Account

Posts of Azərbaycan İslam Müqaviməti

newest first

#4108Text
Views110−73%vs avg
Forwards—
Reactions1
Comments—
#4106Text
Views331−18%vs avg
Forwards—
Reactions8
Comments—
#4105Photo

Forwarded from Azərbaycan Araşdırma Mərkəzi

Azərbaycan Araşdırma Mərkəzində müasir təhsil sisteminin problemlərinə həsr olunmuş konfrans keçirilib. Konfransda gələcəkdə qurulması nəzərdə tutulan yeni təhsil sistemində ibtidai siniflər üçün əsas istiqamətlər müzakirə olunub. Dünya sürətlə dəyişir və bu dəyişikliklər mövcud təhsil sisteminin yenilənməsini zəruri edir. Yeni təhsil modeli yalnız bilik verməklə kifayətlənməməli, uşaqlara həyatı anlamağı, müstəqil düşünməyi və cəmiyyətdə düzgün mövqe tutmağı öyrətməlidir. Yeni təhsil sistemində aşağıdakı istiqamətlərə xüsusi diqqət yetirilməlidir: 1. İslami həyat tərzi və ictimai münasibətlər: Uşaqlara İslamın əxlaqi prinsipləri, qarşılıqlı hörmət, düzgün ünsiyyət və ictimai məsuliyyət öyrədilməlidir. 2. Ətraf mühitin tanıdılması: Uşaqlar təbiət, ekologiya və canlılar aləmi ilə yaxından tanış olmalıdırlar. 3. Peşə təlimi: Erkən yaşlardan uşaqlara müxtəlif peşələr və praktiki bacarıqlar öyrədilməlidir. 4. Məntiqi və fəlsəfi təfəkkür: Uşaqlarda müstəqil düşünmək, sual vermək, təhlil etmək və nəticə çıxarmaq qabiliyyəti inkişaf etdirilməlidir. 5. Əhli-Beyt irsi: Tədris vəsaitləri Əhli-Beytin elmi, mənəvi və əxlaqi irsi əsasında hazırlanmalıdır. 6. Yeni tədris yanaşması: Təhsil yalnız «Nə vaxt?» sualı üzərində qurulmamalıdır. Əsas diqqət «Nə?», «Niyə?» və «Necə?» suallarına yönəldilməlidir. Uşaqlar hazır məlumatları əzbərləmək əvəzinə, hadisələrin mahiyyətini anlamağı öyrənməlidirlər. 7. İdarəçilik və iqtisadi biliklər: Uşaqlara idarəetmə, ailə büdcəsinin planlaşdırılması və ev təsərrüfatının idarə olunması öyrədilməlidir. 8. Danışıq qabiliyyətini, fikrin ifadə məharətini formalaşdırmaq Və s... Qiymətləndirmə sistemi də təbii olaraq dəyişdirilir. Uşaqlar daha çox imtahan və test nəticələrinə görə deyil, praktiki bacarıqlarına, düşüncə tərzinə və davranışlarına görə də qiymətləndirilməlidirlər. Yeni təhsil sisteminin əsas məqsədi müstəqil düşünən, koqnitiv cəhətdən yetkin, məsuliyyətli və ictimai münasibətlərdə düzgün mövqe tuta bilən şəxsiyyət yetişdirməkdir. Belə bir nəsil informasiya təsirlərini düzgün qiymətləndirə və manipulyasiyaya daha az məruz qala bilər. Azərbaycan Araşdırma Mərkəzinin əsas vəzifələrindən biri belə bir sistemin işlənilib hazirlanmasıdır. Bunun üçün mütəxəssislər və iş qrupları təşkil olunmalıdır. Azərbaycan Araşdırma Mərkəzi

Open in Telegram
Views266−34%vs avg
Forwards—
Reactions6
Comments—
#4102Photo
Views522+30%vs avg
Forwards—
Reactions19
Comments—
#4095Text
Views571+42%vs avg
Forwards—
Reactions6
Comments—
#4094Text

🔺🔺🔺 Ey pak Zəhra! Ey Peyğəmbərin abırlı qızı! Öz mövqeyindən istifadə et. İndi ki hakimiyyət naəhillərin əlinə keçmək üzrədir, sən qabağa düş. Bu zərif qadın qollarını sipər elə, qoyma hakimiyyət qəsbkarların, layiq olmayanların əlinə keçsin və tarixdə əbədi olaraq belə bir həqiqəti yazdır: İslam budur! Qadın canını fəda edir ki, hakimiyyət ona layiq olmayan birinin əlinə keçməsin. Elə həmin mübarizə də qapının arxasına gəlməklə başlayır. Təhdidlər ona təsir göstərmir. Demir ki, indi hamiləyəm, bu vəziyyətdə getmək məsləhət deyil; bir neçə gün gözləyim, bəlkə onların qəzəbi soyuyar. Gözləyim, bəlkə uşaq dünyaya gəlsin, sonra gedib onların qarşısında dayanaram. Xeyr! Məsələnin gözəlliyi də elə bundadır ki, ən ağır şəraitdə ən böyük vəzifələr yerinə yetirilsin, bədənə və ruha ən ağır zərbələr də elə həmin vaxt dəysin. Buna görə də mübarizəyə başladı: qapının arxasına gəlib dayandı; altı aylıq Möhsin düşdü; qolunda zərbənin təsirindən şiş və göyərmə yarandı; o böyük müqaviməti göstərdi və nəticədə Peyğəmbərin qızını döydülər. Bir qadını kim döyər? Nə üçün döyərlər? O zaman ki, həmin qadın ayağa qalxıb müqavimət göstərir. Onlar bu həssas vəziyyətdə öz məqsədlərini həyata keçirə bilmirdilər. Bunun üçün gərək bu tikanı yoldan götürəydilər. Bu qadın yollarına tikan olmuşdu, bütün planlarını puç edirdi. Mühacir və ənsarın kişiləri, ağsaqqalları, böyükləri hamısı təslim oldu. Bəziləri aldandı, bəziləri səhlənkarlıq etdi. Amma bu qadın nə aldanırdı, nə süstlük edirdi, nə də heç bir qiymətə razı olurdu. Elə buna görə də vurdular. Onu döydükdən sonra huşunu itirdi. Özünə gələndə gördü ki, məsələ, deyəsən, artıq başa çatmaq üzrədir. Amma demədi ki, xəstəyəm, gedə bilmərəm. Əsa götürüb, yaxud bir nəfərin qoluna söykənərək məscidə getdi. Ağlamaqla kifayətlənmədi. Zəhranın məqamını xütbə söyləməkdən ibarət olan mübarizəsini sadəcə mərsiyə və növhə oxumağa çevirən dil kəsilsin! Əgər Zəhranın xütbəsini danışmamısansa, onun ağlamağının mənası da aydın olmaz. Əgər Zəhranın orada necə danışdığını anlamamısansa, onun ağlamağının nə məna daşıdığını da anlaya bilməzsən. O, məscidə gedir, ayağa qalxır və orada olanların heyrət dolu baxışları qarşısında möhtəşəm bir xütbə söyləməyə başlayır. Məncə, adi bir insan həmin xütbəni oxumaq və ya öz sözləri ilə ifadə etmək istəsə, yarım saatdan çox danışmalı olar. Xütbə heyrətamiz fikirlər və məzmunla doludur. Beləliklə, işin bu mərhələsi də yerinə yetirilir: insanların düşüncələri hazırlanır. Amma o, bununla da kifayətlənmir. Deyilənə görə, qırx gecə boyunca müntəzəm olaraq bu kişinin evinə, o tanınmış şəxsin evinə, digər nüfuzlu adamların qapısına gedir. Onlara deyir: «Gəlin, hərəkətə keçin! Təşkilatlanın, bir-birinizlə əlbir olun, həmrəy olun! Vaxtında düzgün bir addım atın, bir-birinizə dayaq olun! Hələ gec deyil! Hələ iş əldən çıxmayıb!» Qırx gecə boyunca bu məqsəd uğrunda çalışır. Bəs kim? O qadın ki, bətnindəki uşağı həmin şəkildə salmışdı; o qadın ki, zərbə almış, yaralanmış və bədəni zərər görmüşdü. Görün, bu hadisə əslində nə deməkdir! Bunları siz, Allaha and olsun, eşitməmisiniz? Axı bunlar haqqında çox danışılır. Amma bilin ki, bütün bu işlər başdan-başa fasiləsiz bir mübarizənin müxtəlif mərhələləri və təzahürləridir. Bu, müxtəlif formalarda aparılan bir mübarizə idi: müsbət mübarizə; bədənlə aparılan mübarizə — əgər əlində qılınc olsaydı, bəlkə onunla da vuruşardı; dillə aparılan mübarizə; gizli və gecəyarısı həyata keçirilən səylərlə aparılan mübarizə; qadınlarla söhbət etmək yolu ilə aparılan mübarizə. Fatimə Zəhranın ənsar qadınları ilə söhbəti həqiqətən heyrətamizdir.

Open in Telegram
Views631+57%vs avg
Forwards—
Reactions11
Comments—
#4093Video
Views656+63%vs avg
Forwards—
Reactions8
Comments—
#4092Text
Views386−4%vs avg
Forwards—
Reactions1
Comments—
#4091Text

Forwarded from Azərbaycan İslam Müqaviməti

🔴 HƏZRƏT XANIM FATIMEYI-ZƏHRANIN (S) İCTİMAİ VƏ SİYASİ HƏYATI VƏ ŞƏXSIYYƏTİNƏ QISA BİR BAXIŞ Həzrət İmam Seyid Əli Xamenei 🔸 Siyasi və ictimai sahələrdə mübariz və görkəmli qadınların nümunəsi Siyasi, ictimai və cihad sahələrində həzrət Zəhranın (s) şəxsiyyəti üstün və qabarıq bir şəxsiyyətdir. Belə ki, dünyanın bütün görkəmli siyasi, mübariz və inqilabçı qadınları onun qısa və dərin həyatından dərs götürə bilərlər. Bu qadın inqilab evində doğuldu. Bütün uşaqlıq dövrünü unudulmaz, qlobal və əzəmətli bir mübarizə halında olan bir atanın ağuşunda keçirdi. Bu xanım uşaqlıq dövründə Məkkə mübarizəsinin çətinliklərini daddı, Əbu Talib dərəsinə aparıldı, Məkkə mübarizəsi dövrünün acılığını, çətinliyini, qorxusunu və müxtəlif acılarını duydu. Sonra Mədinəyə hicrət etdikdə bütün həyatı Allah yolunda cihad olan bir insanın həyat yoldaşı oldu. Fatimeyi-Zəhra (s) ilə Əmirəlmömininin (ə) on bir ilə yaxın müştərək həyatında bir dövr olmadı ki, bu ər Allah yolunda cihada qalxmasın, döyüşə getməsin, bu böyük və fədakar xanım bir mücahid insana, əsgərə və müharibə meydanının daimi sərdarına ləyaqətli yoldaşlıq etməsin. Bu, Fatimeyi-Zəhranın (s) çox əzəmətli, fövqəladə və həqiqətən bənzərsiz olan və şübhəsiz, bəşər zehnində istər bu gün, istər gələcəkdə parlaq və müstəsna bir nöqtə olan cihad həyatıdır. 🔸 Fatimeyi-Zəhranın (s) siyasi və ictimai hadisələrdə iştirakı Fatimeyi-Zəhranın (s) istər uşaqlıq dövründə, istər Peyğəmbərin Mədinəyə hicrətindən sonra Mədinə daxilində fəaliyyətinin, bütün siyasi və ictimai hadisələrin mərkəzi olan atasının ogünkü ümumi hadisələrinin hamısında iştirak etməsinin özü İslam quruluşunda qadının rolunu göstərir. Əlbəttə, Fatimeyi-Zəhra (s) bu məsələlərin zirvəsindədir. Erkən İslam çağında digər görkəmli qadınlar da olmuşdur. Onlar elmlə, ağılla, müxtəlif hadisələrdə iştirak etməklə, hətta döyüş meydanlarına getməklə, fiziki qüvvəsi olan bəziləri müharibənin rəşadət meydanında qılınc vurmaqla fəaliyyət göstərirdilər. Əlbəttə, İslam bunu qadınlar üçün vacib etməyib və onların boynundan götürmüşdür; çünki onların fiziki xüsusiyyətləri, eləcə də duyğuları ilə uyğun deyil. 🔸 İslamı, imaməti və vilayəti müdafiə O həzrətin müxtəlif meydanlarda - İslamı müdafiədə, imaməti və vilayəti müdafiədə, Peyğəmbəri müdafiədə, İslamın ən böyük sərdarını, yəni həyat yoldaşı olan Əmirəlmöminini (ə) saxlamaqda olan cihadı nümunə bir cihaddır. 🔸 Mübariz qız və vəfalı həyat yoldaşı Həzrət Fatimə (s) Məkkənin mübariz qızlarından biri idi. Sonra peyğəmbər qızı olaraq onun digər qadınlarla, tabeliyində olanlarla, hətta öz xadimi ilə rəftarı ibrətamizdir. Evdar bir qadın olması cəhətindən, ailə qurmuş və həyat yoldaşı həmişə silahlı əsgər olan gənc qız olaraq görürük ki, o hətta bir dəfə də bu vəziyyətdən narahat və nigaran olmamışdır. Onun həyat yoldaşı həmişə silahlı əsgərlərdən biri olmuş, təxminən otuz döyüşdə iştirak etmiş, bu yolda yaralanmış və ölümün yaxınlığına qədər irəliləmişdir. 🔸 Siyasi və ictimai işlərdə iştirak etmək Fatimeyi-Zəhranın (s) Peyğəmbərin vəfatından sonra Mədinə məscidində söylədiyi nitq Əllamə Məclisinin sözünə əsasən, elə bir nitqdir ki, səlis və gözəl natiqlər və alimlər oturub bu çıxışın sözlərini və təbirlərini izah etməlidirlər; yəni bu qədər məzmunludur. Üslub gözəlliyi baxımından Fatimeyi-Zəhranın (s) bu sözü Nəhcül-bəlağənin sözləri kimi dəyərli, Əmirəlmömininin (ə) sözləri həddindədir. Fatimeyi-Zəhra (s) gedir Mədinə məscidində xalqın qarşısında dayanır və bədahətən danışır. O ən yaxşı və ən gözəl təbirlərlə, ən seçilmiş mənalarla bəlkə də bir saat söhbət etmişdir. 🔸 Daimi mübarizə və həzrət Əlinin (ə) xəlifəliyini müdafiə Həzrət Zəhra (s) Peyğəmbərin vəfatından sonra həzrət Əlinin (ə) xəlifəliyi üçün çalışan qrupun başında dururdu. O, bu yolda məsciddə mühacir və ənsardan olan müsəlmanların izdihamı qarşısında çıxış etdi. O, həyatın müxtəlif sahələrində daimi bir mübariz idi. /1 🔻🔻🔻

Open in Telegram
Views447+11%vs avg
Forwards—
Reactions1
Comments—
#4089Video

Forwarded from میرآقا داداش - Mirağa Dadaş

3 dəqiqəlik sənədli film Azərbaycanda hicab Azərbaycanın bütün tarixi fotolarına nəzər salanda mühüm bir məsələnin şahidi oluruq; Bütün qadınlar çadradadır. 100 ildən çox Rus imperiyasının və 70 il Sovetin işğalı altında qalan Azərbaycanda hicab məsələsini aradan qaldıra bilməyiblər. Azərbaycanda qadınların örtünməsi o qədər mühüm bir məsələ hesab olunurdu ki, çadra ilə çölə çıxmayan qadına abırsız və həyasız qadın kimi baxırdılar. Qadınlar hətta sırf qadınlara aid olan məclislərdə də başlarının örtüsünü açmaz, kəlağayı adlanan parça ilə örtərdilər. Bəs necə oldu ki, Azərbaycanda hicab qadağan edildi. Gəlin izah edim; İlk dəfə hicab qadağası 1997-ci ildə Netanyahunun Bakıya səfərindən sonra pasportlarda tətbiq olundu. Artıq heç bir dindar azərbaycanlı qadın hicab ilə rəsmi sənəd ala bilməzdi. Rəsmi sənəd üçün mütləq hicabını çıxarmalı idi. Daha sonra isə rəsmi dövlət müəssisələrində hicab qadağası tətbiq olundu. Siz Azərbaycanda bir nəfər rəsmi hicablı şəxsə rast gələ bilməzsiniz. Nəhayət ki, hicab qadağası məktəb və universitetlərə keçdi. Amma həmin vaxt hakimiyyət xalqın çox güclü müqaviməti ilə üzləşdi. Ölkə boyu aksiyalar təşkil olundu. İsrail ilə münasibətləri güclənən Azərbaycan hakimiyyəti minlərlə insanı sırf dini etiqadı səbəbindən zindana saldıqdan sonra rəsmi olaraq 21 Sentyabr günü hicabı qadağan etdi. Bu qadağa məktəblərdən başladı və indi hətta avtobuslara belə hicablı qadını mindirməmək tapşırığı verilib. Bəs dərslər 15 Sentyabrda başladığı halda niyə məhz bu qadağa 21 Sentyabr tarixində verildi? Sizcə 21 Sentyabr hansı əlamətdar gündür? 21 Sentyabr yəhudilərin müqəddəs yovm kippur günüdür və bütün ailə üzvləri yəhudilərdən təşkil olunan İlham Əliyev məhz həmin gündə Azərbaycanda hicabı rəsmi şəkildə qadağan etdi. Azərbaycan Araşdırma Mərkəzi

Open in Telegram
Views446+11%vs avg
Forwards—
Reactions8
Comments—