"Vaqif" film-tamaşasında Qacarın taxtındakı və başı üzərindəki "Əli" yazıları. Eyni naxış Şirvanşahlar sarayındakı Divanxana qapısının üzərində də var. © Natiq Rəhimov #kimlik https://t.me/Allah_Muhammed_YaAli
Open in Telegram
Allah, Muhəmməd, Ya Əli
🕊﷽🕊 Həqiqətən, sən (ya Muhəmməd) böyük bir əxlaqa maliksən. Qələm surəsi, ayə 4.
Average views per post by day
By publication day
Show as table
| Date | Avg views per post |
|---|---|
| Oct 27, 2026 | 398 |
| Oct 29, 2026 | 359 |
| Oct 31, 2026 | 358 |
| Nov 1, 2026 | 397 |
| Nov 2, 2026 | 378 |
| Nov 3, 2026 | 458 |
| Nov 6, 2026 | 450 |
| Nov 8, 2026 | 429 |
| Nov 14, 2026 | 288 |
| Nov 19, 2026 | 178 |
| Nov 21, 2026 | 122 |
Most viewed this month
- 01Views458Forwards—Reactions10Comments—
- 02Views452Forwards—Reactions6Comments—
- 03Views450Forwards—Reactions3Comments—
- 04Views446Forwards—Reactions5Comments—
Latest posts
Mənim kimi çox demirəm yarım milyon adam hərəsi 1000-2000 azn kart dövriyyəsin dayandırsa və nağda keçsə bu 500 milyon - 1 milyard manat pulun dövriyyədən çıxarılması deyilmi?? Yəni ayda 1 milyard manat ən azından nağdsızdan çıxıb nağda keçir. Bu əhalidən çox dövlətə ziyan vurmazmı? Bu qərarları verənlər bilərəkdən ya bilməyərəkdən dövlətin özü ilə düşmənçilik etmirlərmi?? Vallah mənə 500+ pul gələsi olsa deyəcəm karta göndərmə yerini denən 5 manat benzin vurub özüm gələrəm. Mənim kimi də minlərlə adam. Rayondan 1500 gələsidir birinə deyəcək ver taksiyə - o kruqda duran Qasım dayıya - 3 manat da ver gətirsin 20 yanvardan götürərəm. Belə belə camaat yol tapacaq və məcbur qalmadığca karta pul ödəməyəcək.. Mən hələ İranda bu illər ərzində eşitmədim ki, karta atma limiti keçmişəm. Ya eşitmədim ki, mən avtobus şoferiyəm hər gün qrup aparıram hamısı kartıma 2 min atanda ayda 60 min edir faiz gələr, çıxarda bilmərəm. Yəni bu şeyləri ancaq mən burda eşidirəm. Kart limitləri, pul atanda faizlər, çıxardanda faizlər, kartlara nəzarət. Əvəz Zeynallı demişkən əə siz dəlisiz nəsiz, belə şeymi olar?? 500 manata şəxsiyyət təsdiqlənməsi nədir ? Nə yeyib içirsiz??? Hə, indi gəlsin İran aftafası deyənlərə rəylər açığdır. Bu hadisələr 2019-cu ilə qədər idi, ondan sonra gömrüklər də bağlanıb, 7 ildir də açılmır. Nə İran şoferi var nə Məşhəd oteli. Gömrüklər açılsaydı bu gic-gic qərarları verənlərin əlindən heç olmasa ayda 1-2 həftə gedib başımızı dincəldərdik İmamın hüzurunda. İndi trollar, qoca yaltağlar, saçı ağarıb üzü mürdəşirləşmişlər, cavanlığında rus kkb-sinə işləyənlər başlayacaq rəy bildirməyə. Guya biz İran agentiyikmiş bunlar Vətənpərvəriymişlər. Yalansa atavızın goruna itlər sidikləsin. Ən böyük xainlər bu ölkədə nəyisə düzətməyə çalışmayanlardır. Bax onlardır əsl əxlaqsızlar. Bir adam ölkəsində olan mənfi gördüyü şeyi tənqid edirsə o millətin və xalqın dostudur. Başqasına agent adı yapışdıranlar isə illərlə agent işləyənlərdir. Kim nədir, elə bilir hamı ondandır.. ƏbuSadiq...
Open in Telegramİndi sizə qonşu "aftafa" adlandırdığımız İranda olan bank kart sistemləri və nağdsız ödənişlərindən danışacam. Nəyə görə İrandan misalı çəkirəm onu da deyim. Çünki, bizdə bir deyim var: aşıq gördüyün çalar.. Biz də gömrük açıq olan vaxtlarda Bakıdan Məşhədə zəvvar aparmışıq. Bizim İrandakı avtobus sürücülərimiz də həmişə Ərdəbillilər və cənubi Azərbaycanlılar olurdular. Yəni öz həmvətənlərimiz.. Biz bu Ərdəbil sürücüləri ilə hər dəfə ziyarətdə 2-3 sutka yol gedirdik. Bu müddət ərzində də otururduq yanlarında ordan burdan danışırdıq ki, yatmasınlar yuxulamasınlar. Day avtobus yağ dəyişməsindən, mator yığdırılmasından tut, hər mövzudan danışmışıq illərlə. Hələ bu kart köçürmələrinin də çox söhbətini eləmişik. İndi bizdə kart ödənişlərinə edilən limitlərdə yada düşür.. Əslində biz İraqda da, Səudiyyədə də avtobuslarla gedirik, amma, heç birinin dilini belə öz dilimiz kimi bilmirik axı 5-6 saat rahat hər şeydən danışaq. Neysə, bir dəfə sürücü Mahmuddan ya bilmirəm Firuzdan soruşdum ki, bu sürdüyün avtobus İranda neçəyədir? Dedi təxminən 60-70 min. Dedim ay qardaş, İranda 100 manatın 10 milyon tümən edirsə, 1000 manatın da yüz milyon edəcək, 60-70 minin 6-7 milyard pul edir. Siz onda belə çıxır avtobus ya ev alanda pulu kamazla bir birinizə verirsiz?? Dedi, yox baba, kamaznan niyə? Bütün pullarımız kartlarımızdadır. Ev də alanda, maşın da alanda bir düyməylə pulu bir birimizə yollaruğ gedər)) Hələ bundan başqa biz Astaradan İrana keçərkən məsələn Məşhəddə otele ödəməliydik 1500 manat. Bu da edir 150-200 milyon İran tüməni. Kimdir bu qədər pulu dəyişib 2 sutka üstündə gəzdirən. Otelçiyə deyirdik kartını yolla. O da dərhal yollayırdı. Biz də bu məbləği Astarada pul dəyişənə verirdik ki, 1500 manatı tümən kimi vur bu otelçinin kartına. Bu 2 min manatı da götür vur avtobus şoferinin kartına. İranda hər kəs pulu kartla alır, kartla ödəyir. Heç kimin cibində nağd pul görməzsən. Hamının cibində sadəcə 1-2 bank kartı var ki, hər yerdə kartla ödəniş və alış veriş edirlər. Təsəvvür edin ki, hətta ucqar məntəqələrdə, yol kənarlarında ayağ yolunda (tualet) belə post terminal var. Dağın başında meşənin içində balaca toz basmış butkada belə kart ödənişi var. İranı dəfələrlə Astara, Məşhəd, Qum, Ərdəbil, Qəzvin, Rəşt, Həmədan, Zəncan olmaqla o baş bu baş gəzmişəm indiyə qədər bir dənə balaca ya böyük butka, ayağyolu, aptek və s görməmişəm ki, desin bizdə kart ödənişi yoxdur. Çünki, hamıda pul kartdadır, heç kimdə nağd pul görməzsən. Bu sistemi faizsiz cəriməsiz elə ediblər ki, hər kəs kartlaşıb. Day sən avtobusu 60 minə satanda və kartına 60-80 min manat gələndə sənə heç bir faiz, cərimə, tətqiqat araşdırması gəlmir.. Bu həm xalqa xeyirdir həm də dövlətə. Təsəvvür edin ki, millətin məsələn ümumilikdə 20-25 milyard pulu var və bu pullar kartlardadır. Nağdlaşmır, pul dövriyyədədir. Bu pullardan banklar, sosial nazirliklər dövriyyədə istifadə edirlər, insanlar isə rəqəmləri bir birlərinə köçürürlər.. Bir də İnkişaf etmiş dünyada öz sözünü demiş Azərbaycanı düşünün. 100 manat pul atırsan milli ön 1 manat tutur. Gündəlik ödəmələrə limit tətbiq edilir. 5 dəfədən artıq ödəmə olmaz. Mən nə bilim 500 manat ödəsən şəxsiyyətini təsdiq eləməlisən. Təsəvvür edin ki, Azərbaycanda birinin kartına 60 min manat gəlməlidir. Təsəvvür edə bildiz? Heç vaxt edə bilməzsiz. Çünki sistemi elə qurublar ki, heç kim deməz 60 mini at kartıma deyər gözdə gəlirəm ya adam göndərirəm nağd ver. Amma birdən təsəvvür eləməli olsağ 60 mini atanda azı 1000 azn faiz gedər, çıxardanda da azı 1000 gedər və hələ sənə 60 min hardan gəldi deyə mazgin də gedər, kartın bloklanar. Sonra bu 60 minin mənbəyini, mənşəyini, mənsəbini sübut eləsən bəlkə kartın blokdan çıxar. Yəni ancaq və ancaq səndən gedər və sənə bu heç nə qazandırmaz.. Ona görə də əvvəllər mən kartımda heç olmasa 500-700 bəzən də 1000-1500 azn saxlayırdım. Son bu hadisələrdə kartımda maksimun 50-70 manat saxlayıram ki, marketə girəndə ya kontur lazım olanda kartda vacibi məbləğim olsun..
Open in TelegramBakıda, Keşlə qəsəbəsindəki Şah Abbas məscidində Aşura mərasimi ~1905 — 1910-cu illər. Foto: Gunnar Dahlgren / digitaltmuseum.se Digər şəkillər: https://www.facebook.com/share/p/1CWAjFQsQy/ Mənbə: https://digitaltmuseum.org/0210114279534/pa-kuvertet-star-foljande-information-sammanstalld-vid-museets-forsta-genomgang
Open in TelegramBakıda şəhərdə cəmi bir neçə məsciddə azan səsi eşidilir, o da səsi çox yüksək deyil. Hətta bəzi məscidlərdə azan səsini səsucaldanla ətrafa yayılmasını qadağan ediblər...
Open in TelegramBibiheybət kompleksi XIV əsrdən etibarən Azərbaycanın ən məşhur, ən varlı və ən çox ziyarət edilən dini məkanlarından birinə çevrilmiş, bu statusu sovet hakimiyyəti qurulana kimi qoruyub-saxlamışdır. Məlum olduğu kimi XIII əsrin sonlarında Bakı şəhəri Elxani hökmdarlarının diqqətini cəlb etməyə başlamışdı, hətta Elxani Qazan xan (hakim. 1294-1305) və qardaşı Ölcaytu Xudabəndə (hakim. 1304-1316) dəfələrlə Bakıya səfər etmişdilər. Elxani sülaləsindən İslamı ilk qəbul etmiş və “Mahmud” adını götürmüş Qazan xan yay mövsümünü paytaxt Sultaniyyədə keçirir, qışlamaq üçün Bakıya gəlirdi. Tarixi mənbələr onun 1297-ci ildə qışlamaq məqsədilə Bakıya gəldiyini təsdiq edir. Qazan xan əhli-sünnə əqidəsində olsa da, şiə məzhəbinə və şiələrə hörmətlə yanaşırdı. O, 1303-cü ilin yanvarında Kərbəlada İmam Hüseynin (ə) məzarını ziyarət etmiş, hərəmə xeyli nəzir vermiş, seyyid və alimləri mükafatlandırmışdı. Qazan xanın Əhli-Beytə (ə) hədsiz sevgisi və şiələrə himayədarlıq etməsi hətta onun şiə məzhəbində olması barədə fikirlərin yaranmasına gətirib-çıxarmışdır. Qazı Nurullah Şüştəri “Məcalisul-muminin” kitabında Qazan xana da şiə məzhəbli hökmdarların sırasında yer vermiş, hakimiyyətinin əvvəllərində onun əhli-sünnə məzhəbini daşıdığını, amma hicri 702-ci ildə (miladi 1302/03-cü illər) şiə məzhəbinə keçdiyini vurğulamışdır. Tədqiqatçı alim T.M.Musəvi Bibiheybət ziyarətgahının tikilməsini bilavasitə Qazan xanın adı ilə bağlayaraq yazır: “Qazan xan məhz həmin ildə (1300) Bakıya gəlmişdir. Biz onun 1295-ci ildə İslam dinini qəbul etməsini, İraqa getdiyi vaxt Əli oğlu Hüseynin qəbrini ziyarət etməsini, kilsə və deyrləri (monastrları) dağıtdırıb məscidlər, mədrəsələr və məqbərələr tikdirməsini nəzərə almaqla belə bir nəticəyə gələ bilərik ki, Qazan xan Mahmud Bakıda olarkən Bibiheybət məqbərəsinə getmiş və orada məscid tikilməsi barədə göstəriş vermişdir. Həmin dövrdə Şirvanın hökmdarı olan Fərruxzad ibn Əxşican və ya Əxistan isə məhz Qazan xanın göstərişi əsasında qeyd edilən məscidi tikdirmişdir. İ.Beryozin tərəfindən oxunmuş kitabədəki “möminlərin əmirinin köməkçisi” cümləsi də bizcə, Fərruxzad ibn Əxşicanın vassal hökmdar kimi məhz Qazan xana tabe olmasına işarədir”. "Bibiheybət" kitabımızdan. Kitabı dini mağazalardan 15 manata əldə edə bilərsiniz. Kitab qalın cilddə, həcmi 200 səhifədən artıqdır. https://t.me/Allah_Muhammed_YaAli
Open in TelegramAdım kimi bilirəm ki, bu statistika yalandır. Hər şeyi qoydum bir kənara nətər oldu Hz. Məhəmməd peyğəmbərimizin (s) adı heç 10-luğa düşməyib? Uğur, Raul adları bəli qoyulur, amma gəlin ətrafımıza, qohumlarımıza, qonşularımıza, uşağımızın getdiyi məktəb və bağçaya baxaq. Ən çox ad bunlardı? Neçə "Miran" adı eşitmisiz? 772 dənə "Miran" adı olsa hər birimiz bu adı mütəmadi eşitməliyik. Bu cür saxta, yalan, uydurma statistikalar TƏLQİN məqsədi daşıyır. Şüuraltımıza yeritməyə çalışırlar ki, ay camaat dini adlar filan yox, bu cür adlar qoyun. Xülasə İslamafobiyanın növbəti təzahürü. https://t.me/Allah_Muhammed_YaAli
Open in TelegramHəzrəti Peyğəmbər buyurub: Kim elm dalınca düşərsə Allah onun ruzisini öhdəsinə götürər... https://t.me/Allah_Muhammed_YaAli
Open in TelegramHüseyn Cavid və Seyyid Mir Mövsüm ağa arasında ilahi rabitə Dahi Hüseyn Cavidlə Allah dostu Seyyid Mir Mövsüm ağa arasında mövcud olmuş mənəvi bağlılıq haqqında maraqlı və diqqətəlayiq bir məqam... 24 oktyabr 2026-cı il tarixində RTV-də yayımlanan müsahibəsində Azər Turan, Hüseyn Cavidin qızı Turan Cavidin xatirələrinə istinadən bu barədə danışıb. Turan Cavidin xatirələrinə görə, Hüseyn Cavidin evi — indiki AMEA Əlyazmalar İnstitutunun arxa tərəfində Seyyid Mir Mövsüm ağanın evi yerləşirdi. Dahi şair evdən çıxaraq Mir Mövsüm ağanın yanına gedər, ona tamaşa edər, onunla söhbətləşdikdən sonra yenidən evə qayıdardı. Bu hadisələrin təxminən 1926–1937-ci illər arasında baş verdiyi bildirilir. Bu, sadəcə iki böyük şəxsiyyətin görüşü deyil, eyni zamanda, ədəbiyyatla irfanın, şair ruhu ilə ilahi mənəviyyatın qovuşduğu olduqca maraqlı bir məqamdır. Bəlkə də ilk dəfə eşitdiyiniz bu xatirə Hüseyn Cavidin mənəvi dünyasına başqa bir pəncərədən baxmağa imkan verir. https://t.me/Allah_Muhammed_YaAli
Open in TelegramConnections
Similar channels
𝐀𝐙𝐏𝐔𝐋𝐒𝐄@azepulseNews and media6.67K
Məhbus Məktubu@mehbus_mektubuReligion3.37K
Dalğa@dalgaaReligion3.43K
Cihad Media@mediacihadiReligion2.72K
Rəhbər@ayetullahxameneiReligion2.61K
Bir Şəhidin Hekayəsi@bir_sehidin_hekayesiReligion2.54K
میرآقا داداش - Mirağa Dadaş@miraga_dadasReligion2.49K
HAQQI DEYƏNLƏR@haqqi_deyenlerReligion2.38K
Mentioned by
𝐀𝐙𝐏𝐔𝐋𝐒𝐄@azepulse5 mentionsLatest post