Bakıda, Səbail rayonunda Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən tarixi abidənin giriş qapısı əvvəlki yerinə qaytarılır. Dövlət Xidmətinin məlumatına görə, tarixi qapı 2025-ci ildə bərpa edilərək quraşdırılsa da, 2026-cı ilin oktyabrında sökülərək şüşə konstruksiya ilə əvəz edilib. Qapının ilkin görünüşü qorunmaqla yenidən bərpa işləri aparılır. Qanunvericiliyin pozulması ilə bağlı inzibati protokol da tərtib edilib. 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in TelegramPosts of Oxu.Az
🥀 Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir. 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in Telegram⚽️ Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim etdi Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskasa ölkəsinin “Diplomatiya ulduzu” mükafatını təqdim edib. Nazir bu barədə “X” hesabında paylaşım edib. O, Dambrauskasın Çempionlar Liqasında komandaya rəhbərlik edən ilk litvalı məşqçi olduğunu vurğulayıb və Litvanı dünya futbolunda tanıtdığına görə ona təşəkkür edib. Qeyd edək ki, Budris ötən gün Ceyhun Bayramovla birlikdə “Sabah” – “Barselona” matçını stadiondan izləyib. Görüş Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in Telegram❗️⚠️ Yevlax rayonunda “Mercedes Vito” ilə “KamAZ”ın toqquşması nəticəsində iki nəfər ölüb. Hadisə Bakı-Qazax avtomagistralının Duzdağ qəsəbəsi yaxınlığında baş verib. Qəza nəticəsində “Mercedes Vito”nun sürücüsü, 1955-ci il təvəllüdlü Altay Qasımov hadisə yerində, sərnişin 1978-ci il təvəllüdlü İsmət Qasımov isə xəstəxanada ölüb. 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in Telegram📢Azərbaycan nümayəndələri Ermənistana getdilər ➡️https://oxu.az/siyaset/azerbaycan-numayendeleri-ermenistana-getdiler-foto 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in Telegram😍"Barselona" futbol klubu Bakıdakı dəstəyə görə azarkeşlərinə minnətdarlıq edib👏 Oxu. Az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Bakıdakı dəstəyə görə hər birinizə minnətdarıq", - deyə klubdan bildirilib. Qeyd edək ki, UEFA Çempionlar Liqasının (ÇL) dünən keçirilən "Sabah" - "Barselona" oyununda Kataloniya təmsilçisi 1:4 hesabı ilə qələbə qazanıb. 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in Telegram🔴Bakıda keçirilən "Sabah" - "Barselona" oyununu izləmək üçün Rusiyadan gələn azarkeş stadionda ölüb. Hadisə qarşılaşmanın ikinci hissəsində Bakı Olimpiya Stadionunda baş verib. Rusiyanın Krasnoyarsk diyarından gələn, 1987-ci il təvəllüdlü Anton Petrişşevin qəfil halı pisləşib və o, dünyasını dəyişib. İlkin ehtimala görə, ölümün səbəbi ürək çatışmazlığıdır. Faktla bağlı araşdırma aparılır. ©️Teleqraf 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in Telegram🌐 GECƏNİN ƏSAS XƏBƏRLƏRİ: 💬 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı ‼️ Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı 👚🔵 "Sabah" "Barselona"ya məğlub oldu ⚡️⚡️"Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb 🗣 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in TelegramQazaxda ana və oğlunun xəsarət aldığı partlayış yerindən görüntülər 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in Telegram⚡️ "İdmandan kənar": Anasının nişan üzüyü sayəsində dünya karatesinin brilyantına çevrilən karateçi Bəzən bir insanın həyatını dəyişmək üçün böyük sərvətə, imkanlara və ya nüfuzlu tanışlara ehtiyacı olmur. Bəzən bir valideynin fədakarlığı, bir uşağın arzusu və o arzunun arxasınca getmək üçün göstərdiyi inad kifayət edir. Rafael Ağayevin hekayəsi də məhz belə başlayır. Oxu. Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə uşaqlıqda ailəsinin maddi çətinliklərinə baxmayaraq, böyük arzularının arxasınca gedən, anasının fədakarlığı sayəsində ilk beynəlxalq yarışına qatılan və sonradan dünya karatesinin ən parlaq simalarından birinə çevrilən Rafael Ağayevin hekayəsindən bəhs edəcəyik. ➡️➡️ https://oxu.az/idman/idmandan-kenar-anasinin-nisan-uzuyu-sayesinde-dunya-karatesinin-brilyantina-cevrilen-karateci-foto-video 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in Telegram💥💥 Qazaxda evdə qaz partlayıb, 2 nəfər xəsarət alıb Qazax rayonunun Yuxarı Salahlı kəndində evdə qaz sobasının partlaması nəticəsində iki nəfər yanıq xəsarətləri alıb. 1961-ci il təvəllüdlü M. Kəlayev və 1939-cu il təvəllüdlü anası D. Kəlayeva xəstəxanaya yerləşdiriliblər. Hər iki şəxsə tibbi yardım göstərilib. M. Kəlayevin vəziyyətinin orta ağır olduğu bildirilir. 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in Telegram❓❓ Bu gün hava necə olacaq? ➡️ Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-14° isti olacaq. ➡️ Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 3-7° isti, gündüz 14-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Open in Telegram⚡️⚡️⚡️ "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" ➡️ https://oxu.az/cemiyyet/tiktok-dan-10-min-sitil-aldi-60-min-ziyana-dusdu-kime-gosterdim-pomidora-yaxin-durmadi-video
Open in Telegram📣📣📣 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı ➡️ https://oxu.az/cemiyyet/bakida-bir-sira-erazilerde-sokuntu-basladi-kompensasiya-meblegi-aciqlandi-video
Open in Telegram⚡️⚡️⚡️ "Sabah" - "Barselona" matçından sonra Bakı Olimpiya Stadionunun yaxınlığında izdiham yaranıb. Oxu. Az xəbər verir ki, oyundan sonra azarkeşlərin stadion ərazisindən kütləvi şəkildə çıxması sıxlığa səbəb olub. İctimai nəqliyyatdan yararlanmaq istəyən sərnişinlər də uzun müddət gözləmək məcburiyyətində qalıblar. 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in Telegram⚡️⚡️⚡️ Moskvada çoxfunksiyalı beşulduzlu “Rossiya” hotel kompleksi açılıb. Bu barədə Moskva meriyasının rəsmi saytı məlumat yayıb. Ümumi sahəsi 64 min kvadratmetr olan kompleksdə 151 hotel nömrəsi, 6,5 min kvadratmetrdən çox sahəsi olan spa mərkəzi və müasir avadanlıqlarla təchiz edilmiş tibb klinikası fəaliyyət göstərəcək. Tikintini həyata keçirən “Kiyevskaya ploşad” şirkətinin həmtəsisçisi Qod Nisanov bildirib ki, kompleksin inşası zamanı 1930-cu illərdə itirilmiş tarixi fasadlar bərpa edilib. 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in Telegram💬👚 "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "İlk hissədə rəqiblə yaxşı mübarizə apardıq, onlara şans verməməyə çalışdıq. Lakin "Barselona" klubu o qədər gözəl paslaşırdı ki, onları izləyərkən sağa-sola baxmaqdan mənim boynum ağrıyırdı. Ümumi olaraq oyunumuzdan razıyam. Nəzərə almaq lazımdır ki, biz daxili çempionatda tamam başqa tərzdə rəqiblərə qarşı oynayırıq və bu oyunlarda top daha çox bizdə qalır. Lakin bu matçda məhz öz oyunumuzu oynamağa rəqib imkan vermirdi. "Barselona" klubu anidən oyunun taleyini dəyişə biləcək potensiala malik komandadır. Bizim də matçda gözəl imkanlarımız oldu. Ümumi olaraq futbolçularımdan razı qaldım" 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in TelegramAFC Çempionlar Liqasının 2-ci turnirində keçirilən “Əl-Cəzirə” – “Gol Gohar” matçının suriyalı baş hakimi alkoqollu olduğu iddiası ilə fasilədə oyundan kənarlaşdırılıb.
Open in Telegram⚡️⚡️⚡️ UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində iki türkiyəli məşqçi, Arda Turan və Emre Belözoğlu qarşı-qarşıya gəlib. Türkiyə millisindən komanda yoldaşı olan keçmiş futbolçuların 18 il əvvəl "PlayStation" oynadığı görüntülər yenidən gündəmə gəlib. Qeyd edək ki, Arda Turan rəhbərliyindəki "Şaxtyor" Emre Belözoğlu rəhbərliyindəki "Fənərbağça"nı Londonda qəbul edir. 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in Telegram💬 "Barselona" klubunun baş məşqçisi Hans Flik: "İlk hissədən sonra heyətdə müəyyən dəyişikliklər etdik. Oyunda nəzarətin tam olaraq bizdə olmasından razı qaldım. Buraxdığımız qol səhv nəticəsində oldu. Buna görə də qoldan razı qalmadım. Çox asan epizodda qol buraxdıq. İkinci hissədə oyun daha intensiv keçdi. Nəticədə bizim üçün vacib olan 3 xalı qazandıq. Qələbə qazanmaq heç vaxt asan olmayıb. Bugünki nəticədən razıyam. "Bizim Bakını çox gəzmək imkanımız olmadı. Buradakı atmosferdən məmnun qaldım. İnsanları çox mehribandırlar. Mənim buraya dördüncü səfərimdir. Burada hər bir sahədə inqilabi dəyişiklikləri gördüm. Bakı şəhəri çox gözəlləşib. "Sabah"in baş məşqçisinin fəlsəfəsi bizə aydındır. Onlar qəhrəmancasına mübarizə apardılar və hər kəsə gözəl oyun izlətdilər. "Sabah" klubuna uğurlar arzu edirəm" 🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Open in Telegram