49 nəfərə ömürlük həbs!
Bəhreyn məhkəməsi ölkə tarixində şiə ruhanilərinə qarşı ən genişmiqyaslı iş üzrə hökm çıxarıb. Müxalif «Əl-Vifaq» assosiasiyasının və hüquq müdafiəçilərinin məlumatına görə, noyabrın 16-da məhkəmə qrup şəklində aparılan proses üzrə hökmü elan edib. "Human Rights Watch" və "Amnesty International" da daxil olmaqla, hüquq müdafiə təşkilatları bu məhkəmə prosesini ədalətsiz adlandırıb. Proses zamanı işgəncələrin tətbiq edildiyi, etirafedici ifadələrin məcburiyyət altında alındığı və vəkillərin iş materiallarına çıxışının məhdudlaşdırıldığı bildirilir.
İş üzrə ümumilikdə 69 təqsirləndirilən şəxs (60 şiə din xadimi və dini mərsiyəxanlar da daxil olmaqla, onlarla əlaqəli 9 nəfər) olub.
Ömürlük həbs 49 nəfər — onların arasında İsa Qasım, Şeyx Əli əs-Səddi, Şeyx Məhəmməd Sunqur, Şeyx Əli Rəhma, Şeyx Mahmud əl-Əli, Şeyx Hani əl-Bənna, Şeyx Fazil əz-Zəki, Şeyx Məcid əl-Mişəl, Şeyx Əhməd əl-Qüreyfi, Seyid Hüseyn əl-Qərani, Seyid Sadiq əl-Maliki və başqaları var.
15 il həbs 4 nəfər — Şeyx Əli əl-Cüfeyri, Şeyx Əli əl-Müstərşid, Şeyx Əziz əl-Xədran və mərsiyəxan Mehdi Səhvan.
Bəhreyn rejimi müttəhimləri guya SEPAH-la əlaqəli «terrorçu hücrə yaratmaqda», «konstitusiya quruluşunu dəyişməyə cəhd etməkdə», «Vilayəti-Fəqih» ideologiyasını yaymaqda və «terrorizmi maliyyələşdirməkdə» ittiham edib.
T.me/Mehbus_Mektubu