Tarixçi Müşfiq Əkbərin “Bakının mərkəzində unudulmuş 100 min illik tarix” mövzusunda çıxışını YouTube kanalımızda izləyə, Spotify və Apple Podcasts vasitəsilə dinləyə bilərsiniz. @akinchiproject
Open in TelegramPosts of Əkinçi
Binəqədi qır gölünün unikallığı Tarixçi Müşfiq Əkbər 90–120 min illik fosillərlə zəngin Binəqədi qır gölünün aşkarlanması və tədqiqi tarixindən danışır. Tam video burada. @akinchiproject
Open in TelegramYeni videomuzda tarixçi Müşfiq Əkbər Bakının az tanınan, lakin dünyanın ən nadir paleontoloji məkanlarından biri olan Binəqədi qır gölü haqqında danışır. Minlərlə heyvan fosilinin aşkarlandığı bu məkan elmi ədəbiyyatda “petrol tələsi” kimi tanınır. Qonağımız bildirir ki, qır gölünün unikallığı onun gələcəkdə mühüm turizm və elm mərkəzinə çevrilməsinə imkan yaradır. Spiker vurğulayır ki, düzgün yanaşma ilə bu ərazi həm Azərbaycanın qədim təbiət tarixini tanıtmağa, həm də ölkəyə daha çox turist cəlb etməyə xidmət edə bilər. Video burada. @akinchiproject
Open in TelegramAzərbaycan qadın futbolu Futbol təhlilçisi Cavid Zahidov deyir ki, qadın futboluna investisiya və cəmiyyətdə dəyişən münasibət Azərbaycanın bu sahədə sürətli inkişafına böyük imkan yaradır. Tam video. @akinchiproject
Open in Telegram“Ölkə futbolunun potensialı regionlardadır” Futbol təhlilçisi Cavid Zahidovun fikrincə, Azərbaycan futbolunun inkişafı və kütləviləşməsi üçün əsas potensial paytaxtda deyil, futbola böyük bağlılığı olan regionlardadır. Tam video. @akinchiproject
Open in TelegramYeni videomuzda futbol təhlilçisi Cavid Zahidovla Azərbaycan futbolunun inkişaf perspektivləri və ölkə futbolunun reallaşdırılmamış potensialı barədə söhbət etmişik. Qonağımız bildirir ki, futbola maraq böyük olsa da, bu, kütləvilikdə tam əksini tapmayıb. O, vəziyyətin dəyişməsi üçün regionlarda infrastrukturun inkişaf etdirilməsini, daha çox stadion və meydança yaradılmasını, uşaq futboluna sistemli yanaşmanı vacib sayır. Cavid Zahidov son illərdə cəmiyyətdə dəyişən münasibətin qadın futbolunun inkişafına da yeni imkanlar yaratdığını vurğulayır. Video burada. @akinchiproject
Open in TelegramMultidisiplinar sənət nədir? Rəssam Ramil Əliyev multidisiplinar sənətin fərqli ifadə vasitələrini birləşdirərək ideyanı daha təsirli şəkildə çatdırmağa imkan verdiyini bildirir. Tam video. @akinchiproject
Open in TelegramYeni videomuzda Atəş Hub müstəqil müasir incəsənət platformasının rəssamı Ramil Əliyevlə multidisiplinar sənətin müasir yaradıcılıqdakı rolu barədə danışmışıq. Qonağımız bildirir ki, bu yanaşma sənətçiyə ideyasını yalnız bir vasitə ilə deyil, foto, səs, məkan, performans və digər ifadə formalarını birləşdirərək çatdırmaq imkanı verir. Ramil Əliyev əlavə edir ki, multidisiplinarlıq sənətdə mövcud sərhədləri sorğulamağa və yeni əməkdaşlıq modelləri yaratmağa çağırır. Video burada. @akinchiproject
Open in TelegramSənətşünas Ülkər Əliyevanın “Sənətçinin formalaşması: sorğulama, eksperiment və mövqe” mövzusunda çıxışını YouTube kanalımızda izləyə, Spotify və Apple Podcasts vasitəsilə dinləyə bilərsiniz. @akinchiproject
Open in TelegramSənətçini formalaşdıran düşüncə Sənətşünas, Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının Vizual Sənət və Performans şöbəsinin koordinatoru Ülkər Əliyeva vurğulayır ki, incəsənət təhsilində texniki bacarıqlarla yanaşı, sənətçiyə ideya, məqsəd və ifadə üzərində düşünmək də öyrədilməlidir. Tam video burada. @akinchiproject
Open in TelegramSənətşünas, Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının Vizual Sənət və Performans şöbəsinin koordinatoru Ülkər Əliyeva ilə sənətçinin formalaşmasına təsir edən amillər barədə danışmışıq. Spiker vurğulayır ki, sənətçiyə hazır cavablar vermək əvəzinə, ona sual verməyi və öz ifadə vasitəsini tapmağı öyrətmək lazımdır. Qonağımızın sözlərinə görə, bəzən ən güclü sənət əsəri cavabdan daha çox sual doğurur, səhv isə yeni yaradıcılıq imkanına çevrilir. Video burada. @akinchiproject
Open in TelegramTəlim və inkişaf üzrə ekspert Əfşan Mehdiyevanın “Səhv etmək təhlükəli olmamalıdır” mövzusunda çıxışını YouTube kanalımızda izləyə, Spotify və Apple Podcasts vasitəsilə dinləyə bilərsiniz. @akinchiproject
Open in TelegramGüclü komandaların sirri Təlim və inkişaf üzrə ekspert Əfşan Mehdiyeva vurğulayır ki, açıq ünsiyyət problemlərin vaxtında aşkarlanmasına, düzgün qərarların qəbuluna və sağlam münasibətlərin qurulmasına kömək edir. Tam video. @akinchiproject
Open in TelegramYeni videomuzda təlim və inkişaf üzrə ekspert Əfşan Mehdiyeva psixoloji təhlükəsizliyin həyatımızdakı əhəmiyyətindən danışır, insanların qorxmadan sual verə, səhvlərini etiraf edə və fikirlərini bölüşə bildiyi mühitin üstünlüklərini izah edir. Qonağımız araşdırmalara əsaslanaraq psixoloji təhlükəsizliyin komandaların fəaliyyətinə və öyrənmə prosesinə təsirindən bəhs edir. O, həmçinin rəhbərlərin, müəllimlərin və valideynlərin belə bir mühitin yaradılmasında xüsusi rol oynadıqlarını vurğulayır. Video burada. @akinchiproject
Open in TelegramMemar və Milan Politexnik Universitetinin doktorantı Nigar İbrahimzadənin “Süni intellekt dövründə memarlıq” mövzusunda çıxışını YouTube kanalımızda izləyə, Spotify və Apple Podcasts vasitəsilə dinləyə bilərsiniz. @akinchiproject
Open in TelegramSüni intellekt memarı əvəz edə bilərmi? Memar və Milan Politexnik Universitetinin doktorantı Nigar İbrahimzadə deyir ki, süni intellekt gözəl və inandırıcı görüntülər yaratsa da, məkanı hiss etmədiyi, memarlığın funksional, konstruktiv və insani tələblərini anlamadığı üçün əsl memarlıq yarada bilmir. Tam video burada. @akinchiproject
Open in TelegramYeni videomuz süni intellektin memarlıqda yaradıcılıq prosesinə təsirinə həsr olunub. Memar Nigar İbrahimzadə süni intellektin memara qısa zamanda çoxsaylı alternativlər təqdim etməklə yaradıcılıq prosesini sürətləndirdiyini, lakin bunun insanın ideya yaradan şəxsdən daha çox seçim edən tərəfə çevrilməsi riskini də artırdığını deyir. Qonağımız həmçinin süni intellektin memarın düşüncə tərzinə, yaxşı dizayn haqqında təsəvvürlərinə təsirindən və bu prosesdə insanın yaradıcı və qərarverici rolunu qorumasının vacibliyindən danışır. Tam video. @akinchiproject
Open in Telegramİrvayn Kaliforniya Universitetinin iqtisadiyyat üzrə doktorantı Fikrət Valehlinin “Niyə sərmayə həmişə iqtisadi inkişaf gətirmir?” mövzusunda çıxışını YouTube kanalımızda izləyə, Spotify və Apple Podcasts vasitəsilə dinləyə bilərsiniz. @akinchiproject
Open in TelegramÖlkənin kapitala çıxışı onun inkişafına gətirib çıxarırmı? İrvayn Kaliforniya Universitetinin iqtisadiyyat üzrə doktorantı Fikrət Valehli kapital və investisiya axınının artmasının iqtisadi inkişafa nə dərəcədə təsir etdiyindən danışır. Tam video. @akinchiproject
Open in TelegramYeni videomuz ölkələr arasında iqtisadi inkişaf və məhsuldarlıq fərqlərinin səbəblərinə həsr olunub. İrvayn Kaliforniya Universitetinin iqtisadiyyat üzrə doktorantı Fikrət Valehli iqtisadi artımın yalnız kapital və sərmayənin həcmi ilə deyil, həm də mövcud resursların necə bölüşdürülməsi ilə bağlı olduğunu deyir. Qonağımız həmçinin vergi və subsidiya siyasətinin, torpaq bazarındakı problemlərin və digər iqtisadi maneələrin kapitalın səmərəli bölüşdürülməsinə necə təsir etdiyindən danışır. Video burada. @akinchiproject
Open in Telegram