Posts of MOUZE
⁉️ İran Naxçıvanla sərhədə hərbi texnika yığır? Bu günlərdə sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiası yayılıb. İranın Azərbaycandakı səfirliyi məsələ ilə bağlı APA-ya açıqlama verib. Bildirilib ki, görüntülərin çəkildiyi vaxt və məkan dəqiq olmadığından bu barədə fikir bildirmək mümkün deyil. Səfirlikdən onu da qeyd ediblər ki, hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi İranın zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbiidir. Səfirlik hər hansı əsassız xəbər və materialların yayılmasından, eləcə də onların iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirəcək şəkildə şərh olunmasından çəkinməyi tövsiyə edib.
Open in Telegram‼️Əraqçı: “İsrail ABŞ-ni İrana qarşı yeni müharibəyə cəlb etməyə çalışır” İranın xarici işlər naziri Abbas Əraqçı İsraili Tehranın kimyəvi silah hazırladığı və bu silahları əczaçılıq zavodlarında gizlətdiyi barədə ittihamlar irəli sürməklə ABŞ-ni İrana qarşı yeni müharibəyə cəlb etməyə çalışmaqda ittiham edib. Əraqçı bu barədə “X” sosial şəbəkəsində yazıb. “Bu müharibə qızışdırıcısı utanmadan İranı – Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin iştirakçısı, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının üzvü və Almaniyanın Səddam Hüseyn rejiminə verdiyi kimyəvi silahların qurbanı olan dövləti – belə iyrənc silahları hazırlamaqda və onları əczaçılıq zavodlarında gizlətməkdə ittiham edir. Məqsəd ABŞ-ni aldadaraq onun əvəzinə yeni müharibəyə başlamağa sövq etməkdir”, – deyə nazir bildirib. “Yalnız son bir il ərzində o, ABŞ-ni İrana qarşı iki uğursuz müharibəyə cəlb edib”, – deyə İran XİN rəhbəri vurğulayıb.
Open in Telegram‼️ Hicabsız konsert verən iranlı müğənniyə 74 şallaq cəzası verildi İranlı müğənni Pərəstu Əhmədi və onun musiqi komandasının dörd üzvünün hər biri 74 şallaq cəzasına məhkum edilib. Buna səbəb müğənninin hicabsız çıxış etdiyi konsertin görüntülərinin internetdə yayılması olub. Bundan əlavə, onların iki il müddətinə musiqi və incəsənət fəaliyyəti ilə məşğul olmalarına, eləcə də ölkədən çıxmalarına qadağa qoyulub. Qeyd edək ki, İranda məcburi hicab tələbi 2022-ci ildə genişmiqyaslı etirazların əsas səbəblərindən biri olub. Etirazlar geyim qaydalarını pozmaqda şübhəli bilinərək əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin ölümündən sonra başlayıb. Mövcud məhdudiyyətlərə baxmayaraq, Tehran və digər şəhərlərdə getdikcə daha çox qadın hicab taxmaq tələbinə əməl etmir.
Open in Telegram🔴 Paşinyan və Tramp TRIPP layihəsinə start veriblər Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinə start veriblər. Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, Paşinyan və Tramp videomüraciətlə çıxış edərək, Ermənistan ərazisindən keçən TRIPP marşrutu layihəsinə start veriblər. Ermənistanın Baş naziri videomüraciətində 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan sənədin Cənubi Qafqazı dəyişdirdiyini və uzunmüddətli sülhün əsasını qoyduğunu bildirib. O, layihənin Ermənistanın iqtisadi inkişafında və ölkənin xarici bazarlara çıxışında mühüm rol oynayacağını da qeyd edib. ABŞ Prezidenti Donald Tramp isə layihənin həyata keçirilməsinə görə Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. P,S İranın gözü yaşlı....
Open in Telegram‼️İran ABŞ-ın iki hərbi bazasını vurdu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəhreyndə yerləşən iki ABŞ hərbi bazasına hücum etdiyi bildirilir. “Fars” xəbər agentliyi xəbər verir ki, Şeyx İsa və Əl-Cüfeyr hərbi bazaları hədəfə alınıb. Agentlik hücumun ABŞ-ın hərəkətlərinə cavab olaraq həyata keçirildiyini bildirib. Hücumun nəticələri və mümkün itkilər barədə məlumat verilməyib. SEPAH hələlik hücumla bağlı rəsmi açıqlama yaymayıb.
Open in Telegram🔴 CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Open in Telegram🔴 BMT İranla bağlı qətnamə qəbul edib Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Üçüncü Komitəsi İranda insan hüquqlarının vəziyyəti ilə bağlı qətnaməni 76 lehinə, 27 əleyhinə və 64 bitərəf səslə qəbul edib. Qətnamədə İranda insan hüquqlarının vəziyyəti, eləcə də vətəndaşların fundamental hüquq və azadlıqlarının pozulması halları əks olunub. Qətnamənin qəbulu İranla bağlı insan hüquqları məsələsinin BMT çərçivəsində yenidən müzakirə mövzusuna çevrildiyini göstərir.
Open in Telegram🔴 Göy məscidə fars donu geyindirən səfir - Şirqulaminin kaşı sevgisi 👉👉👉 ƏTRAFLI OXUYUN
Open in Telegram‼️ Tramp İrana sərt xəbərdarlıq edib Tramp bu barədə Filippinin paytaxtı Manilada ASEAN sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib. ABŞ Prezidenti jurnalistin Vaşinqton üçün İrandan qaynaqlanan qaçılmaz təhlükənin olub-olmaması ilə bağlı sualına belə cavab verib: “Əgər belə bir təhlükə varsa, İran heç bir ölkənin indiyədək ödəmədiyi bədəli ödəyəcək”.
Open in Telegram🇦🇿 Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır. 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub. Moskvanın və o zamankı yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan prosesin mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.
Open in Telegram‼️ Tramp: İranın raket və dron hücumlarının 99,99 faizi ABŞ qüvvələri tərəfindən zərərsizləşdirilib
Open in Telegram‼️ İranın keçmiş prezidentinin həlak olduğu yerə tarixi irs statusu verildi İranın keçmiş prezidenti İbrahim Rəisinin və onu müşayiət edən şəxslərin həlak olduğu helikopter qəzasının baş verdiyi ərazi ölkənin Milli İrs Siyahısına daxil edilib. Şərqi Azərbaycan əyalətinin Mədəni İrs İdarəsinin rəisinin müavini Vəhid Nəvadad bildirib ki, helikopterin 2024-cü il mayın 19-da qəzaya uğradığı Vərziğan şəhərinin Dizmar bölgəsinə bu statusun verilməsi ərazinin müəyyənləşdirilməsi, sənədləşdirilməsi və qorunması üçün hüquqi əsas yaratmaq məqsədi daşıyır. Hazırda həmin qəza yeri “milli irs” statusu qazanaraq, İranın tarixi abidələri siyahısına əlavə olunub.
Open in Telegram