Account

Posts of İslam və Təbabət

newest first

#2418Text
Views90−60%vs avg
Forwards—
Reactions9
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
2 h53
6 h90
  1. After 6 hours90
  2. Total to date90
#2414Text

Uşaqlarda öskürək zamanı nə etməli. Əvvəlcə onu nəzərinizə çatdırım ki, öskürək orqanizmi qorumaq üçündür, öskürəklə bəlğəm və iltihab bədəndən təmizlənir. Uşaqlarda öskürək böyüklərdən fərqlidir. Beləki yeni anadan olmuş uşaqlar təxminən 6-7 aylığına qədər öskürəndə bəlğəmi tüpürə bilmirlər ona görə də uşaqlara bəlğəm gətiricilər verilməməli ya da çox az dozada verilməlidir ki, uşaqlara ziyanlıq verməsin. Yaxşı olar ki, belə uşaqlar daha mikrob öldürücü dərman bitkiləri və immunitet gücləndirici məhsullardan istifadə etsinlər. Uşaqlar xəstələndikdə daha doğrusu pnevmoniya (sətəlcəm) olduqda çalışın uşağın sinə və kürəyini yarıbayarı qarışdırılmış zeytun və kamfora yağı  ilə masaj edəsiniz tək kamfora yağından istifadə etdikdə uşağın dərisini yandırar. Massaj məqsədi ilə keçi piyindən də istifadə edə bilərsiniz. Keçi piyi təxminən qoz böyüklükdə əridilir, barmaqlar yağa batırılaraq uşağın sinə və kürək nahiyyələri masaj olunur. Keçi piyi həm tərlədici, həm də tempratur salıcıdır. 6 aylığa qədər uşaqlara biyan kökü dəmlənməsi çox effekli təsir edir beləki yarım çay qaşığı biyan kökü 1 stəkan suda 5 dəq qaynadılır sonra bu 1 stəkan dəmləmə bütün gün boyu uşağın içdiyi bütün çaylara və sulara qarışdırılır, çalışın uşaq gün ərzində 1 stəkanı içə bilsin. Biyan köklərinin tərkibində hormonlara bənzər maddələr də vardır bunlar uşağın həm iştahını və həm də immunitetini yaxşılaşdırır, biyan kökü həmdə şirindir. Biyan kökü dəmlənməsini 10 gün verə bilərsiniz. Əgər öskürək artıq 2 həftə keçmirsə onda belə edin, 100 qram bal götürün 10-15 qram vərəmum (propolis) balı isidin vərəmumu kiçik-kiçik qırıb balda əridin, balın tərkibi çox parçalanmaması üçün balı çox qızdırmağa ehtiyyac yoxdur biraz isinən kimi vərəmum əriyir. Bu qarışımdan 1 yaşdan yuxarı uşaqlar üçün gündə 3 dəfə yeməkdən əvvəl çay qaşığının ucunda verə bilərsiniz, 5 yaşdan yuxarı uşaqlara gündə 3 dəfə yarım çay qaşığı verə bilərsiniz bunu 2 həftə etmək olar. Uşaqlara rahat içilə bilən və tam təbii bitkilərdən hazırlanmış bronxonat siropu da çox faydalıdır. Xatırladım ki, bronxonat siropunun tərkibi əsasən uşaq öskürəklərinin qarşısını almaq üçün mən hazırlamışam və öz uşaqlarıma da həmişə vermişəm. Uşaqlarda dayanmadan boğucu öskürəklər olduqda 1 stəkan isidilmiş südə 1 çay qaşığı bal qarışdırıb verin belə etsəniz öskürəyin intervalları uzanacaqdır. Həm uşaqlar həm də böyüklər üçün faydalı olan bir tərkibi də yadınıza salım deməli 2 qram qara turpu soyun, qənd dilimlərinin yarısı qədər kubik formasında doğrayın yarım stəkan bal ilə bir birinə qarışdırın 12-14 saat ağzı bağlı bankada otaq tempraturunda saxlayın. 14 saatdan sonra banka açıldıqda maye kimi olacaqdır bu mayedən uşaqlara gündə 3 dəfə 1 çay qaşığı böyüklərə isə gündə 3 dəfə 1 xörək qaşığı verin bu həm öskürək həm də göy öskürək üçün faydalıdır, bunu 1 həftə edə bilərsiniz. Həkim fitoterapevt Fizuli Hüseynov 📲 t.me/islamvetebabetlemualice

Open in Telegram
Views1,380+511%vs avg
Forwards—
Reactions14
Comments—
#2412Link preview

Qara zirədən istifadə etməyənlər !!!!⬇️⬇️bu məqaləni mütləq oxusunlar Qara zirənin faydaları Qara zirənin tərkibində prostat vəz xərçəngi, uşaqlıq, bağırsaq, mədəaltı vəz xərçəngi kimi xəstəliklərə faydalı olan timoquinon adlı maddə tapılmışdır. Qara zirədən daimi istifadə edənlərdə qan təzyiqi normadan yüksəlmir, onun qəbulu hipertoniyalı xəstələrdə təzyiqi normallaşdırır, qanda yüksək xolesterini aşağı salır, həmçinin epilepsiya tutmaları 3 dəfəyə qədər azalır. Qara zirənin həm daxilə, həm də xaricə istifadəsi zamanı, məsələn, yağını gündə 3 dəfə içdikdə və saç diblərini masaj etdikdə həm saçlar gurlaşır, ağarmış saçlar yavaş-yavaş qaralmağa başlayır, saç dibində qaşınma və kəpəklənmə aradan qalxır. Miqren zamanı qara zirə yağı alına, qulaq diblərinə və burun içinə vurulub masaj edilir və eyni zamanda daxilə qəbul edilir. Qara zirə çox güclü antioksidant olduğundan yeməkdən əvvəl 1 çay qaşığı yağının içilməsi arıqladıcı təsir göstərir. Haymorit, frontit zamanı qara zirə yağına pambıq batırılır və burun dəliyinə qoyulur, eyni zamanda 1 xörək qaşığı yağ, 1 stəkan suda qaynadılır, başa dəsmal örtülüb buxara verilir. Qara zirə necə istifadə olunmalıdır? Yaxşı olar ki, 200 qram qara zirə üyüdülüb 1 kq bal ilə qarışdırılsın, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilsin. Bu üsul qara zirədən istifadə etmənin ən faydalı üsuludur. Daha bir üsul: gündə 3 dəfə, hər dəfə 1 çay qaşığıüyüdülmüş toxum ağıza qoyulur və üstündən su içilir. Qara zirə yağı gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı içilir. Bu da çox faydalı üsuldur, həm də bədəni qurdlardan təmizləyir. Amma yağa qara zirənin tam tərkibi keçmir. Başqa bir üsul: qara zirə üyüdülür, 1 çay qaşığı üyüdülmüş toxum 1 stəkan qaynar suya qarışdırılır və 1 çay qaşığı bal əlavə olunub gündə 3 dəfə yeməkdən əvvəl içilir. Başqa bir üsul: 1 çay qaşığı qara zirə 1 stəkan suda 20 dəqiqə dəmlənir və yeməkdən əvvəl içilir. Qara zirədən hamiləlik zamanı istifadə etmək olmaz.❌❌ Yazdı🖊️ Fizuli Hüseynov İslam və Təbabət https://t.me/joinchat/AAAAAEYWQpeGZE-JWad0NA

Open in Telegram
Views1,390+515%vs avg
Forwards—
Reactions15
Comments—
#2410Link preview

NAR QABIĞI 🔸️Nar qabıqları ürək üçün çox faydalıdır - ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir. Ürək xəstəlikləri zamanı 1 orta ölçüdə olan nar qabıqlarının üzərinə 1 stəkan qaynar su əlavə edin, 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində çay kimi için. Dəmləməyə bal və zəncəfil əlavə etmək olar. 🔸️Nar qabıqları ishal zamanı çox yaxşı kömək edir - bağırsaqları "yığır", iltihabı azaldır. Ishal, kolit, disbakterioz, bağırsaq vərəmi, mədə bə 12 barmaq bağırsaq yaralarının müalicədində tətbiq olunur. 🔸️ Qurdqovucudur. Nar qabıqlarını çay kimi dəmləyin1 narın qabıqlarını və arakəsmələrini kiçik termosa qoyun, üzərinə 1 stəkan qaynar su tökün, 1 saat ərzində dəmləyin və sonra gündə 3-4 dəfə stəkanın 1/3-1/4 hissəsi olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul edin. Südəmər körpələrə çay qaşığı ilə gündə 3 dəfə, 1 yaşdan yuxarı uşaqlara xr qaş ilə içirilir. 🔸️Nar qabıqlarının dəmləməsi güclü büzücü təsirə malikdir və bu səbəbdən damaq problemləri zamanı çox yaxşı kömək edir - damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır. Dəmləmə ilə ağzınızı gün ərzində bir neçə dəfə qarqara edin. Dişdə iltihab zamanı (flüs), dişin çəkilməsindən sonra nar qabıqlarının dəmləməsinə 1 çay qaşığı duz əlavə edin və qarqara edin və ya dəmləməni ağzınıza alın və bir neçə dəqiqə ərzində xəstə və ya çəkilmiş diş olan tərəfdə saxlayın. Diş çəkiləndən sonra qanaxma bəzən kifayət qədər güclü olur. Nar qabıqlarının dəmləməsi qanaxmanın dayandırmağında kömək edir. 🔸️Nar qabıqlarının dəmləməsi qastrit və mədə xorası zamanı da müalicəvi təsi edir - iltihabı azaldır, xora və eroziyaların sağalmasını tezləşdirir. Dəri yaralarına isə qabıqları üyüdərək toz şəklində tətbiq edin. JessAmin fitoclub http://t.me/islamvetebabetlemualice

Open in Telegram
Views1,290+471%vs avg
Forwards—
Reactions10
Comments—
#2407Text

Böyrək daşları – təbii çarələr Böyrəklər orqanizmdə təkcə sidik istehsalı ilə deyil, həmçinin bədənin su və mineral balansını tənzimləmək, damarların tonusuna və arterial təzyiqə nəzarət kimi digər həyati vacib funksiyaları da yerinə yetirir. Bu səbəbdən də sağlam yaşamaq üçün vacib şərtlərdən biri də böyrəkləri qorumaqdır. Birinci növbədə hərəkəti artırmaq lazımdır, fiziki aktiv insanlarda qan dövranı yaxşılaşdığından böyrəklər yaxşı fəaliyyət göstərir, iltihab əlamətləri tez sorulur. Gündə 2 litrə yaxın çiy su içmək məsləhətdir. Çiy su orqanizmi içilən çayın, sənaye üsulu ilə hazırlanmış müxtəlif şirələrin, qazlı içkilərin tərkibində olan toksiki maddələrdən təmizləyir. Çiy su böyrəklərin özünü də iltihabi məhsullardan təmizləyir. Zülallı yeməklər çox yemək də böyrəklərin işini ağırlaşdırır. Xüsusən az hərəkət edən insanlarda maddələr mübadiləsi pozulur, qanda və sidikdə kalsiumun miqdarı artsa da sümüklərdə onun çatışmazlığı başlayır, nəticədə də böyrəklərdə daşlar yaranır. Bu səbəbdən də müayinə olunan böyrək daşlarının 80%-i kalsium-oksalat tərkiblidir. Böyrəklərdə daşların əmələ gəlməsi onu göstərir ki, artıq mübadilə pozulmuşdur və daş əmələ gəlməsi prosesi davam edəcəkdir. Buna baxmayaraq, sadaladığım şərtlərə əməl etməklə böyrək daşlarından azad olmaq, hətta yenilərinin əmələ gəlməsinin qarşısını almaq olar. Oturaq həyat tərzi keçirən insanlarda turşlaşmış bədən mühitini qələviləşdirmək lazımdır. Bəzən bədən mühitini həddindən artıq qələviləşdirmək də problem törədə bilir sidik və qan analizli ilə bu nisbətə nəzarət etmək olur. Hər gün yeməkdən əvvəl salat yeyilməli, tərəvəz salatları hər dəfə təzə düzəldilməli, üzərinə zeytun yağı və sirkə əlavə olunmalıdır. Yeməklər kəpəkli çörəklə yeyilməli, yeməkdən yarım saat əvvəl mövsümi meyvələr yeyilməlidir. Meyvələri yeməkdən 2 saat keçəndən sonra da yemək olar. Yeməkdən sonra, xüsusən də ət yeməyindən 2 saat sonra yeyilən meyvələr bağırsaqlarda çürümə prosesini sürətləndirir və həzmi pozur. Yeməklər bol-bol göyərti ilə yeyilməlidir: cəfəri, tərxun, göy soğan, sarımsaq, kərəviz, şüyüd, vəzəri gündəlik rasiona əlavə edilməlidir. Yaxşı olar, az duzlu kələm, kök, çuğundur qarışıqlı turşulardan istifadə olunsun. Qara çay, şokolad, çox ispanaq yemək böyrəklərdə daha çox oksalat duzlarının yığılmasına səbəb olur. Xalq təbabətində böyrək daşlarını əritmək üçün çox faydalı üsullar vardır. Məsələn, orta ölçülü balqabağın baş tərəfi qapaq kimi kəsilir, tumu çıxarılır, içinə bal və ya şəkər tozu tökülür, baş hissəsi üstünə qoyularaq 2-3 gün qaranlıq, sərin yerdə saxlanılır. Balqabağın içinə toplanan şirə süzülür və hər gün səhər tezdən yeməkdən 1 saat əvvəl 150 qram içilir. Bundan başqa hər gün yarım stəkan limon şirəsinin üstünə adi su əlavə edib içmək olar. Belə müalicə böyrəklər tamamən daşlardan təmizlənənə qədər aparılır. Boyaqotu, quş qırxbuğumu, itburnu meyvəsi və ya kökləri, qatırquyruğu, ayıqulağı və boymadərən bitkilərinin hərəsindən 100 qram götürüb qarışdırılır, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmlənilir, süzülüb termosa tökülür, gündə 3 dəfə yeməkdən 2 saat sonra 1 stəkan içilir. Bu müalicə 15 gün aparılır, 1 həftə fasilədən sonra yenidən təkrar edilir. Bütün bunlardan başqa oksalat mənşəli daşların müalicəsində 1 ay ərzində Oksalitin çayı içilə bilər. Urat mənşəli daşlarda Uralitin və fosfat mənşəli daşların müalicəsində Fosfalitin çayları qəbul olunur. https://t.me/joinchat/AAAAAEYWQpeGZE-JWad0NA

Open in Telegram
Views1,100+387%vs avg
Forwards—
Reactions16
Comments—
#2406Text

Balqabaq bal qarışımı Bu gün sarı-sarı gözəl balqabaqlar gördüm, balqabaqla bağlı bu resept yadıma düşdü. Bu reseptdən istifadə edənlər balqabağın necə bir nemət olduğunu görəcəklər. Bizə lazım olanlar isə sadəcə orta ölçülü balqabaq və bal olacaq. Deməli, balqabaq baş tərəfdən elə kəsilir ki, əl içinə girə bilsin. Kəsildikdən sonra içindəki tumları təmizlənilir və tam dolanadək içinə bal doldurulur (bal tapa bilməsəniz şəkər tozuda olar). Əvvəlcə baş hissəni kəsdiyiniz qapağı üstünə qoyub sərin qaranlıq bir yerə qoyun. 2 gündən sonra istifadə etmək olar və bu 2 gündən sonra balqabağın içərisi şərbət kimi olacaq. Balqabağın divar qalınlığından asılı olaraq 3-4 gündən sonra şərbəti şüşə bir qaba töküb ağzını bağlayın. Bu şərbətdən səhər ac qarına 100 qram için, əgər qan azlığınız varsa axşam yatmazdan əvvəl də 100 qram içə bilərsiniz. Faydaları; balqabağın tərkibindəki bütün aktiv maddələr bu şərbətin içində vardır. Belə ki, balqabaqdakı beta karotin (bu bədəndə A vitamininə çevrilir) dərimizi hamar və gözəl edir, gözləri işıqlandırır, tük tökülməsinə faydalıdır, həmçinin şiş əleyhinə antioksidantdır, balqabaqdakı dəmir, sink isə qan azlığı, halsızlıq, yorğunluq, başgicəllənmələri zamanı faydalıdır. Ümumiyyətlə, balqabaq Peyğəmbərlər yeməyi sayılır, olduqca faydalı bir tərəvəz olmaqla yanaşı qaraciyər üçün də çox faydalıdır. Belə ki, qaraciyər xəstəlikləri zamanı əmələ gələn çatışmazlıqları aradan qaldırır (hepatitlər, sirroz, qaraciyər piylənməsi və s.), ürək fəaliyyəti üçün olduqca faydalıdır. Çünki damarların iç divarını təmizləyir, pis xolesterin səviyyəsini aşağı salır, bağırsaq qurdlarına qarşı, dalaq və qaraciyər böyüməsi zamanı faydalıdır. Böyrəklərin də fəaliyyətini artırır, böyrək çatışmazlığında və böyrək qumlarında faydalı olmaqla yanaşı böyrək iltihablarına da faydalıdır, prostat vəzin böyüməsində mükəmməldir. İmmuniteti olduqca yüksəldir, cinsi istəyi artırır, sonsuzluğun müalicəsində faydalıdır. Bu şərbətə pambıq batırıb yatmazdan əvvəl üzünüzü silin və 30 dəqiqə gözləyin üzdəki çillərə, səpgilərə qarşı faydalı olmaqla yanaşı üz dərisini qurumaqdan qoruyur və elastikləşdirir, allergenlərə qarşı dirənişi artırır. Sizi yormaq istəmirəm deye inanın faydaların hələ heç yarsını yazmamışam. Bu şərbətdən təzyiqi olanlar və şəkər xəstələri çox az dozada istifadə edə bilərlər. Şərbətin dadlı olması üçün içinə 5-7 ədəd limon sıxıb, suyunu qarışdıra bilərsiniz Həkim fitoterapevt Fizuli Hüseynov İslam və təbabət https://t.me/joinchat/AAAAAEYWQpeGZE-JWad0NA

Open in Telegram
Views1,080+378%vs avg
Forwards—
Reactions18
Comments—
#2404Text
Views1,860+723%vs avg
Forwards—
Reactions17
Comments—
#2401Link preview

QIZDIRMANI salmağın asan yolları Adətən uşağın hərarəti yüksələndə böyüklər qorxuya düşür və ona qızdırma salan dərmanlar verməyə tələsirlər. Əslində hərarət virus infeksiyası fonunda yüksəlir. Xəstəlik çox vaxt orqanizmdə hərarətinin artması ilə başlayır, bir qədər sonra digər əlamətlər özünü biruzə verir. Hərarətin yüksəlməsi orqanizmin infeksiya ilə mübarizəyə başladığını, yüksək hərarət isə orqanizmin bunun öhdəsindən yaxşı gəldiyini göstərir. Hərarət orqanizmin xəstəliyə reaksiyasıdır və immunitetin sağlam olmasına dəlalət edir, yəni qorxu hissi keçirmək lazım deyil. Lakin onun süni şəkildə salınması orqanizmin müdafiə qabiliyyətini zəiflədə bilər, ona görə də ciddi səbəb olmadan, yəni termometrin göstəricisi 38,5 dərəcənikeçmədikdə dərman verməyə ehtiyac yoxdur. Qızdırmanı salmaq üçün bəsit tədbirlərdən başlamaq daha yaxşıdır. Əvvəlcə uşağı soyundurmaq lazımdır, çünki temperatur bəzən uşağın geyimi qalın olduğuna görə 1-2 dərəcə yüksəlir. Südəmər körpənin hərarəti yüksələndə ilk növbədə onun əynindəki bezi çıxarmaq lazımdır, çünki o dərinin istilikvermə sisteminin işini və temperatur tənzimini pozur. Sonra bəzi müalicəvi tədbirlər görülməlidir. 1 litr ilıq suya 1 xörək qaşığı üzüm sirkəsi əlavə etmək və həmin məhlulla bədəni ovxalamaq olar. Yaxşı olar ki, əvvəlcə uşaq çimizdirəndən sonra bədənini qurulamadan dəsmala və ya qətifəyə büküb havası dəyişdirilmiş otağa gətirilsin. Lakin su prosedurları və ovxalama zamanı suyun temperaturu bədənin hərarətindən 1 dərəcədən çox aşağı olmamalıdır, əks halda təzadlı temperatur damarlarda spazm əmələ gətirir. Uşaq qızdırmadan titrəyirsə, onu çimizdirmək və ovxalamaq olmaz. Hərarət qalxanda maye rejimi gözlənilməlidir. Südəmər uşaqları əmizdirmək, nisbətən böyük uşaqlara çoxlu maye, xüsusən də təbii tərlədici vasitələr-bal və ya moruq mürəbbəsi əlavə edilmiş cökə, Teaqrip və İmmunoteaçayları içizdirmək lazımdır. Həmin məhlullar orqanizmi tərlədir, tərləmə isə hərarəti aşağı salır. Tərləmiş uşağı qurulamaq yox, paltarını dəyişdirmək lazımdır. Lakin həkim göstərişi olmadan uşağı özbaşına müalicə edənlər arasında yeri gəldi-gəlmədi antibiotiklərdən qızdırma salan vasitə kimi istifadə etməyə meyilli olanlar var. Bu, yanlış təsəvvürdür, çünki antibiotiklərin istifadəsi üçün xüsusi göstərişlər var və orqanizmin hərarətinin yüksəlməsi həmin göstərişlərə daxil deyil. Antibiotiklər bakterial infeksiyaların müalicəsi üçün nəzərdə tutulub və viruslu xəstəliklərdə onlar nəinki faydasızdır, hətta zərərlidir.         Qızdırmanı salmağın təbii yolları: Moruq mürəbbəsinin müsbət təsiri haqda demək olar ki, hər kəsin məlumatı var. Bu meyvələrin tərlədici və qızdırmasalıcı təsiri tərkibində külli miqdarda asetil-salisil turşusunun – təbii aspirinin olmasıdır. Sən demə aspirin moruğun budaq və yarpaqlarında daha çoxdur. Sintetik aspirindən fərqli olaraq  təbii asetil-salisil turşusu uşaqlar üçün zərərsizdir, mədənin selikli qişasını qıcıqlandırmır, qanı durulaşdırmır. 2 xörək qaşığı qurudulub xırdalanmış moruq budaqları 1 stəkan qaynar suda dəmlənir, gün ərzində qurtum-qurtum içilir.Qızdırmanı salmaq üçün ən yaxşı vasitələrdən biri də portağaldır. Onun da tərkibində təbii asetil-salisil turşusu var. 4 dilim portağalın şirəsi sıxılır, üzərinə 1/4 stəkan ilıq su tökülür və dərhal içilir. Bu dadlı dərmanı gündə 3-4 dəfə içmək olar.Daha bir faydalı qızdırmasalıcı bişirməni əncirmeyvəsinin qurusundan hazırlamaq olar. Bunun üçün 5 ədəd quru əncirin üzərinə 1 stəkan su əlavə olunur və 5 dəqiqə qaynadılır. Alınan bişirmə axşam yatmazdan əvvəl içilir. Uşaqlara məhlulun yarısını içirtmək olar. Əgər qızdırma ilə yanaşı öskürək də narahat edirsə, ənciri süddə bişirmək olar.  ardı var İslam və Təbabət https://t.me/joinchat/AAAAAEYWQpeGZE-JWad0NA                                                        

Open in Telegram
Views2,260×10vs avg
Forwards—
Reactions22
Comments—
#2400Link preview

Uşaqlarda öskürək zamanı nə etməli. Əvvəlcə onu nəzərinizə çatdırım ki, öskürək orqanizmi qorumaq üçündür, öskürəklə bəlğəm və iltihab bədəndən təmizlənir. Uşaqlarda öskürək böyüklərdən fərqlidir. Beləki yeni anadan olmuş uşaqlar təxminən 6-7 aylığına qədər öskürəndə bəlğəmi tüpürə bilmirlər ona görə də uşaqlara bəlğəm gətiricilər verilməməli ya da çox az dozada verilməlidir ki, uşaqlara ziyanlıq verməsin. Yaxşı olar ki, belə uşaqlar daha mikrob öldürücü dərman bitkiləri və immunitet gücləndirici məhsullardan istifadə etsinlər. Uşaqlar xəstələndikdə daha doğrusu pnevmoniya (sətəlcəm) olduqda çalışın uşağın sinə və kürəyini yarıbayarı qarışdırılmış zeytun və kamfora yağı  ilə masaj edəsiniz tək kamfora yağından istifadə etdikdə uşağın dərisini yandırar. Massaj məqsədi ilə keçi piyindən də istifadə edə bilərsiniz. Keçi piyi təxminən qoz böyüklükdə əridilir, barmaqlar yağa batırılaraq uşağın sinə və kürək nahiyyələri masaj olunur. Keçi piyi həm tərlədici, həm də tempratur salıcıdır. 6 aylığa qədər uşaqlara biyan kökü dəmlənməsi çox effekli təsir edir beləki yarım çay qaşığı biyan kökü 1 stəkan suda 5 dəq qaynadılır sonra bu 1 stəkan dəmləmə bütün gün boyu uşağın içdiyi bütün çaylara və sulara qarışdırılır, çalışın uşaq gün ərzində 1 stəkanı içə bilsin. Biyan köklərinin tərkibində hormonlara bənzər maddələr də vardır bunlar uşağın həm iştahını və həm də immunitetini yaxşılaşdırır, biyan kökü həmdə şirindir. Biyan kökü dəmlənməsini 10 gün verə bilərsiniz. Əgər öskürək artıq 2 həftə keçmirsə onda belə edin, 100 qram bal götürün 10-15 qram vərəmum (propolis) balı isidin vərəmumu kiçik-kiçik qırıb balda əridin, balın tərkibi çox parçalanmaması üçün balı çox qızdırmağa ehtiyyac yoxdur biraz isinən kimi vərəmum əriyir. Bu qarışımdan 1 yaşdan yuxarı uşaqlar üçün gündə 3 dəfə yeməkdən əvvəl çay qaşığının ucunda verə bilərsiniz, 5 yaşdan yuxarı uşaqlara gündə 3 dəfə yarım çay qaşığı verə bilərsiniz bunu 2 həftə etmək olar. Uşaqlara rahat içilə bilən və tam təbii bitkilərdən hazırlanmış bronxonat siropu da çox faydalıdır. Xatırladım ki, bronxonat siropunun tərkibi əsasən uşaq öskürəklərinin qarşısını almaq üçün mən hazırlamışam və öz uşaqlarıma da həmişə vermişəm. Uşaqlarda dayanmadan boğucu öskürəklər olduqda 1 stəkan isidilmiş südə 1 çay qaşığı bal qarışdırıb verin belə etsəniz öskürəyin intervalları uzanacaqdır. Həm uşaqlar həm də böyüklər üçün faydalı olan bir tərkibi də yadınıza salım deməli 2 qram qara turpu soyun, qənd dilimlərinin yarısı qədər kubik formasında doğrayın yarım stəkan bal ilə bir birinə qarışdırın 12-14 saat ağzı bağlı bankada otaq tempraturunda saxlayın. 14 saatdan sonra banka açıldıqda maye kimi olacaqdır bu mayedən uşaqlara gündə 3 dəfə 1 çay qaşığı böyüklərə isə gündə 3 dəfə 1 xörək qaşığı verin bu həm öskürək həm də göy öskürək üçün faydalıdır, bunu 1 həftə edə bilərsiniz. Həkim fitoterapevt Fizuli Hüseynov 📲 t.me/islamvetebabetlemualice

Open in Telegram
Views1,550+586%vs avg
Forwards—
Reactions22
Comments—
#2398Link preview

Kişilərin ikinci ürəyi – prostat vəz Prostat vəzi əbəs yerə kişilərin “ikinci ürəyi” adlandırmırlar. Hətta kişilər yaşlaşanda da cərrahi əməliyyatla onun götürülməsi ilə barışmaq istəmirlər. Xalq təbabəti reseptindən istifadə etməklə cərrahi müdaxilənin qarşısını almaq olar. Prostat vəz ağrıları zamanı qanda prostaqlandinlərin miqdarı artır, xəstələr dinclik tapa bilmir, həmişə həyəcanlı olur, sidiyə çətin gedirlər və bəzən isə ikiləşmiş sidik olur. Sidiyə gedəndən sonra sidik qaldığından tam boşalma olmur. Cinsi istək azalır və yavaş-yavaş itir. Axşamlar sidiyə getmə çoxalır, səhərə qədər dəfələrlə narahatlıq yaradır. Prostat vəz yerləşən nahiyədə güclü ağrılar olur. Müalicədən əvvəl prostat vəzin USM müayinəsindən keçmək və qanda “PSA total” analizi verərək müalicəyə başlamaq lazımdır. Hər 2 aydan bir yoxlanılmaqla müalicənin nəticələrini müəyyənləşdirmək olar. Prostat vəzin hiperplaziyasında (yəni böyüməsində) aşağıdakı məcundan istifadə edə bilərsiniz. Zəncəfil  kökü     -    30 qram Qarazirə  toxumu  -  50 qram Xurma tozu (erkəkcikləri)  -  100 qram Ud hindi kökü        -        50   qram Novruz şaxtagülü    -     20  qram Bal (şabalıd vəya qaratikan)   -  1 kq Bitkilərin hamısı quru olmalı qəhvəüyüdəndə üyüdülür, bir-birinə qarışdırılır.  gündə 3 dəfə yeməkdən 1 saat  əvvəl 1 çay qaşığı qəbul edilir. Məcunun qatılığı və acılığı narahatlıq yaradanda əlavə olaraq 0.5 kq-a qədər bal əlavə etmək olar. İstifadədən əvvəl məcunu qarışdırmaq lazımdır. Şəkər xəstələri və təzyiqi yüksək olanların istifadə etməsi məsləhət deyil və ya ehtiyatla, az miqdarda tətbiq edə bilərlər. Məcundan istifadə edərkən ishal yaransa onun miqdarı yarıbayarı azaldılmalıdır, problem yarananda isə onun qəbulu dayandırılmalıdır, çünki hər bir orqanizm fərqli xüsusiyyət daşıyır və məcunun tərkibindəki bitkilərə əks reaksiya verə bilər. Prostat hiperplaziyasından (böyüməsindən) əziyyət çəkənlər gündə 2 saat yeyin-yeyin gəzməlidirlər. Bəzi hallarda sidiyə getmə tam dayana bilir,  onda 100 qram çobanyastığı çiçəklərini 2-3 litr suda 5 dəq qaynadıb ilıq olana qədər gözləyib vanna etmək lazımdır, vannanı yaxşı olar isti bir otaqda edib, vanna qəbulundan sonra soyuğa çıxmaq ziyan edə bilər. Vannanı yalnız məcburiyyət olanda etmək lazımdır, çünki çox isti şərait prostat böyüməsinə əks göstərişdir.  Prostat böyüməsi olanlar aşağıdakı çaydan içə bilərlər: Bibəriyyə  yarpağı - 100 qram Fındıq yarpağı  - 100 qram Yağı otu   - 100 qram Gülümbahar  -  100 qram 3 stəkan suya hərəsindən 1 dolu çay qaşığı qarışdırıb dəmləməli, gündə 3 dəfə yeməkdən 50 dəq əvvəl 1 stəkan içilməlidir Həkim fitoterapevt Fizuli Hüseynov İslam və təbabət https://t.me/joinchat/AAAAAEYWQpeGZE-JWad0NA

Open in Telegram
Views1,760+679%vs avg
Forwards—
Reactions11
Comments—