Account
Azərbaycan Respublikasının Baş Prokurorluğu

Verified

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi Telegram kanalı

Username
@prokurorluq
Category
Law
Country
AzerbaijanAzerbaijan
Subscribers2,765
Avg views per post, 7d157last 7 days
ERR5.69%last 7 days

Average views per post by day

By publication day

Show as table
DateAvg views per post
Nov 26, 2026209
Nov 27, 2026160
Nov 28, 202699

Most viewed this month

  1. 01

    No text

    Photo
    Views209
    Forwards—
    Reactions1
    Comments—
  2. 02

    Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) 20-ci ildönümünə həsr olunmuş İllik Konfransında iştirak edib Cari il 25-26 noyabr tarixlərində Mərakeş Krallığında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) yaradılmasının 20-ci ildönümünə həsr olunmuş İllik Konfrans və təlim seminarı keçirilib. Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Rayonunun Korrupsiyaya qarşı Müstəqil Komissiyası (ICAC) və Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının (INPPLC) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə qlobal antikorrupsiya ictimaiyyətinin rəhbər şəxsləri, praktiki mütəxəssisləri və ekspertləri bir araya gəliblər. Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, Bəhruz Əhmədov, Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini, Qasım Məmmədov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Mehman Hümmətov və Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Əflatun Hüseynovdan ibarət nümayəndə heyəti təmsil ediblər. Tədbir zamanı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Bazel İdarəetmə İnstitutu, Beynəlxalq Antikorrupsiya Akademiyası və müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən korrupsiyaya qarşı mübarizənin aktual çağırışları müzakirə edilmişdir. Panel sessiyalarında rəqəmsal həllərin və süni intellektin tətbiqi, ekoloji cinayətlərə və təbii resurslardan qanunsuz istifadəyə qarşı mübarizə, həmçinin antikorrupsiya mexanizmlərinin effektivliyinin təhlili üzrə qabaqcıl beynəlxalq təcrübə paylaşılıblar. Tədbirin ikinci günündə nümayəndə heyətimiz “Korrupsiyaya qarşı mübarizədə süni intellektdən istifadə” mövzusunda müzakirələrə qatılıb. Məruzələrdə transsərhəd korrupsiya hüquqpozmaları ilə mübarizədə rəqəmsal transformasiyanın əhəmiyyəti, süni intellekt əsaslı həllərin tətbiqi strategiyaları və qabaqcıl beynəlxalq təcrübənin milli səviyyədə uyğunlaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində, həmçinin, Hərbi prokuror Bəhruz Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığının Baş prokuroru Hicham El Blaoui və Krallığın Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının (INPPLC) prezidenti Məhəmməd Benalilu ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı antikorrupsiya, hüquq-mühafizə sahəsində qarşılıqlı maraq doğuran ümumi məsələlər və süni intellektin tətbiqi imkanları ətrafında geniş fikir mübadiləsi aparılmış, qurumlar arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək inkişaf perspektivləri müzakirə olunub.

    Text
    Views171
    Forwards—
    Reactions1
    Comments—
  3. 03

    No text

    Photo
    Views159
    Forwards—
    Reactions3
    Comments—
  4. 04
    Views149
    Forwards—
    Reactions—
    Comments—

Latest posts

#17740Text

Open in Telegram
Views171+9%vs avg
Forwards—
Reactions1
Comments—
#17739Video
Views149−5%vs avg
Forwards—
Reactions—
Comments—

All posts

Connections