Bakı Dövlət Universitetinin (BDU) 33 tələbəsi və 7 mentoru “FUTURE17 SDG Challenge” beynəlxalq proqramında təmsil olunur. Nüfuzlu beynəlxalq reytinq agentliyi “Quacquarelli Symonds” (QS) və Böyük Britaniyanın Ekseter Universitetinin birgə təşəbbüsü olan proqram tələbələrin akademik bilik və bacarıqlarını real problemlərin həllinə tətbiq etmələrinə, beynəlxalq əməkdaşlıq təcrübəsi qazanmalarına və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə vermələrinə imkan yaradır. Universitet iştirakçılarının 27 layihə üzrə beynəlxalq əməkdaşlıqda yer alması BDU-nun qlobal təhsil platformalarına inteqrasiyasını və tələbələrin beynəlxalq əməkdaşlıq imkanlarından faydalanmasını nümayiş etdirir. Daha ətraflı: http://bsu.edu.az/az/news/bdunun_tlb_v_mkdalar_future17_sdg_challenge_beynlxalq_proqramnda_itirak_edirlr #BDU #BakuStateUniversity #FUTURE17 #SDGchallenge #InternationalProgram
Open in Telegram
Bakı Dövlət Universiteti
Rəsmi Səhifə
Average views per post by day
By publication day
Show as table
| Date | Avg views per post |
|---|---|
| Nov 20, 2026 | 836 |
| Nov 21, 2026 | 797 |
| Nov 23, 2026 | 563 |
| Nov 24, 2026 | 520 |
| Nov 25, 2026 | 388 |
| Nov 26, 2026 | 261 |
Most viewed this month
- 01Views898Forwards—Reactions9Comments—
- 02Views797Forwards—Reactions20Comments—
- 03Views775Forwards—Reactions3Comments—
- 04Views563Forwards—Reactions6Comments—
Latest posts
🎓 BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Hüquqşünaslıq” ixtisası üzrə 2021-ci il məzunu Ruslan Əsədov Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib. Hazırda həmin universitetdə Dövlət Proqramı çərçivəsində doktorantura təhsilini davam etdirən Ruslan Əsədov akademik fəaliyyətini də beynəlxalq universitet mühitində inkişaf etdirir. Ruslan Əsədov ADA Universitetində “Diplomatiya və beynəlxalq münasibətlər” ixtisası üzrə magistratura təhsili alaraq 2023-cü ildə məzun olub, 2024-cü ildə isə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Suonsi Universitetində doktorantura təhsilinə başlayıb. Onun elmi tədqiqatı rəqəmsal nəzarət, dövlət təhlükəsizliyi və insan hüquqları məsələlərini əhatə edir. Məzunumuzu təbrik edir, akademik fəaliyyətində uğurlar arzulayırıq! 👏 #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #SABAH #ADA #DövlətProqramı #Hüquqşünaslıq #SuccessStory
Open in Telegram🇦🇿🇱🇹 BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Bakı Dövlət Universitetində (BDU) Litvanın Vilnüs Gediminas Texniki Universitetinin rektoru Romualdas Kliukasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) Kosmik Akademiyasının təşəbbüsü ilə təşkil olunub. Akademiyanın rəhbəri İmran Muxtarov da görüşdə iştirak edib. Daha ətraflı: http://bsu.edu.az/az/news/bdu_il_litvann_vilns_gediminas_texniki_universiteti_arasnda_mkdalq_perspektivlri_mzakir_olunub #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Litva #Azərbaycan
Open in TelegramBakı Dövlət Universiteti (BDU) ali təhsil müəssisələri və alimlərin elmi fəaliyyətini müxtəlif bibliometrik göstəricilər əsasında qiymətləndirən beynəlxalq reytinq platforması “AD Scientific Index”in 2027-ci il üzrə reytinqində 34 Azərbaycan universiteti arasında birinci yerdə qərarlaşıb. BDU adıçəkilən reytinqdə dünya universitetləri arasında 2143-cü, Asiya universitetləri arasında isə 748-ci yerdədir. Daha ətraflı: http://bsu.edu.az/az/news/bdu_ad_scientific_indexin_2027ci_il_zr_reytinqind_azrbaycan_universitetlri_arasnda_birinci_yerddir #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Ranking #ADScientificIndex
Open in TelegramBDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib Bakı Dövlət Universiteti (BDU) Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələrində dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edib. Müsabiqədə iştirak etmək üçün sənədlər 2026-cı il noyabrın 24-dən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən 1 ay müddətində qəbul edilir. Ünvan: AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 33. #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Vakansiya #Elan
Open in TelegramBakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında III yeri tutan BDU komandasının üzvləri ilə görüşüb. Rektor tələbələrin keyfiyyətli təhsil almaqla yanaşı, elmi tədqiqatlara maraq göstərməsinin və intellektual müsabiqələrdə fəal iştirakının sevindirici hal olduğunu bildirib. Məleykə Abbaszadə gənclərin Azərbaycan dilini, eləcə də xarici dillərdən birini mükəmməl bilmələrinin vacibliyini vurğulayaraq, tələbələrin əcnəbi dillərə marağının artırılması ilə bağlı təkliflərin nəzərdən keçiriləcəyini qeyd edib. Tələbələrlə kommunikasiyanın gücləndiriləcəyini və onların təşəbbüslərinə hər zaman açıq olacağını diqqətə çatdıran rektor universitetin gənclər təşkilatlarının fəaliyyəti ilə də maraqlanıb. Daha sonra rektor “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında qalib olan komanda üzvlərinin təkliflərini dinləyib. Sonda tələbələrə hədiyyələr təqdim olunub. #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity
Open in TelegramBakı Dövlət Universitetinin “BSU 1” və “BSU 2” komandaları 51-ci Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Azərbaycan finalında uğurla çıxış edərək yarışın yarımfinal mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin yekun nəticələrinə əsasən, “BSU 1” komandası III dərəcəyə layiq görülüb. BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələrindən ibarət “BSU 1” komandasını Mirağa Əliyev, Fuadxan Səfərov və Şəhrud İsmayılov, “BSU 2” komandasını isə Elşən Məhərrəmov, Mehdi Məmmədov və Kənan Sadıqlı təmsil ediblər. Komandaların məşqçiləri İsmayıl Zeynalov, Nihat Qəribli və Emil Hüseynovdur. Hər iki komanda 2026-cı ilin dekabr ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək Şimali Avrasiya finalında (ICPC-nin qlobal yarımfinal mərhələsi) və Cənubi Qafqaz Açıq Çempionatında (OCSC) ölkəmizi və BDU-nu təmsil etmək hüququ əldə edib. #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #ICPC #OCSC
Open in TelegramBakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib. Rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağlı əmr imzalamayıb. BDU ilə bağlı məlumatları yayımlamamış universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və rəsmi xəbərlərə istinad etməyi xahiş edirik.
Open in TelegramBakı Dövlət Universitetinin (BDU) komandası Heydər Əliyev Mərkəzində keçirilən ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında III yeri tutub. 👏 🥉 Mükafatlandırma mərasimində qaliblərə sertifikatları Alyona Əliyeva və elm və təhsil nazirinin müavini Firudin Qurbanov təqdim ediblər. ℹ️ Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən yarış Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır. Builki bilik yarışında respublikanın 50 ali təhsil müəssisəsini təmsil edən komandalar iştirak edib. #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #HeydərƏliyevMərkəzi #ElmVəTəhsilNazirliyi #Elm #Təhsil #HeydərƏliyevVəAzərbaycanTarixi #BilikYarışı #Tələbələr #Uğur
Open in Telegramℹ️ BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 35 illik yubileyi çərçivəsində fakültənin məzunu, Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika İdarəsinin rəisi Elməddin Mehdiyevin “Azərbaycanın Yaxın Şərq və Afrika ölkələri ilə münasibətləri: inkişaf dinamikası və gələcəyə strateji baxış” mövzusunda ustad dərsi keçirilib. 🔹 Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan çoxvektorlu xarici siyasət, tarixi Zəfərdən sonrakı yeni reallıqlar və Azərbaycanın orta güc dövləti kimi möhkəmlənən beynəlxalq mövqeyi barədə danışılıb. Qonaq ölkəmizin Qoşulmama Hərəkatı və COP29-a uğurlu sədrlik təcrübəsini, həmçinin qarşıdakı İƏT sədrliyinin Yaxın Şərq və Afrika dövlətləri ilə əlaqələrin genişlənməsində açacağı strateji imkanları diqqətə çatdırıb. ✔️ Ustad dərsində tələbələrə diplomatik xidmətdə karyera quruculuğu və müasir diplomatın malik olmalı olduğu peşəkar bacarıqlar barədə tövsiyələr verilib. #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #XİN #BMİ #UstadDərsi
Open in TelegramConnections
Similar channels
- AR Elm və Təhsil Nazirliyi@edugovazEducation17.4K
Azərbaycan Universitetləri@uniazeEducation25.1K
Dövlət İmtahan Mərkəzi@stateexamcenterEducation45.1K
ПЕДСОВЕТ/Pedsovet.org@pedsovetEducation8.25K
biochemistry (Dr. Fathi)@biochemistry1367Education8.26K
Civil Engineering Exam Quiz (CE EXAM)@quizbot4ceexamsEducation8.25K
УЧИТЕЛЬ ЛИТЕРАТУРЫ@teacher_litEducation8.26K- УРСВ МГИМО@ursvmgimoEducation8.26K