Posts of SeyyidSistani
🔴 Ayətullah Seyyid Əli Sistani (h) Sual: Qadının şalvarla birlikdə dizdən yuxarı olan köynək geyinməsi icazəlidirmi? Cavab: Əgər bu geyim qadının bədən cizgilərinin naməhrəm şəxsin qarşısında nəzərə çarpmasına və ya ümumi fitnəyə (günaha sövq edən cazibəyə) səbəb olarsa, icazəli deyil. https://telegram.me/SeyyidSistani
Open in Telegram📜Ayətullah Seyyid Əli Sistaninin (h) Ayətullah Şeyx Vəhid Xorasaniyə (r) vəfatı münasibətilə başsağlığı Bismilləhir-Rahmənir-Rahim «Həqiqətən, biz Allaha məxsusuq və Ona tərəf qayıdacağıq». Qum elmi hövzəsinin böyük ustadı, ilahi alim və böyük mərcə Ayətullah Hacı Şeyx Hüseyn Vəhid Xorasaninin (Allah ona rəhmət etsin) vəfat xəbərini dərin hüzn və təəssüf hissi ilə aldım. Mərhumun imamətin, məsum və pak Əhli-beytin (ə) vilayətinin müdafiəsində tutduğu yüksək məqam hamıya məlumdur. Onun tədris, tərbiyə, moizə və irşad kürsüsündə göstərdiyi misli az tapılan səyləri daim yaddaşlarda qalacaqdır. Allah-taala onu elmə və elm əhlinə göstərdiyi xidmətlərə görə ən gözəl şəkildə mükafatlandırsın, cənnətdəki dərəcəsini ucaltsın və onu Özünün seçilmiş bəndələri – Muhəmməd və onun pak Əhli-beyti (ə) ilə birlikdə məhşur etsin. Bu böyük müsibət münasibətilə başsağlığımı ilk növbədə Mövlamız Sahibəz-Zamana (Allah ruhlarımızı ona fəda etsin), elmi hövzələrə, mərhumun ailəsinə və sevənlərinə, xüsusilə də əziz və möhtərəm övladlarına, eləcə də bütün möminlərə bildirirəm. Uca Allahdan diləyirəm ki, bu böyük itkini və ağrılı müsibəti Öz lütfü ilə əvəz etsin. Həmçinin bu müsibətdən qəlbi yaralanan hər kəsə gözəl səbir və bol mükafat əta etsin. Güc və qüvvət yalnız Uca və Əzəmətli Allahdandır. 6 Cəmadiüs-sani 1448-ci il Əli əl-Hüseyni əs-Sistani
Open in Telegramإِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ [Həqiqətən, biz Allaha məxsusuq və Ona tərəf qayıdacağıq.] (Bəqərə, 156) ▪️ Əhli-beyt (ə) məktəbinin böyük alim və fəqihi, şiə məzhəbinə və elmi hövzəyə böyük xidmətləri olan rəbbani alim, böyük mərceyi-təqlid Ayətullah Şeyx Vəhid Xorasani (Allah ona rəhmət etsin) dünyasını dəyişdi. ▪️ Uca Allahdan diləyirik ki, onu Öz geniş rəhmətinə qərq etsin, Peyğəmbər (s) və onun pak Əhli-beyti (ə) ilə birlikdə məhşur etsin. ▪️ Bu münasibətlə İmam Zamana (ə.f) və bütün möminlərə başsağlığı veririk.
Open in Telegram📜 Qeyd: Xanım Zəhranın (s.ə) zikrini demək hər zaman müstəhəbdir. Lakin namazdan sonra və yatmazdan əvvəl demək isə təkid olunmuş müstəhəbdir.
Open in Telegram