Account
İslam Fədailəri

İslam Fədailəri

أُذِنَ لِلَّذِینَ یُقَـٰتَلُونَ بِأَنَّهُمۡ ظُلِمُوا۟ۚ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصۡرِهِمۡ لَقَدِیرٌ.

Username
@fadayaneislam
Subscribers1,210
Avg views per post, 7d345−30.7% vs prev 7d
ERR28.49%last 7 days

Average views per post by day

By publication day

Show as table
DateAvg views per post
Nov 15, 2026518
Nov 16, 2026514
Nov 17, 2026528
Nov 18, 2026516
Nov 20, 2026458
Nov 21, 2026411
Nov 22, 2026424
Nov 23, 2026380
Nov 24, 2026384
Nov 25, 2026348
Nov 26, 2026307
Nov 28, 2026227

Most viewed this month

  1. 01
    Views543
    Forwards—
    Reactions12
    Comments—
  2. 02
    Views518
    Forwards—
    Reactions9
    Comments—
  3. 03

    Rəhbərliyin keyfiyyəti inqilabın mahiyyətini dərk etmə yollarından biridir, çünki bir inqilabı və ya hərəkatı tanımağın ən mühüm üsullarından biri onun rəhbərlik səviyyəsinə baxmaqdır, yəni görməliyik ki, bu hərəkat necə və hansı yolla idarə olunmuşdur. Hərəkatın başladığı ilk gündə heç kim çıxıb özünü liderliyə namizəd etmədi və camaat da elə həmin gün ona səs vermədi ki, "sən lidersən" deyib sonra o lider xalqa yol seçsin; əksinə, nisbətən ortaq dərdləri olan çoxlu fərdlər və qruplar meydana çıxdı, amma proses tədricən getdi və lider özlüyündə, təbii şəkildə seçildi. Ruhani təbəqədən istər mərcelər olsun, istər olmasın, qeyri-ruhani təbəqədən istər İslami cərəyanlar olsun, istər qeyri-İslami, savadlı təbəqə olsun, savadsız təbəqə olsun, tələbələr, işçilər, fermerlər və tacirlər hamısı iştirak etdi, lakin lider yenə də öz-özünə seçildi. Bəs necə oldu ki, lider həqiqətən belə öz-özünə seçildi və bütün cəmiyyət onun rəhbərliyini etiraf etdi? Bu, sadəcə liderin dürüstlüyünə görə idimi? Şübhəsiz ki, lider dürüst idi, amma dürüstlük yalnız İmam Xomeyniyə məxsus idimi? Liderliyə real ləyaqəti olan digər insanlar da dürüst deyildimi? Əlbəttə, onlar da var idi. Lider cəsur idi, amma məgər tək o cəsur şəxsiyyət idi? Onun xaricində də doğru, dürüst və cəsur liderlər mövcud deyildimi? Var idi. Liderdə bir növ uzaqgörənlik ‌(bəsirət)⁩ vardı, amma məgər bu uzaqgörənlik müstəsna olaraq yalnız onda idimi? Başqalarında uzaqgörənlik yox idi? Var idi. Lider qətiyyətli idi, lakin bu keyfiyyət də yalnız ona məxsus deyildi. Deməli, bütün bu üstünlüklər onda toplanmışdı, amma bu o demək deyil ki, başqalarında bu üstünlüklər ümumiyyətlə yox idi. Onda necə oldu ki, cəmiyyət öz-özünə onu lider seçdi? Burada tez-tez soruşulan bir sual ortaya çıxır: Tarixdə və ya hərəkatlarda liderin rolu nədir? Tarix şəxsiyyəti yaradırmı, yoxsa şəxsiyyət tarixi? Hərəkat lideri formalaşdırırmı, yoxsa lider hərəkatı? Bilirik ki, düzgün nəzəriyyə budur ki, hərəkatla lider arasında qarşılıqlı təsir mövcuddur. Məgər lider hərəkatı zirvəyə çatdırır, yoxsa hərəkat lideri lider edir? Həqiqət budur ki, hər ikisi doğrudur; yəni liderdə elə keyfiyyətlər və imtiyazlar olmalıdır ki, hərəkatı yüksək zirvələrə aparsın və hərəkatda da elə xüsusiyyətlər olmalıdır ki, həmin spesifik şəxsiyyəti lider statusuna yüksəltsin. Şəhid Mürtəza Mütəhhəri (r.ə) / Ayəndeye İnqilabi İslami 📗 https://t.me/fadayaneislam

    Text
    Views516
    Forwards—
    Reactions7
    Comments—
  4. 04

    Bu hərəkatın əhatəli və hərtərəfli olması təkcə İslam mənəviyyatının İslami rəng daşması ilə yox, həm də bu xalq kütlələrinin əksəriyyətinin həyatında hər şeyin İslami rəngə boyanması ilə izah olunur və məhz buna görə də bu, tam mənada əhatəli bir hərəkat oldu. Bu hərəkatın belə geniş miqyaslı və əhatəli olduğuna heç kimin şübhə edə biləcəyini zənn etmirəm. Məşrutə hərəkatı sırf şəhərli bir hərəkat idi və kəndləri əhatə etmirdi, lakin bu hərəkat həm şəhəri, həm də kəndi bürüdü; şəhərli də, kəndli də bu mübarizədə çiyin-çiyinə iştirak edirdi. Öz gözlərimizlə şahid olduğumuz bu həqiqəti artıq heç cür inkar edə bilmərik. Məhrumu da, varlısı da bu meydanda idi və elə bir mənzərə yaranmamışdı ki, bazar əhli qeyri-bazar təbəqəsinin qarşısında cəbhə tutsun. Necə ki neft sənayesi fəhləsi tətilə çıxanda bazar əhli də ona qoşulub dükanlarını bağlayırdı, məhz bu hərəkatın İslami ruhu və xarakteri idi ki, hamını bir istiqamətdə və bir cərgədə birləşdirdi; əlbəttə, bu o demək deyil ki, hər kəsin bu hərəkatdakı payı və rolu eyni dərəcədə bərabər idi, çünki reallıqda belə bir bərabərlik heç vaxt mümkün deyil, lakin bu hərəkatın İslami mahiyyəti bütün təbəqələri vahid və ahəngdar bir hərəkətdə, ortaq bir məqsəd uğrunda səfərbər etməyi bacardı. Şəhid Mürtəza Mütəhhəri / Ayəndeye İnqilabi İslami 📗 https://t.me/fadayaneislam

    Text
    Views516
    Forwards—
    Reactions8
    Comments—

Latest posts

#1573Text

Və bu kiçik yazılmış sözə baxdıqda, ilk dəfə olaraq daxilimdə bir şeyin yüngülləşdiyini hiss etdim. Hələ heç kim bunu oxumayacaqdı, hələ hər şey gizli qalacaqdı, amma ən azından mən özümə həqiqəti demişdim… Kağızı qatlayıb, kitabımın arasına qoydum. Sanki bu kiçik kağız parçası ən ağır sirrimi özündə saxlayırdı. Gecə yatmazdan əvvəl bir daha onu xatırladım, ürəyimdəki sual hələ də sönməmişdi, əksinə, daha da böyümüşdü. Ertəsi gün yenidən küçəyə çıxdım. Küçə yenə də əvvəlki kimi idi - insanlar səssizcə yerlərinə gedir, baxışlar yerə dikilirdi. Lakin bu dəfə mənim gözlərim fərqli görürdü. Hər bir keçənin arxasında gizlənən bir hekayə olduğunu, hər bir susqunluğun arxasında boğulmuş bir səs olduğunu anlamağa başlamışdım. Yaddaşımın dərinliklərindən keçmişin acı xatirələri bir-birinin ardınca üzə çıxmağa başladı. Bir zamanlar ürəklərindəki həqiqəti cəsarətlə deyən insanlar gəlirdi gözümün önünə. Onlar bir vaxtlar səmimi səsləri ilə ətraflarına ümid yayırdılar, lakin zaman keçdikcə bu səslər yavaş-yavaş susdurulmuşdu. Onların taleyi barədə düşündükcə, ruhumda ağır bir ağrı yaranırdı. Gənclərə baxırdım. Onların çoxu gələcəyə ümidlə baxmaq əvəzinə, yalnız qaçmağın yollarını axtarırdı. Ölkədən uzaqlaşmaq, öz doğma torpağını geridə qoymaq, onların üçün yeganə çıxış yeri kimi görünməyə başlamışdı. Bu da öz növbəsində ailələri sarsırdı: bir-birindən ayrılan evlər, dağılan ailə bağları, heç vaxt əvvəlki kimi olmayacaq evlər… Əxlaqın zəifləməsinin izlərini də hər yerdə görmək olurdu. İnsanlar arasında etibar yoxa çıxır, qeyri-məşru münasibətlər isə getdikcə daha çox yayılırdı. Əvvəllər qadağan sayılan yerlər, kazinolar və qumarxanalar indi açıq qapıları ilə insanları özünə cəlb edirdi. Bütün bunları görərkən səssizcə müşahidə edir, hər bir mənzərənin ağırlığını öz ruhumda daşıyırdım… #ilkromanım #niyəhamısusur #3hissə https://t.me/fadayaneislam

Open in Telegram
Views205−51%vs avg
Forwards—
Reactions5
Comments—
#1572Text
Views249−40%vs avg
Forwards—
Reactions7
Comments—
#1571Text
Views307−26%vs avg
Forwards—
Reactions9
Comments—
#1570Text
Views346−16%vs avg
Forwards—
Reactions8
Comments—
#1569Text

Ayaqlarımın altında küçənin soyuq daşları sanki nəfəsimi kəsirdi. Hər yerə yayılan o ağır səssizlik elə bir yük idi ki, sanki bütün şəhərin çiyinlərinə çökmüşdü. İnsanlar bir-birinin yanından keçirdilər, amma gözləri heç vaxt görüşmürdü. Hər kəs baxışlarını yerə dikir, öz düşüncələrinin dərinliyinə çəkilirdi. Evlərin pəncərələrindən də eyni səssizlik boylanırdı - orada da sözlər boğulur, hisslər gizlənirdi. İnsanlar öz yerlərində hərəkət edirdilər, lakin bu hərəkətin arxasında canlı bir istək, səmimiyyət yox idi. Hər şey əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun, mexaniki şəkildə icra olunurdu. İnsanlar nə etdiklərini bilirdilər, amma niyə etdiklərini artıq hiss etmirdilər. Bir zamanlar insanların ürəklərini bir-birinə yaxınlaşdıran, onlara ümid, səbr və sevgi bəxş edən, xoşbəxtlik mənbəyi olan din də, yavaş-yavaş həyatın mərkəzindən kənara çəkilmişdi. Bəziləri öz inanclarını yalnız qapalı qapılar arxasında, heç kimin görmədiyi anlarda yaşaya bilirdilər; bəziləri isə onu zahiri bir göstərişə, yalnız formadan ibarət bir hərəkətə çevirmişdilər. Ümumi vəziyyətin ağırlığını hər kəs öz daxilində hiss edirdi. İnsanlar çox zaman alçaldılır, özlərini ifadə etmək imkanından məhrum olurdu, lakin çox az adam bunu ucadan deməyə cəsarət edirdi. Hər birinin ruhunda dərin, dolmayan bir boşluq yaranmışdı. Gecələr bu boşluq onları yuxudan ayırır, onları keçmişə, bir zamanlar hər şeyin daha canlı, daha səmimi olduğu günlərə qaytarırdı. Lakin səhər açıldıqda, yenə də hamı öz yerinə qayıdır və susurdu. Mən də bu susqunluğun içində gəzirdim. Ətrafıma baxdım, qapalı pəncərələrə, qaçan baxışlara, susan dillərə baxdım və ürəyimin dərinliyində ilk sual doğuldu: "Niyə hamı susur?" #niyəhamısusur #ilkromanım #1hissə https://t.me/fadayaneislam

Open in Telegram
Views351−15%vs avg
Forwards—
Reactions7
Comments—
#1567Text
Views384−7%vs avg
Forwards—
Reactions9
Comments—
#1566Text
Views375−9%vs avg
Forwards—
Reactions8
Comments—
#1565Text
Views429+4%vs avg
Forwards—
Reactions10
Comments—
#1564Text
Views398−4%vs avg
Forwards—
Reactions12
Comments—

All posts