🔯 SİONİST ŞAY QAL: TÜRKİYƏNİN GSI LAYİHƏSİNƏ HƏRBİ MÜDAXİLƏSİ SİONİST REJİM ÜÇÜN MÜHARİBƏ SƏBƏBİ SAYILMALIDIR
Sionist Şay Qal sosial şəbəkə hesabında Afina Təhlükəsizlik Forumunda iştirakından bəhs edərək Türkiyə, Yunanıstan, Kipr, sionist rejim və Cənubi Qafqazla bağlı geniş paylaşım edib.
Şay Qal paylaşımında yazıb:
«Bu gün Afina Təhlükəsizlik Forumunda Kiprin Yunanıstandakı səfiri Stavros Avqustidis və doktor Filip-Mark Spanidislə birlikdə Adamantiya Lioliunun moderatorluğu ilə keçirilən müzakirədə iştirak etdim.
Yunanıstan və Kiprin suverenliyi sionist rejimin təhlükəsizlik maraqlarının bir hissəsidir. Sionist rejim Kipri Yunanıstanla, daha sonra isə sionist rejimlə birləşdirməsi nəzərdə tutulan sualtı elektrik xətti — Böyük Dəniz İnterkonnektoru (GSI) layihəsinin müdafiəsinə görə məsuliyyət daşımalıdır. Avropa ilə bu qanuni bağlantıya qarşı silahlı hücum, güc tətbiq etməklə ələkeçirmə və ya hərbi blokada həmin həddi aşmaq deməkdir.
Mən Avropa GSI Davamlılıq Paktının yaradılmasını təklif etdim. Bu, Yunanıstan və Kiprin rəhbərliyi, Fransa, Avropa İttifaqı institutları və sionist rejimin iştirakı ilə layihənin davamlılığını təmin edəcək, hüquqi baxımdan məcburi qüvvəyə malik Avropa razılaşması olmalıdır. Məqsəd 90 gün ərzində imzalanmağa hazır, maliyyə xərcləri hesablanmış protokol hazırlamaqdır.
Bu pakt Yerusəlim, Afina və Nikosiya arasında qarşılıqlı müdafiə öhdəliklərinə əsaslanır. Zərurət yarandıqda, qanuni əsaslar mövcud olduqda və hücuma məruz qalan dövlətin müraciəti əsasında birbaşa hərbi iştirak da nəzərdə tutulur. Hər bir dövlət öz silahlı qüvvələri üzərində komandanlığı saxlayacaq və bu öhdəliklər sionist rejimin özü müharibə vəziyyətində olduğu zaman da qüvvədə qalacaq. Hərbi missiyanın məqsədi işçi heyətini və infrastrukturu qorumaq, hücumu dayandırmaq və qanuni fəaliyyətin bərpasını təmin etməkdir.
Bu çərçivədə Fransanın əsas Avropa strateji tərəfdaşı kimi rolu hava və dəniz qüvvələrinin bölgədə mövcudluğunu davam etdirmək, infrastrukturu qorumaq və NATO daxilində konsensus əldə olunmadıqda belə, əməkdaşlığa hazır tərəfdaşlarla birlikdə hərəkət etməkdir.
Protokol səlahiyyətləri, maliyyələşdirmə mənbələrini, diplomatik və iqtisadi cavab tədbirlərini əvvəlcədən müəyyənləşdirəcək. Podratçı, sığorta şirkəti və ya maliyyə qurumu layihədən çəkilərsə, alternativ mexanizmlər hazır olacaq.
Mexanizm məcburetmə nəticəsində yaranan və təsdiqlənmiş əlavə xərcləri, o cümlədən sığorta və işlərin davam etdirilməsi xərclərini əvvəlcədən razılaşdırılmış həddə qədər qarşılayacaq. Dövlət maliyyələşdirməsi konkret təhlükəsizlik faydası təmin etməlidir. Adi kommersiya riskləri isə ayrıca qiymətləndiriləcək.
Bu mexanizm böhranın ilk gününü, ilk həftəsini və 30-cu gününü əhatə edən, eyni resurslar uğrunda bir neçə cəbhənin rəqabət apardığı ssenari əsasında keçiriləcək təlimdə sınaqdan çıxarılacaq.
Avropa İttifaqı Türkiyəyə veriləcək yeni əlavə güzəştləri, o cümlədən maliyyələşdirmə və əməkdaşlıq proqramlarını Ankaranın Avropa layihələrinə və üzv dövlətlərin suveren hüquqlarına münasibətindən asılı edəcək. Təhdid qanuni Avropa qərarının yenidən müzakirəyə çıxarılması üçün əsas ola bilməz.
Ankaranın Şərqi Aralıq dənizi üzərində ümumi təsdiq hüququ yoxdur. Razılığın tələb olunub-olunmaması fəaliyyətin xarakterindən, yerləşdiyi ərazidən və qanuni yurisdiksiyadan asılıdır. Bildiriş göndərmək icazə istəmək demək deyil. Təhlükəsizlik məsələləri üzrə koordinasiya suverenliyin tanınması anlamına gəlmir. Hərbi gəmi irəli sürülən iddianı hüquqi yurisdiksiyaya çevirə bilməz.
GSI layihəsi ilə bağlı təzyiq altında edilən hər bir güzəşt gələcəkdə nəzərdə tutulan EastMed qaz kəməri və Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizinin (IMEC) Aralıq dənizi hissəsi ilə bağlı növbəti tələblərin başlanğıc nöqtəsinə çevriləcək. Hindistanın Avropaya çıxışı Türkiyənin icazəsindən asılı ola bilməz.
Yunanıstan, Kipr və sionist rejim arasındakı tərəfdaşlığın Qafqaza genişləndirilməsi etibarlı nəqliyyat çıxışı və qarşılıqlı öhdəliklər prinsipinə əsaslanmalıdır. Bu, sionist rejimlə Ermənistan arasında birbaşa əməkdaşlığı, eləcə də öz müstəqil siyasətini müəyyənləşdirən Azərbaycan üçün bu tərəfdaşlıqda yer ayrılmasını nəzərdə tutur.
Ermənistan başqalarına verdiyi tranzit imkanlarının müqabilində etibarlı tranzit çıxışı əldə etməlidir.
Daha geniş tərəfdaşlıq çərçivəsində Gürcüstan və Qara dəniz Avropaya çıxış marşrutlarını təmin edir. Hindistan sənaye potensialını, Misir enerji infrastrukturunu, Körfəz ölkələri isə investisiya və logistika imkanlarını ortaya qoyur.
GSI bu tərəfdaşlığın infrastrukturu maliyyələşdirmək, inşa etmək, müdafiə etmək və bərpa etmək qabiliyyətinin ilk sınağıdır.
Vaşinqtonun Ankaraya etdiyi güzəştlər müxtəlif administrasiyalar dövrünü əhatə edib. Netanyahu sionist rejimin strategiyasını Trampın şəxsi rəğbətinə bağlayıb və Fransa, eləcə də Avropa İttifaqı institutları ilə münasibətlərə zərər vurub.
Növbəti hökumət bu münasibətləri bərpa etməli, Vaşinqtonda hər iki partiyanın dəstəyini gücləndirməli, birgə müdafiə istehsalını və müharibə şəraitində belə etibarlı təchizatı təmin etməlidir.
Sionist rejimin strateji müstəqilliyi hər bir baş nazirin və hər bir ABŞ prezidentinin hakimiyyət müddətindən daha uzunömürlü olmalıdır».
Mənbə: X
✡️ Abunə olun ⬅️