AI ChatbetaAccount

Posts of 🇦🇿 OperativTVcom

newest first

#17991Text

Azərbaycanın tanınmış Əhlibeyt şairi Seyid Nürəddin vəfat etdi Əhli-beyt şairi, qəzəlxan və İmam Rzanın (ə) xidmətçisi Seyyid Hacı Nurəddin Dərafərin vəfat edib. Onun dünyasını dəyişməsi dini və ədəbi ictimaiyyət arasında kədərlə qarşılanıb. Dərafərin yaradıcılığının əsas istiqamətini Əhli-beyt (ə) irsinin və dini dəyərlərin təbliği təşkil edib. O, xüsusilə İmam Əli (ə), İmam Hüseyn (ə) və Kərbəla hadisəsinə həsr etdiyi şeir və mərsiyələrlə tanınıb. Şairin qəzəl və dini poeziya nümunələri müxtəlif nəşrlərdə dərc olunub. 2011-ci ildə Şəhriyarın xatirəsinə həsr etdiyi «Heydərbabaya» şeiri «Azərbaycan şərqşünaslığı» jurnalında yayımlanıb. Dərafərin dini fəaliyyəti ilə yanaşı, Əhli-beyt (ə) ənənələrinin Azərbaycan dilində yaşadılmasına töhfə verib. 2010-cu ildə Suraxanı rayonundakı Fatimeyi-Zəhra (s.ə.) məscidi ilə bağlı hadisələr zamanı saxlanılan şəxslər arasında onun da adı olub. O, sonrakı açıqlamasında polis idarəsində mərsiyəxanlıq fəaliyyətini dayandırmaq barədə tövsiyə aldığını bildirmişdi. 2011-ci ildə məktəblərdə hicabla bağlı məhdudiyyətlərə etiraz edən imzatoplama kampaniyasını da dəstəkləyib. Seyyid Nurəddin Dərafərinin yaradıcılığı dini poeziya və mərsiyə ənənəsi ilə bağlı irs kimi xatırlanacaq. Ağciyər xəstəliyindən əziyyyət çəkirmiş şair noyabrın 24-ü dünyasını dəyişib və o, Bakının Bülbülə qəsəbəsindəki məzarlıqda çox sayda insanın iştirakı ilə dəfn edilib. Allah rəhmət etsin!

Open in Telegram
Views42−58%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h13
1 h42
  1. After 1 hour42
  2. Total to date42
#17990Photo
Views35−65%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h13
1 h35
  1. After 1 hour35
  2. Total to date35
#17989Text

Leyla Yunus yeni QHT qanun layihəsini müstəqil təşkilatlara “sonuncu güllə” adlandırır Niderlandda yaşayan hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Milli Məclisdə müzakirə olunan QHT dəyişikliklərinin Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinin sonunu təsdiqlədiyini deyir: “Yeni qanun layihəsi müstəqil QHT-lərin son qalıqlarına vurulan sonuncu güllədir”. Leyla Yunus bu fikirləri Azadlıq Radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, hakimiyyət yalnız ona tam sadiq təşkilatları saxlamaq qərarına gəlib və bu qurumlar sovet dövründə hakim partiyanın xəttini dəstəkləyən ictimai təşkilatların rolunu oynayacaq. “Əvvəllər hakimiyyət heç olmasa qanunun rolunu imitasiya edir, QHT-ləri məhkəmə qərarı ilə bağlayırdı. İndi demokratiya oyununun bu son görüntüsünü də kənara atıblar”, - o deyib. Noyabrın 18-də parlamentdə müzakirəyə çıxarılan layihəyə görə, icra hakimiyyəti orqanı şəffaflıq, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı tələblərin pozulduğu hallarda QHT-nin fəaliyyətini məhkəmə qərarı olmadan bir ilədək dayandıra biləcək. Mövcud təşkilatlar qanun qüvvəyə mindikdən sonra 30 gün ərzində nizamnamələrini yeniləyib təkrar qeydiyyata müraciət etməli olacaq; müraciət etməyənlərin və qeydiyyatdan imtina alanların fəaliyyəti dayandırılacaq. Fond yaratmaq üçün minimum nizamnamə kapitalının 10 min manatdan 100 min manata qaldırılması da təklif olunur. Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” noyabrın 23-də yaydığı bəyanatda bu dəyişikliklərin hökumətə müstəqil qurumları dayandırmaq və ləğv etmək üçün daha geniş imkan verdiyini, layihədəki meyarların “sui-istifadəyə yol açan qeyri-müəyyən meyarlar” olduğunu yazıb. Təşkilat Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlıya noyabrın 19-da verilən 7 il 6 aylıq həbs cəzasını da “vətəndaş cəmiyyətinə növbəti zərbə” adlandırıb, ona qarşı irəli sürülən çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarının siyasi motivli göründüyünü bildirib. “Human Rights Watch” Azərbaycan hakimiyyətini layihəni geri götürməyə, Süleymanlını və qanuni fəaliyyətlərinə görə həbs edilən digər fəalları azad etməyə, ölkənin beynəlxalq tərəfdaşlarını isə Bakıdan birləşmək azadlığına dair öhdəliklərə əməl etməyi tələb etməyə çağırıb. Hakimiyyət bu bəyanata hələlik münasibət bildirməyib. Rəsmilər indiyədək oxşar tənqidləri rədd edərək ölkədə birləşmək azadlığının təmin olunduğunu və heç kəsin siyasi səbəblərə görə təqib edilmədiyini deyiblər. Leyla Yunus isə hesab edir ki, beynəlxalq tənqid kifayət deyil: onun fikrincə, Bakıya təzyiq artırılmalı, investisiya və qrantlar dayandırılmalı, sanksiyalar tətbiq olunmalıdır.

Open in Telegram
Views41−59%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h25
2 h41
  1. After 1 hour25
  2. Total to date41
#17988Photo
Views34−66%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h20
2 h34
  1. After 1 hour20
  2. Total to date34
#17987Text

Qazın qiyməti kəskin bahalaşdı: Soyuq hava və təchizat riskləri bazarı silkələyir Avropada təbii qazın qiyməti kəskin soyuq hava proqnozları və təchizatla bağlı yaranan risklər fonunda sürətlə artıb. Əsas qaz fyuçerslərinin qiyməti 8,6 faiz yüksələrək bir meqavat-saat üçün 96,075 avroya çatıb. Bloomberg agentliyinin məlumatına görə, bu, son bir gündən artıq müddətdə ticarət sessiyası ərzində qeydə alınan ən ciddi qiymət artımıdır. Bahalaşmaya Şimali Avropada havanın kəskin soyuması ilə bağlı proqnozlar, eləcə də ABŞ-ın İranla müharibəsi fonunda enerji təchizatında yaranan fasilələr və qeyri-müəyyənliklər təsir göstərib. Proqnozlara əsasən, bu həftə Şimal-Qərbi Avropada havanın temperaturu son 30 ilin orta göstəricisindən 3–5 dərəcə aşağı olacaq. Dekabrın əvvəlində isə temperatur fərqinin 5–8 dərəcəyə çatacağı gözlənilir. Soyuq hava dalğasının yaxın vaxtlarda Asiyaya da yayılması ehtimalı var. Bu isə dünya bazarında mayeləşdirilmiş təbii qaz (LNG) uğrunda rəqabəti daha da gücləndirə bilər. Çünki Avropa və Asiya ölkələrinin eyni vaxtda daha çox qaz almağa çalışması tədarükə olan tələbatı artıracaq. Bununla yanaşı, küləyin sürətinin azalması Almaniya, Danimarka və Niderlandda bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalının aşağı düşəcəyi ilə bağlı gözləntiləri gücləndirib. Bu amil də Avropanın enerji bazarında qiymət təzyiqini artırır. Qaz bazarındakı bahalaşma artıq elektrik enerjisinin qiymətlərinə də təsir edib. Almaniyada dekabr ayı üzrə elektrik enerjisi fyuçersləri 6,7 faiz, yanvar ayı üzrə müqavilələrin qiyməti isə 6 faiz artıb. Beləliklə, Avropada soyuq hava proqnozları, enerji təchizatı ilə bağlı risklər və külək enerjisi istehsalının azalacağı gözləntiləri qaz və elektrik enerjisi bazarlarında bahalaşmanı sürətləndirir.

Open in Telegram
Views43−57%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h5
2 h43
  1. After 1 hour43
  2. Total to date43
#17986Photo
Views33−67%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h5
2 h33
  1. After 1 hour33
  2. Total to date33
#17985Text
Views35−65%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h12
2 h35
  1. Total to date35
#17984Photo
Views31−69%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h10
2 h31
  1. Total to date31
#17983Text
Views30−70%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h22
1 h30
  1. After 1 hour30
  2. Total to date30
#17982Photo
Views29−71%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h20
1 h29
  1. After 1 hour29
  2. Total to date29
#17980Text

ABŞ Komissiyası Hindistanı müsəlmanları təqib etməkdə ittiham edir ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) Hindistan hakimiyyətini müsəlman vətəndaşlarını seçici siyahılarından çıxarmaqda və qanunsuz olaraq deportasiya etməkdə ittiham edib. 19 noyabrda verdiyi açıqlamada ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) Hindistan hakimiyyətini müsəlman vətəndaşlarını seçici siyahılarından çıxarmaqda, onları əcnəbi elan etməkdə və ölkədən deportasiya etməkdə ittiham edib. Reuters-in məlumatına görə, ölkə miqyasında aparılan yoxlamadan sonra təxminən 130 milyon insan ilkin seçici siyahılarından çıxarılıb. USCIRF sədri Asif Mahmud deyib: "Hindistan hökuməti müsəlman vətəndaşlarını seçici siyahılarından çıxarmaqla, onları "əcnəbi" adlandırmaqla və indi də qanunsuz olaraq deportasiya etməklə təqib edir." Komissiya üzvü Cin Mills ABŞ Dövlət Departamentini Hindistanı dini azadlıq pozuntularına görə xüsusi narahatlıq doğuran ölkələr siyahısına əlavə etməyə çağırıb. Məsləhətçi səlahiyyətlərə malik ikipartiyalı federal agentlik olan USCIRF-in bu açıqlamasına baxmayaraq, Reuters agentliyi ABŞ Dövlət Katibi Marko Rubionun oktyabr ayında siyahıların nəzərdən keçirilməsini Hindistanın daxili məsələsi kimi təsvir etdiyini bildirib. Hindistan Seçki Komissiyası nəzərdən keçirmənin səbəblərini izah edir Ölkə üzrə təxminən 130 milyon nəfər yenilənmiş seçici siyahılarının ilkin versiyalarına daxil edilməyən hər kəsi əhatə edir. Hindistan Seçki Komissiyası ölüm, ünvan dəyişikliyi, təkrar qeydiyyat və çıxarış üçün seçici ilə əlaqə saxlaya bilməmək kimi səbəbləri göstərib. Vətəndaşlar siyahıya əlavə olunmaq üçün müraciət edə və rədd cavablarına qarşı apelyasiya şikayəti verə bilərlər. Qərbi Benqal əyalətində seçici siyahılarından təxminən 9 milyon ad çıxarılıb. Yerli tədqiqat təşkilatı Sabar İnstitutunun hesablamalarına görə, əlavə nəzərdən keçirmədən sonra çıxarılan 2,7 milyon insanın təxminən 70 faizini müsəlmanlar təşkil edir. Müsəlmanlar ştat əhalisinin təxminən 27 faizini təşkil edir. Reuters agentliyi siyahılardan çıxarıldıqdan sonra qohumları saxlanılan, deportasiya edilən və ya vətəndaşlıq yoxlamaları üçün çağırılan 10 ailə ilə danışıb. Agentlik bildirib ki, bu şəxslərin Hindistan şəxsiyyət sənədləri və ya ailə qeydləri var. Hakim Bharatiya Janata Partiyası (BJP) yoxlamaları müdafiə edərək, onların səs vermək hüququ olan vətəndaşları hədəf almadığını iddia edib. Hindistan Xarici İşlər Nazirliyi əvvəllər ABŞ komissiyasının qiymətləndirmələrini qərəzli adlandırmışdı.

Open in Telegram
Views31−69%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h24
1 h31
  1. After 1 hour31
  2. Total to date31
#17979Photo
Views23−77%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h18
1 h23
  1. After 1 hour23
  2. Total to date23
#17978Text
Views25−75%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h21
1 h25
  1. After 1 hour21
  2. Total to date25
#17977Photo
Views22−78%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h17
1 h22
  1. After 1 hour17
  2. Total to date22
#17976Text

HRW QHT-lərə yeni məhdudiyyətləri və Bəşir Süleymanlıya verilən hökmü “vətəndaş cəmiyyətinə təzyiq” adlandırıb “Human Rights Watch” (HRW) Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklərin və vətəndaş cəmiyyəti fəallarına qarşı cinayət təqiblərinin təzyiqləri daha da artırdığını bildirib. Təşkilatın noyabrın 23-də yaydığı açıqlamada qeyd olunur ki, Milli Məclis noyabrın 18-də QHT-lərlə bağlı qanunvericiliyə geniş dəyişiklikləri təsdiqləyib. HRW-nin fikrincə, bu dəyişikliklər hakimiyyətin müstəqil təşkilatları dayandırmaq və ləğv etmək səlahiyyətlərini genişləndirir, yeni qeydiyyat tələbləri yaradır və onların fəaliyyətini daha da məhdudlaşdırır. Təklif olunan dəyişikliklərə əsasən, hakimiyyət orqanları məhkəmə qərarı olmadan, şəffaflıq və çirkli pulların yuyulmasına qarşı tələblərin pozulması kimi geniş şərh edilə bilən əsaslarla QHT-lərin fəaliyyətini bir ilədək dayandıra biləcək. Sənəddə həmçinin “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid” sayılan fəaliyyətlərə görə təşkilatların məhkəmə yolu ilə ləğv olunması üçün yeni əsaslar nəzərdə tutulur. HRW bu meyarların qeyri-müəyyən olduğunu və sui-istifadəyə açıq qaldığını vurğulayır. Mövcud QHT-lərə qanun qüvvəyə mindikdən sonra nizamnamələrini yeniləmək və yenidən qeydiyyatdan keçmək üçün 30 gün vaxt veriləcəyi bildirilir. Qeyri-kommersiya fondlarının yaradılması üçün tələb olunan minimum nizamnamə kapitalının isə 10 min manatdan 100 min manata çatdırılması təklif edilir. “Bu tələblər Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının yaradılması və fəaliyyətinin davam etdirilməsi üçün əlavə maneələr yaradar”, - HRW bəyan edib. Təşkilat qeyd edib ki, qeydiyyat və xarici maliyyələşmə ilə bağlı qüvvədə olan məhdudiyyətlər artıq bir sıra müstəqil qurumların bağlanmasına və ya fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmasına səbəb olub. HRW həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları ilə bağlı işlərdə dəfələrlə birləşmək azadlığının pozulduğunu müəyyən etdiyini xatırladıb. Açıqlamada noyabrın 19-da Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının 7 il 6 ay azadlıqdan məhrum edilməsi də qeyd olunub. HRW onu xarici maliyyələşmə ilə bağlı yenidən açılmış araşdırma çərçivəsində siyasi motivli ittihamlarla mühakimə olunan fəallardan biri kimi qiymətləndirib. Təşkilat eyni istintaq çərçivəsində Asəf Əhmədovun 8 il, Zamin Zəkinin 7 il 3 ay, seçki monitorinqi üzrə ekspert Anar Məmmədlinin isə 13 il həbs cəzası aldığını bildirib. HRW Azərbaycan hakimiyyətini qanun dəyişikliklərini geri götürməyə, Bəşir Süleymanlı və legitim fəaliyyətinə görə həbs olunduğunu bildirdiyi digər vətəndaş cəmiyyəti nümayəndələrini azad etməyə çağırıb. “Azərbaycanın beynəlxalq tərəfdaşları hökumətə birləşmək azadlığını qorumaq öhdəliyini yerinə yetirməsi üçün təzyiq göstərməlidir”, - təşkilat bildirib.

Open in Telegram
Views35−65%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h27
2 h35
  1. After 1 hour27
  2. Total to date35
#17975Photo
Views33−67%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h27
2 h33
  1. After 1 hour27
  2. Total to date33
#17974Textedited

Qurani-Kərimin Belarus dilinə tərcüməsi təqdim edildi Belarusun paytaxtı Minsk şəhərindəki məsciddə müqəddəs Qurani-Kərimin Belarus dilinə tərcüməsinin təntənəli təqdimat mərasimi keçirilib. Tədbirdə mədəniyyət dairələrinin nümayəndələri və İslam mövzusu ilə maraqlanan şəxslər iştirak ediblər. “Müqəddəs Quran: ərəb dilində mətn və mənaların tərcüməsi” adlı nəşr Aliksi İsmail Kriots və David Radkoviçin birgə əməyinin nəticəsidir. Kitabın hazırlanmasında belaruslu şairə Oksana Sprinçan da iştirak edib. O, sosial şəbəkə hesablarında nəşrin işıq üzü gördüyünü bildirib və Quranın mənalarının Belarus dilində yayılmasında iştirak etmək imkanından məmnunluğunu ifadə edib. Bu nəşrə Quranın ərəb dilində orijinal mətni, ayələrin mənalarının Belarus dilinə tərcüməsi, eləcə də izahedici şərhlər daxildir. Belarus Şərqi Avropada yerləşən, ərazisi təxminən 207 600 kvadratkilometr, əhalisi isə 9,1 milyondan çox olan dövlətdir. Ölkə şərqdə və şimal-şərqdə Rusiya, cənubda Ukrayna, qərbdə Polşa, şimal-qərbdə isə Litva və Latviya ilə həmsərhəddir. Statistik məlumatlara əsasən, Belarusda 100 minə yaxın müsəlman yaşayır. Tatarlar ölkənin ən böyük etnik müsəlman azlığını təşkil edirlər. Quranın Belarus dilinə tərcüməsinin nəşr olunması ölkə əhalisinin Quran biliklərinə çıxış imkanlarının genişləndirilməsi və Belarus cəmiyyətində İslamın mədəni mövcudluğunun möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.

Open in Telegram
Views125+24%vs avg
Forwards—
Reactions1
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h11
1 h32
4 h61
6 h125
  1. After 1 hour32
  2. After 6 hours125
  3. Total to date125
#17973Photodeleted
Views55−45%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h10
1 h29
4 h55
  1. After 1 hour29
  2. Total to date55
#17972Text

ABŞ Konqresinin üzvü və beynəlxalq təşkilatlar həbsdəki jurnalist Fərid Mehralızadəyə azadlıq tələb edib Azadlıq Radiosunun həbsdə olan əməkdaşı, iqtisadçı Fərid Mehralızadənin noyabrın 22-də 32 yaşı tamam olub. Həmin gün bir neçə beynəlxalq insan haqları və media təşkilatı, eləcə də ABŞ Konqresinin üzvü onun azad edilməsini tələb edib. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Avropa və Mərkəzi Asiya bölməsi X platformasında yazıb ki, Mehralızadə doğum gününü həyat yoldaşı və azyaşlı qızı ilə keçirmək əvəzinə jurnalist fəaliyyətinə görə cəzalandırılır. “Human Rights Watch” insan haqları təşkilatı və ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası da eyni çağırışı edib. “Amnesty International USA” təşkilatı isə Mehralızadə ilə yanaşı, “saxta, siyasi motivli ittihamlarla” Azərbaycanda saxlanılan və ya məhkum edilən bütün hüquq müdafiəçilərinin, fəalların, jurnalistlərin və hökumət tənqidçilərinin azad edilməsini istəyib. ABŞ Konqresinin Azərbaycan üzrə qrupunun həmsədri, respublikaçı Robert Aderholt yazıb: “Fəridin iki il əvvəl tutulması açıq-aşkar siyasi motivli idi və ABŞ-Azərbaycan münasibətlərinin daha məhsuldar inkişafına zərbə vurur. O, azadlığa buraxılmalıdır”. Sentyabrda üç ABŞ senatoru da Tramp administrasiyasını siyasi məhbusların azadlığını Strateji Tərəfdaşlığın şərti kimi irəli sürməyə çağırmışdı. Mehralızadə 2024-cü il mayın 30-da “Abzas Media” işi çərçivəsində saxlanılıb, ona qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və vergidən yayınma ittihamları irəli sürülüb. Məhkəmə onu 9 il həbs cəzasına məhkum edib. Jurnalist və vəkilləri ittihamları rədd edir. Azərbaycan hökuməti ölkədə heç kimin peşə fəaliyyətinə və ya siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayətlərə görə məsuliyyətə cəlb edildiyini bildirir. Yerli hüquq müdafiəçilərinin siyahısına görə, hazırda ölkədə 328 siyasi məhbus var.

Open in Telegram
Views131+30%vs avg
Forwards—
Reactions1
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h5
2 h84
3 h108
6 h131
  1. After 1 hour84
  2. After 6 hours131
  3. Total to date131
#17970Photo

Yüzlərlə siyasi məhbusu olan ölkə ATƏT-ə sədrlik edə bilməz QHT-lər ATƏT iştirakçısı olan dövlətləri Azərbaycanın sədrliyə namizədliyini qəbul etməməyə çağırıb. Beynəlxalq vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanın 2027-ci ildə ATƏT-ə sədrlik etməsi ehtimalına qarşı çıxaraq təşkilata üzv dövlətləri bu namizədliyin qarşısını almağa çağırıblar. Human Rights House Foundation-un noyabrın 23-də yaydığı məlumata görə, qurumun təşəbbüsü ilə 45 beynəlxalq vətəndaş cəmiyyəti təşkilatı ATƏT-ə üzv dövlətlərə birgə müraciət ünvanlayıb. Müraciətdə Azərbaycanın ATƏT-in fəaliyyətdə olan sədri vəzifəsinə mümkün namizədliyinə etiraz bildirilib və iştirakçı dövlətlərdən belə bir qərarın qəbul edilməsinə imkan verməmək tələb olunub. Təşkilatlar hesab edirlər ki, Azərbaycan hökuməti insan hüquqları, təhlükəsizlik və ətraf mühit məsələlərində etibarlı tərəfdaş deyil və ATƏT kimi beynəlxalq təşkilata rəhbərlik etmək üçün zəruri öhdəlikləri yerinə yetirmir. Bəyanatda qeyd olunur ki, 19 noyabr 2026-cı ildə ATƏT-in Daimi Şurasında 2027–2029-cu illər üzrə sədrliyin təşkili məsələsi müzakirə edilib. Bu müzakirələr zamanı Azərbaycanın da 2027-ci ildə sədrliyi üzərinə götürmək niyyətini ifadə etdiyi bildirilib. Müraciət müəllifləri Azərbaycanda 2013-cü ildən etibarən müstəqil vətəndaş cəmiyyətinə, qeyri-hökumət təşkilatlarına, media qurumlarına və hüquq müdafiəçilərinə qarşı təzyiqlərin artdığını iddia edirlər. Onların fikrincə, 2023-cü ilin sonundan etibarən bu proses daha da intensivləşib. Bəyanatda Azərbaycan hüquq müdafiəçilərinin məlumatlarına istinadən ölkədə 300-dən çox siyasi məhbusun olduğu bildirilir. Həmçinin jurnalistlərin, vəkillərin və vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətlərinə görə təqiblərlə üzləşdiyi vurğulanır. Təşkilatlar Avropa İnsan Hüquqları Məhkəməsi, Avropa Şurasının Venesiya Komissiyası və BMT-nin İşgəncələrə Qarşı Komitəsinin Azərbaycanla bağlı əvvəlki qiymətləndirmələrinə də diqqət çəkiblər. Müraciətdə Avropa Parlamentinin 2026-cı ilin oktyabrında Azərbaycanda milli təhlükəsizlik qanunvericiliyindən qeyri-hökumət təşkilatlarını və medianı susdurmaq məqsədilə istifadə edilməsini, eləcə də müxalif və tənqidi səslərə qarşı təzyiqləri pisləyən qətnamə qəbul etdiyi xatırladılır. Bundan başqa, Avropa Şurası Parlament Assambleyasının 2026-cı ilin iyununda qəbul etdiyi qətnamədə Azərbaycanda müstəqil medianın fəaliyyətinin məhdudlaşdırılması, siyasi məhbuslarla bağlı narahatlıqlar və vətəndaş cəmiyyətinin fəaliyyətinə maneələr məsələlərinin gündəmə gətirildiyi qeyd olunur. Bəyanat müəllifləri ATƏT-in Media Azadlığı üzrə nümayəndəsinin də Azərbaycan hakimiyyətinin media işçilərinə qarşı təzyiqlərini pislədiyini bildirirlər. Sənədin sonunda təşkilatlar ATƏT iştirakçısı olan dövlətləri Azərbaycanın namizədliyini qəbul etməməyə və ölkənin təşkilata sədr seçilməsinə qarşı çıxmağa çağırıblar. Müraciəti imzalayanlar arasında Human Rights House Foundation, Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), World Organisation Against Torture (OMCT), Norwegian Helsinki Committee, Human Rights Watch-un tərəfdaş qurumları, Belarus, Ukrayna, Gürcüstan, və digər ölkələrin insan hüquqları təşkilatları, eləcə də Azərbaycanın İnsan Hüquqları Mərkəzi və Müstəqil Hüquqşünaslar Şəbəkəsi var. Qeyd edək ki, ATƏT-in hazırkı sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassis noyabrın 19-da təşkilatın 2027–2029-cu illər üzrə sədrliyi ilə bağlı üçillik həll paketini təqdim edib. ATƏT-in rəsmi məlumatına görə, Ermənistan, Avstriya, Azərbaycan və Norveç gələcək sədrliyi öz üzərinə götürməyə hazır olduqlarını bildiriblər. Kipr və Gürcüstan isə əvvəlki namizədliklərini bir daha təsdiqləyiblər. Sədrliyin müəyyənləşdirilməsi üçün ATƏT-in 57 iştirakçı dövlətinin konsensusu tələb olunur. Bu məsələ ilə bağlı müzakirələrin dekabrın 3–4-də İsveçrənin Luqano şəhərində keçiriləcək ATƏT Nazirlər Şurasının iclası ərəfəsində davam etdirilməsi nəzərdə tutulur.

Open in Telegram
Views117+16%vs avg
Forwards—
Reactions1
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h12
2 h77
4 h97
6 h117
  1. After 6 hours117
  2. Total to date117
#17968Photo
Views95−5%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h26
1 h47
4 h82
6 h95
  1. After 1 hour47
  2. After 6 hours95
  3. Total to date95
#17966Photo
Views88−12%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h29
1 h44
4 h76
6 h88
  1. After 1 hour44
  2. After 6 hours88
  3. Total to date88
#17964Link preview
Views56−44%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h22
1 h32
3 h49
7 h56
  1. After 1 hour22
  2. After 6 hours56
  3. Total to date56
#17963Photo

Tramp TRIPP layihəsinin başlanması münasibətilə Əliyev və Paşinyana təşəkkür edib ABŞ prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında rol oynadığını bildirib. O, TRIPP layihəsinin rəsmi başlanması münasibətilə Ermənistanı təbrik edib və baş nazir Nikol Paşinyanı gələn il Ağ Evə dəvət edib. Tramp bu barədə layihənin praktiki icra mərhələsinin başlanmasına həsr olunmuş videomüraciətində danışıb. “Ermənistandakı hər kəsi bu sevindirici hadisə - ‘Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu’ layihəsinin rəsmi başlanması münasibətilə təbrik edirəm. Bununla çox fəxr edirəm. Dostum, baş nazir Paşinyanı cəsarətli liderliyinə görə təbrik etmək istəyirəm. O, sülh yolunu seçdi və Ermənistanla Azərbaycan arasında uzunmüddətli münaqişəyə son qoymaq üçün bizimlə çalışdı. Bu münaqişə 35 ildən artıqdır saysız-hesabsız əzablara səbəb olub. Bir çoxları həll yolu tapmağa çalışıb, lakin buna nail ola bilməyib. Biz isə bunu bacardıq və ötən il Ağ Evdə tarixi sülh sazişi imzaladıq”, - Tramp bildirib. ABŞ prezidenti deyib ki, TRIPP layihəsi və yeni inkişaf şirkətinin fəaliyyətə başlaması regionda malların və enerji resurslarının daşınması, eləcə də insanların hərəkəti üçün yeni marşrutlar yaradacaq. Tramp layihənin həyata keçirilməsinə töhfə verdiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Nikol Paşinyana təşəkkür edib. O, hər iki liderin onu Nobel Sülh Mükafatına namizəd göstərməsinə görə də minnətdarlığını bildirib. TRIPP “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi 2025-ci il avqustun 8-də Vaşinqtonda İlham Əliyev, Nikol Paşinyan və Donald Trampın iştirakı ilə imzalanan üçtərəfli bəyannamə çərçivəsində gündəmə gəlib. Sənəddə Ermənistan ərazisində TRIPP layihəsinin həyata keçirilməsi üçün çərçivənin hazırlanması nəzərdə tutulur. Ermənistan və ABŞ 2026-cı il yanvarın 14-də layihənin icra çərçivəsini açıqlayıb. Mayın 26-da iki ölkə arasında TRIPP üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb. Ermənistan parlamenti sazişi oktyabrın 28-də ratifikasiya edib. Noyabrın 6-da Azərbaycan, Ermənistan və ABŞ layihənin irəlilədilməsi üçün üçtərəfli texniki planlaşdırma qruplarının yaradıldığını açıqlayıb. İlk qrupların nəqliyyat və elektrik enerjisinin ötürülməsi məsələləri üzrə fəaliyyət göstərməsi nəzərdə tutulur. Ermənistan prezidenti Vaaqn Xaçaturyan isə ratifikasiya qanununu noyabrın 12-də imzalayıb. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistanın Sünik vilayəti vasitəsilə nəqliyyat əlaqəsinin yaradılmasını, eləcə də regionda daha geniş kommunikasiya imkanlarının inkişafını nəzərdə tutur. Ermənistan tərəfi layihənin ölkənin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində həyata keçiriləcəyini bildirib.

Open in Telegram
Views113+13%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h38
2 h57
3 h90
7 h113
  1. After 1 hour38
  2. After 6 hours113
  3. Total to date113
#17961Photo

Forwarded from MBH Media

❗️Fürsət burulğanında On bir il öncə “Nardaran hadisəsi” kimi tanınan qanlı olay baş verəndə çoxları bunun ölkədə yeni həbs dalğasına yol açacaq bir sınaq kimi ortaya çıxmasını təsəvvür belə etmirdi. Arxasında bir çox dövlət cinayətinin gizləndiyi həmin gün efirdə kimlərinsə ləkələmə oyununa hesablanan böyük şou nümayiş etdirildi və kütləni inandırmaq üçün bu şou məharətlə oynanıldı. Az sayda insan istisna olmaqla, hətta məhkəmə prosesində ittihamların saxta olduğunu sübut edən dəlillər ortaya qoyulmasına baxmayaraq, bəzi sadəlövh dostlarımız belə bu işin həqiqətinə müxtəlif ittiham pərdələri asa bildilər. İllər keçib. Artıq uzun bir zamanı geridə qoyduğumuz bu müddət ərzində neçə-neçə ağlagəlməz, qurama “cinayət”ə şahidlik etdik. Ölkənin siyasi həbs siyahısı durmadan artmağa davam edərkən, ilk növbədə fikir və güc sahibləri, siyasi və sosial nüfuz daşıyıcıları bir zamanlar inandıqları bu oyunun qurbanına çevrildilər. Təsəvvürəgəlməz bir acı cəmiyyətimizi qütbləşmiş, təkdüşüncəli və monoton bir hala gətirdi. Liderlər, siyasi fikir daşıyıcıları, cəmiyyətdə fərqli ideoloji düşüncələrin formalaşmasına təkan verəcək şəxslər ya susduruldu, ya sürgünə məhkum edildi, yaxşı halda həbs olundu, pis halda isə öldürüldü. O zaman baş verənləri az qala hər birimiz öz evimizdə yaşamağa başladıq. Əgər kimsə siyasi həbslərin statistik göstəricilərini çıxarmağa çalışsa, bu müddət ərzində nə qədər insanın konstitusion quruluşu dəyişdirmək, çevrilişə cəhd kimi ittihamlarla məhkəmə qarşısına çıxarıldığının şahidi olar. Artıq “hamınızın qapısı döyüləcək, vaxt var ikən dayanın” çağırışı bu gün, doğrudan da, hər kəsin qapısını döydü. Günümüzdə bütün ölkə keçmiş sovet sistemi kimi gərgin, qadağalarla zəngin, vergilərlə sərt, qanunların yetərsiz olduğu bir vəziyyətlə üz-üzə qalıb. Dünən mətbuatda troll qoşunları yetişdirən Əli Həsənovlar bu gün Allaha yalvarırlar ki, mətbuat onları unutsun, barələrində bir sətir belə dərc etməsin, gecə yarısı onların da qapısı döyülməsin. Vergi hakimləri, icra başçıları, generallar və daha kimlər, kimlər bu siyahıda eyni vahiməni yaşayırlar. “Tale tələsdi” deyənlər yaxşı halda ölkə hüdudlarından kənara köçməyə məcbur oldular. Digərləri isə ümidsizcə öz qız övladlarının üzünə baxmağa xəcalət çəkərkən, bu on bir ildə sərtləşən dini məhdudiyyətlərin yaratdığı mənzərə ilə üzləşirlər. Bu sistem “İran casusu” damğası vuraraq inanclı insanlara öz dini dəyərlərini yaşamağa imkan vermədiyi kimi, “Avropa casusu” damğası ilə demokratları da şərləyərək ölkəni onlar üçün də cəhənnəmə çevirdi. İlk olaraq bizi, bu gün isə hamını eyni dəyirmanda üyüdən hakimiyyət dinlini dinsizə, türkü pantürkə, demokratı inanclıya, ağını qaraya — bir sözlə, bir-birini qarşı-qarşıya qoyaraq düşmən obrazına çevirdi. Nəticədə bu gün yaranmış dərin böhranlı vəziyyət heç kəsi bu məşəqqətdən amanda qoymur. Bəlkə də ətrafı qaranlıq bürüyən bu fəzada hələ çox zəif bir işartı, son şölələr sönmədən yanır. Onun alovlanması, böyük bir atəşə çevrilməsi, eyni səhvlərə yol vermədən, keçmişdən ibrət alaraq nəticə çıxarmaq üçün bir daha düşünmək fürsətindəyik. 26 noyabr Nardaranda baş verən həmin qanlı hadisədən düz on bir il ötür… ➡️MBH Media

Open in Telegram
Views112+12%vs avg
Forwards—
Reactions1
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h14
1 h24
4 h51
7 h80
24 h112
  1. After 1 hour14
  2. After 6 hours80
  3. After 24 hours112
  4. Total to date112
#17960Text
Views127+26%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h13
1 h24
3 h58
6 h87
25 h127
  1. After 1 hour24
  2. After 6 hours87
  3. After 24 hours127
  4. Total to date127
#17959Photo
Views111+11%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h13
1 h23
3 h55
6 h76
25 h111
  1. After 1 hour23
  2. After 6 hours76
  3. After 24 hours111
  4. Total to date111
#17958Text
Views99−1%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h21
1 h28
3 h55
6 h73
25 h99
  1. After 1 hour28
  2. After 6 hours73
  3. After 24 hours99
  4. Total to date99