Maşın ustasının kitab oxuduğu yer. Məncə digər maşın ustaları onu qozbel olmadığı üçün öldürməlidir...
Open in TelegramPosts of Kitablardan alıntılar
«Hər şey bitdi, oğlum. Bütün bunları unut.» Bu karikatura amerikalı rəssam Rollin Kirbi tərəfindən Birinci Dünya müharibəsi başa çatdıqdan qısa müddət sonra, 10 mart 1919-cu ildə Life jurnalında dərc olunub. Karikaturada müharibə hesabına varlanmış bir insan təsvir edilir. O, müharibədə şikəst olmuş əsgərə baş verən hər şeyi sadəcə unudub geridə qoymağı təklif edir. Rəsmin əsas ideyası da məhz bundan ibarətdir: bəziləri üçün müharibə atəşkəs müqaviləsinin imzalanması ilə başa çatır, digərləri üçün isə onun nəticələri ömür boyu davam edir. Xüsusilə də acı olan budur ki, müharibədən qazanc əldə edənlər çox vaxt başqalarının bunun müqabilində hansı bədəli ödədiyini heç bilmirlər. @kitablardan_alinti
Open in Telegramİnsan sadəcə olaraq belə proqramlaşmışdır, həyatının sonuna qədər gözləməli və ümid etməlidir. İnsanı bu çətin həyatda yaşadan ümiddir. Gözəl gələcək ümidi bizə təslim olmağa imkan vermir. Rövşən Abdullaoğlu @kitablardan_alinti
Open in TelegramCəmiyyətin elə bir qaranlıq bucağı var ki, orada günəş şüaları heç vaxt görünmür; həmin yerin adı səfalətdir. Victor Hugo, Səfillər @kitablardan_alinti
Open in TelegramAmma bəzən heç bir şeyin dəyəri qalmayan məqamlar olur. Bu hamının başına gələ bilir. Momo, Michael Ende @kitablardan_alinti
Open in TelegramPeyğəmbər heç vaxt xüsusi yemək istəmədi. Həmişə qarşısına nə yemək gətirdilərsə onu yedi... İmam Xamenei - Möhtəşəm Nur kitabından @kitablardan_alinti
Open in TelegramHəyat mənasızlığın fərqində ola-ola məna tapa biləcəyinə inanmaqdır. Cahan, Məsudə Cabbar @kitablardan_alinti
Open in TelegramÇarəsiz olduğunu bilirdim. Çarəsizlik insana hər cür dəliliyi etdirməyə qadirdir. Zığ-zığ Quşu, Suzanne Collins @kitablardan_alinti
Open in TelegramO, kənd həyatı və mütaliə aşiqi idi. Həyatda zövqü bunlardan alırdı. Qürur və Qərəz, Jane Austen @kitablardan_alinti
Open in TelegramSərvətə sahib olmaq uğur deyil, əsl uğur özünə sahib olmaq və özünə qalib gəlməkdir. Yüksək Effektli İnsanların 7 Vərdişi, Stephen R. Covey @kitablardan_alinti
Open in TelegramTənbəl həyat tərzinin pisliyini təkrarən dilə gətirmək və onu çeynəmək lazımdır. Bir istiot dənəsini udsanız, heç nə hiss etməyəcəksiniz. Lakin çeynəsəniz, damağınızda acı dad qoyacaq və dilinizi yandıracaqdır... İradə tərbiyəsi - Jül Peyo @kitablardan_alinti
Open in TelegramHər gün yanından keçərkən etinasızlığımızla özümüz də bilmədən neçə canı ölümə tərk edirik bəlkə də. Unudulmuş sətirlər @kitablardan_alinti
Open in TelegramBir zamanlar sənin çirkinliklərin də gözəl idi, İndi gözəlliklərin belə çirkindir. Yuvarlak köşeler, Özdemir Asaf @kitablardan_alinti
Open in TelegramGörünür Allah məni belə yaratmışdır. Hərgah vacib bir səbəb olmasa, mən yaxşı şeylərdən heç vaxt imtina etmərəm. Fəlakət, Rabindranath Tagore @kitablardan_alinti
Open in TelegramHəyat insanın yaxşı və pis davranışlarının məcmusundan ibarətdir. Data Tutaşxia, Chabua Amirejibi @kitablardan_alinti
Open in TelegramXoşbəxt həyat üçün çox az şeyə ehtiyac var. Dairəvi Ev, Louise Erdrich @kitablardan_alinti
Open in TelegramHara getdiyini bilmədən, niyə getdiyinin fərqinə varmadan axına düşüb hey gedirsən... Son Məktub, Varis @kitablardan_alinti
Open in TelegramNəyisə görüb itirmək, heç vaxt ona sahib olmamaqdan daha çətindir. Çərpələng Uçuran, Khaled Hosseini @kitablardan_alinti
Open in Telegram