⚽️🇩🇪🚨🔴 Coşua Kimmixin Camal Musiala ilə bağlı geniş açıqlaması👇👇 🗣️ Kimmix: “Ümumiyyətlə, vəziyyətə müxtəlif tərəflərdən yanaşmaq lazımdır. Bunun klub üçün də asan vəziyyət olmadığını tamamilə anlayıram. Son iki ildə Camalın keçdiyi yolu yaxından izləmişəm. Avropa çempionatında komandamızı çiyinlərində daşıdı və turnirdən sonra da ən seçilən futbolçumuz oldu. Daha sonra müqaviləsini yenilədi, burada və Almaniya millisində 10 nömrəli formanı aldı. Ardınca ilk əzələ zədəsi gəldi. Şəxsi təcrübəmdən deyə bilərəm ki, xüsusilə həmin yaşda müqaviləni yeniləmək növbəti beş il ərzində arxayınlaşmaq və hər şeyin dadını çıxarmaq demək deyil. Əksinə, bu, insan üçün əlavə motivasiya və üzərinə götürdüyü məsuliyyətdir. Daha sonra Camal xəstələndi və ciddi zədə aldı. Unutmamalıyıq ki, son il yarım ərzində onun ardıcıl dörd-beş oyun keçirdiyini belə xatırlamıram. Buna görə də əvvəlki səviyyəsində çıxış edə bilməməsi müəyyən mənada başadüşüləndir. Klubun da xəstəlik səbəbindən narahatlıq keçirməsini anlayıram. Anlamadığım məsələ isə bütün bunların ictimaiyyətə çatdırılma formasıdır. Heç vaxt futbolçu bu vəziyyətin bütün ağırlığını öz üzərinə götürməli deyil. Əlbəttə, klub hər zaman birinci yerdədir və biz futbolçulardan daha böyükdür. Amma insandan daha böyük deyil. Bu, qətiyyən yolverilməzdir. Üstəlik, bu, “Bayern”in ənənələrinə də uyğun deyil. Xüsusilə də klubun nə qədər özəl olduğunu dəfələrlə vurğuladığım bu dönəmdə belə bir hadisənin yaşanması məni təəccübləndirir. Öz vəziyyətimdə də klubun nə qədər xüsusi olduğunu hiss etmişəm. Burada birlik və həmrəylik ruhunun həqiqətən yaşandığını görürdün. İndi baş verənlər isə heç vaxt bu şəkildə yaşanmamalı idi. Bunu qətiyyən başa düşə bilmirəm”. — Bu, kifayət qədər sərt açıqlamadır. Mövqeyinizi klub daxilində də bildirmisiniz? 🗣️ Kimmix: “Bəli, əlbəttə. Dediyim kimi, klubun vəziyyətini də anlayıram. Bununla belə, düşünürəm ki, bu məsələ bağlı qapılar arxasında müzakirə olunmalıdır. Camalın agenti və ya özü ilə danışmaq mümkündür. Hesab edirəm ki, qarşı tərəf də buna açıqdır. Onların artıq görüşdükləri və açıqlama yayacaqları barədə məlumat oxuduğumu da xatırlayıram”. — Camalla danışmısınız? Ona nəsə demisiniz? 🗣️ Kimmix: “Düzünü desəm, məndə belə təəssürat yaranır ki, Camal kənarda baş verənlərin hamısından heç xəbərdar da deyil. Məncə, bu, əslində yaxşı haldır. Əlbəttə, müəyyən müzakirələr olub. Mənim üçün ən vacib məsələ onun hər gün Zəbener Ştrassedə olması və futboldan zövq almasıdır. Düşünürəm ki, hazırkı vəziyyətdə onun üçün ən önəmli olan budur. Unutmamalıyıq ki, o, yayda yenidən əməliyyat olundu və bundan sonra başqa bir zədə aldı. Amma mən onu hər gün görürəm, onunla vaxt keçirirəm. Necə çalışdığını, nə qədər əziyyət çəkdiyini görürəm. Bu da vəziyyətin vacib tərəfidir. Söhbət onun qeyri-peşəkar davranışına görə problemlər yaşamasından getmir. Əksinə, o, hər gün buradadır, özündən maksimum nəticə almaq istəyir, çox ciddi çalışır və düşünürəm ki, komandamızın bir hissəsi olmaqdan həqiqətən zövq alır. Ümid edirəm ki, həm komandanın, həm də klub rəhbərliyinin onun 100 faiz arxasında olduğunu bilir”. Qeyd edək ki, Musialaya nevroloji pozğunluq səbəbindən qısa müddətli absans tutmaları diaqnozu qoyulub.
Open in Telegram
90+
🗞️🔥Ən son futbol xəbərləri ⚽️📹Qol videoları
Average views per post by day
By publication day
Show as table
| Date | Avg views per post |
|---|---|
| Nov 25, 2026 | 375 |
| Nov 26, 2026 | 221 |
Most viewed this month
- 01Views379Forwards—Reactions—Comments—
- 02Views375Forwards—Reactions—Comments—
- 03Views370Forwards—Reactions—Comments—
- 04Views275Forwards—Reactions2Comments—
Latest posts
⚽️🏴🥇🧤 Alisson “Brügge” ilə oyunda məhsuldar ötürmə edərək Çempionlar Liqasında assistlə yadda qalan ilk “Liverpul” qapıçısı olub!
Open in Telegram⚽️🇪🇸🎙️"Barselona"nın baş məşqçisi Hans-Diter Flik: “Xüsusilə "Sabah" haqqında danışmaq istərdim. Onlar dünyanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında çıxış edirlər və yaxşı iş ortaya qoyurlar. Baş məşqçinin topla oyuna dair aydın fəlsəfəsi var. Komanda yaxşı və cəsarətli futbol nümayiş etdirir. Bəzi məqamlarda bizə çətin anlar yaşatdılar. Burada üç xal qazanmağımıza görə çox şadam. "Sabah"a və klubda çalışan hər kəsə uğurlar arzulayıram. Düşünürəm ki, daim inkişaf etmək çox vacibdir. Burada gördüklərimdən belə qənaətə gəlirəm ki, onlar bu istiqamətdə çox yaxşı iş görüblər".
Open in Telegram⚽️🧤🇦🇿 “Sabah”ın kapitanı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox seyv edən qapıçıdır! 33 yaşlı qolkiper 5 turda 31 qurtarış edib və bu göstərici ilə bütün rəqiblərini qabaqlayıb. 👏🔥
Open in Telegram⚽️🇪🇸🏅 Entoni Qordon vurduğu 2 qol və “Matçın ən yaxşı futbolçusu” seçilməsi barədə danışıb. 🗣️ Qordon: “Hesab 3:0 olarkən belə hücum etməyi dayandırmadıq. Qol vurmağa çalışmaqda davam etdik. Bu, bizim oyun üslubumuzdur və məncə, çox vacibdir. Bakı mənim üçün xüsusi yerə çevrilir… Bu axşam daha bir het-trik etməli idim, amma sol ayağımla yaratdığım fürsəti boşa verdim”.
Open in Telegram⚽️🇮🇹😳 “Roma” bu mövsüm iki fərqli komanda təsiri bağışlayır! İtaliya A Seriyasında məğlubiyyətsiz çıxış edərək 2-ci pillədə qərarlaşan komanda Çempionlar Liqasında isə istənilən nəticəni göstərə bilmir. PSJ ilə heç-heçədən sonra “Roma” cəmi 5 xalla turnir cədvəlinin 25-ci pilləsindədir. 📈📉
Open in Telegram⚽️🏆 UEFA Çempionlar Liqasında turnir cədvəli. 📌 5 turda 3 xal qazanan Sabah 33-cü pillədə qərarlaşır. ✈️ Vilyareal (S) 🏟 Napoli (E) ✈️ Arsenal (S)
Open in Telegram⚽️🤝 Günün oyunları: 🗓️ 26 Noyabr 🏆 Avropa Liqası, Liqa mərhələsi. 5-ci tur ⏰ 21:45 🇹🇷 Beşiktaş - Hapoel 🇬🇷 CBC Sport; TRT 1; TV NET; Digiturk Play Tirkey; Okko Sport; tabii Turkey 📺 ⏰ 21:45 🇬🇷 Olimpiakos - Milan 🇮🇹 TV NET; Okko Sport; tabii Turkey 📺 ⏰ 21:45 🇭🇷 Dinamo Zaqreb - Bayer Leverkuzen 🇩🇪 Q Sport 1 League; Okko Sport; tabii Turkey 📺 ⏰ 00:00 🇮🇹 Yuventus - Omoniya TV NET; Okko Sport; tabii Turkey 📺 🏆 Konfrans Liqası, Liqa mərhələsi. 4-cü tur ⏰ 00:00 🇧🇬 ÇSKA Sofiya - Trabzonspor 🇹🇷 İctimai TV; TRT 1; TV NET; Digiturk Play Tirkey; Okko Sport; tabii Turkey 📺
Open in Telegram“ATLETİKO”DAN İKİ QOL, ÜÇ XAL! ✅ Sörlot və Alvares 5 dəqiqə ara ilə fərqlənərək qələbəni təmin ediblər. ⚽️⚽️ Dieqo Simeonenin komandası qapısını toxunulmaz saxlayaraq 3 xal qazanıb. Qonaqlar isə matçın sonlarında azlıqda qalıblar. 🇪🇸 Atletiko Madrid 2 - 0 Vikinq 🇳🇴 ⚽️: A. Sorlot 19’ ⚽️: X. Alvares 24’ Qollar ⚽️📹👆 🇪🇺 Çempionlar Liqası, Liqa mərhələsi. 5-ci tur 18. Atletiko 📊 27. Vikinq 📊
Open in Telegram“İnter” “Ştutqart”ı Almaniyaya məğlubiyyətlə yola saldı. ⭐️Lautaro Martines meydana daxil olduqdan cəmi 5 dəqiqə sonra fərqləndi. 👏🇮🇹 “İNTER” FASİLƏDƏN SONRA COŞDU! 💙🖤🔥 İkinci hissədə iki qol, buraxılmayan qol və “İnter”in aktivinə yazılan 3 xal! ✅ ⭐️🇨🇭 Manuel Akanji tarixə düşdü! 31 yaşlı müdafiəçi UEFA Çempionlar Liqasında 70 oyun keçirən ilk isveçrəli meydan oyunçusu oldu. 🇮🇹 İnter 2 - 0 Ştuttqart 🇩🇪 ⚽️: P. Suçiç 57’ (pen) ⚽️: L. Martines 74’ Qollar ⚽️📹👆 🇪🇺 Çempionlar Liqası, Liqa mərhələsi. 5-ci tur 12. İnter📊 17. Ştuttqart 📊
Open in TelegramConnections
Similar channels
İdman.biz@idmanbizSport1.76K
isayevios 🇦🇿@isayeviosSport23.4K
бирÜков | 🇩🇪 бундеслига и немецкий футбол@mbirukovSport5.48K
Hay Mitq | Հ | Armenia@haymitqarmeniaSport5.48K
ورزش دانشگاه علوم پزشکی تهران@tumssportSport5.47K
ТАСС / Спорт@tass_sportSport5.49K
SAMBO ASSOCIATION OF UZBEKISTAN🇺🇿@uzbekistan_samboSport5.49K
Родны футбол. Футбол Беларусi@belarusfootSport5.46K