Account

Posts of ŞƏHİD İMAM SEYYİD ƏLİ XAMENEİ

newest first

#4272Photo

Forwarded from İMAM SEYYİD MÜCTƏBA XAMENEİ

📌İmam Seyyid Müctəba Xameneinin Ayətullah əl-Üzma Vəhid Xorasaninin vəfatı münasibətilə başsağlığı mesajı İnqilab Rəhbərinin Ayətullah əl-Üzma Vəhid Xorasaninin vəfatı münasibətilə göndərdiyi başsağlığı mesajında onu elmi hövzədə fiqh və üsul elminin tədrisinin əsas sütunlarından biri kimi təqdim edib. Ayətullah Seyid Müctəba Xameneinin mesajının mətni belədir: Bağışlayan və mehriban Allahın adı ilə Elmi hövzənin böyük ustadı Ayətullah əl-Üzma Vəhid Xorasaninin vəfatı xəbəri bizə çatdı. O böyük şəxs elmi hövzədə fiqh və üsul elminin tədrisinin əsas sütunlarından biri hesab olunurdu. Onun son onilliklər ərzində hər gün keçirdiyi iki dərs məclisi elmi hövzənin ən əsas dərs məclilərindən sayılırdı. Bu dərslərdə onun öz tədqiqatlarının dərinliyi ilə yanaşı Nəcəfi-əşrəf elmi hövzəsinin son dövrlərdə yaşamış ən görkəmli alimlərindən bəzilərinin görüşlərinə ciddi, dərindən və haqqını yerinə yetirərək yanaşması, eləcə də həmin görüşləri dərindən mənimsəməsi aydın şəkildə əks olunurdu. Bu xüsusiyyətlər böyük ustadın aydın, sistemli və möhkəm ifadə tərzi ilə yanaşı olduğundan hər dərs elm öyrənmək və fəzilət qazanmaq istəyənlər üçün faydalı və dəyərli bir saata çevrilirdi. Bu gün Qum elmi hövzəsində, eləcə də ölkənin digər elmi hövzələrində fəaliyyət göstərən müəllimlərin və alimlərin böyük bir qismi, həmçinin müxtəlif şəhərlərdəki ruhani şəxslər öz elmi fəaliyyətlərinin keçmişində o böyük ustadın dərslərində iştirak etmək şərəfini qeyd edirlər. Hamı onun sözlərində və davranışında məsumların (Allahın salamı və salavatı Onlara olsun) müqəddəs zatlarına bağlılığın səmimi və bariz təzahürünü təqdirlə yad edir. Şübhəsiz ki, o şəxs şəriət və məzhəb yolunda göstərdiyi uzunmüddətli və davamlı səyləri ilə mömin cəmiyyətinin və elmi hövzələrin üzərində böyük haqq qazanmışdır. Hamı bu haqqı unutmamalı və ona görə şükür etməlidir. Mən bu ağır müsibət münasibətilə başsağlığımı Ağamızın (Allah şərafətli zühurunu tezləşdirsin), elmi hövzələrə, bütün möminlərə və xüsusilə də onun möhtərəm ailəsinə çatdırır, Uca Allahdan o böyük şəxs üçün yüksək məqamlar diləyirəm. Seyyid Müctəba Hüseyni Xamenei 17.11.2026 https://t.me/muctebaxamenei

Open in Telegram
Views131−50%vs avg
Forwards—
Reactions8
Comments—
#4259Photo
Views244−7%vs avg
Forwards—
Reactions7
Comments—
#4257Link preview

Forwarded from İMAM SEYYİD MÜCTƏBA XAMENEİ

📌Əziz övladlarıma məktub: İnkişaf zirvələrinə çatana qədər bir əhdə sadiqik Ayətullah İmam Seyyid Müctəba Xamenei son aylarda ölkənin müxtəlif universitetlərində təhsil alan bir qrup tələbənin ona ünvanladığı məktublara cavabında onların gələcəyi qurmaq əzmini, iradəsini və məsuliyyət hissini rəhbərliklə gənclər arasında «birgə əhdin» bağlayıcı telləri kimi qiymətləndirib. O, elm, iman və nəfsin saflaşdırılması ilə silahlanmağın, eləcə də İranın gücünü və qüdrətini artırmaq üçün daha çox səy göstərməyin vacibliyini vurğulayıb. Ali Rəhbərin cavab məktubunun mətni belədir: Mərhəmətli və rəhmli Allahın adı ilə! Əziz övladlarıma salam! Məhəbbətlə dolu məktublarınızı oxudum. Siz gənc və həvəsli tələbələrin göstərdiyiniz böyük lütfə görə təşəkkür edirəm. Mənim üzərimdə haqqınız olan hər biriniz üçün xüsusi dua edəcəyəm. Sizin məktublarınızda, eləcə də bu bəndəni öz lütf və məhəbbətlərinə layiq görən bir çox gənc və tələbələrin yazılarında gələcəyi qurmaq üçün əzm, iradə və məsuliyyət hissi parlayır. Bu möhkəm əhd böyük və qiymətli bir əmanətdir. Onun kökləri Məhəmmədi saf İslam məktəbinə (sallallahu əleyhi və alih), böyük İmam Xomeyninin və şəhid Xameneinin (Allah onların məqamlarını ucaltsın) irsinə dayanır. Bu əhd bizim aramızdakı «birgə sədaqət və öhdəlik» bağını təşkil edir. Bu məqsədə çatmaq üçün özünüzü bacardığınız qədər elm, iman, nəfsin saflaşdırılması, Allahla ünsiyyət və Quranın, eləcə də Əhli-beytin (əleyhimussəlam) maarifini dərindən öyrənməklə silahlandırın. Daha çox çalışmaq və yeniliklər yaratmaqla əziz İranın gücünü və qüdrətini artırın ki, mehriban Mövlamız İmam Mehdinin (Allah zühurunu tezləşdirsin) duası ilə birgə əhdə sadiq olanların İslam-İran sivilizasiyasının və tərəqqisinin zirvələrinə doğru irəliləməsi daha yaxşı və daha sürətli şəkildə gerçəkləşsin. İnşallah! ✍ Seyid Müctəba Hüseyni Xamenei 🗓 6 aban 1405 — 28 oktyabr 2026-cı il https://t.me/muctebaxamenei

Open in Telegram
Views236−10%vs avg
Forwards—
Reactions7
Comments—