AI ChatbetaAccount

Posts of Azərbaycan Araşdırma Mərkəzi

newest first

#1430Photo
Views142−90%vs avg
Forwards—
Reactions11
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
44 h125
67 h142
  1. Total to date142
#1428Photo
Views3,540+140%vs avg
Forwards—
Reactions8
Comments—
#1427Video

Səfəvi dövləti necə quruldu Nağıllar aləmindən danışılanları kənara qoyaq və həqiqətlərə qulaq verək. Səfəvi dövlətini digər dövlətlərdən fərqləndirən ən əsas xüsusiyyət onun təşkilatçılıq üzərində formalaşması idi. Şeyx Zahid Gilani tərəfindən yaranan bu təşkilatın o illərdə 10 mindən artıq müridi var idi. Şeyx Səfiəddin Ərdəbiliyə keçən təriqət mürşidliyi ilə artıq təşkilat yeni bir dönəmə qədəm qoymuşdu. Onun dönəmində şəbəkə Kiçik Asiyadan Orta Asiyaya qədər genişlənmiş və dövlətə nüfuz etmişdi. Onun oğlu Şeyx Sədrəddin, Ərdəbildə silahlı qruplaşmalar təşkil etmişdi. Onun oğlu Xacə isə Əmir Teymur ilə razılaşaraq geniş kütləni şəbəkəsinə cəlb etdi. Onlar vətənlərinə qayıdaraq Səfəvi təşkilatı üçün işlər gördülər. Səfəvi Təşkilatının iki əsas mərkəzi var idi. Talış və Anadolu. Xacə Əlinin nəvəsi Şeyx Cüneyd isə məhz ikinci mərkəzə gedərək hərəkatı hərbi səviyyəyə yüksəltmişdi. Bu təşkilatın əsas xüsusiyyəti yenidən formalaşa bilmə xüsusiyyətidir. Şeyx Cüneyd və Şeyx Heydərin şəhadəti bu şəbəkəni dağıtmamış, əksinə daha gizli və daha təsirli fəaliyyəti Şah İsmayıl qiyamına aparan yolu hazırlamışdı. Şah ismayılın qorunması məsələsi isə bu şəbəkənin birinci mərkəzinin öhdəsində idi. Hər şey təşkilatçılıq və gizlilik əsasında irəliləyirdi. Şiə dövləti yaratmağı özlərinin əsas qayəsi bilən bu təriqət, məqsədlərinə fədakarlıq və sədaqətlə çatdılar. Azərbaycan Araşdırma Mərkəzi

Open in Telegram
Views319−78%vs avg
Forwards—
Reactions20
Comments—
#1426Video
Views301−80%vs avg
Forwards—
Reactions16
Comments—
#1425Photo

Azərbaycan Araşdırma Mərkəzində müasir təhsil sisteminin problemlərinə həsr olunmuş konfrans keçirilib. Konfransda gələcəkdə qurulması nəzərdə tutulan yeni təhsil sistemində ibtidai siniflər üçün əsas istiqamətlər müzakirə olunub. Dünya sürətlə dəyişir və bu dəyişikliklər mövcud təhsil sisteminin yenilənməsini zəruri edir. Yeni təhsil modeli yalnız bilik verməklə kifayətlənməməli, uşaqlara həyatı anlamağı, müstəqil düşünməyi və cəmiyyətdə düzgün mövqe tutmağı öyrətməlidir. Yeni təhsil sistemində aşağıdakı istiqamətlərə xüsusi diqqət yetirilməlidir: 1. İslami həyat tərzi və ictimai münasibətlər: Uşaqlara İslamın əxlaqi prinsipləri, qarşılıqlı hörmət, düzgün ünsiyyət və ictimai məsuliyyət öyrədilməlidir. 2. Ətraf mühitin tanıdılması: Uşaqlar təbiət, ekologiya və canlılar aləmi ilə yaxından tanış olmalıdırlar. 3. Peşə təlimi: Erkən yaşlardan uşaqlara müxtəlif peşələr və praktiki bacarıqlar öyrədilməlidir. 4. Məntiqi və fəlsəfi təfəkkür: Uşaqlarda müstəqil düşünmək, sual vermək, təhlil etmək və nəticə çıxarmaq qabiliyyəti inkişaf etdirilməlidir. 5. Əhli-Beyt irsi: Tədris vəsaitləri Əhli-Beytin elmi, mənəvi və əxlaqi irsi əsasında hazırlanmalıdır. 6. Yeni tədris yanaşması: Təhsil yalnız «Nə vaxt?» sualı üzərində qurulmamalıdır. Əsas diqqət «Nə?», «Niyə?» və «Necə?» suallarına yönəldilməlidir. Uşaqlar hazır məlumatları əzbərləmək əvəzinə, hadisələrin mahiyyətini anlamağı öyrənməlidirlər. 7. İdarəçilik və iqtisadi biliklər: Uşaqlara idarəetmə, ailə büdcəsinin planlaşdırılması və ev təsərrüfatının idarə olunması öyrədilməlidir. 8. Danışıq qabiliyyətini, fikrin ifadə məharətini formalaşdırmaq Və s... Qiymətləndirmə sistemi də təbii olaraq dəyişdirilir. Uşaqlar daha çox imtahan və test nəticələrinə görə deyil, praktiki bacarıqlarına, düşüncə tərzinə və davranışlarına görə də qiymətləndirilməlidirlər. Yeni təhsil sisteminin əsas məqsədi müstəqil düşünən, koqnitiv cəhətdən yetkin, məsuliyyətli və ictimai münasibətlərdə düzgün mövqe tuta bilən şəxsiyyət yetişdirməkdir. Belə bir nəsil informasiya təsirlərini düzgün qiymətləndirə və manipulyasiyaya daha az məruz qala bilər. Azərbaycan Araşdırma Mərkəzinin əsas vəzifələrindən biri belə bir sistemin işlənilib hazirlanmasıdır. Bunun üçün mütəxəssislər və iş qrupları təşkil olunmalıdır. Azərbaycan Araşdırma Mərkəzi

Open in Telegram
Views5,400+266%vs avg
Forwards—
Reactions20
Comments—
#1421Video
Views2,980+102%vs avg
Forwards—
Reactions14
Comments—
#1419Video
Views2,900+97%vs avg
Forwards—
Reactions16
Comments—
#1418Video

İranlı anlayışı Mircəfər Pişəvərinin baxışında Pantürk dairələr “iranlı” anlayışı ilə “türk” kimliyini bir-birindən ayırmağa çalışdıqları halda, Mir Cəfər Pişəvəri bu terminləri bir-birinə zidd deyil, bir-birini tamamlayan anlayışlar kimi qəbul edirdi. O, bu cür parçalama cəhdlərini Qacarlar dövrünün zülmündən belə təhlükəli hesab edir və bunun xarici qüvvələr tərəfindən yönləndirilə biləcəyini vurğulayırdı. Pişəvəri 1922-ci ildə “Həqiqət” qəzetində dərc olunan məqaləsində bu mövqeyini açıq şəkildə ifadə edirdi: "Biz İranda bu cür milli əsarət anlayışlarını qəbul etmirik. Lakin bəzi düşüncəsiz yazıçılar Azərbaycanı “türk”, yaxud hansısa tayfanı iranlı saymayaraq onlar haqqında ayrı-seçkilik siyasəti aparırlar. Bu məsələ dövlətin siyasətindən də təhlükəlidir. Əgər yazıçılar bu cür fikirləri təlqin etsə və hökumət də əvvəlki siyasəti davam etdirsə, şübhəsiz ki, vilayətlərin əhalisi arasından zorla yeni “millətlər” yaradılacaq. Xarici qüvvələr də bunu dəstəkləyəcək və biz birdən-birə görəcəyik ki, ölkəni qarışıqlıq bürüyüb və İranın hansısa bir hissəsi, Mesopotamiya kimi, filan tayfanın “müstəqilliyi” adı altında ingilislərin nəzarətinə keçib." Azadlığın son səngəri (Pişəvərinin Həqiqət qəzetindəki məqalələr toplusu), Rəhim Rəisniya, səh: 318 Azərbaycan Araşdırma Mərkəzi

Open in Telegram
Views382−74%vs avg
Forwards—
Reactions13
Comments—
#1417Video

Şah İsmayılın bilinməyən övladları Şah İsmayılın müxtəlif evliliklərdən 6 oğlu və 8 qızı dünyaya gəlmişdir. Şah İsmayıl əksər oğlan uşaqlarına ad seçərkən Firdovsinin Şahnamə əsərindən istifadə etmişdir. Qız övladlarına isə əksəriyyətlə dönəmində xalqın da istifadə etdiyi adları vermişdir. Xanış, Fülanə, Firəngiz, Pəri və Məhinbanu. Amma iki qızına Əhli-beyt adları vermişdir. Şahzeynəb və Fatma. Bu videoda tarix kitablarının adlarını çox da görmədiyimiz Şah övladlarından bəhs edəcəyik. Rüstəm Mirzə - Şah İsmayılın 1517-ci ildə dünyaya gələn övladıdır. Şah İsmayıl adəti üzrə bu oğlan övladına da Şahnamə qəhrəmanlarından birinin adını verir - Rüstəm. Amma Rüstəmin ömrü uzun olmur. Dünyaya gəlməsindən bir neçə il sonra səbəbi bilinməyən bir xəstəlikdən Ərdəbildə dünyasını dəyişir. Hüseyn Mirzə - 1520-ci ildə onun başqa oğlan övladı dünyaya gəlir. Ona dərin məhəbbət bəslədiyi İmam Hüseynin adını verir. Amma o da çox keçmədən dünyasını dəyişir. Şahzeynəb xanım - 1519-cu ildə dünyaya gələn bu xanım Şah İsmayılın Əhli-beyt adını verdiyi nadir övladlarındandır. Həyatı haqqında Məhəmməd Şərəf xan Təkəli ilə evlənməsi və 1556-cı ildə vəfat etməsindən başqa məlumat yoxdur. Fatma Sultan - Fatma Sultan atasının Əhli-beyt adını verdiyi növbəti qız övladıdır. Onun haqqında tarix kitablarında kifat qədər məlumat yoxdur. Sadəcə Şah İsmayılın övladları siyahısında adı çəkilmişdir. Azərbaycan Araşdırma Mərkəzi

Open in Telegram
Views356−76%vs avg
Forwards—
Reactions9
Comments—
#1416Video
Views352−76%vs avg
Forwards—
Reactions8
Comments—
#1415Video
Views401−73%vs avg
Forwards—
Reactions15
Comments—
#1414Video
Views414−72%vs avg
Forwards—
Reactions10
Comments—
#1413Photo
Views442−70%vs avg
Forwards—
Reactions18
Comments—
#1411Video

Assasinlər necə fəaliyyətə başladı... Ələmut. Yerdən altı min addım hündürlükdə qaya üzərində yerləşən bir qala. Çılpaq təpələrdən, unudulmuş göllərdən, sıldırım qayalardan, dar boğazlardan ibarət bir mənzərə. Saysız-hesabsız ordu belə bu yollardan ancaq bir cərgədə bir-bir keçə bilərdi. Ən sürətli mancanaqlardan atılan daşlar belə qala divarlarına çata bilməzdi. Həsən Səbbah uzaqdan Ələmutu görər-görməz anlamışdı ki, bura onun yüksəliş məkanı və dövlətinin paytaxtı olacaq. Həmin dövrdə Ələmutda öz əhli-əyalı ilə birlikdə bir neçə əsgər, kəndli və tacirdən, eləcə də Nizamülmülkün qala rəisi təyin etdiyi Mehdi Alayitdən başqa heç kim yaşamırdı. Qala rəisinin bütün işi-gücü ancaq qoz, üzüm və nar yetişdirmək, suvarma üçün istifadə ediləcək suyu gətirtməkdən ibarət idi. İmperatorluqda baş verən qarışıqlıqlar onu qətiyyən narahat etmirdi. Əvvəlcə, Həsən bir neçə müridini Ələmuta göndərdi. Onlar əsgərlərin inanc və məzhəblərini dəyişdirməyə, onları öz səflərinə çəkməyə başladılar. Bir neçə aydan sonra isə Həsənə vəziyyətin əlverişli olduğunu və gələ biləcəyini xəbər göndərdilər. Həmişəki kimi Həsən sufi-dərviş qiyafəsində şəhərə daxil oldu. Ətrafı dolaşdı, yoxladı, məlumat topladı. Vali bu mübarək şəxsi hüzurunda qəbul etdi. Onu necə razı sala biləcəyini sual etdikdə Həsən cavab verdi: - Mənə bu qala lazımdır. Vali gülümsədi, elə bildi ki, dərviş zarafat edir. Öz-özünə "nə hazırcavab adamdır" dedi. Ancaq qonağı gülümsəmirdi. - Mən buranı almağa gəlmişəm. Qaladakı bütün adamların indi mənim tərəfimdədir, - deyə bildirdi. Həsən Səbbah sözünü bitirdikdən sonra Qala rəisinin qarşısında bardaş qurub əyləşdi. - Ələmutu təslim almağa gəlmişəm. - Bu qalanı mənə sultan verib. Onu almaq üçün pul vermişəm. Nə qədər? - Üç min qızıl dinar. Səbbah bir kağız alıb yazdı: "Ələmut qalasının müqabilində Mehdi Əlayitə üç min qızıl dinar ödənsin. Bizə Allah kifayət edər. O ən yaxşı qoruyandır". Qala rəisi çox narahat idi. Dərviş qiyafəsində olan bu şəxsin bu qədər pulu ödəməyə gücü çatmayacağını fikirləşdi. Ancaq Damgan şəhərinə çatar-çatmaz vəd edilən və alacağını ümid etmədiyi qızıllarını gözlənilmədən aldı... Azərbaycan Araşdırma Mərkəzi

Open in Telegram
Views380−74%vs avg
Forwards—
Reactions12
Comments—