Bismilahir-Rəhmanir-Rəhim (1411) Həzrət Peyğəmbər (s): "Əmanətə vəfalılıq var-dövlət gətirər, (əmanətə) xəyanət isə yoxsulluğa çəkər." Biharul-Ənvar, c.75, səh. 114, hədis 6 https://t.me/muheddis
Open in TelegramPosts of Hər gün bir hədis
Bismilahir-Rəhmanir-Rəhim (1410) Həzrət Peyğəmbər (s): "Bilməyib anlamadan ibadət edən, dəyirman uzunqulağına bənzər." Kənzul-Ummal, hədis 28709 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1409) İmam Əli (ə): "İnsanların ən ağıllısı üzrləri ən çox qəbul edəndir." Ğurərul-Hikəm, hədis 2988 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1408) İmam Baqir (ə): "Ağılsızlıq kimi müsibət yoxdur." Tuhəful-Uqul, 286 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1407) İmam Kazim (ə): "Dünya dəniz suyuna bənzər. Təşnə (insan) ondan nə qədər içərsə, susuzluğu daha da artar və axırda onu öldürər." Tuhəful-Uqul, səh. 396 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1406) İmam Əli (ə): "Allah-taala cihadı vacib etdi. Ona əzəmət verib qələbə rəmzi və özünə yavər etdi. Allaha and olsun, dünyanın və dinin işi cihaddan başqa heç bir şeylə düzəlməz." Vəsailuş-Şiə, c.11, səh.9, hədis 15 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1405) İmam Huseyn (ə): "Ağlı olmayanın ədəbi olmaz." Biharul-Ənvar, c.78, səh. 111, hədis 6 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1404) Allahın Peyğəmbəri (s): "Allah yolunda bir gecə keşik çəkmək min gecə-gündüz gecələri ibadət və gündüzləri oruc tutmaqla keçirməkdən üstündür." Kənzul-Ummal, hədis 10730 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1403) Allahın Peyğəmbəri (s): "Həqiqətən, mömin öz günahını, onun üstünə düşəcəyindən qorxduğu böyük bir qaya kimi görür. Kafir isə öz günahına burnunun qabağından (vızıldayıb) keçən bir milçək kimi baxır." Ə'mali, Tusi, səh. 527, hədis 1162 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1402) İmam Əli (ə): "Allaha və axirət gününə imanı olan şəxs şübhə yaradan yerdə durmamalıdır." əl-Kafi, c.2, səh. 378, hədis 10 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1401) İmam Əli (ə): "Ən böyük xəyanət xalqın xəyanəti və ən pis hoqqabazlıq rəhbərlərin hoqqabazlığıdır." Nəhcül-Bəlağə, məktub 26 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1400) İmam Sadiq (ə): "İnsan bir günah edən zaman onun qəlbində qara nöqtə yaranar. Əgər tövbə etsə, o nöqtə təmizlənər. Ancaq əgər yenə günah etsə, həmin nöqtə böyüyər və nəhayət qəlbinin hər yerini bürüyər. Bundan sonra isə o heç vaxt nicat tapmaz." Biharul-Ənvar, c.73, səh. 327, hədis 10 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1399) İmam Sadiq (ə): "Diqqətli ol, ağzından heç vaxt, hətta özünün və qohumlarının qüdrəti ilə öyünsən belə, zorakı söz çıxmasın." əl-Kafi, c.2, səh. 327, hədis 3 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1398) İmam Sadiq (ə): "Həqiqətən, mömin günah niyyəti edir və həmin səbəbdən öz ruzisindən məhrum olur." Biharul-Ənvar, c.71, səh. 247, hədis 6 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1397) Allahın Peyğəmbəri (s): "Oturduğun yerdə həyasızlıq və ədəbsizlik etmə ki, bunun nəticəsində camaat sənin pis əxlaqından qaçmalı olsun. Yanında biri oturan zamansa başqası ilə pıçıldaşma." Biharul-Ənvar, c.84, səh. 354, hədis 2 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1396) Allahın Peyğəmbəri (s): "Elmdə bir-birinizlə həmrəng olun. Çünki sizlərdən hər birinizin elminə xəyanəti, mala xəyanət etməkdən daha pisdir və qiyamət günündə Allah-taala sizdən bunun hesabını soracaqdır." Emalı, Tusi, səh. 126, hədis 198 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1395) İmam Əli (ə): "Yoxsulluq bəladır. Yoxsulluqdan daha pisi bədənin xəstə olmasıdır. Ondan da pisi qəlbin (mənəvi baxımdan) xəstə olmasıdır." Ə'mali, Tusi, səh. 146, hədis 240 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1394) İmam Sadiq (ə): "Allah altı dəstəni altı xislətə görə: hökmdarları zülmkarlıqlarına, ərəbləri təəssübkeşliklərinə, torpaq sahiblərini təkəbbürlərinə, tacirləri xəyanətlərinə, kəndliləri nadanlıqlarına və fəqihləri paxıllıqlarına görə məhv edir." Biharul-Ənvar, c.78, səh. 207, hədis 67 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1393) Həzrət Peyğəmbər (s): "Sizlərdən hər biriniz kəndir götürüb bir qucaq odun gətirib satsa və bu işlə öz abrını qorusa, bu onunçün ehtiyac əlini uzatmaqdan daha yaxşıdır." Biharul-Ənvar, c.96, səh. 158, hədis 37 https://t.me/muheddis
Open in TelegramBismilahir-Rəhmanir-Rəhim (1392) Həzrət Peyğəmbər (s): "İnsanın salamatlığı, onun dilini saxlamağındadır." Biharul-Ənvar, c.71, səh. 286, hədis 42 https://t.me/muheddis
Open in Telegram