Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) həbsdə olan “Abzas Media” jurnalisti Nərgiz Absalamovanın fotosu qaldırılıb. “The Artivist Network” təşkilatı bununla bağlı yaydığı bəyanatda vətəndaş cəmiyyətinə qarşı təzyiqlərin ətraf mühitin müdafiəsinə də mənfi təsir göstərdiyini bildirib. “Vətəndaş cəmiyyətinin fəaliyyət məkanına hücumların nəticələri birbaşa təzyiqə məruz qalan şəxslərlə məhdudlaşmır. İnsanlar təhlükəsiz şəkildə fikirlərini ifadə edə, təşkilatlana və güc sahiblərindən hesabat tələb edə bilmədikdə, icmalar onların həyatına təsir edən qərarların qəbulundan kənarda qalır, ətraf mühitə vurulan zərərə isə çox vaxt etiraz edilmir. Müdafiəçiləri müdafiə edin!” - bəyanatda deyilir. Nərgiz Absalamovanın fotosu ötən il Braziliyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP30) da qaldırılmışdı.
Open in TelegramViews growthHide views growth
Views growth
Hours after publication
Show as table
| Hours after publication | Views |
|---|---|
| 0 h | 14 |
| 5 h | 54 |
| 7 h | 59 |
- After 1 hour14
- After 6 hours54
- Total to date59