Account

Posts of İbrahim Nebioglu

newest first

#16269Video
Views687+59%vs avg
Forwards—
Reactions10
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
1 h29
7 h687
  1. After 1 hour29
  2. After 6 hours687
  3. Total to date687
#16268Text

ON İKİ AYLIQ MÖHLƏT Noyabrın 22-də, bazar gecəsi Meta-nın süni intellekt üzrə baş direktoru Aleksandr Van X sosial şəbəkəsində uzun bir esse yayımladı. Essenin ilk cümləsi cəmi iki sözdən ibarət idi: "Superintellekt gəlir." İknci cümlə hökm kimi səslənirdi: bəşriyyətin növbəti bir ildə necə davranacağı hansı dünyada yaşayacağımızı müəyyən edəcək. Silikon Vadisi illərdir bu barədə pıçıltı ilə danışırdı. İndi bunu ucadan deyən adam həmin superintellekti qurmaq üçün işə götürülmüş adamın özü idi. Van 1997-ci ildə Los Alamosda, atom bombasının yarandığı şəhərdə doğulub. Valideynləri Çindən gəlmiş fiziklərdir və məhz o laboratoriyada çalışıblar. 19 yaşında universiteti yarımçıq qoyub Scale AI şirkətini qurdu. Şirkət maşınların öyrənməsi üçün lazım olan məlumatları hazırlayırdı: Van qızıl axtarmırdı, axtaranlara kürək satırdı. 24 yaşında dünyanın ən gənc öz-özünə milyarderi oldu. 2025-ci ildə Zukerberq onu Meta Superintellekt Laboratoriyalarının başına gətirdi. Bu tərcümeyi-halda Labatutun romanlarına layiq bir simmetriya var. Səksən il əvvəl Los Alamosda insanlar ilk dəfə öz yaratdıqları şeyin özlərindən güclü ola biləcəyindən qorxmuşdular. Həmin şəhərin oğlu isə Erik Şmidt və Den Hendriks ilə birgə yazdığı məqalədə superintellektə nüvə silahına baxdığımız kimi baxmağı təklif etmişdi. Niyə məhz indi? Çünki iki gün əvvəl Levent Alpöge Claude ilə birgə Riman fərziyyəsinin sübutunu elan etmişdi. Van yazır ki, bu hadisə böyük dəyişikliyin başlanğıcını açıq-aydın göstərir. Bu dəyişiklik isə "anlamadığımız yad bir ağılın köməyi ilə" baş verib. Yad ağıl. Labatut "Dünyanı anlamaqdan qaldığımız zaman" kitabını məhz bu hiss üzərində qurmuşdu: insan öz yaratdığı biliyə yadlaşır. Amma bu dəfə söhbət bədii təxəyyüldən getmir. Bu sözləri yarışın ən ön cərgəsində dayanan laboratoriyalardan birinin rəhbəri deyir. Özü də xəbərdarlığını hələ heç bir insanın sona qədər oxumadığı bir sübuta söykəyir. Vanın arqumenti sadədir, elə buna görə də qorxuludur. Ona görə, xam intellekt artıq maneə deyil. Süni intellekt az qala hər sahədə tərəqqinin əsas müəllifinə çevriləcək: biologiyada, iqtisadiyyatda, silah sənayesində. Ən təhlükəlisi isə süni intellektin öz tədqiqatıdır. Rekursiya riyaziyyatçıya tanış anlayışdır: funksiya özü-özünü çağırır. Burada isə ağıl özünü çağırır. Hər nəsil növbəti nəsli yaradır və hər addım əvvəlkindən qısa çəkir. Van insandan "min dəfə ağıllı" bir ağıldan danışır və etiraf edir: tam sərbəst rekursiv özünütəkmilləşdirmə üzərində bəşəriyyətin nəzarəti saxlaya biləcəyini təsəvvür etmək çətindir. 2026-cı ilin xronikası bunun eskizi idi. Yanvarda Erdöşün unudulmuş məsələləri həll olundu, sentyabrda Navye–Stoks problemi, noyabrda Riman fərziyyəsi. Əyri artıq şaquli xəttə doğru dikəlirdi. Bəs növbəti on iki ayda nə olacaq? Van nə konkrt proqnoz verir, nə də konkret resept. O, yalnız bir şeydə təkid edir: sənaye "standart yoldan" fərqli addımlar atmalıdır. Superintellekti qaçılmaz saymağı "tənbəl düşüncə" adlandırır və cəmiyyəti hakimiyyəti maşına "təhvil verməkdən" imtina etməyə çağırır. Seçim sadədir və dəhşətlidir. Ya insan bu prosesin sükanını əlində saxlayacaq, ya da tarixin müəllifi olmaqdan çıxıb onun oxucusuna çevriləcək. Bu, artıq oxuya bilmədiyimiz bir kitabın oxucusu olacaq. Etiraz gecikmədi. Esse bir neçə saat ərzində milyonlarla baxış topladı, ardınca qəzəb dalğası qalxdı. Obamanın keçmiş nitq yazarı Con Favro yazdı ki, bəşəriyyətin gələcəyini laboratoriya rəhbərləri yox, seçilmiş hökumətlər həll etməlidir. Tənqidçilər köhnə bir paradoksu da xatırlatdılar: superintellektin ən gur səsli peyğəmbərləri elə onu quranlardır. Xəbərdarlıq edən əl eyni zamanda sürət pedalını basır. Səksən il əvvəl Los Alamosda bir neçə fizik bəşəriyyətin taleyini bir səhər, səhrada həll etmişdi. Onlardan heç kim soruşmamışdı. Bu dəfə bizə bir il verilib. Bəlkə də tarixin bizə göstərdiyi son lütf budur: seçim hələ bizimdir. Gələn noyabr gələndə bu sualın cavabını yəqin ki, artıq biz yox, o yazacaq.

Open in Telegram
Views180−58%vs avg
Forwards—
Reactions10
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
23 h156
35 h180
  1. After 24 hours156
  2. Total to date180
#16266Photo
Views165−62%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
23 h144
35 h165
  1. After 24 hours144
  2. Total to date165
#16265Text

Əslən türk olan Levent Alpoge… Dünənki yazımda Riman hipotezinin isbatı haqdakı yazımdan sonra, bu gün də 24 yaşlı dahi çocuğu yaxından tanıyaq… Levent Alpöge türk əsilli amerikalı riyaziyyatçıdır, əsas sahəsi ədədlər nəzəriyyəsidir. 1 aprel 1992-ci ildə ABŞ-ın Long Island şəhərində doğulub, həm ABŞ, həm də Türkiyə vətəndaşıdır. Təhsili və elmi yolu. Harvardda oxuyub. Bəzi türk mənbələri onu Harvardın riyaziyyat fakültəsini birinci yerlə bitirən ilk türk adlandırır. Tələbə ikən 2015-ci ildə bakalavr tələbəsinin ən yaxşı riyazi tədqiqatına verilən Frank və Brennie Morgan mükafatını qazanıb. Doktorluq dissertasiyasını 2020-ci ildə Prinstonda Fields mükafatçısı Manjul Bhargavanın rəhbərliyi ilə "Points on Curves" ("Əyrilər üzərindəki nöqtələr") mövzusunda müdafiə edib. Sonra Harvardda Junior Fellow kimi çalışıb. Bhargava ilə birgə işləri arasında iki kubun cəmi şəklində yazıla bilən tam ədədlər haqqında məqalə və Mordell hipotezinin effektiv variantına dair tədqiqatlar var. Hətta bir asteroidə onun adı verilib. Anthropic-dəki işi. Hazırda Anthropic-in texniki heyətindədir. Bu ilin avqustunda Claude-un dzeta-funksiyanın sıfırları ilə bağlı nəticəsini Ralph Furmanla birlikdə yoxlayan iki riyaziyyatçıdan biri o idi. Sentyabrda Navye–Stoks ətrafındakı müəlliflik mübahisəsində adı Tristan Buckmasterlə birgə çəkildi. 20 noyabrda isə Riman hipotezini isbat etdiyini elan etdi. @lbrahim_nebioglu

Open in Telegram
Views187−57%vs avg
Forwards—
Reactions8
Comments—
#16263Text

HİLBERTİ OYATMAQ OLAR 20 noyabr 2026 tarixində “Anthropic” şirkətinin türk riyaziyyatçısı Levent Alpöge dörd səhifəlik qısa bir qeyd yayımladı. O, Claude ilə birlikdə Riman hipotezini sübut etdiyinə inanır. Riyaziyyatın ən məşhur və ən inadkar sirri 167 il insan zəkasına tab gətirmişdi. İlin əsas elmi hadisəsini indidən elan etmək olar. Daha doğrusu, hadisəni yox, ilin özünü: 2026-cı il riyaziyyatın süni intellekt tərəfindən fəth olunduğu il kimi tarixə düşür. Hər şey təvazökar başladı. Yanvarda maşınlar Pal Erdöşün yüzlərlə həll olunmamış məsələsindən bir-ikisini həll etdi. Bunlar "aşağıdan sallanan meyvələr" idi, riyaziyyatçıların sadəcə əl atmağa macal tapmadığı məsələlər. May ayında ümumi təyinatlı bir dil modeli Erdöşün çox sevdiyi vahid məsafələr problemini həll etdi. Bu, bütöv bir sahənin mərkəzində dayanan problem idi. Model kombinator həndəsəyə aid bu qapını ədədlər nəzəriyyəsinin açarı ilə açdı. Maşının yalnız şablonları təkrarlaya bildiyi barədə təsəlliverici mif həmin gün öldü. Sentyabrda on min süni agentdən ibarət bir armada Minilliyin yeddi problemindən birini həll etdi: Navye-Stoks tənliklərində sinqulyarlıq məsələsini. Dərhal müəlliflik mübahisəsi alovlandı. Eyni zirvəyə iki riyaziyyatçı da öz yolu ilə dırmaşırdı, maşının onların ideyalarından bəhrələndiyi deyilirdi. Bu iki adın biri Levent Alpöge idi. Taleyin xırda ironiyasıdır: ilin hər iki zirvəsində eyni insanın izi var. Birində maşın onu qabaqlayıb keçdi, digərində onunla yanaşı addımladı. Amma riyaziyyatçıları əsl təşvişə salan oğurluq deyildi. Onları qorxudan bu idi ki, tezliklə sübut ediləcək heç nə qalmayacaq. 6 oktyabrda OpenAI bir gündə 700-dən çox preprint yayımladı. Hər məsələyə orta hesabla üç saat sərf olunmuşdu. Əsrlər boyu yığılıb qalmış 372 məsələ bir sutkada bağlandı. İndi isə final akkordu gəldi. 2026 sadə il olmadı. Sadə il 2027 olacaq, sonra 2029, sonra 2039, 2053... Növbəti sadə ədədi qabaqcadan deməyin bir qanunu varmı? Bu sentyabr Bernhard Rimanın anadan olmasının 200 illiyi idi. O görmüşdü ki, sadə ədədlərin taleyi dzeta-funksiyanın sıfırlarında şifrələnib. Rimanın hipotezinə görə, aşkar istisnaları çıxmaqla, bütün bu sıfırlar tək bir şaquli xətt üzərində düzülür. Hipotez növbəti sadə ədədi göstərmir, amma istənilən aralıqda onlardan neçəsinin olacağını deyir. Bu da Minilliyin problemləri siyahısındadır. Deyəsən, minilliyi bir ilə bitirəcəyik. Deyilənə görə, David Hilbertdən soruşublar: "Min il yatıb oyansanız, ilk işiniz nə olardı?" O, tərəddüd etmədən belə cavab vermişdi: "Riman hipotezi isbat edildimi deyə soruşardım". Məlum oldu ki, Hilberti yüz ildən sonra da oyatmaq olardı. Bəs ikinci işi nə olardı? Sübutu oxumaq olardımı? Alpöge yazıb ki, Claude ilə birlikdə tapılmış sübutun təbii dildəki mətni 250 000 səhifədən artıqdır. Heç bir insan ömrü bu mətni oxumağa çatmaz. Ertəsi gün isə hökm gəldi: Lean proqramı sübutun on yeddi milyon sətrini yoxlayıb "doğrudur" dedi. Riyaziyyatçılar hələ susur. Maşın bilir, insan isə hələ anlamır. Bəlkə də ilin əsl kəşfi budur: həqiqət artıq bizim oxumağımızı gözləmir. Riyaziyyatçılara isə bundan da vacib bir iş qalır: məsələ həll etmək yox, yenilərini qurmaq lazımdır. Çünki köhnələri, deyəsən, qurtarır. @lbrahim_nebioglu

Open in Telegram
Views228−47%vs avg
Forwards—
Reactions12
Comments—
#16260Video
Views1,070+147%vs avg
Forwards—
Reactions14
Comments—
#16259Video
Views356−18%vs avg
Forwards—
Reactions10
Comments—
#16255Photo
Views624+44%vs avg
Forwards—
Reactions6
Comments—
#16253Text
Views523+21%vs avg
Forwards—
Reactions10
Comments—
#16252Photo
Views541+25%vs avg
Forwards—
Reactions9
Comments—
#16251Text
Views366−15%vs avg
Forwards—
Reactions9
Comments—
#16249Text

Türkiyədəki Göbəklitəpənin daxil olduğu Göytəpə – Daş Təpələr regionunun Karahan Təpəsindəki daş fiqurların əksəriyyətinin üzləri yoxdur. Bu fiqurda isə var. Ərazidəki T formalı sütunlar boşdur; gözləri, burnu, ağızları yoxdur. Bu heykəlin oyma üz cizgiləri, qabırğaları, ətraflı əlləri və spesifik pozası var. Bu da Neolit dövrünün simvolik dilini və dini-kosmoloji baxışlarını oxumaq üçün mühüm açardır. Bu kontrastın və təsvir olunan obrazın arxasındakı mümkün mənalar bunlardır: Fərdi İdentifikasiya və Anlaşılmaz "O" Digər sütunlardan fərqli olaraq, bu heykəlin üzü və detalları var. Bu, onun sadəcə kollektiv anonim ruh deyil, məkanın qoruyucu ruhu və ya mifoloji əcdad kimi fərdiləşdirildiyini göstərir. Ölümsüzlük və Ölüm Simvolizmi Qabırğaların qabarıq verilməsi təsadüfi deyil. Arxaik inanclarda sümük insanın əbədi özəyidir; bu fiqur fiziki varlıqla ruhani aləm arasında körpü rolunu oynayır. "Oyanış" və ya "Nəzarət" Pozası Üzsüz sütunlar səssiz tamaşaçılar olduğu halda, bu detallı fiqur məkanın keşiyində duran, zamanı izləyən və şahidlik edən şüurdur. Simvolik Ziddiyyət: Kollektiv Şüur vs. Konkret Mif Üsüzlük ilahiliyin və kollektivin təmsilidir. Bu heykələ detalların verilməsi isə mifoloji hekayənin və konkret bir obrazın canlandırılmasıdır. Beləliklə, bu heykəl Karahan təpənin səssiz, sirli və üzsüz daşlar dünyasında sanki "danışan", kimliyi və anatomiyası ilə fərqlənən mistik bir mərkəzdir. Heykəlin tapıldığı strukturun xüsusi ritual mərkəz (ola bilsin ki, başçının və ya şamanın ritual həyata keçirdiyi xüsusi otaq) olduğunu nəzərə alsaq, onun bu qədər detallı olması təsadüfi deyil – o, sirrin özəyidir. Çox maraqlıdır, görəsən, bu haqda bizim məşhur arxeoloq, əziz dostum Azad Zeynalov nə düşünür? @ibrahim_nebioglu

Open in Telegram
Views430−1%vs avg
Forwards—
Reactions4
Comments—