🥀 Kanalda boğularaq ölən məktəblinin FOTOSU Siyəzəndə 2013-cü il təvəllüdlü Hüseyn Allahverdiyev “Taxtakörpü-Ceyranbatan” su kanalında boğulub. Yeniyetmənin meyiti batdığı yerdən 10 kilometr aralıda FHN-in xilasediciləri tərəfindən tapılıb. Hüseyn Siyəzən şəhəri Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin şagirdi olub.
Open in TelegramPosts of BakuPost.az
⚡️⚡️Bu gün hava necə olacaq? Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 4-8° isti olacaq.
Open in Telegram⚫️ Məşhur musiqiçi vəfat etdi Dünyaca məşhur “Beach Boys” qrupunun qurucularından və solisti Mayk Lav 85 yaşında vəfat edib. Bu barədə onun mətbuat katibi Keyti Altman məlumat verib. 🎵 Mayk Lav “Surfin’ USA” və “California Girls” kimi məşhur mahnıların həmmüəllifi və əsas ifaçısı olub.
Open in Telegram“Sədərək” və “Binə” ticarət mərkəzlərinin “Abşeron” Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı iddia yayılıb. Bildirilib ki, hər iki ticarət mərkəzinin yerində universitet tikiləcək. “Bakupost” xəbər verir ki, “Sədərək” Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim məsələ ilə bağlı açıqlamasında iddiaları təkzib edib.
Open in TelegramAvroviziya 2011” qalibi Nigar Camal aldığı bahalı avtomobillə bağlı yayılan xəbərlərdən danışıb. "Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, müğənni bu barədə “Zarafat bir yana” proqramında açıqlama verib. Sənətçiyə “400 minlik avtomobil aldığınız haqda xəbər yayıldı. Hamı dedi ki, bu pulu haradan tapıb” sualı ünvanlanıb. Nigar isə məsələyə münasibət bildirərək avtomobil seçimində onun üçün əsas məqamın rahatlıq və zövq olduğunu deyib: “Mənim üçün ən əsası xoşladığım maşın olsun və rahat olsun. Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Deyirlər ki, bilirik necə qazanır...”.
Open in TelegramGecə yuxusunun 6 saatdan az olması uzun müddətdə insan sağlamlığı üçün ciddi təhlükələr yarada, bir sıra xəstəliklərin riskini artıra bilər. “Bakupost” "Yeni sabah"a istinadla xəbər verir ki, davamlı yuxu çatışmazlığı orqanizmin normal fəaliyyətinə mənfi təsir göstərir. Bu, hormonal tarazlığın pozulmasına, maddələr mübadiləsinin zəifləməsinə, ürək-damar sistemində problemlərə və beyin fəaliyyətində dəyişikliklərə səbəb ola bilər. Mütəxəssislərin diqqət çəkdiyi əsas sağlamlıq riskləri arasında aşağıdakılar yer alır: Yüksək qan təzyiqi – az yatmaq qan təzyiqinin yüksəlməsi riskini artıra bilər. Ürək-damar xəstəlikləri – uzunmüddətli yuxu çatışmazlığı ürəyin və damarların fəaliyyətinə mənfi təsir göstərə bilər. Şəkərli diabet – yuxu rejiminin pozulması orqanizmin insulinə həssaslığını azalda bilər. Piylənmə – yuxusuzluq iştahı tənzimləyən hormonların fəaliyyətinə təsir edərək çəki artımına şərait yarada bilər. İnsult – xroniki yuxu çatışmazlığı insult riskinin artması ilə əlaqələndirilir.
Open in TelegramTürkiyəli müğənni və aktyor Mahsun Qırmızıgül miras bölgüsü ilə bağlı açıqlaması ilə diqqət çəkib. "Bakupost" xəbər verir ki, müğənni ailələrdə miras üstündə yaranan mübahisələrdən danışaraq ataların sağlığında əmlaklarını övladları arasında bərabər bölüşdürməsinin vacibliyini vurğulayıb. “Ailənin böyüyü dünyasını dəyişəndə övladlar təəssüf ki, bir-birinə düşmən kəsilir. Əslində, atalar sağlığında bunu edə bilsə, heç bir problem yaranmaz. Övladların bir-birinə düşmən kəsilməməsi üçün mirasın əvvəlcədən bərabər bölünməsi lazımdır. Elə övladlar var ki, atalarının ölməsini, mirasa sahib çıxmağı gözləyirlər. Bu da böyük vəfasızlıqdır. Mən olsam, belə övlada heç nə qoymaram”, - deyə Mahsun bildirib.
Open in TelegramTürkiyədə ekskursiyadan qayıdarkən itkin düşən 10 qız uşağı və onları müşayiət edən 3 nəfər xilas edilib. "Bakupost" Modern.az-a istinadla xəbər verir ki, Kocaelidən Boluya ekskursiyaya gedən uşaqları daşıyan mikroavtobus geri qayıdarkən Düzcenin Yığılca rayonunda palçığa batıb. Nəqliyyat vasitəsinin meşəlik ərazidə hərəkətsiz qalmasından sonra sərnişinlərlə əlaqə kəsilib. Hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatına başlanılıb. Son GPS məlumatları əsasında mikroavtobusun yeri müəyyən edilib. Saatlarla köməksiz vəziyyətdə qalan 13 nəfər xilasetmə qrupları tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Onların səhhətinin yaxşı olduğu bildirilib. Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaşın uşaqların sağ-salamat tapılması xəbərini aldığı an kameralara əks olunub. Sevinc göz yaşlarına hakim ola bilməyən nazir xoş xəbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da çatdırıb.
Open in TelegramMaddi çətinliklərlə üzləşən Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder karyerası ərzində qazandığı mükafatları və ulduz oyunçularla dəyişdiyi formaları hərraca çıxarıb. "Bakupost" “Yeni Sabah”a istinadən xəbər verir ki, Sneyder 2025-ci ilin sonunda Türkiyədə daşınmaz əmlak fırıldağının qurbanı olduğunu bildirib və hərraca çıxarılan xatirə əşyalarının həmin hadisədə itirilən böyük məbləğdə vəsaitlə bağlı ola biləcəyi qeyd olunur. Satışa çıxarılan ən diqqətçəkən eksponat Serxio Ramosun 2010-cu il Dünya Kubokunun finalında geyindiyi və qarşılaşmadan sonra Sneyderə hədiyyə etdiyi forma olub. Həmin forma 65 126 avro (54 459 funt sterlinq) qarşılığında braziliyalı kolleksiyaçı tərəfindən əldə edilib.
Open in TelegramAzərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər... https://www.bakupost.az/az/azerbaycanda-zavodda-guclu-partlayis-oldu-hadise-yerinden-goruntuler
Open in Telegram🧩GTA 6-nın satışından ilk həftədə 4,7 milyard dollar gəlir əldə olunub Bu, “Alinea Analytics” analitik şirkətinin qiymətləndirməsində öz əksini tapıb. ilk həftə ərzində isə təxminən 7 milyon istifadəçi oyunda 50 saatdan çox, 250 minə yaxını isə 100 saatdan çox vaxt keçirib.
Open in Telegram🇦🇿 Milli futbolçumuz Mahir Emreli Polşa çempionatında növbəti dəfə fərqlənib. ⚽ O, “Rakuv”un “Pyaşt”la qarşılaşmasının 59-cu dəqiqəsində Lamine Diabi-Fadiqinin ötürməsini qola çevirib.
Open in TelegramTürkiyəli müğənni Mabel Matiz konsertində Azərbaycan mahnısı olan “İlk məhəbbət”i ifa edib. Musiqisi Habil Əliyevə, sözləri Süleyman Rüstəmə məxsus olan mahnının ifası zamanı sənətçini tar ifaçısı müşayiət edib.
Open in TelegramGürcüstan səfiri “Beşiktaş” qalmaqalına görə Türkiyə XİN-ə çağırıldı - Nota https://www.bakupost.az/az/gurcustan-sefiri-besiktas-qalmaqalina-gore-turkiye-xin-e-cagirildi-nota
Open in Telegram"İpək Yolu" Mədəni və tarixi Araşdırmalar İB- artıq beynəlxalq müstəvilərdə əməkdaşlıq edir
Open in Telegram