مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ Kişi və qadınlardan, mömin olaraq kim yaxşı iş görərsə, əlbəttə, ona gözəl həyat bəxş edəcəyik və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. سورة النحل 97 ən-Nəhl 97.
Open in TelegramPosts of DİN NƏSİHƏTDİR
وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا يَا وَيْلَتَىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي ۗ وَكَانَ الشَّيْطَانُ لِلْإِنْسَانِ خَذُولًا Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. سورة الفرقان 29-28-27 əl-Furqan 27-28-29.
Open in Telegram✅Ağ günlərin orucu! صيام أيام البيض. Əssələmu aleykum va rahmətullahi va barakatuhu. Noyabr ayının 23-24-25. Cumədəl Ulə ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
Open in Telegramمَّن كَانَ یُرِیدُ ٱلۡعَاجِلَةَ عَجَّلۡنَا لَهُۥ فِیهَا مَا نَشَاۤءُ لِمَن نُّرِیدُ ثُمَّ جَعَلۡنَا لَهُۥ جَهَنَّمَ یَصۡلَىٰهَا مَذۡمُومࣰا مَّدۡحُورࣰا وَمَنۡ أَرَادَ ٱلۡـَٔاخِرَةَ وَسَعَىٰ لَهَا سَعۡیَهَا وَهُوَ مُؤۡمِنࣱ فَأُو۟لَـٰۤىِٕكَ كَانَ سَعۡیُهُم مَّشۡكُورࣰا Kim keçici dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və (Allahın rəhmətindən) qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq. Kim də Axirəti istəsə, mömin olaraq, ona layiq bir səylə onun üçün çalışarsa, onların səyi məmnuniyyətlə qəbul olunar. سُورَةُ الإِسۡرَاءِ: ١٩-١٨ Əl-İsra 18-19.
Open in TelegramQuranda iki şəfa: Quran və Bal Allah Təala Qurani-Kərimdə şəfadan bəhs edərkən bizə iki mühüm neməti xatırladır: Quran və bal. Quran qəlblərin, ruhların şəfasıdır. O, insanın qəlbindəki şübhələri, xəstəlikləri və mənəvi sıxıntıları aradan qaldıran ilahi kəlamdır. Allah Təala buyurur: ﴿يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَتْكُمْ مَوْعِظَةٌ مِنْ رَبِّكُمْ وَشِفَاءٌ لِمَا فِي الصُّدُورِ﴾ [يونس: ٥٧] «Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd-nəsihət və kökslərdə olana şəfa gəlmişdir». [Yunus, 57.] ﴿وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا﴾ [الإسراء: 82] «Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların isə yalnız ziyanını artırır». [Əl-İsra, 82] ﴿قُلْ هُوَ لِلَّذِينَ آمَنُوا هُدًى وَشِفَاءٌ﴾ [فصلت: 44] «De: O (Quran), iman gətirənlər üçün doğru yol və şəfadır». [Fussilət, 44] Bal isə Allahın bəndələrinə bəxş etdiyi cismani şəfa vasitələrindən biridir. Allah Təala buyurur: ﴿يَخْرُجُ مِنْ بُطُونِهَا شَرَابٌ مُخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاءٌ لِلنَّاسِ﴾ [النحل: ٦٩] «Onların (arıların) qarınlarından müxtəlif rəngli bal çıxır. Onda insanlar üçün şəfa vardır». [Ən-Nəhl, 69] Bu ayələr bizə xatırladır ki, insanın həm qəlbi, həm də bədəni xəstələnir və hər ikisinin şəfaya ehtiyacı vardır. Qəlbin şəfası Quranın hidayətində, öyüd-nəsihətində və Allahın kəlamına tabe olmaqda, bədənin şəfası isə Allahın yaratdığı və şəfa üçün səbəb etdiyi nemətlərdədir. Unutmayaq ki, həqiqi şəfa verən yalnız Allahdır. Quran da, bal da Onun izni ilə şəfaya vəsilə olan nemətlərdir. Qəlbimizi Quranla, bədənimizi isə Allahın halal buyurduğu nemətlərlə bəsləyək. وَاللَّهُ هُوَ الشَّافِي Şəfa verən Allahdır! https://t.me/DIN_NESIHETDIR
Open in TelegramƏbu Hureyrədən (رضي الله عنه) rəvayət edir ki, Allah Rəsulu ﷺ belə buyurmuşdur: «Həqiqətən, mömin qəbrində yaşıl bir bağın içində olar. Onun qəbri yetmiş dirsək genişləndirilər və bədirlənmiş bütöv ay kimi onun üçün nurlandırılar. Bilirsinizmi, bu ayə nə barədə nazil olmuşdur? “Kim Mənim Zikrimdən (Qurandan) üz döndərərsə, onun üçün sıxıntılı bir yaşayış vardır. Qiyamət günü isə onu kor olaraq həşr edərik”. (Taha, 124) Bilirsinizmi, sıxıntılı yaşayış nə deməkdir?» Səhabələr dedilər: «Allah və Onun Rəsulu daha yaxşı bilir». Peyğəmbər ﷺ buyurdu: «Bu, kafirin qəbrindəki əzabıdır. Canım Əlində Olana and olsun ki, onun üzərinə doxsan doqquz tinnin (əjdaha/böyük ilan) salınacaqdı. Bilirsinizmi, tinnin nədir? Bu, yetmiş ilandır. Hər ilanın yeddi başı vardır. Onlar Qiyamət gününə qədər onu sancar və bədənini cırmaqlayarlar». 📚Əbu Yəalə 6644. İbn Hibban 3122. Albani səhih tərğib 3552. ((həsən)). Qəbir neməti və qəbir əzabı Quran, Sünnə və ümmətin icması ilə sabit olmuşdur; bu məsələ bizə təvatür yolu ilə (şübhəsiz şəkildə) nəql edilmişdir. Buna görə də hər bir müsəlman ona inanmalı və qəbir fitnəsindən, eləcə də qəbir əzabından Allaha sığınmalıdır. Bu hədisdə Peyğəmbər (sallallahu əleyhi və səlləm) bildirir ki, imanı sabit olan, bu iman üzərə vəfat edən, qəbir fitnəsindən və iki mələyin — Münkər ilə Nəkirin suallarından nicat tapan mömin, qəbrində yamyaşıl və təravətli bir bağça içində nemətləndirilər. Allah onun qəbrini yetmiş arşın genişləndirər. Tirmizinin rəvayətində isə belə buyurulur: «Qəbri onun üçün yetmiş arşının yetmiş arşına nisbətində genişləndirilər», yəni eninə və uzununa. Yəni Allah Təala Allahın təkliyini və Peyğəmbərin risalətini iqrar edən həmin ölü üçün qəbri Özü genişləndirər və ya mələklərə onu genişləndirməyi əmr edər. Daha sonra Allah Azzə və Cəllə onun qəbrini nurlandırar, işıqlı edər. Qəbrin nuru parlaqlığı və işığının saflığı baxımından bütöv ay gecəsindəki ay kimi olar. Sonra Peyğəmbər (sallallahu əleyhi və səlləm) səhabələrinə buyurdu: «Bilirsinizmi bu ayə nə haqda nazil olmuşdur: "Şübhəsiz ki, Mənim öyüd-nəsihətimdən üz döndərən kimsə üçün sıxıntılı bir yaşayış vardır və Biz onu Qiyamət günü kor olaraq həşr edəcəyik" (Taha, 124). Sıxıntılı yaşayışın nə olduğunu (bununla nəyin nəzərdə tutulduğunu) bilirsinizmi?» Səhabələr (radiyallahu anhum) bu qeybi məsələdə elmi Allaha və Onun Rəsuluna həvalə edərək dedilər ki, O, bu qeybləri daha yaxşı bilir. Peyğəmbər buyurdu: «Kafirin qəbirdəki əzabıdır!» Şübhəsiz ki, kafirin qəbirdəki əzabı şiddətləndirilər və o, böyük bir sıxıntı içində olar. Daha sonra Peyğəmbər (sallallahu əleyhi və səlləm) canının sahibi və idarəçisi olan Allaha and içərək bildirdi ki, Allah onun üzərinə toxsan doqquz tinnin (əjdaha/böyük ilan) salacaqdır. Sonra Peyğəmbər (sallallahu əleyhi və səlləm) bu tinninin vəsfini bəyan edərək buyurdu: «(Tinnin) yetmiş ilandır ki, hər ilanın da yeddi başı vardır. Onu dişləyərək və sancaraq cırmaqlayarlar.» Və o, Allah xəlq olunmuşları Qiyamət günü hesab üçün dirilənə qədər bu halda qalar. Bu, kafiri qorxutmaq və xəbərdar etmək üçündür ki, dünyada ikən hansı batil üzərində olduğunu dərk etsin və iman gətirməklə halını düzəltsin. Bu, kafirin qəbirdəki əzabıdır; onun axirətdəki yaşayışı isə bundan da dar və şiddətli olacaqdır. Ölümdən sonra həyatı gözəl olan (mömin) kimsənin isə bu gözəl yaşayışı heç vaxt kəsilməz. https://t.me/DIN_NESIHETDIR
Open in Telegramİslamın beş rüknü vardır. Ən böyük dəlil: Abdullah ibn Ömərdən (رضي الله عنهما) rəvayət olunur ki, Peyğəmbər ﷺ buyurmuşdur: «بُنِيَ الْإِسْلَامُ عَلَى خَمْسٍ: شَهَادَةِ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، وَإِقَامِ الصَّلَاةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَالْحَجِّ، وَصَوْمِ رَمَضَانَ». «İslam beş əsas üzərində qurulmuşdur: * Allahdan başqa ibadətə layiq məbud olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək. * Namazı qılmaq. * Zəkatı vermək. * Həcc etmək. * Ramazan orucunu tutmaq». (Buxari, 8; Muslim, 16). Birinci rükn: Şəhadət kəlməsi (الشهادتان) أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və Muhəmməd Allahın Elçisidir. Bu şəhadət iki mühüm əsası əhatə edir: * لَا إِلَهَ إِلَّا اللَّهُ: İbadətin yalnız Allaha məxsus olması. * مُحَمَّدٌ رَسُولُ اللَّهِ: Peyğəmbər ﷺ-ə itaət etmək, onun xəbər verdiklərini təsdiqləmək, əmrlərinə tabe olmaq və Allahın dinində onun göstərdiyi şəkildə ibadət etmək. Dəlil: ﴿فَاعْلَمْ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا اللَّهُ﴾ (Muhəmməd, 19). ﴿مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ﴾ «Kim Elçiyə itaət edərsə, Allaha itaət etmiş olar». (ən-Nisa, 80). İkinci rükn: Namazı qılmaq (إِقَامُ الصَّلَاةِ) Namaz İslamın ən mühüm rüknlərindən biridir. Müsəlman gündəlik beş vaxt namazı öz şəri vaxtlarında qılmalıdır. Dəlil: Uca Allah buyurur: ﴿وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ﴾ «Namaz qılın və zəkat verin». (əl-Bəqərə, 43). Peyğəmbər ﷺ buyurmuşdur: «الْعَهْدُ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ، فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ». «Bizimlə onların arasındakı əhd namazdır. Kim onu tərk edərsə, küfr etmiş olar». (Tirmizi, 2621; Nəsai, 463). Üçüncü rükn: Zəkat vermək (إِيتَاءُ الزَّكَاةِ) Zəkat müəyyən şərtlərlə müəyyən maldan müəyyən şəxslərə verilən vacib ibadətdir. Dəlil: Uca Allah buyurur: ﴿وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ﴾ «Namaz qılın və zəkat verin». (əl-Bəqərə, 43). Digər ayədə buyurur: ﴿خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا﴾ «Onların mallarından sədəqə (zəkat) al ki, bununla onları təmizləyib pak edəsən». (ət-Tövbə, 103). Dördüncü rükn: Ramazan orucunu tutmaq (صَوْمُ رَمَضَانَ) Ramazan ayında sübhün doğuşundan günəşin batmasına qədər orucu pozan şeylərdən ibadət niyyəti ilə çəkinməkdir. Dəlil: Uca Allah buyurur: ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ﴾ «Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc vacib edildi ki, bəlkə, Allahdan qorxasınız». (əl-Bəqərə, 183). Beşinci rükn: Həcc etmək (الْحَجُّ) İmkanı çatan müsəlmanın ömründə bir dəfə Allahın evini həcc etməsi vacibdir. Dəlil: Uca Allah buyurur: ﴿وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا﴾ «Yoluna gücü çatan hər bir kəsin həcc edərək Allah qarşısında borcunu yerinə yetirməsi insanların üzərinə düşən bir haqdır». (Ali-İmran, 97). 5. İslamın qəbul olunmasının əsasları Burada bir məsələni fərqləndirmək lazımdır: * İslamın rüknləri: Beşdir və Peyğəmbərin ﷺ hədisi ilə sabitdir. * Şəhadət kəlməsinin şərtləri: Yeddi şərt kimi alimlər tərəfindən izah edilmişdir. * Əməllərin qəbulunun iki əsas şərti: İxlas və Peyğəmbərə ﷺ tabe olmaqdır. Uca Allah buyurur: ﴿فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا﴾ «Kim Rəbbi ilə qarşılaşacağına ümid edirsə, saleh əməl etsin və Rəbbinə etdiyi ibadətdə heç kəsi Ona şərik qoşmasın». (əl-Kəhf, 110). Bu ayədə iki əsas şərt göstərilir: * Saleh əməl – Peyğəmbərin ﷺ sünnəsinə uyğun əməl. * Şirkdən uzaq olmaq – ibadəti yalnız Allah üçün etmək.
Open in Telegramبِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salat və salam Peyğəmbərimiz Muhəmmədə ﷺ, onun ailəsinə və səhabələrinə olsun. İ S L A M 1. Lüğəvi mənası: * Təslim olmaq. * Boyun əymək. * İtaət etmək. * Tabe olmaq. Yəni insanın özünü Allaha təslim etməsi, Onun əmrlərinə boyun əyməsi və qadağalarından çəkinməsidir. 2. İslamın istilahi mənası: İslamın şəri mənası: Allaha tövhid ilə təslim olmaq, Ona itaətlə boyun əymək və şirkdən və müşriklərdən uzaq olmaqdır. Bu tərif İslamın üç mühüm əsasını özündə birləşdirir: * Allaha tövhid ilə təslim olmaq: İbadəti yalnız Allaha etmək. * Allaha itaətlə boyun əymək: Allahın əmrlərini yerinə yetirmək və qadağalarından çəkinmək. * Şirkdən uzaq olmaq: Şirkdən və onun əhlindən uzaq olmaq. Dəlil: Uca Allah buyurur: ﴿وَمَنْ أَحْسَنُ دِينًا مِمَّنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ﴾ «Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən kimsədən din baxımından daha gözəl kim ola bilər?» (ən-Nisa, 125). Digər ayədə buyurur: ﴿وَمَنْ يُسْلِمْ وَجْهَهُ إِلَى اللَّهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى﴾ «Kim yaxşı əməl sahibi olaraq özünü Allaha təslim edərsə, artıq ən möhkəm dəstəkdən yapışmış olar». (Loğman, 22). 3. İslamın şərtləri: İslamın qəbul olunması üçün insanın yerinə yetirməli olduğu mühüm şərtlər vardır. Şəhadət kəlməsinin şərtləri alimlər tərəfindən yeddi əsas şərt kimi izah edilmişdir. Şəhadət kəlməsinin yeddi şərti: * Elm (العِلْمُ): Mənasını bilmək, cəhalətin əksidir. * Yəqin (اليَقِينُ): Şübhə etmədən inanmaq. * İxlas (الإِخْلَاصُ): Şirkdən uzaq olaraq yalnız Allah üçün demək. * Sidq (الصِّدْقُ): Qəlbdən doğru söyləmək, yalanın əksi. * Məhəbbət (المَحَبَّةُ): Bu kəlməni, onun mənasını və tələb etdiklərini sevmək. * İnqiyad (الانْقِيَادُ): Onun tələb etdiklərinə əməl edərək təslim olmaq. * Qəbul (القَبُولُ): Bu kəlmənin tələb etdiyi hökmləri qəbul etmək, rədd etməmək. Bu şərtlər xüsusilə «Lə iləhə illəllah» şəhadətinə aiddir. Bu şərtlərin dəlilləri: 1\. Elm – العلم Uca Allah buyurur: ﴿فَاعْلَمْ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا اللَّهُ﴾ «Bil ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur». (Muhəmməd, 19). Peyğəmbər ﷺ buyurmuşdur: «مَنْ مَاتَ وَهُوَ يَعْلَمُ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللَّهُ دَخَلَ الْجَنَّةَ». «Kim Allahdan başqa ibadətə layiq məbud olmadığını bilərək ölərsə, Cənnətə daxil olar». (Muslim, 26). 2\. Yəqin – اليقين Uca Allah buyurur: ﴿إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا﴾ «Möminlər yalnız Allaha və Onun Elçisinə iman gətirən, sonra da şübhəyə düşməyən kimsələrdir». (əl-Hucurat, 15). 3\. İxlas – الإخلاص Peyğəmbər ﷺ buyurmuşdur: «أَسْعَدُ النَّاسِ بِشَفَاعَتِي يَوْمَ الْقِيَامَةِ مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ خَالِصًا مِنْ قَلْبِهِ». «Qiyamət günü mənim şəfaətimə ən layiq olan insan qəlbinin ixlası ilə “Lə iləhə illəllah” deyən kəsdir». (Buxari, 99). 4\. Sidq – الصدق Peyğəmbər ﷺ buyurmuşdur: «مَا مِنْ أَحَدٍ يَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ صِدْقًا مِنْ قَلْبِهِ إِلَّا حَرَّمَهُ اللَّهُ عَلَى النَّارِ». «Qəlbindən səmimi olaraq Allahdan başqa ibadətə layiq məbud olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət verən elə bir kəs yoxdur ki, Allah onu Cəhənnəmə haram etməsin». (Buxari və Muslim). 5\. Məhəbbət – المحبة Uca Allah buyurur: ﴿وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ﴾ «İman gətirənlərin Allaha olan məhəbbəti daha güclüdür». (əl-Bəqərə, 165). 6\. İnqiyad – الانقياد Uca Allah buyurur: ﴿وَمَنْ يُسْلِمْ وَجْهَهُ إِلَى اللَّهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى﴾ «Kim yaxşı əməl sahibi olaraq özünü Allaha təslim edərsə, artıq ən möhkəm dəstəkdən yapışmış olar». (Loğman, 22). 7\. Qəbul – القبول Uca Allah buyurur: ﴿إِنَّهُمْ كَانُوا إِذَا قِيلَ لَهُمْ لَا إِلَٰهَ إِلَّا اللَّهُ يَسْتَكْبِرُونَ﴾ «Onlara “Allahdan başqa ibadətə layiq məbud yoxdur” deyildiyi zaman təkəbbür göstərirdilər». (əs-Saffat, 35). Bu ayə şəhadət kəlməsini qəbul etməyənlərin məzəmmət edildiyini göstərir. 4. İslamın rüknləri:
Open in Telegram﴿قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ﴾ «De: Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın». (Ali-İmran, 31) Dəlil – Peyğəmbər ﷺ buyurur: «مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ». «Kim bizim bu işimizə (dinimizə) uyğun olmayan bir əməl edərsə, o əməl rədd olunar». Mənbə: Səhih Muslim, 1718. Bu hədis göstərir ki, ibadət yalnız Allah üçün edilməklə kifayətlənmir, həm də Peyğəmbərin ﷺ gətirdiyi şəriətə uyğun olmalıdır. 5. İki şərtin xülasəsi İbn Kəsir (رحمه الله) əl-Kəhf surəsinin 110-cu ayəsinin təfsirində bu iki şərti belə ifadə etmişdir: «لَا بُدَّ أَنْ يَكُونَ خَالِصًا لِلَّهِ، صَوَابًا عَلَى شَرِيعَةِ رَسُولِ اللَّهِ ﷺ». «Əməl mütləq Allah üçün xalis olmalı və Allah Rəsulunun ﷺ şəriətinə uyğun olmalıdır». Mənbə: Təfsiru İbn Kəsir, əl-Kəhf surəsi, 110-cu ayənin təfsiri. 6. Yekun İbadət haqqında öyrəndiklərimizi belə ümumiləşdirə bilərik: İbadətin tərifi: Allahın sevdiyi və razı qaldığı zahiri və batini söz və əməllər. İbadətin üç sütunu: * Məhəbbət – المحبة * Qorxu – الخوف * Ümid – الرجاء İbadətin qəbul olunmasının iki şərti: * İxlas – الإخلاص * Peyğəmbərə ﷺ tabe olmaq – المتابعة Ən mühüm dəlil: əl-Kəhf surəsinin 110-cu ayəsidir. Bu ayədə hər iki şərt birlikdə qeyd edilmişdir. Allah Təaladan diləyirik ki, ibadətlərimizi yalnız Onun rizası üçün etməyi və Peyğəmbərinin ﷺ sünnəsinə uyğun yaşamağı bizə nəsib etsin. آمين
Open in Telegramبِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salat və salam Peyğəmbərimiz Muhəmmədə ﷺ, onun ailəsinə və səhabələrinə olsun. 1. İbadətin lüğəvi mənası: İbadət sözü ərəb dilində العبادة sözündəndir. Lüğətdə itaət etmək, boyun əymək, təvazökarlıq göstərmək və zəlil olmaq mənalarını ifadə edir. 2. İbadətin istilahi mənası: Şeyxülislam İbn Teymiyyə (رحمه الله) ibadəti belə tərif etmişdir: الْعِبَادَةُ اسْمٌ جَامِعٌ لِكُلِّ مَا يُحِبُّهُ اللَّهُ وَيَرْضَاهُ مِنَ الْأَقْوَالِ وَالْأَعْمَالِ الظَّاهِرَةِ وَالْبَاطِنَةِ. «İbadət Allahın sevdiyi və razı qaldığı bütün zahiri və batini sözləri və əməlləri əhatə edən ümumi bir addır». Mənbə: Məcmuul-Fətava, 10/149. Bu tərifə əsasən: * Qəlbin əməlləri: Allahı sevmək, Ondan qorxmaq, Ona ümid bəsləmək, təvəkkül etmək. * Dilin əməlləri: zikr, dua, Quran oxumaq. * Bədənin əməlləri: namaz, oruc, həcc, sədəqə. Bütün bunlar Allah üçün ixlasla və Peyğəmbərin ﷺ sünnəsinə uyğun yerinə yetirildikdə ibadət sayılır. 3. İbadətin üç əsas sütunu: Əhli-sünnə alimlərinin izahına əsasən, ibadət üç əsas sütun üzərində qurulur: * Məhəbbət (المحبة). * Qorxu (الخوف). * Ümid (الرجاء). Bu üçü birlikdə olmalıdır. Mömin Allahı sevməli, Onun əzabından qorxmalı və rəhmətinə ümid etməlidir. Birinci sütun: Məhəbbət (المحبة) Məhəbbət – Allahı sevmək, Onun razılığını hər şeydən üstün tutmaq və Ona yaxınlaşmağa çalışmaqdır. Dəlil: Allah Təala buyurur: ﴿وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ﴾ «İman gətirənlərin Allaha olan məhəbbəti isə daha güclüdür». (əl-Bəqərə, 165) Bu ayə göstərir ki, möminin qəlbində Allaha olan məhəbbət hər şeydən üstün olmalıdır. İkinci sütun: Qorxu (الخوف) Qorxu – Allahın əzabından, qəzəbindən və cəzasından qorxmaqdır. Bu qorxu insanı günahlardan çəkindirir və Allaha itaət etməyə sövq edir. Dəlil: Allah Təala buyurur: ﴿يَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا لَنَا خَاشِعِينَ﴾ «Onlar Bizə həm rəğbətlə (ümidlə), həm də qorxu ilə dua edirdilər. Onlar Bizə qarşı müti idilər». (əl-Ənbiya, 90) Üçüncü sütun: Ümid (الرجاء) Ümid – Allahın rəhmətinə, məğfirətinə və savabına ümid bəsləməkdir. Mömin nə qədər günah etmiş olsa da, Allahın rəhmətindən ümidini kəsməməlidir. Dəlil: Allah Təala buyurur: ﴿أُولَٰئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ﴾ «Onların dua etdikləri məbudlar özləri də Rəbbinə yaxınlaşmaq üçün vasitə axtarır, Onun rəhmətinə ümid bəsləyir və əzabından qorxurlar». (əl-İsra, 57) Üç sütunun birlikdə olması İbn Qeyyim (رحمه الله) bu üç əsasın əlaqəsini quş misalı ilə izah etmişdir: الْمَحَبَّةُ رَأْسُ الطَّائِرِ، وَالْخَوْفُ وَالرَّجَاءُ جَنَاحَاهُ. «Məhəbbət quşun başı, qorxu və ümid isə onun iki qanadıdır». Mənbə: Mədaricus-Salikin, 1/513 Mömin yalnız qorxu ilə yaşayıb Allahın rəhmətindən ümidini kəsməməli, yalnız ümid edib günahlara cəsarət etməməli, məhəbbətini də Allahdan başqasına ibadət səviyyəsində yönəltməməlidir. 4. İbadətin qəbul olunmasının iki şərti: İbadətin Allah dərgahında qəbul olunması üçün iki əsas şərt vardır: Birinci şərt: İxlas (الإخلاص) İxlas – ibadəti yalnız Allah üçün etmək, Ona heç bir şeyi şərik qoşmamaq və insanların tərifini qazanmaq məqsədi güdməməkdir. Dəlil – Allah Təala buyurur: ﴿وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ﴾ «Halbuki onlara dini yalnız Allaha məxsus edərək, həniflər kimi yalnız Ona ibadət etmək əmr olunmuşdu». (əl-Bəyyinə, 5) Digər bir dəlil: ﴿فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا﴾ «Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı əməl etsin və Rəbbinə etdiyi ibadətdə heç kəsi Ona şərik qoşmasın!» (əl-Kəhf, 110) Bu ayə ibadətin Allah üçün ixlasla edilməsinə dəlildir. İkinci şərt: Peyğəmbərə ﷺ tabe olmaq (المتابعة) İbadət Peyğəmbərin ﷺ sünnəsinə uyğun olmalıdır. İnsan öz düşüncəsinə əsasən yeni ibadət formaları meydana gətirə bilməz. Dəlil – Allah Təala buyurur:
Open in TelegramMüsibətə düçar olmuş kimsəni görərkən edilən dua 🌟Ömər (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Kim müsibətə düçar olmuş kimsəni görərkən: (( الْحمْدُ للهِ الَّذِي عَافَانِي مِمَّا ابْتَلاَكَ بِهِ وَفَضَّلَنِي عَلَى كَثِيرٍ مِمَّنْ خَلَقَ تَفْضِيلاً )) [Əlhəmdu lilləhi-lləzi afəniy mimməbtəlakə bihi və fəddaləniy alə kəsiyrin mimmən xaləqa təfdiylən] Sənə üz vermiş müsibətdən məni salamat edən və məni yaratdıqlarının çoxundan fəzilətli edərək üstün tutan Allaha həmd olsun! Deyərsə, yaşadığı müddətcə o müsibətdən salamat qalar.”¹ 🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Kim müsibətə düçar olmuş kimsəni görərkən: (( الْحمْدُ للهِ الَّذِي عَافَانِي مِمَّا ابْتَلاَكَ بِهِ وَفَضَّلَنِي عَلَى كَثِيرٍ مِمَّنْ خَلَقَ تَفْضِيلاً )) [Əlhəmdu lilləhi-lləzi afəniy mimməbtəlakə bihi və fəddaləniy alə kəsiyrin mimmən xaləqa təfdiylən] Sənə üz vermiş müsibətdən məni salamat edən və məni yaratdıqlarının çoxundan fəzilətli edərək üstün tutan Allaha həmd olsun! Deyərsə, o müsibət onun başına gəlməz.”² 📚Tirmizi ¹3431, ²3432. İbn Macə ¹3154. Bəzzar ²6217. Albani, sahihut tərğib 3392. ((səhih)). https://t.me/DIN_NESIHETDIR
Open in Telegram🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Kim halal qazancından bir xurma dəyərində sədəqə verərsə — Allah yalnız pak olanı qəbul edir — Allah onu Öz sağı ilə qəbul edər, sonra onu sahibi üçün böyüdər. Necə ki, sizdən biri at balasını böyüdür, o da dağ boyda olana qədər böyüyər.” 📚Buxari 1410. Muslim 1014. https://t.me/DIN_NESIHETDIR
Open in Telegramوَلَنَبۡلُوَنَّكُم بِشَیۡءࣲ مِّنَ ٱلۡخَوۡفِ وَٱلۡجُوعِ وَنَقۡصࣲ مِّنَ ٱلۡأَمۡوَ ٰلِ وَٱلۡأَنفُسِ وَٱلثَّمَرَ ٰتِۗ وَبَشِّرِ ٱلصَّـٰبِرِینَ ٱلَّذِینَ إِذَاۤ أَصَـٰبَتۡهُم مُّصِیبَةࣱ قَالُوۤا۟ إِنَّا لِلَّهِ وَإِنَّاۤ إِلَیۡهِ رَ ٰجِعُونَ أُو۟لَـٰۤىِٕكَ عَلَیۡهِمۡ صَلَوَ ٰتࣱ مِّن رَّبِّهِمۡ وَرَحۡمَةࣱۖ وَأُو۟لَـٰۤىِٕكَ هُمُ ٱلۡمُهۡتَدُونَ Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənləri müjdələ. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və biz yalnız Ona qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən məğfirət və rəhmət vardır. Məhz onlar doğru yolda olanlardır. سُورَةُ البَقَرَةِ: ١٥٧-١٥٦-١٥٥ Əl-Bəqərə 155-156-157.
Open in Telegramوَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُبِينًا Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür. سورة اﻷحزاب 36 əl-Əhzab 36.
Open in Telegramيَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. سورة اﻷنفال 29 əl-Ənfal 29.
Open in Telegramمَن كَانَ یُرِیدُ حَرۡثَ ٱلۡـَٔاخِرَةِ نَزِدۡ لَهُۥ فِی حَرۡثِهِۦۖ وَمَن كَانَ یُرِیدُ حَرۡثَ ٱلدُّنۡیَا نُؤۡتِهِۦ مِنۡهَا وَمَا لَهُۥ فِی ٱلۡـَٔاخِرَةِ مِن نَّصِیبٍ Kim axirət savabını istərsə, Biz onun savabını artırarıq. Kim də dünya qazancını istərsə, Biz ona də ondan (dünya qazancından) verərik. Axirətdə onun heç bir payı olmaz. سُورَةُ الشُّورَىٰ: ٢٠ Əş-Şura 20.
Open in Telegram✨Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dua edərdi: «اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ» ((Allahummə inni əuzu bikə min zəvali nimətikə, va təhavvuli afiyətikə, va fucaəti niqmətikə, va cəmi'i səxatikə.)) “Allahım! verdiyin nemətin yox olmasından, sağlamlığımın dəyişməsindən, əzabının qəfil gəlməsindən və Sənin bütün qəzəbindən Sənə sığınıram.” 📚Muslim 2739. Əbu Davud 1545. Nəsai, sünənul kubra 7900. https://t.me/DIN_NESIHETDIR
Open in Telegram(وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۚ إِمَّا يَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تَقُلْ لَهُمَا أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا) Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! [سورة اﻹسراء 23] əl-İsra 23.
Open in Telegram🌟Abdullah ibn Amr (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurdu: “Qohumluq əlaqələrini qarşılıqlı olaraq saxlayan adam əlaqə quran kimsə deyil. Əsl qohumluq əlaqəsini saxlıyan odur ki, qohumları onunla əlaqəni kəsdikdə belə, o, onlarla əlaqə saxlayır.” 📚Buxari 5991. Əbu Davud 1697. https://t.me/DIN_NESIHETDIR
Open in Telegram