazınızla oynayım. Bundan sonra belədir", -Cavid Güləliyev qışqıra-qışqıra "Meydan TV"nin baş redaktoru Aynur Elgünəşə dedi. Güləliyevin göstərişi ilə təhqir etdiyi inanclı qadınlar axşamadək təkadamlıq kamerada ac-susuz saxlanılıblar. Təcridxana əməkdaşlarından biri onları hicablarını açmaqla hədələyib. Baş verənlərin ictimailəşməsindən çəkindikləri üçün saat 16:00-dək telefon xətti kəsilib, məhbusların əksəriyyəti zəng hüququndan məhrum olub. BİT-də məhbuslar azadlıqları ilə yanaşı, elementar insani münasibətdən də uzaq düşüblər. Yaşadığımız yerin vahiməsini təsəvvür edə bilirsiniz? İnsanlar qorxu içindədir. Bir qoçu rəis müavini o qədər hüquq tanımır ki, istədiyi məhbusu işgəncə verib, qadınlara təcavüzlə hədələyə bilir. Təcridxananın həyətinə çıxarıldığım zaman daha çox insanın eşidəcəyinə ümid edərək var gücümlə qışqırdım: "Cavid Güləliyev məhbuslara işgəncə verir. Bu alçaq qadınları təcavüzlə hədələyir!" İndi isə məsul şəxslərin, ələlxüsus da iki gün öncə Cavid Güləliyevi "yaxşı işlədiyinə" görə diplomla təltif edən Ədliyyə Naziri Fərid Əhmədovun eşidə biləcəyi qədər ucadan yazıram: Cavid Güləliyevi – bu manyakı dayandırın! Onun səlahiyyət sahibi olduğu yerdə heç kim təhlükəsizlikdə deyil. Dəhşətli hadisələrin qarşısını alın! - Fatimə Mövlamlı 😁T.T.Tv

    Photo
    Views1.61K
    Forwards—
    Reactions57
    Comments—
  2. 02

    ❗️Nəhayət, müharibə olacaq, yoxsa olmayacaq? Görünür, yenidən 1404-cü il Esfənd ayının 9-da (28 fevral 2026) başlayan son müharibədən əvvəlki vəziyyət hökm sürür; başqa bir müharibənin başlayıb-başlamayacağı ilə bağlı qeyri-müəyyənlik və tərəddüd mühiti. Bəzi müşahidəçilər müharibənin başlayacağını deyir, digərləri isə ABŞ-nin bu «nə müharibə, nə sülh» vəziyyətini, blokada və sanksiyaları davam etdirərək nəticələrini gözləyəcəyini düşünür. Halbuki, bu vəziyyətin özü də müharibə və müharibənin müəyyən səviyyəsidir. Əslində, «nə müharibə, nə sülh» vəziyyəti bir neçə onillik əvvəlki şəraitə uyğun idi. Lakin 12 günlük müharibənin, xüsusilə də son müharibənin başlamasından və qarşılıqlı, vaxtaşırı davam edən hücumların ardından artıq bu vəziyyəti «nə müharibə, nə sülh» adlandırmaq olmaz. Həmçinin, əgər hazırda müharibə getmirsə, İranın yeddi şərtindən birincisi – ABŞ-nin müharibənin başa çatmasına dair öhdəlik götürməsi tələbi – artıq gündəmdə olmayacaq. İndi sual budur: bu müharibə vəziyyəti 40 günlük müharibə səviyyəsinə qayıdacaq və yenidən İranın hər yerinə qarşı çox şiddətli hücumlar başlayacaq, yoxsa yox? Mən hesab edirəm ki, indiyədək belə bir müharibənin baş vermə ehtimalı razılaşma ehtimalından daha yüksəkdir. Hazırda tərəflərin tələbləri arasında çox böyük fərq var. Diplomatik fəallıq və vasitəçilik cəhdləri artmasına baxmayaraq, ciddi bir irəliləyişin əlaməti görünmür. İran öz şərtlərindən və tələblərindən geri çəkilmək üçün səbəb görmür. Tramp isə bu şərtlər əsasında əldə ediləcək razılaşmanı müharibədə məğlubiyyətin etirafı və bir növ təslimiyyət hesab edir. Amma reallıq həm də budur ki, ABŞ və İsraildəki müharibə tərəfdarlarının fikrincə, vaxt keçdikcə Tramp İranla daha bir ağır müharibəyə başlamaq üçün əlverişli zamanı əldən verir. Bu ehtimal müəyyən dərəcədə doğrudur. Belə bir qərar ABŞ Konqresinin yanvar ayında yeni fəaliyyətə başlaması ilə ciddi çətinliklər və maneələrlə üzləşəcək. Pedofil Trampın blokada və iqtisadi müharibə təzyiqi nəticəsində Tehranın mövqelərinin yumşalmasını gözləməsinin onun daha şiddətli müharibəyə qayıtmaqda tərəddüd etməsinin əsas səbəbi olması inandırıcı görünmür. Eyni zamanda, blokadanı bu müharibənin alternativi kimi seçərək müharibədən vaz keçməsi də o qədər ehtimal olunan variant deyil. Blokada da sanksiyalar kimi ABŞ üçün xərcsiz deyil; onun tətbiqi ABŞ xəzinəsinə gündəlik 32 milyon dollardan çox vəsaitə başa gəlir. Əgər bu xərci başqa bir ölkə və ya ölkələr qarşılasa belə, blokadanın həyata keçirilməsi üçün ABŞ-yə məxsus bu qədər texnikanın daim dənizdə saxlanılması və uzun müddət ərzində aşınmaya məruz qalması Vaşinqton üçün arzuolunan deyil. Trampın daha şiddətli müharibəyə qayıtmaqda «ləngiməsinin» arxasında, ehtimal ki, bir tərəfdən bu müharibənin nəticələrinə dair qeyri-müəyyənlik, digər tərəfdən isə region ölkələrinin və Ağ Ev daxilində müəyyən çevrələrin təzyiqi və lobbiçilik fəaliyyəti nəticəsində yaranmış tərəddüd dayanır. Bu baxımdan demək olar ki, hazırda belə bir müharibəyə Trampa təzyiq göstərənlər yalnız İsrail və Ağ Ev daxilindəki müəyyən çevrələrdir. 40 günlük müharibə zamanı isə vəziyyət belə deyildi. Əslində, Tramp başqa bir müharibənin arzuladığı nəticələri verəcəyinə əmin olsaydı, çoxdan başlamış olardı. Bununla belə, belə bir amilin Trampı müharibədən tamamilə çəkindirəcəyi ehtimalı azdır. Əksinə, hazırkı münaqişədə müharibə tərəfdarları ilə əleyhdarları arasındakı mübarizənin sonunda, az xərc tələb edən bir razılaşma üçün imkan olmadığı təqdirdə, Trampın bu müharibəyə başlamaq qərarı verməsi ehtimalı yüksəkdir. Bu tərəddüdün başqa bir səbəbi də taktiki ola bilər; xüsusilə də yeni sui-qəsdlər baxımından ən əlverişli əməliyyat fürsətini tapmaq məqsədi daşıya bilər. Ümumilikdə, İsrail və ABŞ-dəki daxili vəziyyəti nəzərə alaraq, qarşıdakı iki-üç həftə ərzində yeni bir hücumun baş vermə ehtimalı hələ də yüksəkdir. 😁https://t.me/Tehlil_Tenqid_tv

    Photo
    Views1.25K
    Forwards—
    Reactions17
    Comments—
  3. 03

    🆘‼️🇦🇿 Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir” Bu iddia “Abzas Media”nın həbsdə olan jurnalisti Elnarə Qasımovanın sözügedən həbsxanada saxlanılan məhkumlara istinadən qələmə aldığı yazısında yer alıb. Aprel ayında 4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Elgiz İsmayılov ədliyyə naziri Fərid Əhmədovun əmri ilə vəzifəsindən azad olunub. Onun yerinə 5 il əvvəl də bu müəssisəyə rəhbərlik etmiş Vaqif İsmayılov təyin olunub. E. Qasımovanın yazdığına görə, V. İsmayılovun bu müəssisədə ilk rəisliyi 1 il 2 ay çəkib və o, çoxsaylı şikayətlərdən sonra vəzifəsindən azad olunub. O, məhkumlara istinadən əlavə edir ki, V. İsmayılov müəssisəyə qayıtdıqdan sonra məhkumlar önündə ilk çıxışında vaxtilə barəsində edilmiş şikayətlərə eyham vuraraq bunu deyib: “Məndən şikayət etdiniz, nə oldu? Sizə demişdim, 1 günlük belə olsa, prinsip üçün bura qayıdacam. Köhnələr bilir, mən əvvəl döymüşəm. Amma indi döyməyəcəm. İndi “kars” var, dubinka var, qanun icazə verir. Bunlardan istifadə edəcəm”. Məhkumlar isə deyir ki, V. İsmayılov vəzifəyə qayıdandan 15 gün sonra qadın məhkumlardan birini elə öz kabinetində döyüb və “kars”a göndərib. “Vaqif İsmayılov “kars”dan döydüyü məhkumların yaralarını gizlətmək üçün istifadə edir. Qadınları döyür, yetirdiyi xəsarətlər görünməsin deyə onları “kars”a göndərir. Məhkumun bədənindəki zorakılıq əlamətləri keçəndən sonra “kars” müddəti də başa çatır. Beləcə, müəssisədəki hamının bildiyi həqiqətlərin izləri cərimə təcridxanasının otağında silinir”, - jurnalist yazıb. Məhkumlar ərizələrinin oxunduğuna və telefon danışıqlarının dinlənildiyinə görə rəisdən şikayət edə bilmədiklərini bildirib. İddiaya görə, V. İsmayılov məhkumlardan müəssisənin təmiri üçün pul toplayır, pul verməyənləri isə peşə məktəbinin yataqxanası kimi ayrılan, şəraiti daha pis olan binaya köçürür. Məhkumların ailələrindən də görüş və sovqata görə pul alındığı deyilir. “Əməkdaşlar sovqat gətirənlərdən soruşurlar ki, sənin üçün “şmonu” (axtarış-baxış) necə edim? Ailə 20-30 manat verirsə, sovqatı səliqəli yoxlayırlar. Pul vermirlərsə, sovqatdakı ərzaqları pis günə qoyurlar, məsələn, şirniyyatı parça-parça edirlər. Gətirilən sovqat çoxdursa, ya da görüşdə çox oturmaq istəyirlərsə, 40-50 manat verməlidirlər. Sovqatda bir əşyadan 2 ədəd varsa, əməkdaş deyir, birini saxlayıram, 15 gün sonra gələrsən. Bunun üçün 20 manat verməlisən. 50 manat verirsən, sənə gələn bağlamaya cihazdan baxırlar, pul verməyənlərin bağlamasını isə açıb yoxlayırlar". V. İsmayılov və Penitensiar Xidmət iddialarla bağlı ictimaiyyətə açıqlama verməyib. 😁https://t.me/Tehlil_Tenqid_tv

    Photo
    Views1.17K
    Forwards—
    Reactions53
    Comments—
  4. 04
    Views1.13K
    Forwards—
    Reactions39
    Comments—

Latest posts

#104149Photo
Views328−63%vs avg
Forwards—
Reactions17
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h184
2 h328
  1. After 1 hour184
  2. Total to date328
#104147Photo

❗️Kuh Kələnq əməliyyatının uğursuzluğu Suriya xəbərləri üzrə analitik kanalın məlumatına görə, 1405-ci il Aban ayının 14-də (5 noyabr 2026-cı il) səhər saatlarında, ABŞ-də aralıq seçkilərinin səslərinin sayıldığı, Respublikaçıların məğlubiyyətinin aydınlaşmasına baxmayaraq, hələ rəsmi nəticələrin elan olunmadığı bir gecədə ABŞ Natanz (Kuh Kələnq) nüvə obyektini hədəfə almaq üçün mürəkkəb əməliyyata başladı. ABŞ belə hesab edirdi ki, İran ABŞ seçkilərinin siyasi atmosferinə baş qarışdırıb və qəfil hücuma məruz qalacaq. Dörd B-2 bombardmançısı F-22 qırıcılarının müşayiəti ilə Hindistanın hava məkanından Pakistan səmasına daxil oldu. Marşrutun ortasında, Pakistan üzərində uçan və onlar da Hindistandan gələn yanacaqdoldurma təyyarələri vasitəsilə havada yanacaq doldurdular. Daha sonra istiqaməti cənub-şərqə dəyişərək, İran radarlarından yayınmaq və gözlənilməz marşrutdan istifadə etmək məqsədilə Lüt səhrası üzərindən Natanz istiqamətində hərəkət etdilər. İranın ölkənin cənub-şərqində yerləşən modernləşdirilmiş radarları, qonşu ölkələrdən birinin dağlarından alınan erkən xəbərdarlıq məlumatlarından istifadə edərək, təcavüzkar aviasiya dəstəsini aşkar etdi və onun marşrutunu komanda mərkəzinə ötürdü. Buna cavab olaraq, 8-ci qırıcı bazasından 6 F-14 havaya qalxdı. Onlardan 4-ü silahlanmış, 2-si isə radar funksiyasını yerinə yetirirdi. Daha sonra Zəhedan bazasından 4 qırıcı və Sarəvanın Aqab 44 bazasından bir neçə Phantom da onlara qoşuldu. (Ümumilikdə 14 təyyarə.) Bu döyüşdə İran əvvəlki təcrübələrini və yeni sistemlərin yerləşdirilməsini nəzərə alaraq, şəbəkə mərkəzli döyüşdən geniş şəkildə istifadə etdi. Bu, yerüstü radarların, qırıcıların və hava hücumundan müdafiə sistemlərinin bir-biri ilə əlaqələndirilərək vahid, inteqrasiya olunmuş şəbəkədə düşmənə qarşı mövqelənməsi demək idi. F-14 qırıcıları bombardmançı təyyarələri və F-22-ləri radar kilidinə aldı və bu kilid məlumatlarını real vaxt rejimində yerüstü sistemlərə ötürdü. Eyni zamanda, Pakistanın Bəlucistan bölgəsi üzərində uçan ABŞ AWACS təyyarələri radar kilidini aradan qaldırmağa çalışsalar da, buna nail ola bilmədilər. Düşmən aviasiya dəstəsi saat 02:40-da sərhədi keçərək ölkənin hava məkanına daxil oldu. Radar kilidini gördükdən sonra tərəddüd etmədən marşrutunu dəyişdi və saat 02:42-də İran sərhədlərini tərk edərək geri çəkildi. Bu hadisədən sonra İran Pakistan tərəfinə kəskin etirazını bildirdi. Pakistan əvvəlcə bunu inkar etdi, lakin radar sübutları və uçuş qrafikləri təqdim edildikdən sonra məcburən öz xəyanətini qəbul etdi. Bu, son bir neçə ay ərzində hücum, müdafiə, xüsusilə də hava qüvvələri və elektron müharibə sahələrində həyata keçirilən böyük işlərin yalnız bir nümunəsidir. Bu işlərin cüzi bir hissəsi Hörmüz boğazı üzərində ABŞ-nin qabaqcıl dronlarının və təyyarələrinin gündəlik vurulmasında müşahidə olunur. İran bir tərəfdən əvvəlki müharibələrdə düşmənin uçuş marşrutlarını və ölkəyə daxil olmaq üçün istifadə etdiyi radarların görmədiyi zonaları təhlil edərək, bu marşrutların bir çoxunu bağlayıb, digər tərəfdən, iki müharibə mərhələsinin təcrübəsi əsasında bəzi sistemlər modernləşdirilib və ya yenidən yaradılıb. Bu sistemlər öz imkanlarını hər gecə Hörmüz boğazında nümayiş etdirirlər. Yerli istehsalı vaxt aparan elektron müharibə və şəbəkə mərkəzli döyüş sistemlərinin bir hissəsi də boşluqları aradan qaldırmaq məqsədilə Çin və Rusiyadan idxal edilib. Hər halda, tərəflər arasında güc fərqi böyük olsa da, reallıq budur ki, bu gün müharibə ABŞ üçün 9 Esfənd (28 fevral) tarixindən daha çətindir. Məhz bu amillər ABŞ-ni müharibəyə başlamaq məsələsində tərəddüdə salıb. 😇https://t.me/Tehlil_Tenqid_tv

Open in Telegram
Views352−60%vs avg
Forwards—
Reactions13
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h222
2 h352
  1. After 1 hour222
  2. Total to date352
#104146Photo
Views623−29%vs avg
Forwards—
Reactions33
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h152
1 h268
3 h410
6 h623
  1. After 1 hour152
  2. After 6 hours623
  3. Total to date623
#104145Video
Views524−41%vs avg
Forwards—
Reactions49
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h22
2 h94
3 h180
7 h524
  1. After 6 hours524
  2. Total to date524
#104144Link preview
Views548−38%vs avg
Forwards—
Reactions23
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h89
1 h155
3 h252
7 h548
  1. After 1 hour155
  2. After 6 hours548
  3. Total to date548
#104143Video

Forwarded from MBH Avropa Nümayəndəliyi

https://t.me/mbh_avropanumayendeliyi

Open in Telegram
Views416−53%vs avg
Forwards—
Reactions17
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h134
1 h187
4 h267
6 h416
  1. After 1 hour187
  2. After 6 hours416
  3. Total to date416
#104142Photo
Views564−36%vs avg
Forwards—
Reactions12
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h144
1 h276
3 h462
6 h564
  1. After 1 hour276
  2. After 6 hours564
  3. Total to date564
#104141Video
Views573−35%vs avg
Forwards—
Reactions24
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h173
1 h300
3 h475
7 h573
  1. After 1 hour300
  2. After 6 hours573
  3. Total to date573
#104140Photo
Views594−33%vs avg
Forwards—
Reactions37
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h44
2 h385
4 h534
6 h594
  1. After 1 hour385
  2. After 6 hours594
  3. Total to date594

All posts

Connections