◉ Minillik inancları səhv çıxardan quş - Oxlu Ağ Leylək İnsanlar həqiqəti biləyəndə belə şeylər uydururlar... ▶ Video: https://www.youtube.com/shorts/p6AgMjny8NA 📄 Məqalə: https://alberteyniseydi.net/xeberler/minillik-inanclari-deyisen-oxlu-ag-leylek
Open in TelegramPosts of Albert Eynişeydi
◉ İlanbalıqlarının əsrlərdir gizlətdiyi sirr Bu balıqlar haradan gəlir və necə çoxalırlar? Görün 2400 ildir kimlər-kimlər bu mövzunun üzərində işləyib... ▶ VİDEO - https://www.youtube.com/watch?v=XqedoSphM6k
Open in Telegram◉ Ceki Çan 20 ildən sonra əfsanəvi film seriyası ilə geri qayıdır 🌟 Adamın 72 yaşı var və hələ də döyüş filmlərində oynayır. Dəhşətdir. 🎬 Döyüş filmlərinin əfsanəsi Ceki Çan uzun gözləntilərdən sonra "Rush hour 4" ilmində çəkilmək üçün rəsmi müqavilə imzalayıb. Yeni hissənin çəkilişləri gələn ilin yazında müxtəlif ölkələrdə, o cümlədən Çin və Səudiyyə Ərəbistanında baş tutacaq. ℹ Rejissor Brett Ratnerin rəhbərliyi ilə hazırlanan filmin 2028-ci ildə nümayiş olunacağı gözlənilir. @alberteyniseydi
Open in Telegram🌏 Dünyanı yavaşladan tikili… Çinin "3 Dərə" bəndi dünyanın sürətini yavaşladır, günümüzü uzadır ▶ Ətraflı: https://www.youtube.com/shorts/EjBbeoAyrnk 🔗 Məqalə: https://alberteyniseydi.net/xeberler/dunyanin-suretini-yavasladan-tikili
Open in Telegram◉ Yeni anesteziya növü tapıldı: Həm oyaq qalmaq, həm də kəskin ağrıları hiss etməmək... 🐭 Alimlər "Nidradin" adlı yeni kimyəvi birləşmə kəşf ediblər ki, bu maddə yüksək dozada anesteziya effekti verir, aşağı dozada isə canlıları yatırtmadan ağrı hissini kəskin azaldır. Tədqiqatlar zamanı siçanlar oyaq qalsalar da, ağrılara qarşı çox zəif reaksiya veriblər. 🔬 Tədqiqatçılar 12 min müxtəlif maddə arasından seçilən bu birləşmənin mövcud preparatlardan fərqli şəkildə təsir etdiyini müəyyən ediblər. Hazırda sınaqlar ilkin mərhələdədir və maddənin insanlar üçün təhlükəsizliyini yoxlamaq üçün əlavə klinik tədqiqatlara ehtiyac var. @alberteyniseydi
Open in Telegram◉ İlk dəfə bir robot kosmosda təkbaşına konstruksiya qurdu 🤖 Caltech mühəndislərinin hazırladığı ASTRA robotu kosmosda insan müdaxiləsi olmadan ilk dəfə müstəqil şəkildə struktur yığıb. Bu nailiyyət gələcəkdə raketlərin tutumuna bağlı qalmadan kosmosda nəhəng obyektlərin inşasına yol açır. 🛰️ Robot xüsusi boruları və birləşmə hissələrini bir-birinə bərkidərək 1.4 metrlik antena hazırlayıb. Bu texnologiya sayəsində gələcəkdə kosmosda kilometrlərlə ölçülən günəş panelləri və yaşayış məskənləri qurmaq mümkün olacaq. @alberteyniseydi
Open in TelegramPAŞA Sığorta-dan müştərilərə daha çox rahatlıq və yeni imkanlar! 📱 ⤵️ Bütün sığorta xidmətləri indi əlinizin altında: - Sığorta təminatlarınızı nəzərdən keçirin - Əhatə olunan risklərlə tanış olun - Yeni sığorta məhsullarını onlayn əldə edin - Aylıq ödənişlərinizi birbaşa tətbiqdən həyata keçirin - Həkimə yazılın və tibbi xidmətlər barədə məlumatı rahat alın 📞*7000 - Sığorta məsləhət xətti ℹ️ onelink.to/agg3zu #PAŞASığorta #PASHAInsurance
Open in Telegram◉ 25 ildə tutumu cəmi 3,6% azalan yeni batareya texnologiyası 🔋 Almaniyanın Gaggenau şəhərində sink-bromid texnologiyasına əsaslanan nəhəng enerji saxlama qurğusu inşa ediləcək. ABŞ-ın Eos şirkəti tərəfindən hazırlanan bu batareyalar 25 illik istismar müddətində öz tutumunun cəmi 3,6 faizini itirir. 🛡️ Su əsaslı elektrolitdən istifadə edildiyi üçün bu sistem yanma və partlayış riski daşımır. 15,2 milyon avro dəyərindəki layihə ənənəvi litium-ion batareyalara etibarlı və uzunömürlü alternativ kimi təqdim olunur. 🌍 Tikintisinə 2027-ci ildə başlanacaq 30 MVt-saatlıq obyekt Avropanın Çin istehsalı olan komponentlərdən asılılığını azaltmağa xidmət edəcək. Təsisatın 2028-ci ildə tam istifadəyə verilməsi planlaşdırılır. @alberteyniseydi
Open in Telegram◉ Hər 8 dəqiqədən bir radio siqnalı göndərən qəribə ulduz sistemi aşkarlandı 🔭 Avstraliyalı astronomlar Yer kürəsindən 5 min işıq ili uzaqlıqda yerləşən və hər 8 dəqiqədən bir radio dalğaları yayan qeyri-adi ulduz sistemi kəşf ediblər. GPM J071507−114153 adı verilən bu sistem ölmüş ağ cırtdan ulduz və Günəşə bənzəyən sarı cırtdandan ibarətdir. 📡 Tədqiqatçılar ilk dəfədir ki, bu tip ulduz cütlüyündə belə müntəzəm siqnallar müşahidə edirlər. Məlum olub ki, radio dalğaları ağ cırtdanın (ağ ulduz) özündən və ya ona çox yaxın ərazidən qaynaqlanır. 🌟 Alimlər həmçinin bu dalğalar vasitəsilə sistemdəki digər ulduzda baş verən güclü fırtınaları və parlamaları da qeydə alıblar. Bu kəşf ulduzların bir-birinə təsirini daha yaxşı anlamağa kömək edəcək. ℹ Siqnal niyə məhz hər 8 dəqiqədən bir gəlir? Bunun səbəbi astronomiyada "Mayak effekti adlanan fiziki hadisədir. Bu dəqiqlik ulduzun şüurlu şəkildə siqnal göndərməsi deyil, onun fırlanma sürətidir. Foto şərtidir. @alberteyniseydi
Open in Telegram◉ Stounhenc daşları ilə bağlı növbəti iddia da təkzib edildi 🔬 Geoloqlar Stounhencin mərkəzindəki 6 tonluq Qurbangah daşının Şotlandiyanın şimal-şərqindən gətirilməsi ehtimalını artıq rədd edirlər. Beynəlxalq tədqiqat qrupu müasir analizlər vasitəsilə bu monolitin həmin bölgədəki süxurlarla uyğun gəlmədiyini sübut edib. 🗿 Uzun illərdir ki, daşın Uelsdən, daha sonra isə Şotlandiyadan gətirildiyi deyilirdi. Alimlər hələ də bu sirli daşın dəqiq haradan gəldiyini müəyyən edə bilməyiblər. @alberteyniseydi
Open in Telegram🔥İngiltərə və Yaponiyadan sonra Avropa Komissiyası da vətəndaşlara 72 saatlı Fövqaladə vəziyyət çantası hazırlamağı tövsiyə etdi... Nələr baş verdiyini bilmirik, amma gündəmdən asılı olmayaraq belə bir çanta məncə hər bir evdə hazırda olmalıdır. 72 saatlıq Fövqaladə Vəziyyət çantasının içərisində bunlar olmalıdır - https://www.youtube.com/shorts/tIS7KxUGW5g
Open in Telegram🔥 ABŞ-də 9 nəfərin ölümünə səbəb olan qəzanın görüntüləri yayıldı ✈️ Floridada baş verən "Learjet 60" təyyarə qəzasında göyərtədəki doqquz nəfərin hamısı həlak olub. Texsasdan Baham adalarına uçan təyyarə yaşayış məntəqəsinin yaxınlığına düşərək ərazidə böyük dağıntılara səbəb olub. 🎙️ Pilotun dispetçerlə son danışıqları qəzanın dəhşətli anlarını üzə çıxarıb. O, buzlanma və güclü "turbulans" barədə məlumat verdikdən az sonra idarəetməni itirdiyini və yerə çırpılacaqlarını bildirib. ⛈️ Hadisə zamanı ərazidə güclü fırtına və yağış müşahidə olunurmuş. Hazırda ABŞ-ın aidiyyəti qurumları texniki nasazlıq və hava şəraiti ehtimallarını araşdırır. @alberteyniseydi
Open in Telegram🔥 Tarixin ƏN BÖYÜK soyğunu 🇰🇵 💰6.3 milyard dollar pul oğurlandı… "Lazarus" adlı haker qrupu dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"dan 6.3 milyard dollar pul oğurlayıb. Bunu "Binance" mühəndislərindən birinin iş kompüterinə sızaraq ediblər. Soyğuna təxminən 36 saat hazırlanıblar. Pulların köçürülməsi isə cəmi 20 dəqiqə çəkib. ▶ Digər detallar - https://www.youtube.com/shorts/kBI_Qw_KDfM
Open in Telegram◉ Qədim Misirə mumiya tozu qripə qarşı faydalı imiş 🧪 Orta əsrlərdə dərman kimi istifadə edilən qədim Misir mumiyalarından əldə olunmuş tozun qrip virusuna qarşı qoruyucu xüsusiyyətlərə malik olduğu məlum olub. Almaniyanın Marburq Universitetinin alimləri bu maddənin tərkibini molekulyar səviyyədə analiz edərək onun müalicəvi potensialını sınaqdan keçiriblər. 🦠 Tədqiqat zamanı məlum olub ki, mumiyadan hazırlanan ekstrakt hüceyrələri qrip virusunun vurduğu zədələrdən müəyyən dərəcədə qoruya bilir. Analizlər bu qarışıqların tərkibində iynəyarpaqlı ağac qatranları və aloe bitkisinin qalıqlarının olduğunu göstərib. @alberteyniseydi
Open in Telegram▶ Musiqi alətinə toxunmadan musiqi ifa etmək 100 il əvvəl rus ixtiraçının yaratdığı musiqi aləti... 📹 VİDEO - https://www.youtube.com/shorts/XZ-xNm06vzI
Open in Telegram◉ Netflix-də gizli kateqoriyaları açan xüsusi kodlar aşkarlandı 🍿 Netflix platformasında film seçmək bəzən çox vaxt aparsa da, istifadəçilərin çoxuna məlum olmayan 36 mindən çox gizli kateqoriya kodu mövcuddur. Bu kodlar alqoritmlərin təklif etdiyi standart siyahılardan kənara çıxaraq daha dəqiq və maraqlı məzmun tapmağa kömək edir. 💻 Gizli bölmələrə daxil olmaq üçün brauzerdə xüsusi ünvanın sonuna müvafiq rəqəmləri əlavə etmək kifayətdir. Məsələn, qorxu filmləri üçün 3261672, Koreya dramları üçün isə 2953105 kodundan istifadə olunur. 🔗 [www.netflix.com/browse/genre/kod] 📹 Digər nümunə kodlar: 3272152 – Yemək temalı şoular 3261672 – Qorxu və gərginlik 2013975 – Ailə filmləri 2314106 – 80-ci illər məzmunları 2691941 – 90-cı illər filmləri 3178549 – Qısa seriyalar 1964512 – Kiberpank 1143288 – Qadınlar 72436 – Yemək və Səyahət @alberteyniseydi
Open in Telegram◉ Marsın ən qəribə buludu... ☁️ Alimlər Marsdakı Arsia Mons vulkanı üzərində yaranan 1800 kilometrlik nəhəng buludun sirrini tapıblar. Bu qeyri-adi təbiət hadisəsi hər səhər sürətlə yayılır və bir neçə saatdan sonra isə tamamilə yoxa çıxır. 🔬 Tədqiqatlar göstərir ki, buludun formalaşması üçün toz zərrəciklərinə ehtiyac yoxdur və su buxarı birbaşa buz kristalına çevrilir. Homojen nüvələşmə adlanan bu nadir fiziki proses indiyə qədər heç bir planetin atmosferində canlı müşahidə edilməmişdi. @alberteyniseydi
Open in Telegram◉ Elm dünyasında bir ilk: İnsan DNT-si bədənin daxilində redaktə edildi 🧬 Alimlər ilk dəfə insan DNT-sini birbaşa bədənin daxilində dəyişiblər. Əməliyyatda qaraciyərdə "Vilson" xəstəliyinə səbəb olan genetik mutasiyanı düzəltmək üçün yüksək dəqiqlikli texnologiyadan istifadə edilib. 🔬 Yeni üsul laboratoriyada aparılan baha başa gələn prosedurları əvəz edir. Bu texnologiya sayəsində xəstənin hüceyrələrini bədəndən çıxarmağa və ağır kimyaterapiyaya ehtiyac qalmır. Bu addım genetik xəstəliklərin daha sürətli və ucuz sağaldılmasına yol açır. Mütəxəssislər gələcəkdə bir çox nadir xəstəliyin bu yolla birdəfəlik aradan qaldırılacağını düşünürlər. @alberteyniseydi
Open in Telegram◉ Kosmosda avtonom şəkildə formasını dəyişən peyk hissələri sınaqdan keçiriləcək 🛰️ Rendezvous Robotics şirkəti kosmosda avtonom şəkildə birləşərək müxtəlif formalar ala bilən peyk hissələri hazırlamaq üçün 20 milyon dollar investisiya cəlb edib. Bu texnologiya sayəsində peyklər orbitə çıxdıqdan sonra ehtiyaca uyğun olaraq öz quruluşunu dəyişə biləcək. 🔧 Şirkət 2028-ci ildə yeddi müstəqil hissədən ibarət ilk orbital sınağı həyata keçirməyi planlaşdırır. Həmin hissələr heç bir kənar müdaxilə olmadan bir-biri ilə birləşəcək və sonra ayrılaraq yeni konfiqurasiya yaradacaq. 💡 MIT-də başlayan bu layihə gələcəkdə iriölçülü rabitə sistemlərinin və nəhəng enerji panellərinin kosmosda asanlıqla qurulmasına imkan verəcək. Qeyd: Foto şərtidir. @alberteyniseydi
Open in Telegram◉ Yeni iPhone Duoların asanlıqla çatladığı, qırıldığı iddi edilir... 📱 Apple-ın yeni satışa çıxardığı 1999 dollar dəyərindəki qatlanan iPhone Duo modelinin ekranında ciddi problemlər yaranıb. Bəzi istifadəçilər cihazın cəmi bir neçə saatlıq istifadədən və ya 20 dəfədən az qatlanmadan sonra qırıldığını bildiriblər. 🛠️ Şirkət smartfonun yüksək dözümlülüyünü vurğulasa da, artıq bir neçə istifadəçi ekranın mərkəzində parlaq xətlərin və zədələrin olduğunu təsdiqləyən görüntülər paylaşılır. @alberteyniseydi
Open in Telegram